Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-367/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Abdülrəsul oğlu və Cavabdeh2 qarşı “paylı mülkiyyətin naturada bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4144/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Əbdülrəhim oğlu və Cavabdeh2 qarşı maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi olmaqla paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın naturada payçılar arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4144/2019 saylı qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın naturada payçılar arasında bölünməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi şikayət verərək Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4144/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qiyabi qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, apellyasiya şikayətinə onlafrın iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlər X1 12.10.1982-ci ildə Bakı şəhərində ölmüşdür. Cavabdeh1 (Məmmədhəsən) isə 29 may 1960-cı ildə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdehlər ölmüş olduğundan, onlara qarşı məhkəmədə iddia qaldırıla bilməzdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mərhumlar iddia tələbinə məhkəmədə baxılan zaman deyil, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsindən əvvəl ölmüşdür. Belə olan halda cavabdehlərin hüquqi varisinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən hərhansı araşdırmanın aparılmasına əsaslar yaranmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Kollegiya Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4144/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Abdülrəsul oğlu və Cavabdeh2 qarşı “paylı mülkiyyətin naturada bölgüsü” tələbinə dair iş üzrə icraata xitam verilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-367/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-367/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver