Məhkəmə qərarları › İş №2(103)-3687/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3687/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3687/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(003)-159/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 29 mart 2023-cü il tarixli tapşırıq müqaviləsinə əsasən vəkalət alan - Cavabdeh vəkalət verənin İddiaçı tapşırığına əsasən 15000 manat məbləğində pula 2015-2016-cı il buraxılışlı, ağ mirvari rəngli, Hyundai Elantra minik markalı avtomobili 6 ay müddətinə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirərək İddiaçı adına rəsmiləşməsi ilə bağlı işlərin görülməsini öhdəsinə golürür. Müqavilənin 2-ci maddəsinin tələblərinə əsasən vəkalət alan Cavabdeh və vəkalət verən İddiaçı qarşılıqlı razılığına əsasən bu müqavilə üzrə görülən işə görə ödəniləcək ümumi dəyər 15000 manat təşkil edir. X1 müqavilənin bağlandığı gün vəkalət verən Cavabdeh 15000 məbləğində pulu notariusun bankdan açılan deposit hesabı vasitəsilə ödəmişdir. Müqavilənin 3-cü maddəsinin şərtlərinə görə vəkalət atan avtomobilin 6 ay ərzində Azərbaycan Respublikasına gətirilərək İddiaçı adına rəsmiləşməsi ilə bağlı işlərin görülməsini öhdəsinə götürür. 6 ay ərzində gətirə bilmədikdə İddiaçı tərəfindən ona ödənilən 15000 manat məbləğində pulu vəkalət verən İddiaçı geri ödəməyi, 6 aydan çox müddətə gətirmədikdə isə İddiaçı tərəfindən ona ödənilən 15000 manat məbləğində pulun 2 mislini Vəkalət verən İddiaçı ödəməyi öhdəsinə götürür.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-123/2023 saylı 01 may 2023-cü il tarixli hökmünün sürətindən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmişdir. xx.xx.2023cü il tarixli orderin sürətindən görünür ki, İddiaçı Cavabdeh 787 saylı tapşırıq müqaviləsinin mədaxili olaraq 15000 manat vermişdir.

3. Qəbzlərin sürətindən görünür ki, Cavabdeh M-Pay, E-manat ödəniş terminalları və "xxxx" ASC vasitəsilə İddiaçı cəmi 11400 manat məbləğində pul ödəniş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandıırlmışdır ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmiş, iddiaçı avtomobillə təmin olunmamış və pul qaytarılmamışdır. Buna görə də ödənilmiş 15000 manat məbləğində pul vəsaitinin 2 misli cavabdehdən alınaraq ona ödənilməlidir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(003)- 159/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh 3600 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. Qətnamənin əsaslarına görə işin məhkəmədə baxılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında yazılı formada tapşırıq müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə 15000 manat pul vəsaiti təqdim edilmişdir. Müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş halda cavabdehin göstərilən məbləğin iki mislini qaytarması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində tapşırıq müqaviləsinə dair müddəalarda belə bir məsuliyyət forması, yəni müqavilə məbləğinin ikiqat qaytarılması, nəzərdə tutulmamışdır. Hətta tərəflərin qarşılıqlı razılığı ilə bu cür şərt müqavilədə öz əksini tapsa da, onun qanunvericiliyə uyğunluğu və mütənasibliyi şübhə altına alındıqda, bu məsələ məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə bu kontekstdə qeyd edir ki, müqavilənin həmin bəndi, yəni 6 aydan çox gecikmə halında ikiqat vəsaitin qaytarılması barədə müddəa mütənasib və hüquqi baxımdan əsaslı hesab edilə bilməz və bu şərt iddianın əsaslandırılması üçün hüquqi baza ola bilməz. Eyni zamanda, iş materiallarına əlavə edilmiş ödəniş sənədlərinin bank qəbzlərinin, kassa orderlərinin və digər yazılı sübutların təhlili nəticəsində müəyyən edilmişdir ki cavabdeh iddiaçıya ümumilikdə 11400 manat məbləğində pul vəsaiti geri qaytarmışdır. Bu fakt işdəki sənədlərlə təsdiq edilmişdir. Beləliklə, iddiaçının cavabdehə təqdim etdiyi 15000 manat vəsaitdən yalnız 3600 manat məbləğində borcun ödənilmədiyi müəyyən olunmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 442, 443, 777, 778, 779-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh məhkəmədə çıxış edərək bildirmişdir ki, borcun çox hissəsi onun tərəfindən ödənilmişdir. Ödənişlər e-manat, karta köçürmə və bankda hesaba köçürmə qaydasında icra edilmişdir. Lakin həmin ödənişlər onun tərəfindən olmamış, ona borcu olan başqa şəxs tərəfindən ödənilmişdir. Belə ki, Mehman Ağayev ona həmin ödənişləri özünün ödədiyini, lakin bankda olanda Şəhriyarın adından ödəniş etmiş kimi göstərdiyini etiraf etmişdir. Buna görə də o məhkəmədən bankda edilən ödənişlərə dair video görüntülərin götürülməsini istəmişdi. Lakin məhkəmə həmin vəsatəti təmin etmədi. Cavabdeh uzun illərdir avtomobil satışı ilə məşğul olmuşdur. Buna görə də o da ona qarşı inam yaranmışdır. Həmçinin Cavabdeh notarial təsdiqli müqavilə bağlamağı təklif edəndə ona inamım tam olmuş və buna görə də ödənişi əvvəlcədən tam şəkildə ona etdi. Cavabdeh müqaviləni imzaladığı zaman əgər avtomobili təhvil verməsə ödədiyim məbləğin iki qatını, yəni 30000 manatı mənə ödəyəcəyini özü qəbull etmiş, lakin məhkəmə bunu əsassız qəbul etmişdir. Nəticə olaraq bildirmək istəyir ki, Cavabdeh müqavilə öhdəliyini yerinə yetirməyərək avtomobili mənə təhvil verməmiş, həmçinin ona əvvəlcədən ödəmiş olduğum 15000 manat məbləği qaytarmamışdır. Qətnamədə Cavabdeh izahatında onu tanımadığını, müqavilədə yalnız zamin kimi iştirak etdiyini və avtomobil gətirilməsi üçün ödənilən 15000 manat məbləğin geri qaytarıldığını bildirməsi qeyd edilmiş, lakin həmin məbləğin tam qaytarıldığına dair heç bir sənəd təqdim edilməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh ona heç bir ödəniş etməmiş, buna dair heç bir sənəd təqdim etməmişdir. Ödənişlərin olduğunu qeyd etdiyi ödəniş tapşırıqları isə ona aid deyildir, Mehman Ağayevə aiddir. Belə ki, məhkəmə tərəfindən bankdan video görüntülər götürülərək ekspertiza təyin edilməmiş, Mehman Ağayev şahid qismində dindirilərək məsələyə aydınlıq gətirilməmişdir. Qeyd olunanları nəzərdən keçirdikdə aydın olur ki, Cavabdeh Mehman Ağayevlə qohumdur və onlar əvvəlcədən razılaşaraq belə bir addım atmışlar. Belə ki, Mehman Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqsirli bilindiyi üçün artıq bu məsələ ilə bağlı hər hansı narahatlığı olmadığından Cavabdeh mənə ödədiyi pulları sanki sonuncu ödəmiş kimi təqdim etməsini demişdir. Cavabdeh da məhkəmədə izahatında qaytarılmalı məbləği tam ödədiyini demiş, lakin məhkəmə ödəniş qəbzlərini əsas götürərək 11400 manat məbləğin ödənildiyinə qərar vermişdir. Lakin həmin ödənişlərin kim tərəfindən edildiyini ümumiyyətlə araşdırmamışdır. Nəticə olaraq qeyd etmək istəyir ki, Cavabdeh hazırki vaxta qədər ona heç bir ödəniş etməmişdir. Həmçinin bankda edilən ödənişlərin kim tərəfindən ödənildiyinin sübut edilməsi üçün götürülməsinin təmin edilməsini xahiş edirəm.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilməyən hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, Cavabdeh ona heç bir ödəniş etməmiş, buna dair heç bir sənəd təqdim etməmişdir. Ödənişlərin olduğunu qeyd etdiyi ödəniş tapşırıqları isə ona aid deyildir, Mehman Ağayevə aiddir. Cavabdeh da məhkəmədə izahatında qaytarılmalı məbləği tam ödədiyini demiş, lakin məhkəmə ödəniş qəbzlərini əsas götürərək 11400 manat məbləğin ödənildiyinə qərar vermişdir. Lakin həmin ödənişlərin kim tərəfindən edildiyini ümumiyyətlə araşdırmamışdır.

19. Qəbzlərdə qeyd olunan pul məbləğinin ona ödənilməsi iddiaçı tərəfindən mübahisələndirilmir, mübahisələndirilən hal bundan ibarətdir ki, cavabdeh Mehman Ağayevin ona olan borcunu ödəmişdir. Lakin bu xüsusat məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

20. Belə ki, qəbzlərdən pul vəsaitlərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi təsdiqini tapır.

21. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 1(101)-123/2023 nömrəli hökmünün məzmunundan görünür ki, İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı həmin cinayət işi üzrə X5 tərəfindən ona 15000 manat məbləğində zərər vurulması ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı davam edən zaman zərərçəkmiş şəxs İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək X5 tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Yəni, hökmün tarixi də onu təsdiq edir ki, hazırkı mübahisənin predmeti olan müqavilə bağlandıqdan ən geci 33 gün sonra – 01 may 2023-cü il tarixdə X5 tərəfindən İddiaçı vurulmuş zərər tam ödənilmişdir. Ödəniş qəbzlərinin tarixlərindən isə görünür ki, cavabdeh tərəfindən ilk dəfə ödəniş 2023-cü ilin sentyabr ayında aparılmışdır. Buna görə də ödənişlərin X5 tərəfindən qaytarılmalı olan məbləğ kimi qiymətləndirilməsi ağlabatan deyildir.

22. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində heç vaxt avtomobil gətirməklə məşğul olmadığını, iddiaçının tanışı tərəfindən müqavilənin bağlandığını, məzmunu barədə məlumatlı olmadığını bildirmişdir. Qeyd olunan xüsusatlar müqavilənin etibarlılığı baxımından əhəmiyyətli görünə bilər, lakin Mülki Məcəllənin 351.2- 351.5-ci maddələrinin məzmununa əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir, əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar, təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Hazırkı mübahisə üzrə cavabdeh həmin müqavilə üzrə ödənişlər aparmaqla, iddiaçı isə həmin ödənişləri qəbul etməklə əqdi təsdiq etmişlər.

23. Birinci instansiya məhkəməsi müqavilənin 3-cü bəndinə (6 ay ərzində gətirə bilmədikdə İddiaçı tərəfindən ona ödənilən 15000 manat məbləğində pulu vəkalət verən İddiaçı geri ödəməyi, 6 aydan çox müddətə gətirmədikdə isə İddiaçı tərəfindən ona ödənilən 15000 manat məbləğində pulun 2 mislini Vəkalət verən İddiaçı ödəməyi öhdəsinə götürür.) münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin həmin bəndi, yəni 6 aydan çox gecikmə halında ikiqat vəsaitin qaytarılması barədə müddəa mütənasib və hüquqi baxımdan əsaslı hesab edilə bilməz və bu şərt iddianın əsaslandırılması üçün hüquqi baza ola bilməz.

24. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmasa da qeyd edir ki, həmin bəndin məzmununa əsasən avtomobilin 6 ay ərzində gətirilə bilməməsi halında cavabdeh tərəfindən iddiaçıya 15000 manat, 6 aydan çox müddətə gətirilmədikdə həmin məbləğin 2 misli ödənilməlidir. Yəni, avtomobil 6 ay müddətə gətirilmədiyi təqdirdə məbləğin 2 mislinin ödənilməsi şərtinin tətbiqi aradan qalxır. Ödəniş qəbzlərinin tarixinə diqqət yetirildikdə görünür ki, müqavilə üzrə ilk ödəniş (1500 manat) 07 sentyabr 2023-cü il tarixdə, yəni, müqavilənin bağlandığı tarixdən 6 aylıq müddətin bitməsinə 22 gün qalmış aparılmışdır, yəni, “avtomobilin 6 ay ərzində gətirilə bilməməsi” halı mövcud olmuş, buna görə məbləğin qaytarılması prosesi başlamış, cavabdeh tərəfindən ödəniş aparılmış və bu ödəniş iddiaçı tərəfindən qəbul edilmişdir. Əgər pul vəsaitinin qaytarılmasına 6 aylıq müddətin bitməsindən sonra başlanılsa idi, 2 –ci şərtin (6 aydan çox müddətə gətirmədikdə) müzakirəsinə zərurət yaranardı. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, pul vəsaitinin 2 msilinin qaytarılması üçün əsaslar mövcud deyildir.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(003)-159/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(003)-159/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar