Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3671/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi verərək 2022-ci ildə gəlin köçdüyü ünvan 1 ünvanda yerləşən yaşayış evinin “Yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi verərək 2022-ci ildə gəlin köçdüyü ünvan 1 ünvanda yerləşən yaşayış evinin “Yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və evə köçürülməyi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Daha sonra İddiaçı qətnamədən elektron qaydada apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi rədd edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardaddan elektron qaydada şikayət və şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi rədd edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5686/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin müddətinin bərpa edilərək aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5545/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlərin (Elektron kabinetdən göndərilən şikayətin sənədin skan versiyası olması, elektron imza ilə imzalanmış sənədin əsli olmaması əsası ilə) geri qaytarılması qərara alınmışdır. İddiaçı yenidən Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin müddətinin bərpa edilərək aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadını mübahisələndirsə də, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçının və onun nümayəndəsi (vəkili) Vəkil2 elektron kabinetinə yerləşdirilmiş, lakin şikayət xx.xx.2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosesual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə, yuxarıda sadalanan normaları işin hallarına tətbiq etdikdə gəlinən nəticə onu deməyə əsas verir ki, iddiaçı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixindən etibarən məlumatlı olsa da, həmin qərardaddan şikayəti xx.xx.2024-cü il tarixində verməklə, qanunla müəyyən olunmuş 10 gün müddəti ötürmüş və müddətin bərpasına dair ərizə də verməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətin qaytarılması barədə gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3671/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3671/2024
29.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver