Məhkəmə qərarları › İş №2(103)-3681/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3681/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3681/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-197/2024 nömrəli işi üzrə xx.xx.2024cü il tarixli qərardadından ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürmə" tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 8, mənzil 24 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanındakı mənzilə köçürülməsi tələbinə dair iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə ilkin iddia üzrə Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-197/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2024 saylı, xx.xx.2023-cü il tarixli qərardadı il, ilkin iddia üzrə cavabdeh X3 tərəfindən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin e-(010)- 197/202 4 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş xx.xx.2023-cü il tarixli sikayət geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə ilkin iddia üzrə Cavabdeh yenidən şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 197/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, apellyasiya şikayəti verilməsi müddətini ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-197/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərarı verilmişdir. 21 aprel 2024-cü il tarixində ilkin iddia üzrə Cavabdeh prossesual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il, e-2(010)-197/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə cavabdehin Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-197/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 360, 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh qətnaməni 26 yanvar 2024-cü il tarixində rəsmi qaydada almışdır. Qətnamədən apellyasiya şikayəti verilmə müddəti üzrsüz səbəbdən ötürüldüyündən, ilkin iddia üzrə cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməlidir. Cavabdeh qərardaddan şikayət verərək, şikayətinin təmin edilməsini, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 197/2024 saylı qərardadının ləğv edilməsini və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il, e2(010)-197/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71; Mülki Prosessual Məcəllənin 4.1; Konstitusiya Məhkəməsinin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, o, heç yerdə işləmir, rəsmi gəliri yoxdur. Buna görə də qətnamədən apellyasiya şikayəti verilməsi üçün asan imzanı 25 mart 2024-cü il tarixdə əldə etmiş və həmin tarixdə də apellyasiya şikayəti vermişdir. Qeyd edilən hallar apellyasiya şikayətinin verilməsi müddətinin üzürlü səbəbdən ötürüldüyünü deməyə əsas verir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(103)-2410/2024 saylı iş üzrə qərardadında iddiaçının maddi imkanının olmamasını və bu səbəbdən “asan imza” nı gec əldə etməsini üzürlü səbəb hesab edərək, prosessual müddətin bərpasına dair birinci instansiya məhkəməsinin qərardadını əsaslı hesab etmişdir (həmin qərardadın surəti ərizəyə əlavə edilmişdir) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-197/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133-cü maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir; Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən:129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayət verən 26 yanvar 2024-cü il tarixində rəsmi qaydada qətnaməni almış, deməsinə görə 25 mart 2024-cü il tarixdə asan imza əldə etmiş və həmin tarixdə də apellyasiya şikayəti verməsini işləməməsi və rəsmi gəlirinin olmaması ilə əsaslandırmış, lakin dövlət hesabına hüquqi xidmət üçün müraciət etməmiş və ötürülən günlərin sayına müvafiq üzürlülük meyarları baxımından sübutedici dəlillər təqdim etməmişdir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İlk iddia üzrə Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-197/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar