Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3690/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)-3554/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin, övladları X8 və X5 əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2ci blok) 60 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" fərdi firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin pay haqqını təşkil edən 144000 ABŞ dollarından cavabdehin borclu qaldığı 85000 ABŞ dollarının tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)- 4436/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 85000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa, tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, cavabdehlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli razılıq sazişinin ləğv edilərək, sazişin 1.1-ci bəndi ilə əvəzləşdirilmiş olan 107000 ABŞ dollarının və sazişin 1.2 və 1.3-cü bəndlərinə uyğun olaraq əlavə olaraq, tərəfindən ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 2009- 2015-ci illər üçün 220000 ABŞ dolları məbləğində vəsaitin illik ortalama 10%, yənı 22000 hesablanmaqla, 7 il ərzində 154000 ABŞ dolları, mənəvi zərərə görə 10000 manat pulun, məhkəməyə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 200 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 onun xeyrinə xx.xx.2017-ci il tarixdə bağlanmış razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107000 ABŞ dolları və sazişin 1.2 və 1.3-cü bəndlərinə uyğun olaraq ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin, 1000 manat mənəvi ziyanın, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 13 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə qüvvəyə minmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4436/17 saylı və xx.xx.2018-ci il tarixli 2(004)-4960/17 saylı icra sənədləri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Qeyd olunan icra sənədləri üzrə borclu eyni şəxs olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Yasamal rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4436/17 saylı və xx.xx.2018-ci il tarixli 2(004)-4960/17 saylı icra sənədlərinin icrası ilə bağlı ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" fərdi firmasına həvalə edilmişdir. "xxxx" fərdi firması ilə aralarında bağlanmış yeni tikilən yaşayış binasında mənzillərin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, 107/2019 nömrəli müqaviləyə əsasən, qeyd olunan mənzil tərəfindən əldə edilmiş və mənzilin ümumi sahəsinin hesablaşma dəyərini təşkil edən 144000 ABŞ dolları tam olaraq ödənilərək sözügedən müqavilənin 2.5-ci bəndinə əsasən mənzilə mülkiyyət hüququ əldə etmişdir. "xxxx" fərdi firmasının direktoru X11 xx.xx.2019-cu il tarixli 06 saylı məktubla Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə bildirmişdir ki, İddiaçı oglunun adına rəsmiləşdirilməli olan mənzil hazırda iş üzrə borclu X1 (faktiki sahibliyində) olduğundan həmin mənzilin İddiaçı verilməsi isə səlahiyyəti xaricindədir. Cavabdeh1 ailə üzvləri və əşyaları ilə birlikdə mənzili tərk etmələrini tələb etsə də, mənzili tərk etməkdən imtina etmişlər. Cavabdeh1 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" fərdi firmasının direktoru X11 arasında bağlanmış müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Həmin müqavilənin icra tələbi üzrə borclunun əmlakının əvəzləşdirilməsinə görə bağlanıldığı ehtimal olunur. Mənzildən çıxarılmasına dair tələb qanunvericilikdə nəzərdə tutulmayan qaydada irəli sürülmüşdür. "xxxx" fərdi firmasının direktoru X9 xx.xx.2019-cu il tarixli 06 saylı cavab məktubu ilə Bakı şəhər Yasamal rayon İcra şöbəsinə qərarının icrası ilə bağlı ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzili iş üzrə İddiaçı adına rəsmiləşdirməklə onunla alğı-satqı müqaviləsi bağlaya biləcəkləri bildirilmişdir və İddiaçı ilə aralarında xx.xx.2019-cu il tarixli yeni tikilən yaşayış binasında mənzillərin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ona məxsus mənzil cavabdehə satılmışdır. Halbuki, hər hansı məbləğ ödənilməmiş və eyni zamanda iddiaçının əmlak hüquqlarına xitam verilməmişdir. Eyni zamanda, Bakı şəhər Yasamal rayon İcra şöbəsinin 17/72- 138498/4-5184 saylı, xx.xx.2019-cu il tarixli qərarının hüquqi qüvvəsi yoxdur. Əmlakın satıcısının həmin əmlakın mülkiyyətçisi olması əsas şərtdir. Lakin "xxxx" fərdi firması belə mülkiyyətçi deyildir, həmin alqı-satqı müqaviləsinə görə bir tərəf digər tərəfə pul ödəməmiş və ödəyə də bilməzdi. Bundan əlavə həmin mənzilin faktiki mülkiyyətçisi gözlənti hüququ ilə iddiaçıdır və onun əmlak hüquqları qüvvədədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)- 3554/2019 saylı qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, övladları X12 və X5 əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. "xxxx" fərdi firmasının direktoru X14 ilə onun arasında bağlanan xx-xx/2012 saylı, “Yeni Tikili yaşayış binasında mənzillərin alqısatqısına dair müqavilə ləğv olunmamışdır. Bununla bağlı borcu qalmadığı qeyd olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli 2(103)- 1454/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)-3554/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli 2(102)-1267/2017 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1454/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli 2(103)- 4293/2021 saylı qətnaməsi (qətnamədə yalnışlığın aradan qaldırılması barədə qərardad nəzərə alınmaqla) ilə apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)-3554/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2022-ci il tarixli 2(102)-28/2022 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4293/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ləğv olunduqdan sonra, sonuncu icra sənədini qərardadda göstərilən qaydada icra etmək üçün tədbirlər görmüşdür. Belə ki, icra məmuru tutmanın borclu Cavabdeh1 payına (mənzilə) yönəltmək məqsədilə mənzilin üzərinə həbs qoyulması barədə təqdimat vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-880/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, borclu X4 məxsus "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payının üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-75/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu Cavabdeh1 nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bundan başqa, icra məmurunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədlərinin icrası ilə bağlı X3 "xxxx" Fərdi Firmasında olan kooperativ üzvünün payı, yəni 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilmişdir. Borclu Cavabdeh1 icra məmurunun xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə isə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yəni, yeni qaydada tutma təkrar mübahisəli mənzilə yönəldilmişdir, ona görə də İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsinə ehtiyac qalmır. Digər tərəfdən, məhkəmə İddiaçı iddiasını ayrıca icraata ayırıb, həmin tələb üzrə icraatı dayandıra bilər ki, yenidən eyni tələblə məhkəməyə müraciət ediməklə vaxt itkisinə yol verilməsin. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişdir, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Mənzilə dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan icra məmurunun qərarı qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edildiyindən, həmin qərara söykənən əqd etibarlı əqd sayıla bilməz. "xxxx" firmasının həmin mənzilə dair mülkiyyətçi Cavabdeh1 razılığı olmadan İddiaçıla alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti yox idi. Bu baxımdan, alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd, cavabdehlərinin mənzildən çıxarılmasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.” Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək qeyd edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-4436/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin pay haqqını təşkil edən 144000 ABŞ dollarından cavabdehin borclu qaldığı 85000 ABŞ dollarının tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilərək, cavabdehdən 85000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10236/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-3402/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-4960/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi, maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2017-ci il tarixli Razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixdə bağlanmış Razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107000 ABŞ dolları və sazişin 1.2 və 1.3-cü bəndlərinə uyğun olaraq ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin, 1000 manat mənəvi ziyanın, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğin və 13 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3272/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-6396/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X2 85.000 ABŞ dolları, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 111.500 ABŞ dolları və 1097 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. İcra sənədləri üzrə borclu eyni şəxs olduğundan icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmişdir. İcra məmurunun təqdimatı əsasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(004)- 1411/2018 nömrəli qərardadı ilə borclu X4 məxsus "xxxx" fərdi firması tərəfindən inşa edilən ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. İcra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə həmin icra sənədləri üzrə tutmanın borclu Cavabdeh1 məxsus Bakı şəhəri Ə.Ələkbərov küçəsi 1054-də yerləşən çoxmənzilli binanın 2-ci blokundakı 3 otaqlı 60 saylı mənzilinə yönəldilməsi və mənzilin tələbkar İddiaçı adına rəsmiləşdirilməsinin "xxxx" firmasına həvalə edilməsi qərara alınmışdır. Həmin qərarın əsasında "xxxx" firması mübahisə predmeti olan mənzilin alqı-satqısına dair İddiaçıla 12 aprel 2019-cu il tarixli müqavilə bağlayaraq həmin mənzili 144.000 ABŞ dollarına ona satmışdır. Müqavilənin əsasında mənzil üzərində İddiaçı mülkiyyət hüququ reyestrdə qeydə alınmış və bununla bağlı sonuncuya xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. X6 xx.xx.2019-cu il tarixdə Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 icra hərəkətlərinin qanunsuz hesab edilməsi və borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Yasamal Rayon icra şöbəsinin icra məmuru X7 borclu Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J 60 saylı mənzilinin qiymətləndirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və onun tərəfindən qəbul edilmiş borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və mənzilə dair icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan X6 şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, ərizənin qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən "xxxx" firması tərəfindən inşa edilən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin qiymətləndirilməsinə dair Yasamal Rayon icra şöbəsinin icra məmuru X7 hərəkətlərinin qanunsuz hesab edilməsi, borcluya məxsus əmlakın borc əvəzi verilməsi haqqında Yasamal Rayon icra şöbəsinin icra məmuru X7 xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadda göstərilmişdir ki, borclu Cavabdeh1 məxsus mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, borca görə tutmanın onun yalnız həmin mənzilə dair kooperativ üzvünün payına yönəldilə bilər. Bakı Apellyasiya Məhkməsinin Mülki Kollegiyasının 8(103)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, borclu X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini və ünvan 6 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə borclu X3 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Bakı Apellyasiya Məhkməsinin Mülki Kollegiyasının 8(103)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu X3 nümayəndəsi və eyni zamanda vəkili Vəkil şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mübahisə predmeti olan mənzilə dair xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı əsasında bağlanmışdır. Həmin qərar qanunsuz olduğuna görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Həmin qərardadda mənzilin qiymətləndirilməsinə dair icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş, borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında icra məmurunun qərarı ləğv edilmiş və göstərilmişdir ki, borclu Cavabdeh1 məxsus mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, borca görə tutmanın onun yalnız həmin mənzilə dair kooperativ üzvünün payına yönəldilə bilər. Mənzilə dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan icra məmurunun qərarı qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edildiyindən, həmin qərara söykənən əqd etibarlı sayıla bilməz. Digər tərəfdən "xxxx" firması mübahisə predmeti olan mənzilə dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsini əslində icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı əsasında bağlasa da, bağladığı müqavilədə bu hala istinad etməmiş və həmin müqaviləni faktiki olaraq öz mülkiyyətində olan mənzil kimi 144.000 ABŞ dollarının müqabilində İddiaçı satmışdır. Halbuki, həmin mənzil xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə 144.000 ABŞ dollarına Cavabdeh1 satılmışdır və sonuncu mənzilin dəyərini tam ödəmişdir. Mübahisə predmeti olan mənzilin mülkiyyətçisi Cavabdeh1dur. Ona görə də, "xxxx" firmasının həmin mənzilə dair mülkiyyətçi Cavabdeh1 razılığı olmadan İddiaçıla alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti yox idi. Göründüyü kimi mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız əqddir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olmaqla təmin edilməli, "xxxx" fərdi firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli və cavabdehin adına verilmiş çıxarış ləğv edilməlidir. Belə olan halda İddiaçı cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması barədə iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Kollegiya iddiaçının nümayəndəsi-vəkilinin tutmanın təkrar mübahisəli mənzilə yönəldilməsi, ona görə də İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsinə ehtiyac qalmaması, əks təqdirdə İddiaçı iddiasını ayrıca icraata ayırıb, həmin tələb üzrə icraatı dayandırmaq barədə dəlillərinə qiymət verərək qeyd edir ki, tutmanın təkrar mübahisəli mənzilə yönəldilməsi başqa əsaslar üzrə həyata keçirildiyindən, aradan qalxmış (qanunsuz sayılmış) əsas üzrə alınmış çıxarış qüvvədə qala bilməz, icraatın ayrılması və ayrılmış tələb üzrə icraatın dayandırılması da yolverilən deyildir, çünki təkrar icra nəticəsində «mənzildən çıxarılma» tələbinin də əsası dəyişəcəkdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddia tələbi rədd edilsin. Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilsin. "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin və həmin müqavilə əsasında İddiaçı adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3690/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3690/2022
22.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver