Məhkəmə qərarları › İş №2(103)-3689/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3689/2025

17.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3689/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1481/2025 saylı, 23 aprel 2025-ci il tarixli qərardadından iddiaçı X1 vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və digər kənd sakinlərinin tapşırığı əsasında Cavabdeh adına 72.000 manata alınmış 2.5 ha torpaq sahəsindən onun ödədiyi 37.000 manat dəyərinə uyğun 1.23 ha torpaq payının əvəzsiz olaraq adına rəsmiləşdirmə öhdəliyinin Cavabdeh üzərinə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(007)-1481/2025 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “torpaq sahəsinin onun ödədiyi dəyərə uyğun əvəzsiz olaraq rəsmiləşdirmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə 2(007)-1481/2025 saylı mülki işin icraatının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-938/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar X7, X9 və qeyriləri cavabdehlər X2 və Cavabdeh qarşı “tapşırığın icası nəticələrini vermək vəzifəsinin cavadehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e2(007)- 938/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Hansı ki, e- 2(007)-938/2025 saylı mülki iş üzrə tapşırıq verənlərə verilməsi tələb edilən torpaq sahəsi hazırki 2(007)-1481/2025 saylı mülki iş üzrə iddiaçının ödədiyi dəyərə uyğun əvəzsiz olaraq rəsmiləşdirmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb edilən torpaq sahəsi ilə eyni, yəni Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 2.50 ha olan torpaq sahəsidir. İddiaçı X1 vəkili-nümayəndəsi Vəkil həmin qərardaddan şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1481/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, 2(007)-1481/2025 saylı mülki işin icraatının təzələnərək davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatın dayandırılması haqqında qərardadı əsassızdır. Belə ki, məhkəmə ehtimallara əsaslanaraq hüquqlarını müdafiə etdiyi İddiaçı Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıra və ya yubada bilməz. Bundan başqa, qərardadda konkret hansı preyudisial əhəmiyyət kəsb edən faktlarının müəyyən edilə biləcəyi də göstərilməmişdir. Tərəflər arasında tapşırıq müqaviləsi olmuş, ümumi razılaşma əsasında torpağın alınıb – həmin torpaq sahəsinin alınmasına görə qoyulmuş pul həcmində, yəni faizli nisbətində hərənin adına rəsmiləşdirilməsi razılaşdırılmışdır. Hazırda Cavabdeh öhdəliyinin icrasından yayınır. İddiaçı isə hüquqlarının məhkəmə qaydasında bərpa olunması üçün iddia ərizəsi verib. Bu halda başqa işlə bağlı hansı predusiyal əhəmiyyət kəsb edə bilər ki? Ona görə də hesab edirlər ki, icraatın dayandırılması barədə qərardad əsassız olduğundan ləğv edilməli, işə mahiyyəti üzrə baxılmasına davam etdirilməli, həmçinin ağlabatan müddətdə yekun məhkəmə aktını çıxarmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1481/2025 saylı, 16 may 2025-ciil tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər hakim iş üzrə icraatı dayandırmalıdır (254.1.4, 256.0.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarını müəyyən edərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarının siyahısı Mülki- Prosessual Məcəllənin 254.1-ci maddəsində verilmişdir. Həmin məcburiliyi şərtləndirən əsaslardan biri də mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan, iş üzrə preyudisial əhəmiyyət kəsb edən məsələnin nizamlananasınadək həmin işə baxılmasının ümumiyyətlə mümkün olmamasından ibarətdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, X5 Cavabdeh qarşı “torpaq onun üzərinə rəsmiləşdirilməsi və s.” tələbinə dair 2(007)-1481/2025 saylı mülki iş üzrə nəticənin iddiaçılar X3, X6 və qeyrilərinin cavabdehlər X2 və Cavabdeh qarşı “tapşırığın icası nəticələrini vermək vəzifəsinin cavadehin üzərinə qoyulması” tələbinə dair 2(007)-938/2025 saylı mülki işin nəticəsindən asılılığının mövcudluğu aşkardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1481/2025 saylı 23 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar