Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3669/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(010)-83/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(010)-83/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya instansiyası məhkəməsində olarkən Cavabdeh2 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiyini bildirmiş, onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin məhkəmə baxışından çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizəyə münasibət bildirərək qeyd etdi ki, cavabdeh tərəf sadəcə işin baxılmasını uzatmaq istəyir. Ərizənin həllini məhkəmənin mülahizəsinə verir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 17 may 2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(010)-83/2023 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş, Cavabdeh2 apellyasiya şikayətinə münasibət bildirilməsi üçün apellyasiya baxışından çıxarılaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 17 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3669/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3669/2024
21.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver