Məhkəmə qərarları › İş №2(103)-3672/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3672/2022

08.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3672/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “torpaq sahəsinin zəbtinə son qoyulması və sahiblik, istifadə hüququnun bərpa edilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt etməsinə son qoyulması və ona ayrılmış torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 23 fevral 2019-cu il tarixdə onlardan polisə verdiyi şikayət ərizəsində hazırki ərizədə mübahisələndirilən torpağın onlara məxsus olmasını və güyə onlardan aldığını qeyd etmişdir. Polisdə araşdırma zamanı zəbt etmə və alğı-satqı faktı olmadığı üçün şikayətin mülki qaydada həll edilməsi Cavabdeh1 tövsiyyə edilmişdir. Lakin, Cavabdeh1 indiyədək məhkəməyə müraciət etməmiş, qanunsuz olaraq onlara məxsus torpağı zəbt etmişdir. Torpaq sahəsinin onlara məxsus olması barədə Cavabdeh1 polisə yazdığı ərizədə etirafı mövcuddur. İddiaçının torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüququnun pozulmsaı ilə bağlı 4-cü və 43-cü polis bölməsinə və bələdiyyəyə dəfələrlə müraciət olunmuşdur. Bələdiyyə üzvləri torpaq sahəsinə yerinə baxış keçirərək eskiz plan üzrə naturada olduğu kimi eynilik təşkil etdiyi və iddiaçının torpağı ilə cavabdehin torpağının yanaşı olması haqda cavab məktubu vermişdir. Ona görə də, onlar Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması haqqında iddia qaldırmışlar. Məhkəmə işi araşdırıb onlara məxsus torpaq sahəsinə heç bir müdaxilə olmaması əsası ilə iddianı təmin etməmişdir. Həmin vaxt onların iddia tələbini torpaq sahəsinin zəbtinin qarşısının alınması olmamışdır. O zaman torpaq sahəsi zəbt olunmamışdı. İddianın təmin edilməməsindən istifadə edərək Bakı-Xırdalan yolunun sağ tərəfində Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 2362/1 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti işləri aparılmışdır. Cavabdeh1 iddiaçıya verilmiş torpaq sahəsini öz torpaq sahəsinə birləşdirməklə faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt etməklə özbaşınalıq etmişdir. Torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar iddiaçının müraciəti əsasında Binəqədi Bələdiyyəsi yerində araşdırma apararaq torpaq sahəsinə baxış keçirmiş, qanunsuz tikinti aşkarlamış, 23 iyun 2021-ci il tarixli, 01.13/M-312 saylı cavab məktubu vermişdir. İddiaçı mübahisəni həll etməsi və gələcəkdə belə halların baş verməməsi üçün Binəqədi Bələdiyyəsindən xahiş etimşdir ki, ona məxsus torpaq sahəsinə baxış keçirərək eskiz planları üzrə koordinat nöqtələrinin ona verilməsini təmin etsin, lakin bələdiyyə mübahisəni həll etməkdən ötrü öz vəzifəsini yerinə yetirməmişdir. Bundan başqa, torpaq sahələrini bələdiyyə satdığı üçün kimin torpağının harada yerləşməsini bələdiyyə yaxşı bilir. Buna görə onlar bələdiyyədən Cavabdeh1 çağırıb ona öz torpaq sahəsini göstərməsini tələb etsələr də, bələdiyyə tərəfindən onlara verilmiş cavabda bunun yalnız Cavabdeh1 müraciəti əsasında edilməsinin mümkünlüyü göstərilmişdir. Cavabdeh1 isə bələdiyyəyə belə bir müraciət etməmişdir. Digər tərəfdən, bələdiyyə tərəfindən Cavabdeh1 verilən sərəncamlardan görünür ki, ona eyni tarixdə 1916/2 və 1942 saylı qərar ilə hərəsi 600 kv.metr olmaqla iki torpaq sahəsi verilmişdir. Qanunla əgər bələdiyyə Cavabdeh1 eyni yerdə torpaq sahəsi ayırsaydı, bir sərəncamla 12 sot torpaq sahəsi ayırardı və torpaq sahələrinin qiyməti eyni olardı. Sərəncamlardan görünür ki, Cavabdeh1 eyni vaxtda ayrılan torpaq sahələri yanaşı deyil, torpaq sahələrinin qiymətləri fərqlidir. Belə ki, 1942 saylı sərəncamla ayrılmış torpaq sahəsi 480 manata, 1916/2 saylı sərəncamla ayrılmış torpaq sahəsi isə 1056 manata satılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Etibar Mustafayev). Qətnamədən iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi K.Məmmədov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi N.Cəfərov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(001)-300/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Binəqədi bələdiyyəsi ərazisində 2 sərəncamla hərəsi 6 sot olmaqla 2 torpaq sahəsi vardır. Torpaq sahələrindən biri iddiaçı ilə qonşuluqda, digəri isə bir az kənarda yerləşir. Cavabdeh1 iddiaçıya böhtan ataraq iddiaçını tutduracağı ilə hədələyir, iddiaçının torpaq sahəsini özünün ikinci torpaq sahəsi ilə dəyişmək istəyir ki, torpaqları yanaşı olsun. İddiaçını torpağı üzərindəki mülkiyyət hüququnu pozur, hasarını sökür, iddiaçını və ustaları təhqir edir, hədəqorxu gəlir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2(103)- 318/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı daha əvvəl Cavabdeh1 qarşı hazırda mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırmış və həmin mülki işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Əvvəlki iddia tələbi torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması, hazırki iddia tələbi isə torpaq sahəsinin zəbtinə son qoyulması, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi ilə bağlıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun əvvəlki iddiası torpaq sahəsinin zəbt edilməsi ilə bağlı deyil, müdaxilələrə son qoyulması ilə bağlı olmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, həmin qətnamənin mahiyyətindən görünür ki, iddiaçı həmin vaxt əslində maneələrin aradan qaldırılmasını qeyd etsə də əslində zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını istəmişdir. Hətta həmin vaxt iddia çı ilə cavabdehin toprpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməs tərəfindən ekspertiza da təyin edilmişdir. Bundan başqa, sahiblik və istifadə hüquqlarının pozulması halı yalnız torpaq sahəsinin zəbt edilməsi ilə deyil, başqa növ müdaxilələrlə də əlqədar yarana bilər. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh1 və Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “torpaq sahəsinin zəbtinə son qoyulması və sahiblik, istifadə hüququnun bərpa edilməsi” tələbinə dair işə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və İddiaçı Cavabdeh1 və Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “torpaq sahəsinin zəbtinə son qoyulması və sahiblik, istifadə hüququnun bərpa edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar