Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3683/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X* ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(0*0)-2729/2024 saylı qərardadından iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılması” tələbinə dair ərizə ilə müraciət edərək, Fövqaladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli, 2 otaqlı xidməti mənzildən Cavabdeh çıxarılması və həmin mənzildən çıxarılan günədək mənzil üzrə kommunal xidmətlərə görə haqqın Cavabdeh tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(0*0)-2729/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(0*0)-2729/2024 saylı qərardadından verilmiş şikayəti həmin məhkəməninin 08 may 2024-cü il tarixli qərardadlı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 26 aprel 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə Cavabdeh Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilmiş və Nazirliyin sifarişi əsasında inşa edilmiş və Nazirliyin balansına götürülmüş Bakı şəhəri Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli, 2 otaqlı xidməti mənzildən çıxarılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Fövqəladə Hallar Nazirliyinin Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2729/2024 nömrəli iş üzrə 03 may 2024-cü il tarixli Qərardadı əsassızdır və ləğv edilməlidir. İşlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün inşa edilmiş xidməti bina Bakı şəhəri Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşir. Mülki Prosessual Məcəlləsinin 39.*-ci maddəsinə əsasən daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Eyni zamanda bildirirlər ki, Cavabdeh Nazirliyin 9 fevral 20*7-ci il tarixli *8/0*-002 nömrəli Qərarı əsasında Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Cavabdehin rəsmi qeydə alınmış olduğu yerin Qəbələ rayonu olmasına baxmayaraq, Cavabdeh 9 fevral 20*7-ci il tarixdən etibarən halhazırki müddətədək sözügedən mənzildə qeydiyyatsız olaraq yaşamaqdadır. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin Qərardadında tərəflər arasında "podrat kirayə müqaviləsi” münasibətlərinin olduğunu bildirməsi anlaşılan deyildir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin (müstəsna aidiyyət) müddəaları tətbiq edilməli və Fövqəladə Hallar Nazirliyinin 26 aprel 2024-cü il tarixli yaşayış sahəsindən çıxarılmağa dair iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına götürülməlidir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(0*0)- 2729/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.*-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.*-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin vəyaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə Cavabdeh Qəbələ rayonunda qeydiyyatda olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etməklə ərazi aidiyyat qaydalarını pozmuşdur. İddia ərizəsindən göründüyü kimi iddiaçının cavabdehin yaşayış sahəsindən çıxarılması üzrə iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin *4.*0.2022-ci il tarixli, *633/Ş saylı əmri ilə Nazirliyin Katibliyinin Təşkilat şöbəsinin baş zabiti kapitan Cavabdeh xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası birinci instaniysa məhkəməsinin mövqeyi il razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olmaqla, qanunverici bu cür iddialar üçün müsətsna aiddiyyat qaydaları müəyyən etmişdir. (MPM 39.*) Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.*, 35.3 və 39.*-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.06.202*-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 35.*-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. -Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). -Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. -Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.*-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. -Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. -Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(0*0)-2729/2024 saylı qərardadıləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrəBakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(0*0)- 2729/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3683/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3683/2024
03.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver