Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3680/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı mülki iş (Açar sözlər: «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-668/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 hüquqi şəxsində Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasının yardımçı heyətində tibb bacısı vəzifəsinə keçirilmişdir.
2. Dövlət Tibbi-Sosial Ekspertiza və X5 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən X28 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən(72-ci maddənin “e” bəndində nəzərdə tutulan əsasa görə) xitam verilmişdir.
3. X12 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin sədri Anar Bayramova ünvanladığı xx.xx.2022-ci il tarixli izahatında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək xəstə olduğu üçün işdə olmadığını, bu barədə Agentliyin kadrlar şöbəsinə şifahi məlumat verdiyini, xx.xx.2022-ci il tarixdə sonuncu dəfə işdən çıxarkən elektron imza kartını otaqdakı çəkməcəyə qoyduğunu, işdə olmadığı tarixlərdə X9, X10 və X17 onun imza kartı ilə etibarsız edildiyini, rəhbərlik tərəfindən onlara dəfələrlə imza kartlarının sosial agentlərə, yeni gələn işçilərə verilməsinin tapşırılmasını, buna görə də onlar imza kartlarını hər gün imza kartı olmayan əməkdaşlara rəhbərliyin tapşırığına əsasən verdiklərini, imza kartında istifadəçi adının olmasını, X13 xx.xx.2022-ci il tarixdə, X20 xx.xx.2022-ci il tarixdə onun imza kartı ilə, onun xəbəri olmadan etibarsız hesab edildiyini, həmin vətəndaşların vətəndaşların qəbulu altsistemində qeydiyyatlarının olmadığını, üzərində imzası olmayan sənədləri həkimlərdən təhvil almadığını, adıçəkilən iki vətəndaşa aid olan finlərin ona məxsus kompüterin axtarış bazasında çıxmadığını, yəni bu şəxslərin müayinələri ona məxsus kompüterdə etibarsız edilmədiyini, həmin şəxsləri tanımadığını, üzərinə atılan şər və böhtanı qəbul etmədiyini, imza kartının kodunu Mətanət Əliyevaya, Elyanə Əyyarzadəyə, Röya Məmmədovaya, Həlimə Hümbətovaya, Elnarə Həsənovaya və digər tibb bacılarına və sosial agentlərə rəhbərliyin tapşırığı ilə verdiyini, işdə olmadığı müddətdə kartdan istifadə edən şəxslərin bu işləri görməsini, kartı səliqəli formada qoyub getməsini, qayıdarkən kartın qapağının olmadığını gördüyünü göstərmişdir
4. İddiaçı, X25, X15, X21 və X11 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli sənədlərin təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 və Təhlil şöbəsi tərəfindən onlardan aktlar istənilmiş 12 nəfər əlillik təyinatı aparılmış şəxsdən beşinin X6, X8, X16, X4, X14 aid olan müayinə aktları tapılmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Rebilitasiya X3rşı iddia ərizəsi, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli **********1 nömrəli əmrin ləğv edilməsinə, Dövlət Tibbi-Sosial Ekspertiza və X7 X30 Tibbi-Sosial Ekspert Komissiyasının Yardımçı heyətdə tibb bacısı vəzifəsinə bərpa edilməsinə və xx.xx.2022-ci il tarixdən işə bərpa olunması barədə müvafiq əmr verildiyi tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini yalnız əmri və əmək kitabçasını aldıqdan sonra bilmişdir. Çünki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməli idi və iddiaçı hesab etmişdir ki, müqavilə müddətin bitməsi ilə bağlı ləğv edilmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası təyin edilmiş, lakin, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediatora müraciəti nəticəsində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB15- 0000xx/xx-2022 nömrəli arayış almışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-668/2023 saylı, 07 mart 2023cü il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı X19- Sosial Ekspert Komissiyasının Yardımçı heyətinə tibb bacısı vəzifəsinə müvəqqəti təyin edilmişdir. Müqavilənin 2.1-ci bəndindən müəyyən olunur ki, əmək müqaviləsi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi əmək funksiyasının icrasını vəzifə təlimatına uyğun öhdəsinə götürmüşdür. Ekspertiza işlərinin normal gedişinə şərait yaradılmasını təmin edir. Tibbi qeydiyyatçının işinə nəzarət edir, həkim-ekspertlərin tapşırıq və təyinatlarının qeydiyyatını aparır və onların yerinə yetirilməsinə nail olur. Xəstələrin vəziyyətini nəzərə alaraq müayinə növbəsini təşkil edir, ehtiyac olduqda xəstələrə həkiməqədər tibbi yardım göstərir. Komissiyanın arxivinin düzgün saxlanmasını təmin edir. Tibbi-Sosial Ekspert Komissiyasının hesabatlarının tərtibində iştirak edir, göstəriş və tapşırıqları yerinə yetirir. Tibbi-Sosial Ekspert Komissiyasına daxil olan təlimatların və elmi ədəbiyyatın saxlanmasını təmin edir.Müqavilənin 5.1-ci bəndinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi istehsal maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericilikdə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İddiaçı ona etibar edilən elektron imza yaratma məlumatlarına və imza vasitələrinin qorunmasına cavabdeh olduğu, onların digər şəxs tərəfindən istifadəsinə yol verməməli olduğu halda bunu etməyərək saxta əlilliklərin təyin edilməsinə şərait yaratmaqla əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud səhvlərə yol vermişdir. Məhkəmə iddiaçının işəgötürənən vəzifəli şəxsləri tərəfindən elektron imza yaratma məlumatlarının və imza vasitələrinin digər işçilərə verilməsinə dair göstərişlərinin olması, öz təşəbbüsü ilə işdən çıxması barədə ərizə yazması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, iddiaçı bu hallara dair sübutlarını məhkəməyə təqdim etməməklə yanaşı qanunsuz göstərişlərin olduğu halda belə məsuliyyətdən azad edilməyəcəyini bilməli idi. Məhkəmə iddiaçının təqsiri sübuta yetirilmədiyi, ölkədə olmadığı halda onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, iddiaçının yol verdiyi kobud səhvlərin cinayət əməli ilə nəticələnməməsi halı onunla bağlanan əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsini istisna etmədiyindən, işəgötürənin məzuniyyətdə, ezamiyyətdə olan və ya əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verməsi yolverilməz olduğundan, barəsində araşdırma aparıldığını bilən iddiaçı ölkədən çıxması barədə işəgötürənə bu barədə məlumat verməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə bu dəlilləri də əsassız hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud səhvlərə yol verməsi öz təsdiqini tapdığından, elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdeh olan imza sahibinin onların digər şəxs tərəfindən istifadəsinə verməsi halı belə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət yaratdığından işgötürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi və 72-ci maddəsinin “ə” bəndi üzrə xitam verilməsi üçün əsasları olmuşdur. Ona görə də məhkəmə cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrini qanuni və əsaslı hesab edib iddia ərizəsini təmin etmir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində göstərir ki, iddiaçı guya onun əmək funksiyası olan (vəzifə təlimatı cavabdeh tərəfindən təqdim edilməmişdir) əlilliklə bağlı sənədlərin qeydiyyatını həyata keçirirdi. Bu qeydiyyatın həyata keçirilməsi üçün iddiaçının adına elektron (asan) imza (bundan sonra “İmza”) rəsmiləşdirilmişdir (rəsmiləşdirmənin əsası cavabdeh tərəfindən təqdim edilməmişdir). Cavabdehin rəsmi işçisi olmayan sosial agentlər tərəfindən sözügedən sənədlərin rəsmiləşdirilməsi məqsədilə iddiaçı rəhbəliyin göstərişi ilə öz imzasını həmin agentlərə də verirdi. Yalnız iddiaçı deyil, onunla yanaşı cavabdehin digər ştat işçiləri də öz imzalarını sosial agentlərə verirdilər. Rəhbərliyin göstərişi olduğundan iddiaçı imzanın digər şəxslərə verilməsinə görə məsuliyyət daşıdığı barədə məlumatsız (imza ilə bağlı məsuliyyət barədə hər hansı sənəd cavabdeh tərəfindən təqdim edilməmişdir) idi. Hətta, cavabdeh tərəfindən xidməti araşdırma aparıldıqda iddiaçı izahat verməkdən yayınmamış və imzanın digər şəxslərə verilməsini etiraf etmiş, lakin qeydiyyatın saxtalaşdırılmasını inkar etmişdir. Buna baxmayaraq, cavabdeh saxtalaşdırmanın kim tərəfindən aparılmasını araşdırmaq üçün hər hansı cəhd göstərməmişdir. Habelə, məhkəmə prosesi zamanı verilmiş izahatında iddiaçı bildirmişdir ki, məsələnin araşdırılması Dövlət Təhlükəsizlik Xidməti tərəfindən də aparılır və iddiaçı Xidmətə dəvət olunaraq orada izahat vermişdir. İzahat verərkən ona məlum olmuşdur ki, əlillik verilən şəxslər öz izahatlarında İddiaçı adında şəxsi tanımadıqlarını bildirmişlər. Nəhayət, cavabdehin xidməti məruzəsində qeyd edilmiş şəxslərdən 3 nəfərin sənədləri iddiaçı işdə olmadığı vaxtda etibarsız edilmişdir. Yəni, iddiaçının imzası saxlanc yerindən götürülmüş və üçüncü şəxslər tərəfindən istifadə olunmuşdir. Bu halda, iddiaçı tərəfindən “şəraitin yaradılması” kimi qiymətləndirilmişdir. Halbuki, iddiaçının bu barədə məlumatı olmamışdır. Cavabdeh əmri verərkən məhz bu bəndə istinad etmişdir. Məhkəmə də qətnaməsində hesab etmişdir ki, iddiaçı “ona etibar edilən elektron imza yaratma məlumatlarına və imza vasitələrinin qorunmasına cavabdeh olduğu, onların digər şəxs tərəfindən istifadəsinə yol verməməli olduğu halda bunu etməyərək saxta əlilliklərin təyin edilməsinə şərait yaratmaqla əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud səhvlərə yol vermişdir”(səhifə 13, 4-cü abzas). Bu halda qəbul edilməlidir ki, iddiaçı üçüncü şəxslər tərəfindən saxta əlilliklərin təyin edilməsi barədə məlumatlı idi və bu şəxslər üçün şərait yaratmışdır. Halbuki, cavabdeh iddiaçı tərəfindən şəraitin yaradılmasına yönələn hərəkətləri sübut edə bilməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçı tərəfindən yol verilən “kobud səhvlərin” onun mənafeyinə ciddi xələl gətirdiyini də sübut edə bilməmişdir. Halbuki, məhkəmə prosesində iddiaçı tərəfindən bu ciddi xələlin gətirilməsinə dair sübutların təqdim edilməsi dəfələrlə tələb edilmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin bu maddəsinə istinad edilməsi əsassız olmuş və məhkəmə iddia tələblərini rədd edərkən bu hala düzgün qiymət verməmişdir. Məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin səhv tətbiq edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə prosesi zamanı iddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində eyni “nöqsanlara” görə yalnız onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. Digər işçilərlə isə əmək müqaviləsinə işçilərin verdikləri ərizələrinə əsasən, işçilərin təşəbbüsü ilə xitam verilmişdir. Cavabdehin nümayəndəsi bu məsələyə münasibət bildirərək qeyd etmişdir ki, bu cavabdehin öz daxili məsələsidir və iddiaçı ilə olan mübahisəyə aidiyyəti yoxdur. Yəni, iddiaçının əmək müqaviləsinə digər işçilərlə fərqli qaydada xitam verilməsini etiraf etmişdir. Halbuki, Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, işəgötürən heç bir şəxsə münasibətdə ayrı-seçkiliyə yol verməməlidir. Lakin cavabdeh Əmək Məcəlləsinin bu tələblərini kobud surətdə pozmuş və hər hansı səbəbdən iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol vermişdir. Məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi, Əmək Məcəlləsinin 16-cı maddəsinin tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə işi hərtərəfli araşdırmış və tərəflərə kifayət qədər şərait yaratmışdır. Lakin məhkəmə sübutları tam araşdırsa da, onlara düzgün qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki: “...iddiaçının işəgötürənən vəzifəli şəxsləri tərəfindən elektron imza yaratma məlumatlarının və imza vasitələrinin digər işçilərə verilməsinə dair göstərişlərinin olması, öz təşəbbüsü ilə işdən çıxması barədə ərizə yazması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, iddiaçı bu hallara dair sübutlarını məhkəməyə təqdim etməməklə...” Rəhbərlik tərəfindən imza ilə bağlı göstərişlərin verilməsini sübut etmək məqsədilə, iddiaçı tərəfindən bu məsələ ilə bağlı araşdırma materiallarının Dövlət Təhlükəsizlik Xidmətindən sorğu edilməsinə dair vəsatət verilmişdir. Lakin məhkəmə bu vəsatəti təmin etməmiş və araşdırma materialları sorğu etməmişdir. Ərizənin verilməsi ilə bağlı iddiaçı ərizənin fotoşəkilini, fotoşəkilin çəkilməsinə dair məlumatları və çəkilməsi koordinatlarını (cavabdehin binası) təqdim etmişdir. Habelə, iddiaçı bildirmişdir ki, o, ərizəni verdikdən sonra əmək müqaviləsinə onun ərizəsinə əsasən xitam verilmiş hesab edərək Türkiyəyə getmişdir. Yalnız əmək kitabçasını alarkən ona məlum olmuşdur ki, əmək müqaviləsinə onun ərizəsi ilə deyil, cavabdehin təşəbbüsü ilə xitam verilmişdir. Hesab edirik ki, məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Bu isə məhkəmənin Mülki Prosessual Məcəllənin 81, 88, 77.1, 77.3 və 217.4-cü maddələrinin tələblərini pozmaqla sübutları tam və hərtərəfli tədqiq etməməsinin birbaşa nəticəsidir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Maddə 11 «b» bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Maddə 70 «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2 və 71.3. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 186. 1-ci hissə.İşəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2-ci hissə.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Maddə 189.2-ci hissə. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. “Elektron imza və elektron sənəd haqqında” Qanun:
Maddə 3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Maddə 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Maddə 3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. Maddə 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Maddə 3.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən surəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır və ya təsdiq edilir. Maddə 3.7. Məlumat bildirişinin və elektron sənədin istifadəsi bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir. Maddə 5.1. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Maddə 5.2. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir. Maddə 5.3. Elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir. Yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır. Maddə 5.4. Elektron imzanın yoxlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 5.5. İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməlidir. Maddə 20.1. İmza sahibi aşağıdakı hüquqlara malikdir: 20.1.1. Mərkəzlər, onların xidmətləri, imzalar, imza vasitələrinin istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat almaq; 20.1.2. barəsində Mərkəzlərdə toplanmış məlumatlarla tanış olmaq; 20.1.3. sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya ləğvi barədə qərarlar, həmçinin Mərkəzlərin fəaliyyəti ilə əlaqədar digər məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şikayət etmək. Maddə 20.2. İmza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. Maddə 20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. Maddə 20.4. İmza sahibi gücləndirilmiş imzanın istifadəsi zamanı uyğun təkmil sertifikatda göstərilmiş istifadə münasibətlərinə riayət etməlidir. Maddə 20.5. İmza sahibi müqavilə bağlamaq üçün Mərkəzlərə müraciət edərkən təqdim etdiyi məlumatların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır. Maddə 20.6. Bu Qanunun 20-ci maddəsində göstərilmiş şərtlərə riayət edilməməsi nəticəsində dəymiş zərərə görə imza sahibi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayıla bilməz.
23. Belə ki, işdə olan sübutlarla, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, yəni 72-ci maddəsinin “e” bəndindəki halı pozması açıq-aşkar təsdiq olunur.
24. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
25. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini, yəni 72-ci maddəsinin “e” bəndindəki halı pozması əsası ilə yəni, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinə görə ləğv etmişdir.
26. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün ilk növbədə ona təhkim olunmuş imza səlahiyyətli elektron imza kartının şifrəsini digər əməkdaşlara verməsi, həmçinin elektron imza kartını nəzarətsiz qoyması nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əlbətdə ki, iddiaçının əmək vəzifəsini kobud şəkildə pozması nəticəsində 5 vətəndaşın “əlillik” altsistemində verilmiş imtinalarının onun elektron imza kartı vasitəsilə etibarsız edildiyi və sonradan həmin şəxslərə başqalarına aid olan müxtəlif müayinə protokollarına əsaslanaraq əlillik təyinatı aparıldığı məlum olmuşdur. Bununla da işəgötürənin qanunla qorunan mənafeyinə ciddi ziyan dəymişdir.
27. İddiaçıya elektron imza kartı təhkim edilməsi işin mübahisəsiz halıdır. Bunu iddiaçı hər hansı bir formada mübahisələndirmir. İddiaçının əmək funksiyası onunla bağlanmış əmək müqaviləsində konkret göstərilmişdir və o, da bu müqavilə ilə tanış olub onu imzalamışdır. İddiaçı “rəhbərliyin göstərişi ilə” ona verilmiş elektron imzanı digər əməkdaşlara verdiyini göstərsə də, bu cür göstərişin rəsmi qaydada verilməsinə yaxud bunun həqiqi olmasına dair işdə heç bir sübut mövcud deyildir. Ona görə də iddiaçının özünə məxsus imzanı başqa şəxslərə verilməsinə görə məsuliyyət daşımalı olduğundan məlumatsız olması onu hüquqi məsuliyyətdən azad etmir. Cavabdeh tərəfindən imza ilə bağlı məsuliyyət daşıdığı ilə bağlı hansısa sənədin təqdim edilməsinə də ehtiyac ola bilməzdi. Çünki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə görə iddiaçı bu cür məsuliyyət daşımalı olduğunu bilməli idi.
28. Əlbətdə ki, iddiaçı ona etibar edilən elektron imza yaratma məlumatlarına və imza vasitələrinin qorunmasına cavabdeh olduğu halda ondan digər şəxslər tərəfindən istifadəsinə yol verməməli olduğu halda buna əməl etməməsi nəticəsində saxta əlilliklərin təyin edilməsinə şərait yaratmış və bu da işəgötürənin mənafeyinə ciddi xələl gətirən kobud pozuntu kimi qiymətləndirilir. İddiaçı üçüncü şəxslər tərəfindən saxta əlilliklərin təyin edilməsindən məlumatlı idisə və bu hadisələrin iştirakçısı olmuşdursa cinayət təqibi qaydasında aparılan araşdırma zamanı onun əməllərinə hüquqi qiymət verilməklə müvafiq qərarlar qəbul ediləcəkdir. Lakin bu halın baş verib-verməyəcəyindən asılı olmayaraq hazırki icraat çərçivəsində iddianın əsaslılığına hüquqi qiymət verilməlidir. Çünki, iddiaçı israr edir ki, o, əmək münasibətləri çərçivəsində intizam xətası törətməmişdir və buna görə də onunla bağlanmış əmək müqaviləsi qeyd olunan əsasla ləğv edilə bilməzdi. Lakin cavabdeh tərəfindən təqdim edilmiş sübutlar onun kobud intizam xətası törətməsini bilavasitə təsdiq edir.
29. İddiaçı digər işçilərdən fərqli olaraq onunla bağlanmış əmək müqaviləsinə fərqli əsaslarla xitam verilməsini ayrı-seçkilik kimi qiymətləndirsə də əvvəla onunla eyni xarakterli intizam xətası törətmiş şəxslərlə əmək müqaviləsini onların təşəbbüsü ilə xitam verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə bir hal həqiqi olsa belə bu da hazırki iddianın əsaslılığına dəlalət etmir.
30. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş materiallarında (bax.i.v.153-156) iddiaçı tərəfindən 12 sentyabr 2022-ci ildə yazıldığı və 19 sentyabr 2022-ci il tarixdən müddət gözləmədən öz təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə mövcud olsa da həmin ərizənin həqiqətən qeyd olunan tarixdə yazılması inandırıcı və ağlabatan deyildir. Əgər, həqiqətən qeyd olunan tarixdə iddiaçı belə bir ərizə yazmışdırsa, bunun iddia ərizəsində yaxud ona əlavədə qeyd etməli idi. İkincisi, iddiaçı belə bir ərizəni qeyd etdiyi tarixdə yazsa və cavabdeh quruma təqdim etmiş olsaydı yəqin ki, buna dair də hər hansı bir sübutu məhkəməyə təqdim edə bilərdi, ancaq etməyib, demək ki, bu ərizə iddianın əsaslılığını “artırmaq” üçün sonradan düşünülmüş və yazılmışdır. Bu hal isə açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etmə kimi qiymətləndirilir.
31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 668/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-668/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.