Məhkəmə qərarları › İş №2(103)-3679/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3679/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3679/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Kollegiya tərəfindən iddiaçı X4 hüquqi varisi tatınan Əliyev Ələkbər Əlyar oğlunun, onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4243/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə, borca görə 19353 (on doqquz min əlli üç) manat, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat və 30 manat dövlət rüsumu, ümumilikdə 19883 (on doqquz min səkkiz yüz səksən üç) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarından görünür ki İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19353 (on doqquz min əlli üç) manat, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Cavabdeh1 cavabdehlər siyahısından çıxararaq, Cavabdeh2 borca görə 19353 (on doqquz min əlli üç) manat, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mal-qara saxalamqla ailəsini doladırır. 2017ci ildə Cavabdeh2 onun evə gələrək, xırda buynuzlu heyvanı nisyə almaq istədiyini bildirmiş, digər cavabdeh Məmmədov X5 etibarlı insan olduğunu bildirərək onu inandırmış və o, Cavabdeh2 20000 manat dəyərində xırda buynuzlu heyvan vermişdir. Bununla bağlı Fəxrayıl 20000 manat borcunun olmasına dair yazılı qəbz vermişdir. Lakin, sonradan cavadeh Fəxrayıl pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınmış, 2018-ci ildə 500 manat və 143 manat dəyərində bir baş qoyun pul əvəzinə vermişdir. Cavabdeh2 pulu qaytarmadığına görə polisə şikayət etmiş, lakin orada cinayət işi açılmamışdır. Hazırda, Cavabdeh1 ilə aralarında olan anlaşılmamazlıq aradan qaxmışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş, işə bir tərəfli, araşdırmamış, arqument və faktsız baxaraq Ə.Əlyarın iddiasını təmin etdi. Yanımda olan şahidlərim X3 və X6 ifadələrinə də etinadsız baxmış, işin tam və obyektiv araşdırılmasını həyata keçirməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinə baxılarkən iddiaçı X4 oğlu X10 ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 30.11.2020-ci il tarixdə vəfat etməsini, onun, atası X4qanun üzrə vərəsə olduğunu bildirərək,hazırkı iş üzrə iddiaçının prosessual hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. X1 ölüm haqqında şəhadətnaməsi, X7 doğum haqqında şəhadətnaməsini, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və Bakı şəhər 14 saylı Notaiat X2 atası X4 vərəsəsi olması barədə məlumat-məktubu əlavə olunur. Kollegiyanın iclasında X10 30.11.2020-ci ölmüş cavabdeh-atası iddiaçı X4 porsesual hüquqi varisi tanınmışdır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətnin dəlillərini müzakirə edib, apellyasiya şikayətini qəbul etməyərək, təmin olunmamasını xahiş edən iddiaçı X4 prosessual hüquqi varisi X7 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4243/2020 saylı 23 noyabr 2020-ci il tarixli il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlildir. İddia təmin edilməli, cavabdeh Cavabdeh2 iddiaçı X4 prosessual hüquqi varisi X7 xeyrinə, borca görə 19353 (on doqquz min əlli üç) manat, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat və 30 manat dövlət rüsumu, ümumilikdə 19883 (on doqquz min səkkiz yüz səksən üç) manat məbləğində pul vəsaiti tutulmalıdır. Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materallarında olan əlyazmadan görünür ki, Cavabdeh2 İddiaçı qarşısında öhdəliyinin olduğunu 20000 manat pulu qaytaracağını qeyd edir. Tərəflər əlyazmanın Cavabdeh2 tərəfindən icra olduğunu mübahisələndirmir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 barəsində borcla bağlı verdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin təhqiqatçısı Arzuman İsmayılov 27 iyun 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, Cavabdeh2 İddiaçı 20000 manat məbləğində borcun etirafı barədə yazılı öhdəliyi vardır. Həmin borcun bir qisminin başqa şəxsə məxsus olması və götürülmüş öhdəliyin tam yerinə yetirilməsi barədə cavabdeh tərəfindən etirazının əsası kimi qeyd olunsa da, istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın icdasında təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən cavabdehin iddiaçıya borcun qaytarılması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, şahidlər bilavəsitə pulun alınmasında və verilməsində iştirak etmədiklərini, kənardan gördükləri və eşitdiklərini bildirdiyindən, bundan başqa cavabdehlə yaxın münasibətdə oluqları və məhkəmə iclasında araşdırılan digər hallarla üst-üstə düşmədiyini nəzərə alaraq, həmin ifadələri cavabdehin etirazının əsaslarını göstərən sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pül ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin göstərişinə əsasən borc müqaviləsi şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə yuxarıda qeyd olunan hallardan müəyyən olunur ki, Cavabdeh2 İddiaçı 20000 manat məbləğində borcun etirafı barədə yazılı öhdəliyi vardır. Həmin öhdəliyin icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmış və nəticədə onun iddiaçıya manat 19353 borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının mülki iş üzrə vəkilin göstərdiyi hüquqi xidmətə görə 043445 nömrəli qəbzlə mədaxil edərək 500 manat məbləğində çəkdiyi xərc ağlabatandır və həmin xərcin əvəzi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı X4 porsesual hüquqi varisi X9 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4243/2020 saylı 23 noyabr 2020-ci il tarixli il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Cavabdeh2 iddiaçı X4 prosessual hüquqi varisi X7 xeyrinə, borca görə 19353 (on doqquz min əlli üç) manat, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat və 30 manat dövlət rüsumu, ümumilikdə 19883 (on doqquz min səkkiz yüz səksən üç) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar