Məhkəmə qərarları › İş №2(103)-3670/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3670/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3670/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (icraata xitam verilməsi barədə) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, vəkili Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(005)-539/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2019-cu il tarixli 170- 24B/19 saylı müqavilə üzrə ona düşən ümumi sahəsi 35 kv/m olan ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus “Zümrüd-Residence” yaşayış kompleksində mənzilin ona dərhal verilməsi və 15 aylıq kirayə haqqı olan ümumilikdə 6000 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 80 manat dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)- 539/2022 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilmiş, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35 kv/m olan Cavabdeh MMC-yə məxsus “Zümrüd- Residence” yaşayış kompleksindəki mənzilin İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər razılığa gələrək, məhkəməyə barışıq sazişi təqdim etmiş, ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, sədrlik edənin hakimin məruzəsini, tərəflərin izahatlarını və 24 may 2022-ci il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 24 may 2022-ci il tarixli barışıq sazişinin şərtlərinə görə; 1.Cavabdeh MTK barışıq sazişi ilə 10 gün müddətində müqavilə (29.03.2019-cu il tarixli, 170-24B/19) saylı üzrə 35 kv.m mənzili və 3000 (üç min) manat nağd pulu iddiaçıya təhvil verməyi öhdəsinə götürür.

2. İddiaçı təqdim edilən mənzili və pulu (35 kv.m mənzili və 3000 manat) təhvil almağa və barışıq sazişi tam icra ediləndən sonra bu işlə bağlı şikayət verməməyi öz öhdəsinə götürür, eyni zamanda hazırki iddiasından imtina edərək barışıq sazişinin təsdiq olmasını xahiş edir.

3. Tərəflərə barışıq sazişinin nəticələri izah olunmuşdur. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqı” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 24.05.2022-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun: 1.Cavabdeh MTK barışıq sazişi ilə 10 gün müddətində müqavilə (29.03.2019-cu il tarixli, 170-24B/19) saylı üzrə 35 kv.m mənzili və 3000 (üç min) manat nağd pulu iddiaçıya təhvil verməyi öhdəsinə götürür.

2. İddiaçı təqdim edilən mənzili və pulu (35 kv.m mənzili və 3000 manat) təhvil almağa və barışıq sazişi tam icra ediləndən sonra bu işlə bağlı şikayət verməməyi öz öhdəsinə götürür, eyni zamanda hazırki iddiasından imtina edərək barışıq sazişinin təsdiq olmasını xahiş edir.

3. Tərəflərə barışıq sazişinin nəticələri izah olunmuşdur. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(005)-539/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar