Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3685/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil və Cavabdeh2 Nəsrulla oğlunun iştirakları ilə, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 Nəsrulla oğluna qarşı “özbaşına tikilmiş tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Nəsrulla oğlunun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi, mülkiyyətdən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-241/2020 saylı mülki işi üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən və birləşdirilmiş icraat üzrə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 Nəsrulla oğluna və DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-795/2021 saylı mülki işi üzrə 23.02.2021-ci il tarixli qətnaməsindən hər iki iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh olmayan şəxs olduğunu nəzərə alaraq, əsl cavabdehin Cavabdeh2 Nəsrulla oğlu ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh2 Nəsrulla oğlu "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən istifadəsinə "xxxx" ASC tərəfindən yaradılan maneənin aradan qaldırılması və cavabdeh tərəfindən torpaq sahəsinə qanunsuz açılmış qapının cavabdehin hesabına bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmsinin icraatı zamanı təqdim edilmiş sübutlardan müəyyən edilmişdir ki: 737 saylı, 15.09.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin 39 ünvanda yerləşən Bakı Toxuculuq-Qalanteriya fabrikinin bazasında "Bakı Toxuculuq-Qalanteriya” açıq tipli səhmdar cəmiyyəti yaradılmış, "Bakı Toxuculuq- Qalanteriya” Səhmdar cəmiyyətinin Nizamnaməsi və Özəlləşdirmə planı (Emissiya prospekti) təsdiq edilmişdir; 24.10.2018-ci il tarixli aktla cəmiyyətlə qonşuludqa yerləşən Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi 39 ünvandakı fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 və onun nümayəndəsi Rafiq adlı şəxs Cəmiyyətin texniki pasportunda “S”, “T” və “U” literi ilə işarələnmiş tikililərinin qarşısından hasar çəkərək qəza çıxışı olan yolu zəbt etmiş və öz həyətinə qatmışdır. Cavabdeh1 nümayəndəsi Rafiq adlı şəxsdən tikinti və zəbt işlərinin aparılmasının dayandırılması tələb edilsə də, o işlərin dayandırılmasından imtina etdi. İnşaat işlərinin aparılmasına icazə sənədinin və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi (göstərilməsi) tələləb edilsə də, heç bir sənəd təqdim edilməsi.; Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 004360 saylı, 23 oktyabr 2007-ci il tarixli Texniki Pasportla ünvan 5 ünvandakı qeyri-yaşayış sahəsi "Bakı Toxuculuq Qalantereya” ASC-nin balansındadır. Cəmiyyətin tikinti altı sahəsi 13726.5 kv.m, ümumi sahəsi 14391.15 kv.m, əsas sahəsi 11425.9 kv.m, köməkçi sahəsi isə 2965.6 kv.m təşkil edir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin 26.10.2018-ci il tarixli məktubununda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin koordinatları müəyyənləşdirilərək göstərilmişdir. ünvan 1 ünvandakı 0.1133 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. ünvan 1 ünvandakı 0.1133 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29.04.2019-cu il tarixli mütəxəsssiz rəyindən görünür ki, mütəxəssis rəyinin verilməsi üçün mübahisələndirilən ərazinin koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Cavabdeh2 Nəsrulla oğlunun faktiki istifadəsində olan torpaq sahəsi, bu torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Cavabdeh2 Nəsrulla oğlunun adına olan reyestr nömrəsi **********90 çıxarış və plan-ölçü sənədinin koordinatları üst-üstə düşür (eynidir). Cavabdeh2 Nəsrulla oğlunun mülkiyyətində olan bu həyətyanı sahədə yaşayış evi və köməkçi tikililər mövcuddur. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron kadastr bazasında araşdırıldı. "Bakı Toxuculuq Qalantereya” ASC- nin istifadəsinə ayrılmış torpaq sahəsinin elektron bazada məlumatı olmadığı üçün üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh2 Nəsrulla oğlunun mülkiyyətində olan baxış keçirilmiş həyətyanı sahəsində yaşayış evi mövcuddur. Cavabdeh2 Nəsrulla oğlu tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən kənarda onun tikililəri olması aşkar edilmədi. Cavabdeh2 Nəsrulla oğlu tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən kənarda ölçü işləri aparılmadı. Cavabdeh2 Nəsrulla oğlunun mülkiyyətində olan torpaq sahəsinə (sxemdə göründüyü kimi) bir giriş qapısı mövcuddur. Araşdırmanın texniki pasporta əsasən aparılması tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aiddir.30.07.2020-ci il tarixli tikinti texniki ekspertizanın rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********79 saylı mütəxəssis rəyinə əsasən, ‘Bakı Toxuculuq Qalantereya” ASC-nin istifadəsinə ayrılmış torpaq sahəsinin elektron bazada məlumat olmadığı üçün üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Bakı Toxuculuq Qalantereya” ASC-nin istifadəsinə ayrılmış torpaq sahəsindən kənarda Cavabdeh2 Nəsrulla oğlunun mülkiyyətində olan həyətyanı sahəsində yaşayış evi inşa edilmişdir. Cavabdeh2 Nəsrulla oğlu tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən kənarda onun tikililəri olması müəyyən olunmadı. Cavabdeh2 Nəsrulla oğlu tərəfindən inşa olunmuş tikili mülkiyyətində olan torpaq sahəsində inşa edildiyini nəzərə alaraq, həmin tikili “Bakı Toxuculuq Qalantereya" ASC-nin istifadəsində olan sahədən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən olunur. Mütəxəssis rəyinə və mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən, İbadov Nəsrulla oğlunun mülkiyyətində olan torpaq sahəsindən küçəyə bir giriş qapısı olduğunu nəzərə alaraq, "xxxx" ASC tərəfindən İbadov Nəsrulla oğlunun mülkiyyətində olan torpaq sahəsinə texniki pasportda nəzərdə tutulmayan qapı açılmışdır. Bu səbəbdən də, qərardadın altıncı sualı üzrə tədqiqat aparılmadı (l cild. səh.7, 6, 9,52, 53,54, 74, 117, ll cild.səh.1) . Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-241/2020 saylı mülki işi üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə “Bakı Toxuculuq Qalantereya" ASC-nin Cavabdeh2 Nəsrulla oğluna qarşı özbaşına tikilmiş tikilinin sökülməsinə və zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair ilkin iddia ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun ilkin iddia tələbi üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh2 Nəsrulla oğlunun mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən torpaq sahəsindən istifadə edilməsinə qarşılıqlı iddia tələbi üzrə cavabdeh “Bakı Toxuculuq Qalantereya" ASC tərəfindən yaradılan maneələr aradan qaldırılması və torpaq sahəsinə qanunsuz açılmış qapının “Bakı Toxuculuq Qalantereya" ASC-nin hesabına bağlanması, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun "xxxx" ASC-dən alınaraq Cavabdeh2 Nəsrulla oğluna ödənilməsi, ekspertiza xərci olan 100 manat pulun “Bakı Toxuculuq Qalantereya" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 130.05 manat pulun "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.2, 158.2; Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası MPM-nin 14.2, 119.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Toxuculuq Qalantereya” ASC-nin istifadəsinə ayrılmış torpaq sahəsindən kənarda Cavabdeh2 Nəsrulla oğlunun mülkiyyətində olan həyətyanı sahəsində yaşayış evi inşa edilmişdir. Cavabdeh2 Nəsrulla oğlu tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən kənarda onun tikililəri olması müəyyən olunmamışdır. Cavabdeh2 Nəsrulla oğlu tərəfindən inşa olunmuş tikili mülkiyyətində olan torpaq sahəsində inşa edildiyini nəzərə alaraq, həmin tikili "Bakı Toxuculuq Qalantereya” ASC-nin istifadəsində olan sahədən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən olunur. Mütəxəssis rəyinə və mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən, Cavabdeh2 Nəsrulla oğlunun mülkiyyətində olan torpaq sahəsindən küçəyə bir giriş qapısı mövcud olduğunu nəzərə alaraq "Bakı Toxuculuq Qalantereya” ASC tərəfindən Cavabdeh2 Nəsrulla oğlunun mülkiyyətində olan torpaq sahəsinə texniki pasportda nəzərdə tutulmayan qapı açılmışdır. İlkin iddia tələbi üzrə iddiaçı Bakı Toxuculuq Qalantereya” ASC mübahisələndirilən hasarın ona məxsus texniki pasportda "abadlıq sahəsi” kimi göstərilən uzunluğu 77,10 metr və eni 6,0 metr olan torpaq sahəsində inşa edilməsini qeyd etsə də, qeyd olunan torpaq sahəsi mülkiyyət hüququ ilə ilkin iddia tələbi üzrə iddiaçı Bakı Toxuculuq Qalantereya” ASC-nin adına dövlət reyestrində qeydiyyata alınmamış, əksinə təyin olunmuş mütəxəssis və ekspertiza rəyləri ilə hasarın Cavabdeh2 Nəsrulla oğlunun adına olan reyestr nömrəsi **********90 çıxarış və plan-ölçü sənədinin koordinatları daxilində inşa edilməsi müəyyən edilmişdir. İlk iddia üzrə iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, ilk iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 6, 77.1, 88, 217, 384.0.2, 385.1.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 164.1, 164.2, 165.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki tam və hərtərəfli araşdırmamış, iş materiallarında olan qeyri-obyektiv verilmiş mütəxəssis və ekspert rəylərinə istinad edərək, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ilkin iddia üzrə Cavabdeh2 Nəsrulla oğlunun xeyrinə olan sübutlara istinad etmişdir. Amma qətnaməyə nəzər yetirilsə görərsiniz ki, məhkəmənin sorğusu əsasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlərdən görsənir ki, Cavabdeh2 Nəsrulla oğlu hazırda mülkiyyətində olan 0.1133 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh1qulu oğlundan almışdır. Lakin təqdim olunmuş sənədlərdən həmçinin görsənir ki, mübahisəli torpaq sahəsinin keçmiş mülkiyyətçisi Cavabdeh1qulu oğlunun atası X2 07.09.1956-cı il tarixli qərara əsasən cəmi 400 kv.m. torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh1qulu oğlunun mülkiyyətinə keçmişdir. Digər 0.0733 ha torpaq sahəsinin hansı qaydada onun mülkiyyətinə keçməsi barədə məlumat verilməmişdir. İşin bu kimi mühüm əhəmiyyət kəsb edən faktiki halına aydınlıq gətirmək üçün nümayəndəmiz və vəkilimiz tərəfindən məhkəmənin 14.09.2020-ci il tarixli iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nm Bakı Şəhər Ərazi İdarəsinə sorğu verilməsi üçün məhkəməyə vəsatət verilmişdir. Lakin məhkəmə heç bir əsas gətirmədən vəsatəti təmin etməmişdir. Bundan əlavə verilmiş mütəxəssis və ekspert rəylərində qeyd olunur ki, "xxxx" ASC-nin istifadəsinə ayrılmış torpaq sahəsinin elektron bazada məlumat olmadığı üçün üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin iş materiallarında "xxxx" ASC-nin 23.10.2007-ci il tarixli texniki pasportu mövcuddur və həmin texniki pasport keçmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdınlması Bürosu tərəfindən verilmişdir. Bundan əlavə məhkəmədə ekspertizanın keçirilməsi barədə vəsatət verilərkən tərəfimizdən ASC-yə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdınlması Bürosu tərəfindən verilmiş və iş materiallannda olan 23.10.2007-ci il tarixli ASC-nin texniki pasportunda göstərilən və qanuni istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh2 Nəsrulla oğlunun zəbt etdiyi torpaq sahəsinin üst-üstə düşübdüşmədiyini barədə ekspertiza qarşısında sual qoyulması xahiş olunsa da belə məhkəmə tərəfindən həmin sual qoyulmamışdır. Məhz bu səbəbdən tərəfimizdən məhkəmənin 14.09.2020-ci il tarixli iclasında vəsatət verilərək, əlavə ekspertizanın keçirilməsi xahiş olunmuşdur. Lakin məhkəmə bu vəsatəti də əsassız yerə təmin etməmişdir. ASC-nin texniki pasportuna nəzər yetirsək görərik ki, ilkin iddia üzrə cavabdehin zəbt etdiyi torpaq sahəsində ASC-nin qəza çıxışı vardır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-6056/2021 saylı işi üzrə 04.08.2021-ci il tarixli qərardadı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 Nəsrulla oğluna və DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-6056/2021 saylı mülki iş, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 Nəsrulla oğluna qarşı “özbaşına tikilmiş tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Nəsrulla oğlunun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi, mülkiyyətdən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair 2(103)-3685/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi və hər iki mülki işə 2(1030-3685/2021 saylı nömrənin verilməsi qərara alınmışdır. Birləşdirilmiş icraat üzrə: İddiaçı "Bakı Toxuculuq Qalantereya” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 02,06.2018-ci il tarixli, AN-İ ******* pylı alqı-satqı müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın etibarız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-795/2021 saylı mülki işi üzrə 23.02.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2, 14.2, 119.1, 124.2, 217.3, 217.4; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 339.1, 339.4, 362.2-ci maddələrinə isinadən qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, 43 ünvanında yerləşən torpaq sahəsinin alqı-satqısına dair 02.06.2018-ci il tarixli, AN-İ 1 ******* nömrəli müqavilənin etibarsızlığına dair iddia tələbini irəli sürərkən faktiki əsası kimi ona istinad edilmişdir ki, mübahisəli torpaq sahəsinin keçmiş mülkiyyətçisi Cavabdeh1 atası X2 07.09.1956-cı il tarixli qərara əsasən yalnız 400 kv.m torpaq sahəsinin ayrılmasına və eyni ölçüdə torpaq Cavabdeh1 mülkiyyətinə vərəsəlik qaydasında keçməsinə baxmayaraq, alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışda torpaq sahəsi 0.1133 ha kimi göstərilmişdir. Lakin iddiaçı məhkəməyə buna dair təsdiqedici sənədi təqdim və öz tələbinin əsası kimi istinad etdiyi bu xüsusatı sübut edə bilməmişdir. Əksinə, mülki iş materiallarının araşdırılması zamanı müəyyən olmuşdur ki, mübahisəli torpaq sahəsi (2018-ci ilə qədər mövcud olmuş üzərindəki tikili ilə birlikdə) hələ 1969-cu il tarixli çıxarışa əsasən üzərində hüquqları qeydə alınmış X4 vərəsəlik qaydasında Həsənov X1, sonuncuya isə həmin evə dair 1978-ci ildə çıxarış verilmişdir. 24.04.2018-ci il tarixdə cavabdeh ünvan 8 ünvanında yerləşən 43 saylı ev söküldüyündən yalnız boş torpaq sahəsinin sənədləşməsinə etiraz etməməsi barədə aidiyyəti quruma müraciət etmiş və daşınmaz əmlakın dövlət reyestrində 25.04.2018-ci il tarixdə həmin ünvandakı torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmçinin DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin 15.03.2019-cu il məktubundan görünür ki, 1968-ci il tarixli pasportda ünvan 9 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 1133,4 (yəni 0.1133,4 ha) kimi göstərilmişdir.Eyni zamanda məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin bildirilməsi zəruridir. Belə ki, işin məhkəmə iclasında araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1qulu oğlu öz həqiqi iradəsini ifadə edərək ona məxsus olan ünvan 9 ünvanda yerləşən 0.1133 ha torpaq sahəsini Cavabdeh2 satmış, işin məhkəmə iclasında araşdırılan hallarına, həmçinin İses iştriakçılarının izahatlarına əsasən həmin torpaq sahəsinin əldə edilmə və özkəninkiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün Azərbaycan Rspublikasının Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu jaydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı "xxxx" ASC ünvan 9 ünvanda yerləşən torpaq sahəsinin Cavabdeh1qulu oğlunun və sonradan Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının məzmununun torpaq sahəsinin ölçüsünə münasibətdə qeyri-dəqiqliyini sübuta yetirə bilməmişdir. Başqa sözlə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Məhkəmə tərəfindən sübutların tədqiqi zamanı iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hər hansı subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının ərizəsində də qeyd etdiyi kimi 23.10.2007ci il tarixli texniki pasporta əsasən onun faktiki istifadəsində 29092.2 kv.m torpaq sahəsi vardır. Mübahisə predmeti olan 1133 ha torpaq sahəsi digər şəxsin - Cavabdeh2 mülkiyyətində olduğu halda, həmin torpaq sahəsinin tərkib hissəsi olan 0.02 ha hissəsinin sonuncuya qanunsuz satıldığını, cavabdehin mülkiyyətində əslində cəmi 400 kv.m torpaq sahəsi olmalı olduğunu iddia edir. Lakin iddiaçı həmin 0.02 ha torpaq hissəsinin texniki pasportda göstərilmiş torpaq sahəsinin hüdudları daxilində olduğunu və onun üzərində cavabdehin mülkiyyətçi kimi hüquqlarının mövcudluğunun maraqlarına toxunduğunu sübuta yetirə bilməmişdir. Çünki işdə olan DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin 15.03.2019-cu il tarixli məktubundan aydın olur ki, ünvan 9 ünvanda yerləşən torpağa dair hələ 1968-ci il tarixdə verilmiş pasportda onun ölçüsünün 1133,4 kv.m (yəni 0.1133,4 ha) olması göstərilmişdir. Digər tərəfdən iddiaçı, cavabdehin daşınmaz əmlaka dair mübahisə olunan hüququ üzrə mövcud qeydiyyatın əsassız olduğunu sübut edə bilməmişdir. Halbuki əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1qulu oğlu ilə Cavabdeh2 arasında bağlanmış 02.06.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı- satqı müqaviləsi və müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarış etibarsız hesab edilə bilməz.Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur, ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(008)-795/2021 saylı qətnaməsinin tamamilə ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 6, 14.1, 77.1, 88, 384.0.2; Mülki Məcəllənin 152.2, 152.3, 164.1, 164.2, 165.1, 337.1, 337.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddia ərizəmizdə qeyd etdiyimiz kimi Cəmiyyətin səhmləri 100% özəlləşdirilmişdir. Texniki pasporta əsasən cəmiyyətin istifadəsində 29092.2 kv.m. torpaq sahəsi vardır. 23.10.2018-ci il tarixindən başlayaraq Cavabdeh2 tərəfindən texniki pasportda "S" və "T" tikililərinin qabağında olan və texniki pasportda "abadlıq sahəsi" kimi göstərilən uzunluğu 77,10 və eni 6,00 metr olan torpaq sahəsində daş hasar çəkməyə başlamış, Cəmiyyətin ehtiyyat çıxış yolunu (qəza çıxışı) bağlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 0,1133 ha. torpaq sahəsinə ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmənin Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-mn Bakı Ərazi İdarəsinə göndərdiyi sorğuya cavab olaraq həmin torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə verilməsinə əsas olmuş ilkin sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərə nəzər saldıqda məlum olur ki, Cavabdeh2 həmin torpaq sahəsini 02.06.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satın almışdır. Lakin təqdim olunmuş sənədlərdən həmçinin görsənir ki, mübahisəli torpaq sahəsinin keçmiş mülkiyyətçisi Cavabdeh1qulu oğlunun atası X2 07.09.1956-cı il tarixli qərara əsasən yalnız 400 kv.m. torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh1qulu oğlunun mülkiyyətinə keçmişdir. Qeyd etmək istəyirik ki, həmin 0.1133 ha torpaq sahəsinin 200 kv. metrdən artıq hissəsi "xxxx" ASC-nin texniki pasportunda abadlıq sahəsi kimi göstərilən ərazisi ilə üst-üstə düşür və qanunsuz olaraq Cavabdeh2 satılmışdır. Belə olan halda birinci instansiya məhkəməsinə ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilmişdir. Lakin məhkəmə heç bir əsas gətirmədən vəsatətimizi rədd etmişdir. Məhkəmə qətnaməsində iddiaçı tərəfin öz iddia tələbinin sübut edə bilmədiyini qeyd etmişdir. Lakin texniki pasporta nəzər yetirdikdə açıq-aşkar görsənir ki, uzun illərdir Cəmiyyətin istifadəsində olan torpaq sahəsinin mübahisə olunan hissəsində qəza çıxış qapısı var idi. Bundan əlavə yuxarıda qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin məktubundan da görsənir ki, mübahisəli torpaq sahəsinin keçmiş mülkiyyətçisi Cavabdeh1qulu oğlunun atası X2 07.09.1956-cı il tarixli qərara əsasən yalnız 400 kv.m. torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh1qulu oğlunun mülkiyyətinə keçmişdir. Digər 0,0733 ha. hissənin hansı qaydada Cavabdeh1qulu oğlunun mülkiyyətinə keçməsi barədə məlumat yoxdur. Məhz bu səbəbdən digər 0,0733 ha. hissənin hansı qaydada Cavabdeh1qulu oğlunun mülkiyyətinə keçinəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinə sorğunun erilməsi ilə bağlı tərəfindən 1-ci instansiya məhkəməsinə vəsatət verilmişdir. Lakin nəhkəmə bu vəsatəti də əsassız olaraq təmin etməmişdir. İddiaçının istifadəsində plan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşübdüşmədiyini yalnız ekspertiza və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinə sorğunun verilməsi ilə müəyyən etmək olardı. Məhkəmə isə bilərəkdən bu prosessual hərəkətləri etməmişdir.Bununla da məhkəmə qeyri-obyektiv araşdırma apararaq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə məhkəməyə şifahi vəsatət verilərək Cavabdeh1qulu oğlunu cavabdeh qismində cəlb olunması xahiş olunmuşdur. Məhkəmə vəsatətimizi təmin etməsinə baxmayaraq, qətnamədə sonuncunun arvadını müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərmişdir. Burada da məhkəmə kobud prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı "xxxx" ASCnin nümayəndəsi Vəkil təkrar ekspertiza keçirilməsinə dair vəsatəti təqdim edərək, birinci iş üzrə faktiki halların araşdırılmadığını, ekspert texniki pasporta torpaq sahələrinin üstüstə düşdüyünü ayınlaşdırıla biləcəyi halda bunu etmədiyini, 0.7 ha torpaq sahəsinin cavabdeh tərəfindən necə əldə etməsinin ekspert tərəfindən aydınlıq gətirilmədiyini, hər iki iş üzrə onlara məxsus torpaq sahəsinin zəbt olunması halını müdafiə etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Nəsrulla oğlu vəsatətin təmin edilməməsini xahiş etdiyini, əlavə araşdırmaya ehtiyac olmadığını, hər iki iş üzrə şikayətlərin əsassız olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 337-354, 560; Mülki Prosesual Məcəllənin 14.2, 53, 54,76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamələr maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Hər iki tələbin əsasını cavabdehə məxsus ünvanın sahəsinin qanunsuz olaraq 400 m2-dən 1133 m2-dək genişlənməsi və onun nəticəsində onların məxsus ərazinin bir hissəsinin zəbt edilməsi olmuş, lakin iş materiallarından görünür ki, hazırki vəziyyət əmlak Cavabdeh2 Nəsrulla oğluna satılan zaman artıq mövcud olmuş və ekspert (mütəxəssis) rəyi ilə Cavabdeh2 Nəsrulla oğluna məxsus ünvanın koordinatlarının düzgün olduğu təsdiq edilmişdir. Müqavilənin mübahisələndirilməsi üzrə isə yalnız sonuncu müqavilənin etibarsızlığı tələbdə əks edilmiş və bu müqavilə üzrə cavabdeh(lər)in mülki məsuliyyətini müəyyən edən sübutlar təqdim edilməmişdir. Əlavə cavabdehin cəlb edilməməsi üzrə qeyd edilməlidir ki, iddiaçı özü əlavə cavabdehin cəlb edilməsini istədikdə bunu yazılı formada ifadə etməli idi, lakin iş materiallarında belə müraciətin daxil olduğu müəyyən olunmamış, iddiaçı isə bunun şifahi bildirdiyini qeyd etmişdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402- 406-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Birləşdirilmiş icraat üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-241/2020 saylı mülki işi üzrə 07 oktyabr 2020-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-795/2021 saylı mülki işi üzrə 23.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3685/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3685/2021
20.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver