Məhkəmə qərarları › İş №2(103)-3681/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3681/2025

05.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3681/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh Rahatlığın Məkanı Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 594/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı "xxxx" MMC (MMC) ilə İddiaçı1 və İddiaçı2 (sakin) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə müqavilə bağlamış, bu zaman tərəflərə hüquq və vəzifələri izah edilmişdir. Müqavilənin predmeti üzrə tərəf olaraq sakin İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.metr ümumi sahəsi olan 4/6 saylı otağı akt əsasında (müqaviləyə əlavə 1) MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili "xxxx"in istifadəsinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 184 saylı məktubdan görünür ki, "xxxx" MMC ilə X4 və İddiaçı2 arasında xx.xx.2017-ci il tarixli müqavilə imzalanmış və Bakı şəhəri Nizami rayonu Ə.Hacıycv keçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbəsində 3 saylı mənzil onların istifadəsinə verilib. İstifadə hüququ onlara həmin mənzilə köçüb yaşamaq hüququ verir, lakin mənzilə sərəncam hüququ vermir. Eyni zamanda bildirirlər ki, yuxarıda qeyd olunan müqaviləyə əsasən "xxxx" MMC-yə təhvil verdikləri ünvan 3 ünvanda yerləşən qəza vəziyyətindəki yataqxanada olan 4 və 6 saylı otaqlar onlara ünvanladıqları məktubda qeyd etdiklərinin əksinə olaraq heç vaxt onların mülkiyyətlərində olmayıb. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40A, 3 saylı mənzilə görə borcun olmaması barədə arayışın verilməsi mümkün sayılmayıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 oğlunun və İddiaçı2 Şaqenovnanın "xxxx" MMC-yə qarşı qanunsuz tikilinin sökülməsinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək "xxxx" MMC ilə İddiaçı1 oğlu və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 oğlunun və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulması, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq "xxxx" MMC-nə təhvil verilməsi vəzifəsi İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılması, onların mənzildən çıxarılmaları ilə Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsinin "xxxx" MMC-nin "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və "xxxx" MMC-nin həmin iddia tələbləri üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsinin "xxxx" MMC-nin “Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılıb "xxxx" MMC-nə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunması, "xxxx" MMC-nin həmin iddia tələblərinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, (müvafiq qərardadla "xxxx" MMC-nin "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbi üzrə icraata xitam verildiyi və qətnamənin həmin hissədə ləğv olunduğu nəzərə alınmaqla), apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci qismində 200 (iki yüz) manatın İddiaçı1 və İddiaçı2 Şaqenovnadan müştərək qaydada tutularaq dövlət büdcəsinə, mütəxəssis rəyinin xərci qismində 200 (iki yüz) manat Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3837/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-862/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair ilkin iddiası təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ləğv edilmiş və bunun hüquqi nəticəsi olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacyev küçəsi 2439-məhəllə, ev 40A, mənzil 3. Yeni qaydalarla: AZ 1060, ünvan 4 ünvanında tikilmiş mənzilə dair X5 29 dekabr 2019-cu il tarixdə verilmiş çıxarış ləğv edilmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “03 yanvar 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı1, İddiaçı2, və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3217/2022 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2599/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “cavabdehlər X4 və İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 5 ünvanda yerləşən 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində olan 3 saylı mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onlara məxsus Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3 saylı mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, “Rahatlığın Məkanı“ Məhdud Məsuliyyətli Cəmiyyətlə aralarında bağlanmış 03 yanvar 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, ünvan 6 ünvanında yerləşən evin, ümumi sahəsi 41.8 kv.metr olan 4 və 6 saylı mənzillərini akt əsasında "xxxx" MMC-yə (bundan sonra “MMC” adlanacaq) təhvil verməyi öhdəliyini öz üzərimizə götürüblər. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, "xxxx" MMC həmin mənzillərin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi öz öhdəsinə götürüb. "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı mənzili 3 yanvar 2017-cİ il tarixli müqaviləyə əsasən onların mülkiyyətinə verilib. Onlara məxsus, "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı mənzilin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyytına alınması (özəlləşdirilməsi) məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ediblər. Həmin qurumdan sözügedən mənzilə dair borcun olmaması barədə arayışın təqdim edilməsi tələb olunub. Odur ki, mənzilə dair borcun olmaması barədə “Rahatlığın Məkanı" MMC-yə yazılı müraciət ediblər. Qeyd edirlər ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı mənzilə dair borcun olmaması barədə müraciətlərinə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş cavab məktubunda mənzilə görə borcun olmaması barədə arayışın verilməsi mümkün sayılmayıb. Hesab edirlər ki, cavabdeh "xxxx" MMC-nin onlara münasibətdə qərəzli mövqedən çıxış etməsi göz önündədir. Ona görə ki, cavabdeh "xxxx" MMC ilə onlar arasında bir neçə məhkəmə çəkişmələri olub və bütün məhkəmə qərarları onların lehinə çıxarılıb. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar yaşadığı binada çıxarış alan sakinlər var. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçılar tərəfindən çıxarışın alınması ilə bağlı müraciət edilib, iddiaçılardan həqiqətən də MMC-yə borcun olmamaması ilə bağlı arayış tələb edilib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə iddiaçılara həqiqətən borcun olmamaması barədə arayış vermir. Qeyd olunan mənzilə dair Elnur Mustafayevin, cəmiyyətin təsisçisinin oğlunun adına tərtib olunmuş müqavilə və daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış çıxarış məhkəmə qərarı ilə ləğv edilib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçılara qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələblərinə dair iddiası da təmin olunmayıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bütün mülkiyyətçilər arasında bağlanan müqavilələrdə şablon olaraq “istifadəyə verilmə” sözü qeyd olunur. Sakin var ki, mənzilə çıxarış əldə edib, hətta mənzili satıb. Şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarış əldə etdikdən sonra mənzilə mülkiyyət hüququ əldə edir. Əgər iddiaçıların həmin otaqlara mülkiyyət hüquqları yox idisə, nəyə görə MMC iddiaçılarla müqavilə bağlayıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ikimərtəbəli bina qəzalı vəziyyətdə olduğuna görə müvafiq Sərəncam əsasında sökülməli idi. Binada da faktiki yaşayan sakinlər var idi. Elə olurdu ki, order başqa şəxsin adına idi, amma otaqda faktiki olaraq başqa şəxslər yaşayırdılar. MMC də məcbur qalaraq binada yaşayan sakinlərlə müqavilə bağlayaraq istifadəsinə mənzil verib və ya pul ödəyib. MMC-yə təhvil verilən otağa iddiaçıların mülkiyyət hüququ olmayıb, istifadəsində olub, mülkiyyətində olmalarına dair sübut təqdim edilməyib. İddiaçılar maliyyə arayışı verilməsi üçün MMC-yə pul ödəməyiblər. MMC tərəfindən mənzil iddiaçıların mülkiyyətinə verilməyib. Müqavilədə mənzilin iddiaçıların istifadəsinə verilməsi qeyd olunub. Mənzilin istifadəsinə verilən şəxslərə maliyyə arayışı verilmir. Mənzil iddiaçıların istifadəsindədirsə, hüquqları da məhkəmə qaydasında tanınıbsa, heç kim iddiaçıları mənzildən çıxara bilməz, iddiaçılar orada yaşayacaqlar. Qanun mənzilin iddiaçıların mülkiyyətində verilməsinə icazə vermir. Mübahisə mənzillə bağlı daha əvvəl məhkəmə araşdırması olub, lakin heç bir qətnamədə yazılmayıb ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətinə verilsin. Yataqxanadakı otaq iddiaçıların istifadəsində olduğu üçün mənzilin onların istifadəsinə verilməsi ilə bağlı müqavilə bağlayıblar. Məhkəmə iddiaçıların mənzildə istifadə hüquqlarını tanıyıb, onlar istəsələr belə iddiaçıları mənzildən çıxara bilməzlər. İddiaçılar cəmiyyətə pul ödəmədiklərindən onlara maliyyə arayışının verilməsi mümkün deyil. Eskiz layihəsinin verilməsində mübahisə yoxdur, verə bilərlər. İddiaçılar istifadə hüquqlarının qeyd etdirmək istəyirlərsə müvafiq köməkliyi edə bilərlər. Məhkəmə qərarlarına əsasən əvvəlki barışıq sazişi yeni müqavilə bağlandığından qüvvədən düşüb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 594/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilə dair eskiz layihəsinin və İddiaçı1 və İddiaçı2 hər hansı borcun olmaması barədə maliyyə arayışının cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun İddiaçı1 aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-7800/2016 saylı qərardadı ilə "xxxx" MMC-nin cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “məzildən çıxarılma” tələbinə dair mülki iş üzrə barışıq sazişi təsdiq edilərək, icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, "xxxx" MMC 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad proyekti olan binadan 2 otaqlı mənzili təmirli vəziyyətdə X1 və İddiaçı2 mülkiyyətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 34 saylı yataqxananın hər birinin sahəsi 24.0 kv.m olan 4 və 6 saylı mənzillərin sökülməsi üçün Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürmüşlər. Barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldilməsi tərəflərə izah olunmuşdur. Həmin qərardad xx.xx.2018-ci il tarixdə icraya yönəldilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanılmış və müqavilənin predmeti üzrə tərəf olaraq sakin İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.metr ümumi sahəsi olan 4/6 saylı otağı akt əsasında (müqaviləyə əlavə 1) MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili "xxxx"in istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən MMC-nin hüquq və vəzifələri inşaat işlərinə başlanılan gündən 3 ay ərzində təmirli mənzili "xxxx"in istifadəsinə vermək, mənzilin sakinin istifadəsinə verilənə qədər aylıq kirayə haqqı ödəmək, "xxxx"in hüquq və vəzifələri isə bu müqavilə qüvvəyə mindikdən sonra mənzili və sənədsiz istifadəsində olan sahəni (əgər varsa) yubadılmadan ən geci 2 gün müddətində boşaldılıb MMC-yə təhvil vermək qeyd edilmişdir. Hazırda isə iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3 saylı mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq onlara verilməsi xahiş etmişlər. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-862/2021 saylı qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və bunun hüquqi nəticəsi olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacyev küçəsi 2439-məhəllə, ev 40A, mənzil 3. Yeni qaydalarla: AZ 1060, ünvan 4 ünvanında tikilmiş mənzilə dair X5 29 dekabr 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədə göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı2 Şaqenovna və İddiaçı1 arasında müqavilə bağlanmış, müqavilənin 5.2-ci bəndində “müqavilə imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya istinad hüquqlarını itirdikləri" vurğulanaraq “Müqavilənin Predmeti” başlıqlı bəndə əsasən ilkin iddiaçılar istifadələrindəki mənzilləri MMC-yə təhvil verməyi (mad 1.1), MMC isə bunun əvəzində evin sökülməsindən sonra onun yerində inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi (mad 1.2) öhdələrinə götürmüşlər. Məmmədovlar mübahisəli mənzildə şirkət tərəfindən edilmiş təmirdən əlavə müəyyən qədər təmir işləri apararaq faktiki olaraq həmin mənzildə yaşayırlar. Bundan başqa, ünvan 7 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzilin alqı-satqısına dair 12 yanvar 2019-cu il tarixdə "xxxx" MMC ilə X6 arasında alqı-satqı müqaviləsi bağlanmışdır və qeyd olunan mənzil X3 mülkiyyətinə verilməklə, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, Daşınmaz əmlakın dövlət reyestrində 3299 nömrəli reyst kitabının 308448 nömrəli vərəqində qeydiyyata alınmışdır. Kollegiyanın mövqeyinə görə, İddiaçı1 və İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında 03 yanvar 2017-ci il tarixində müqavilə bağlandığından və həmin müqaviləyə xitam verilmədiyi müddət ərzində eyni mənzilin alqı-satqısı ilə bağlı X6 arasında 29 dekabr 2019-cu il tarixli müqavilə bağlana bilməzdi və bunun nəticəsi olaraq mənzilin E.Mustafayevin mülkiyyətinə verilməsi və bununla bağlı verilmiş çıxarış əsassızdır. xx.xx.2017-ci il tarixli müqavilənin 5.2-ci bəndində əsasən tərəflər arasında bağlamış xx.xx.2016-cı il tarixli barışıq sazişi xx.xx.2017-ci il tarixli müqavilə bağlandığı andan qüvvədən düşmüş hesab olunur. Məhkəmə kollegiyası qarşılıqlı iddia ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2017-ci il tarixli müqavilə kirayə müqaviləsi yox, alqısatqı müqaviləsidir və həmin müqavilənin etibarsız hesab olunması və ya ləğvi üçün əsaslar mövcud olmadığından iddia əsassdır. Belə ki, tərəflər arasında bağlanmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən "xxxx" MMC 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad proyekti olan binadan 2 otaqlı mənzili təmirli vəziyyətdə X1 və İddiaçı2 mülkiyyətlərinə verməyi öhdələrinə götürmüşlər. Daha sonra tərəflər arasında xx.xx.2017ci il tarixli müqavilə bağlanmış və barışıq sazişi öz qüvvəsinə ititmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanılmış və müqavilənin predmeti üzrə tərəf olaraq sakin İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.metr ümumi sahəsi olan 4/6 saylı otağı akt əsasında (müqaviləyə əlavə 1) MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili "xxxx"in istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İddiaçılar hazırda Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilində yaşayırlar. Məhkəmə hesab etmişdir ki, hazırda həmin mənzilə dair iddiaçıların hər hansı borcun olmaması barədə arayışın, habelə mənzilin eskiz layihəsinin cəmiyyət tərəfindən onlara verilməsi üçün hər hansı bir maneə yoxdur. Məhkəmə öz mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139-1.1.3, 139-1.1.6, 152.1, 152.2, 142.3, 152.4, 152.5, 152.6, 178.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77, 82.1, 82.3, 82.4, 106.3, 107, 119.1, 191, 217.3, 218.3, 220.4-cü maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə, “X7rşı” iş üzrə, “Axverdiyev Azərbaycana qarşı” işi üzrə Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-594/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onlara məxsus Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3 saylı mənzilin eskiz layihəsinin və borcun olmaması barədə maliyyə arayışının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-594/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilə dair eskiz layihəsi və İddiaçı1 və İddiaçı2 hər hansı borcun olmaması barədə maliyyə arayışı cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi və məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun İddiaçı1 aid edilməsi qət edilmişdir. Aşağıdakılara görə məkəmə qətnaməsi əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədə iddia tələbi ilə bağlı qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-862/2021 saylı qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və bunun hüquqi nəticəsi olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacyev küçəsi 2439-məhəllə, ev 40A, mənzil 3. Yeni qaydalarla: AZ 1060, ünvan 4 ünvanında tikilmiş mənzilə dair X5 29 dekabr 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədə göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı2 Şaqenovna və İddiaçı1 arasında müqavilə bağlanmış, müqavilənin 5.2-ci bəndində “müqavilə imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya istinad hüquqlarını itirdikləri" vurğulanaraq “Müqavilənin Predmeti” başlıqlı bəndə əsasən ilkin iddiaçılar istifadələrindəki mənzilləri MMC-yə təhvil verməyi (mad 1.1), MMC isə bunun əvəzində evin sökülməsindən sonra onun yerində inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi (mad 1.2) öhdələrinə götürmüşlər. Kollegiyanın mövqeyinə görə, İddiaçı1 və İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında 03 yanvar 2017-ci il tarixində müqavilə bağlandığından və həmin müqaviləyə xitam verilmədiyi müddət ərzində eyni mənzilin alqı-satqısı ilə bağlı X6 arasında 29 dekabr 2019-cu il tarixli müqavilə bağlana bilməzdi və bunun nəticəsi olaraq mənzilin E.Mustafayevin mülkiyyətinə verilməsi və bununla bağlı verilmiş çıxarış əsassızdır. Qanuni qüvvəyə minən bu məhkəmə qətnaməsinin yuxarıda qeyd olunan müddəalarına istinad edərək birinci instansiya məhkəməsi “hesab edir ki, hazırda həmin mənzilə dair iddiaçıların hər hansı borcun olmaması barədə arayışın, habelə mənzilin eskiz layihəsinin cəmiyyət tərəfindən onlara verilməsi üçün hər hansı bir maneə yoxdur”. Məhkəmə qətnaməsinin məzmunundan aydın olmur ki, istinad olunan məhkəmə aktına əsasən iddiaçılar bu iş üzrə hansı xüsusatların sübutetmə yükündən azad olunublar. İddia tələbində göstərilir ki, xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzil iddiaçıların mülkiyyətinə verilib. İddia ərizəsində qeyd olunan bu məlumat iddiaçıların özləri tərəfindən məhkəməyə təqdim olunan müqavilə ilə təkzib olunur. Tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli həmin müqavilənin predmeti üzrə tərəf olaraq sakin İddiaçı2 və İddiaçı1 ünvan 8 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.metr ümumi sahəsi olan 4 və 6 saylı otaqları akt əsasında (müqaviləyə əlavə 1) MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili "xxxx"in istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində guya iddiaçıları sübutermə yükündən azad etmə funksiyasını daşıyan qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-862/2021 saylı qətnaməsində də mənzilin iddiaçıların məhz itifadəsinə verilməsi qeyd olunub. Mənzilin iddiaçıların istifadəsində olduğu halda, həmin mənzilin başqa şəxsə satılması qeyd olunan məhkəmə qətnaməsi ilə qanunsuz sayılıb ki, işin bu halı iddiaçıları sözügedən mənzilin iddia tələbində qeyd olunduğu kimi onların mülkiyyətində olduğunu sübuetmə yükündən azad etmir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, qüvvədə olan heç bir məhkəmə qətnaməsi ilə iddiaçıların mübahisəli mənzilə mülkiyyət hüququ tanınmayıb. Məhkəmə iddianı təmin edərkən heç bir mötəbər sübuta istinad etməmiş və qətnaməni əsaslandırmamışdır. İddia tərəfi borcu olmadığı barədə arayışı və eskiz layihəsini məhz mənzilə mülkiyyət hüququ əldə etmək üçün tələb edir. İddiaçı tərəfindən mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, “iddiaçılar Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilə öz mülkiyyəti kimi faktiki sahiblik edərək istifadə etmiş və onlar həmin mənzili mülkiyyət hüququ üzrə əldə etmək üçün “qanuni gözlənti”yə malik olmuşlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hər hansı borcun olmaması arayışı və həmin mənzilin eskiz layihəsini cavabdehdən almaq hüququ vardır.” Bununla əlaqədar qeyd olunmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib verməməsi müəyyən olunmalıdır. İddiaçıların yaşadığı binada bir çox sakinlər qanunvericiliyin tələbinə uyğun surətdə yaşadığı mənzillərin dövlət qeydiyyatına alınmadan həmin mənzillərdə yaşamaqda davam edirlər və onların yaşadıqları mənzilə mülkiyyət hüququnu rəsmiləşdirəcəkləri barədə qanuni gözləntiləri mövcuddur. Çünki, "xxxx" MMC ilə onların arasında bağlanan mənzilin alqı-satqı müqaviləsinə əsasən onlar müvafiq ödəniş etməklə mənzilə mülkiyyət hüququ əldə ediblər. Eyni zamanda, həmin sakinlərlə bağlanan müqavilədə "xxxx" MMC mənzilin alıcının mülkiyyətinə verilməsi öhdəliyini götürdüyü üçün həmin sakinlərə borcun olmadığı barədə arayışın və eskiz layıhəsini verir ki, sakinlər aldığı mənzilə mülkiyyət hüququnu reallaşdıra bilsinlər. Bu halda, mənzilə mülkiyyət hüququnu rəsmiləşdirməyən sakinin də mülkiyyət hüququnu gələcəkdə rəsmiləşdirə biləcəyinə dair qanuni gözləntisi mövcud olur. Lakin iddiaçılarla bağlı situasiya fərqlidir. Onlar yaşadıqları mənzilə görə pul ödəməyiblər. Əvvəl yaşadıqları qəzalı vəziyyətdə olan yataqxanadakı otağa mülkiyyət hüquqları mövcud olmayıb. "xxxx" MMC ilə bağlanan müqavilədə mənzilin iddiaçıların mülkiyyətinə veriləcəyi ilə bağlı hər hansı öhdəlik yoxdur. Bu halda, iddiaçıların mübahisəli mənzilə dair qanuni gözləntilərinin olduğu ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrinin hər hansı hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi üçün hər hansı maneə olmadığı qənaətinə gəlsə də, konkret hansı maddi hüquq normasının iddia tələbinin qanuni əsası kimi çıxış edə bilməsinin mümkünlüyü barədə qətnamədə heç bir arqument göstərməmişdir. Çünki, iddia tələbinin faktiki əsasının (faktiki halların) hansısa maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşması müəyyən edilmir. Məhəmənin qənaətinə görə, “Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsindən sonra cəmiyyətin iddiaçılarla xx.xx.2017-ci il tarixli müqaviləni bağlaması ilə cəmiyyət iddiaçıların əmlakın mülkiyyətçisi kimi əmlakdan istifadə və sahiblik etdiyini qəbul etmişdir”. Bu halda, əmlakdan istifadə edən hər hansı şəxsin eyni hüquqla yeni tikilən mənzilə köçürülməsi barədə müqavilə bağlanması heç bir halda həmin şəxsin sökülən mənzilin mülkiyyətçisi kimi qəbul edilməsi kimi qəbul edilə bilməz. Başqa sözlə, qətnamədə qeyd edilən həmin mülahizə hansısa maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmayan və bu səbəbdən hüquqi əsası olmayan subyektiv mülahizədən başqa bir şey deyil. Məhkəmə qətnaməsində qeyd olunur ki, “hazırkı vaxta kimi iddiaçılar həmin mənzildən istifadə və sahiblik edirlər” və bu əsasla iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. İddiaçıların tutaq ki, 8 il ərzində mənzildən istifadə etməsi iddianın əsaslı olmasına dəlalət etmir və daşınmaz əmlak üzərində avtomatik olaraq mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz. İnsan hüqüqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüqüquna malikdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəallarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli (5 № li) qərarına əsasən 15 aprel 2002-ci il tarixdən Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiya edərək onun yuridiksiyasına daxil olmuşdur. Odur ki, məhkəmələr işə baxarkən Avropa Məhkəməsinin presidentlərini tətbiq etməlidir. Ədalətli araşdırma hüququ məhkəmə araşdırmasının bir çox aspektlərini, o cümlədən məhkəmə qərarlarının əsaslandırılmasını özündə ehtiva edir. Van de Hurk Niderlanda qarşı (19 aprel, 1994) işdə məhkəmə bildirmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxartdıqları qərarı əsaslandırmalıdırlar. Həmçinin, həmin qərarda bildirilir ki, təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədə onlar tərəfindən təqdim olunan arqumentlərin heç birinə əsaslandırılmış cavab verilməyib. Birinci instansiya məhkəməsi işin halları ilə bağlı cavabdeh tərəfinin arqumentlərinə heç bir qiymət verilmədən yalnız iddiaçıların subyektiv mülahizələri və izahatları əsasında qətnamə qəbul edib. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayıb, iddia ərizəsinin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada məlumat verilmiş, lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29.Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-7800/2016 saylı qərardadı ilə "xxxx" MMCnin cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “məzildən çıxarılma” tələbinə dair mülki iş üzrə barışıq sazişi təsdiq edilərək, icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən, "xxxx" MMC 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad proyekti olan binadan 2 otaqlı mənzili təmirli vəziyyətdə X1 və İddiaçı2 mülkiyyətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 34 saylı yataqxananın hər birinin sahəsi 24.0 kv.m olan 4 və 6 saylı mənzillərin sökülməsi üçün Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürmüşlər. Barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldilməsi tərəflərə izah olunmuşdur. Daha sonra tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanılmış və müqavilənin predmeti üzrə tərəf olaraq sakin İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.metr ümumi sahəsi olan 4/6 saylı otağı akt əsasında (müqaviləyə əlavə 1) MMC-yə təhvil verməyi, MMC isə həmin mənzilin əvəzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili "xxxx"in istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən MMC-nin hüquq və vəzifələri inşaat işlərinə başlanılan gündən 3 ay ərzində təmirli mənzili "xxxx"in istifadəsinə vermək, mənzilin sakinin istifadəsinə verilənə qədər aylıq kirayə haqqı ödəmək, "xxxx"in hüquq və vəzifələri isə bu müqavilə qüvvəyə mindikdən sonra mənzili və sənədsiz istifadəsində olan sahəni (əgər varsa) yubadılmadan ən geci 2 gün müddətində boşaldılıb MMC-yə təhvil vermək qeyd edilmişdir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, "xxxx" MMC tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində olan 3 saylı mənzilə İddiaçı1 və İddiaçı2 istifadə hüquqularına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2599/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbləri təmin edilməmişdir. Qeyd edilən qətnamə ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-in vətəndaşlarla bağladığı müqavilələrin mahiyyətindən görünür ki, bu müqavilələr üzrə mənzillər vətəndaşların müvəqqəti istifadəsinə deyil, onlara məxsus sökülmüş mənzillərin əvəzinə yeni mənzillər verilməsi nəzərdə tutulmuşdur. Ona görə də "xxxx" MMC-in müqavilənin ləğv edilməsi, İddiaçı1 və İddiaçı2 ünvan 5 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində olan 3 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbləri əsassızdır. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Mülki Məcəllənin 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilənin ən çox istifadə olunan növlərindən biri olan podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 752.1-ci maddəsi). Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı). Hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcuddur. Cavabdeh inşa etdiyi binada yerləşən mənzili iddiaçıların istifadəsinə dəyəri ödənilmədən verdiyini qeyd etsə də, tədqiq olunan sübutlardan, tərəflər arasında bağlanan müqavilənin şərtlərindən aydın müəyyən olunur ki, dövlət mülkiyyətində olan, "xxxx" MMC-yə çoxmərtəbəli yaşayış binalarının inşası üçün ayrılmaqla ona icarəyə verilən torpaq sahəsində yerləşən, dövlətin mülkiyyətində olan iddiaçıların da, yaşadıqları müqaviləyə əsasən, cavabdehə təhvil verilən mənzillərin yerləşdiyi binanın sökülməsi nəticəsində MMC inşa etdiyi Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında yerləşən 1 saylı yaşayış binasının 3 saylı mənzilini iddiaçılara təmirli vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanan podrat müqaviləsinə əsasən, iddiaçıların yaşadıqları mənzillərə aid hər hansı bir hüquqları deyil, mənzillərin özləri cavabdehə təhvil verilmiş, cavabdeh həmin mənzilləri də söküb yerində çoxmənzilli bina inşa etmişdir. Əbəs yerə deyil ki, cavabdeh iddia tələblərinə qarşı etirazında iddiaçılar tərəfindən mənzilə görə MMC-yə hər hansı bir vəsaitin ödənilmədiyini bildirsə də, iddiaçıların mənzilə görə "xxxx" MMC-yə borclarının olması, bu borcun məbləği barədə hər hansı bir dəlilini, sübutunu birinci instansiya məhkəməsinə və apellyasiya instasiyası məhkəməsinə təqdim etməmiş, 2017-ci ildə bağlanan müqaviləyə əsasən, iddiaçıların cavabdehə mənzilə görə hər hansı bir vəsaiti ödəmək öhdəlikləri olduğu halda hansı səbəbdən bugünədək iddiaçılara qarşı belə tələbin irəli sürülməməsini apellyasiya şikayətində qeyd etməmişdir. Kollegiya qeyd edir ki, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata istifadə deyil, mülkiyyət hüququnu sifarişçiyə vermək podratçının vəzifəsidir. Bu vəzifənin tam icra edilmiş hesab edilməsi üçün podratçı bütün zəruri hərəkətləri etməlidir, yəni hazırkı mübahisədə iddiaçıların dəyəri (cavabdehə təhvil verilmiş mənzillərlə) tam ödənilən mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün qanunla tələb olunan bütün sənədləri də, şifarişçilərə cavabdeh podratçı olaraq təqdim etməlidir. İddiaçıların əvvəl yaşadıqları mənzillərə faktiki olaraq hüquqlarının olubolmamasının və ya istifadə etmək hüquqlarının olmasının isə cavabdehə aidiyyatı yoxdur. Çünki, həmin münasibətlər iddiaçılarla dövlət arasında olan münasibətlər olmuş, cavabdehə isə dövlət mülkiyyətində olan mənzillər təhvil verilmişdir. Kollegiya qeyd edir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (MM-in 560.1.-560.2.-ci mad.) Mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin hərəkətləri bağladığı müqaviləyə əsasən, əldə etdyi hüquqların ziddinə həyata keçirilən davranış olduğundan, mülki hüquqlardan başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməz olduğundan, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsız olduğundan, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməklə düzgün hüquqi nəticəyə gəldiyindən, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilmədiyindən, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-594/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar