Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-369/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Hüseynova (Nağıyeva) Gülgün Baləli qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: «evdən çıxarılma” ) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdeh Hüseynova (Nağıyeva) Gülgün Baləli qızının və onun nümayəndəsi (vəkili) Nümayəndə Hətəm oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Hüseynova (Nağıyeva) Gülgün Baləli qızına qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 331/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244 tam mülkiyyət hüququ əsasında İddiaçı adına mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244 tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 azyaşlı övladları - 05 iyul 2013-cü il təvəllüdlü X8 və 08 dekabr 2015-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 1366/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı “iddiaçıya məxsus torpaq sahəsi üzərində inşa edilmiş evdən cavabdehin azyaşlı ailə üzvləri və əşyaları ilə birlikdə çıxarımaları” barədə iddiası təmin olunmamışdır (qətnamə yüxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır).
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Hüseynova (Nağıyeva) Gülgün Baləli qızına (bundan sonra, cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüseynova (Nağıyeva) Gülgün Baləli qızının azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X13 ilə birlikdə ona məxsus ünvan 1 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244, xx.xx.2019 cu il tarixdən onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə X1 azyaşlı övladları 05 iyul 2013-cü il təvəllüdlü X8 və 08 dekabr 2015-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Daha sonra o iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Bakı şəhəri, Xəzər ruyonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin icra sənədinə əsasən cavabdeh X6 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməli olduğu halda, tamam fərqli ünvan olan ona məxsus ünvan 2çürülmüşdür. Hazırda dəfələrlə həmin şəxsə və icra şöbəsinə müraciət edərək evindən çıxmağı tələb etsə də həmin şəxsi heç cürə evindən çıxara bilmir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-331/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (Zaur Tağıyev ) iddia təmin edilmiş, cavabdeh Hüseynova (Nağıyeva) Gülgün Baləli qızı azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X13 ilə birlikdə ünvan 1 ünvanından çıxarılması qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019cu il arixli 2(003)- 1366/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, ünvan 4 ünvanı ilə Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 8 ünvanları ayrı-ayrı ünvanlardır. Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, ev 244 əvvəllər Bünyatzadə küçəsi, döngə 1, ev 8 "A” olmuşdur. İşin faktiki hallarından göründüyü kimi hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244 ilə məhkəmə qətnaməsi əsasında cavabdehin köçürülmüş olduğu (Bakı şəhəri, ünvan 5 ünvanlar fərqlidir. Cavabdehin azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evində yaşamaları iddiaçının dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayəti - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, təqdim olunmuş sübutların obyektiv, hərtərəfli və tam qiymətləndirilməməsi, mübahisə predmeti olan evlərin eyni olması, iddiaçının əvvəl də ona qarşı analoji iddia tələbi ilə müraciət etməsi, lakin iddianın rədd olunması, hazırki işin icraatına xitam verilməli olması, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin əvvəl X3 mülkiyyətində olması, sonra iddiaçıya bağışlanması, evin sonradan iddiaçının mülkiyyəti kimi qeydə alınması, birinci instansiya məhkəməsinin əvvəlki məhkəmə qərarlarına qiymət verməməməsi və s. kimi əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı müxtəlif üsullarla cavabdehi və onun azyaşlı uşaqlarını məhkəmə qərarı ilə köçürülmüş evdən çıxarmaq istəyir. İddiaçı əvvəl də analoji iddia qaldırmış, lakin iddiası rədd olunmuşdur. Həmin vaxtı iddiaçı daşınmaz əmlakın mülkiyyətçisi olmamışdır. Lakin, sonradan mülkiyyət hüququnun iddiaçıya keçməsi cavabdehin oradan çıxarılması üçün qanuni əsas təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iki fərqli evin olmasını, cavabdehin səhvən iddiaçıya məxsus evə köçməsini əsas gətirərək iddianı təmin etmişdir ki, bu hallar əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdeh onun qardaşının həyat yoldaşı olmuş, 2012-ci ildə ailə həyatı qurmuş, 2014-cü ildə boşanmışlar. iddia ərizəsində evlərin fərqli olması qeyd olunsa da, əslində bir evdən söhbət gedir. Cavabdehin hazırda yaşadığı ev və torpaq sahəsi ona məxsusdur. Anası torpaq sahəsini 2017-ci ildə ona bağışlamış, lakin cavabdeh daha əvvəldən orada yaşamışdır. Cavabdehin yaşadığı ev əvvəl özbaşına tikili olmuş, 2019-cu ildə onun adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. O, əvvəl də eyni evlə bağlı məhkəməyə müraciət etmiş, lakin həmin vaxtı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış, indi isə həm torpaq sahəsi, həm də onun üzərində olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Hesab edir ki, hazırki vəziyyətdə mülkiyyətçi kimi cavabdehin evdən çıxarılmasını tələb etməkdə haqlıdır. İddia ərizəsində evlərin fərqli ev olmasının göstərilməsi barədə qeydlər yanlışlıqla yazılmışdır. Məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
15. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
16. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
17. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.
18. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 152.2 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
20. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
21. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-331/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq, iddia rədd olunmalıdır.
36. İlkin olaraq qeyd edilməlidir ki, qanuni qüvvədə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 azyaşlı övladları - 05 iyul 2013-cü il təvəllüdlü X8 və 08 dekabr 2015-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
37. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinin hüquqi rejimini müəyyən edən sənədi yoxdur, ev özbaşına tikilidir. İddiaçı həmin evdə uşaqları ilə birlikdə yaşamış, cehiz əşyaları orada yerləşir. İddiaçının başqa yaşayış yeri yoxdur. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi 17 fevral 2007-ci il tarixdən X3 mülkiyyətində olsa da, həmin torpaq sahəsi 1990-cı ildə Donuzkökəltmə Sovxozunda işlədiyi üçün cavabdehə verilmişdir. İddiaçı mübahisəli evə köçən müddətdə həmin torpaq sahəsi cavabdehin, yəni icarədarın sahiblik və istifadəsində olmuş, iddiaçı icarədarın razılığı ilə köçmüş, oradan istifadə ekmək hüququ əldə etmişdir.
38. Göründüyü kimi, mübahisəli evin yerləşdiyi 0,08 ha torpaq sahəsi əvvəllər X3 xüsusi mülkiyyətində olmuş, sonuncu 17 iyun 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsini qızı (hazırki iş üzrə iddiaçı) İddiaçı bağışlamışdır (mülkiyyət hüquqları 24 iyun 2017-ci il tarixdə dövlət qeydiyyatına alınaraq, adına RX seriyalı, ******* saylı Çıxarış verilmişdir).
39. Bununla yanaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1366/2019 nömrəli qətnaməsindən görünur ki, İddiaçı cavabdeh X4 qarşı “iddiaçıya məxsus torpaq sahəsi üzərində inşa edilmiş evdən cavabdehin azyaşlı ailə üzvləri və əşyaları ilə birlikdə çıxarımaları” barədə iddiası təmin olunmamışdır (qətnamə yüxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır)
40. Birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb etmiş, lakin cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə həmin evə köçürülmüş, həmin qətnamə isə hazıradək qüvvədədir. Bununla yanaşı, torpaq sahəsi 24 iyun 2017-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınsa da, onun üzərində olan fərdi yaşayış evinin hüquqi statusunda dəyişiklik olmamışdır. Yəni, İddiaçı həmin ev üzərində əmlak hüquqlarını əldə etməmişdir.
41. Göründüyü kimi, İddiaçı eyni cavabdehə qarşı eyni tələbi ona görə rədd olunmuşdur ki, iddiaçının ev üzərində mülkiyyət (əmlak) hüquqları dövlət qeydiyyatına alınmamışdır, eyni zamanda cavabdeh məhkəmə qərarı ilə həmin evə köçürülmüşdür.
42. Cavabdeh apellyasiya şikayətində əvvəlki məhkəmə qətnaməsinə istinad edərək, iş üzrə icraata xitam verilməli olmasını göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, hazırki vəziyyətdə iddiaçının 0,08 ha torpaq sahəsi ilə yanaşı, onun üzərində olan fərdi yaşayış evinə də mülkiyyət hüquqları yaranmışdır. Belə olan halda, iddia tələbinin əsası həmçinin mülkiyyətçi hüquqları ilə bağlıdır.
43. Lakin, bu hal vəziyyəti dəyişdirmir. Yəni, iddiaçının sonradan (21 iyun 2019-cu il) cavabdehin məhkəmə qərarı ilə köçürüldüyü evə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, cavabdehin azyaşlı uşaqları ilə birlikdə oradan çıxarılması üçün qanuni əsas təşkil etmir. Çünki, cavabdehin həmin yaşayış sahəsindən istifadə etmək hüquqları yaranmışdır və bu hüquq mülkiyyətçinin ona kompensasiya verməklə və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar (yaşayış sahəsindən istifadəyə zərurətin aradan qalxması və s.) yarandığı təqdirdə xitam oluna bilər.
44. Birinci instansiya məhkəməsi hazırki iddianı rədd edərkən göstərmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1366/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, ünvan 4 ünvanı ilə Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 8 ünvanları ayrı-ayrı ünvanlardır. Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, ev 244 əvvəllər Bünyatzadə küçəsi, döngə 1, ev 8 "A” olmuşdur. İşin faktiki hallarından göründüyü kimi hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ev 244 ilə məhkəmə qətnaməsi əsasında cavabdehin köçürülmüş olduğu (Bakı şəhəri, ünvan 5 ünvanlar fərqlidir. Cavabdehin azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evində yaşamaları iddiaçının dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.
45. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il arixli 2(003)- 1366/2019 saylı qətnaməsində iddianın rədd olunma əsasları fərqli olmuşdur.
46. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11267/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə bir daha birinci instansiya məhkəməsinin mövqeyi əsaslı sayılmışdır. Lakin, apellyasiya instansiyası qətnamədə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2019-cu il tarixli məktuba da istinad edərək, iddiaçının iddia ərizəsində cavabdehin çıxarılmasını tələb etdiyi evlə iddiaçının yaşadığı evin fərqli evlər olmasını göstərmişdir.
47. Halbuki, iddiaçının özü hazırki apellyasiya baxışında verdiyi izahatında onun mülkiyyətində olan evlə, cavabdehin məhkəmə qərarına əsasən köçürülərək, hazıradək yaşadığı evin eyni ev olmasını, əvvəl evin yerləşdiyi 0,08 ha torpaq sahəsinin anası tərəfindən ona bağışlanmasını, sonradan isə ev üzərində mülkiyyət hüquqlarının dövlət qeydyyatına alınmasını, iddia ərizəsində evlərin fərqli olması barədə qeydlərin yanlış yazılmasını və s. göstərmişdir.
48. Bu hal, yuxarıda sadalanan sübutlardan və məhkəmə qərarlarından da açıqaşkar görünür.
49. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hələ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə mübahisəli yaşayış sahəsinə köçürülən zamanı, evin yerləşdiyi 0,08 ha torpaq sahəsinin məhz X3 (iddiaçının anasının) mülkiyyətində olması müəyyən edilmiş, sonuncu 17 iyun 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsini qızı (hazırki iş üzrə iddiaçı) İddiaçı bağışlamışdır. Həmin torpaq sahəsində olan və cavabdehin azyaşlı uşaqları ilə köçürüldüyü fərdi yaşayış evi isə bir müddət sonra, yəni 21 iyun 2019-cu il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir.
50. Həmçinin, iddiaçının adına olan çıxarışdan da görünür ki, torpaq sahəsinin ölçüsü 0,08 ha olaraq qeyd edilmişdir.
51. Eyni zamanda, evə dair iddiaçının adına tərtib olunmuş texniki pasportundan görünür ki, yaşayış sahəsi 2 yaşayış otağından, dəhlizdən, mətbəxtən və sanitar qovşaqdan ibarətdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının əvvəlki iddiası üzrə yerli baxış zamanı cavabdehin məhkəmə qərarı ilə köçürülüb yaşadığı ev – iki yaşayış otağından, mətbəx və sanitar qovşaqdan ibarətdir. Bu hal bir daha iddiaçının hazırda mülkiyyətində olan evlə, cavabdehin məhkəmə qərarına əsasən köçürülüb yaşadığı evin eyni ev olmasını təsdiq edir.
52. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6930 nömrəli 09 mart 2023-cü il tarixli rəyindən də görünür ki, evlərin fərqli olubolmamasını müəyyən etmək mümkün olmamışdır.
53. Sadəcə, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2019-cu il tarixli məktubuna əsaslanmaqla, sanki cavabdehin səhvən iddiaçının mülkiyyətində olan evə köçürülməsi barədə dəlillər əsassız olmaqla, işin hallarına uyğun deyildir.
54. Bununla yanaşı, iddiaçının kənar şəxs olmaması, məhz cavabdehin ərinin bacısı olması, əvvəl də cavabdehə qarşı analoji iddia tələbi irəli sürməsi və s. hərəkətləri, cavabdehi məhkəmə qərarı ilə hüquqlarının tanınaraq köçürüldüyü evdən məhrum etməyə yönəlmişdir.
55. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)».
56. Eyni zamanda, iddiaçının hazırki tələbi üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin də dispozitiv şərtləri mövcud deyildir. Belə ki, həmin normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən normaya əsasən vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Yəni, qeyd edilən şərtlər məcmu halda birlikdə mövcud olmalıdır ki, mülkiyyətçinin vindikasiya barədə tələbi əsaslı olsun. Həmin şərtlərdən hər hansı birinin sübut olunmaması isə iddianı aradan qaldırır. Qeyd edildiyi kimi, cavabdehin mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ olmasa da, ora məhkəmə qərarı əsasında köçürülməklə, qanuni istifadə hüququ əsasında yaşayır. Həmin yaşayış sahəsi iddiaçının mülkiyyəti kimi qeydiyyata alınsa da, cavabdehin orada yaşamasının qanunsuz olmasına dair iş materiallarında hər hansı sübut mövcud deyildir.
57. Eyni zamanda, iddiaçı da bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir.
58. Eyni zamanda, Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. İşin hallarından görünür ki, iddiaçı ilk dəfə torpaq sahəsinə mülkiyyət hüququ əldə edərkən, cavabdehin əvvəldən qardaşı ilə ailə quraraq orada yaşadığını bilirdi (bu hal işin mübahisəsiz halıdır).
59. Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
60. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
61. Halbuki, Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
62. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
63. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
64. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilənləri nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddia rədd edilməlidir.
65. Azərbaycan Respublikası MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır («X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 03 noyabr 2008-ci il tarixli Qərarı).
66. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın təmin olunmamalıdır.
67. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-331/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iddia rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.