Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3693/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri *0* nömrəli tam orta məktəbə (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh Bakı şəhəri *0* saylı tam orta məktəbin direktoru Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-559/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: *. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: İddiaçı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında *8.*0.20*0-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və *8.*0.20*0-cu il tarixdən Əmi Məmmədov adına *0* saylı məktəbin əsas tarix müəllimi təyin edilmiş, həftəlik dərs yükü *8 (on səkkiz) saat müəyyən edilmişdir.
2. *3.05.2024-cü il tarixli əmək müqaviləsinə Əlavə *-ə əsasən işçi pensiya yaşına çatdıqda işləmək istədiyinə görə əmək müqaviləsində dəyişiklik edilərək Əmək Məcəlləsinin *0-*.*-ci maddəsində qeyd olunan çalışmanın yaş həddinin müddəti *4.06.2024-cü il tarixinədək uzadılmasına razılıq verilmişdir.
3. *9.07.2024-cü il tarixli 57 nömrəli əmr ilə İddiaçı - məktəbin 2023/2024-cü tədris ilinin sonunadək çalışmanın yaş həddinə çatmış tarix müəllimi, məzuniyyətdən sonra *3.08.2024-cü il tarixdən işdən azad edilməsi və onunla bağlanmış müddətli əmək müqaviləsinin ləğv olunması əmr edilib.
4. Əmək müqaviləsinə xitam verilməsi barədə *9.08.2024-cü il tarixli nömrəli əmrlə, Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləyən İddiaçı Xəlil qızı ilə bağlanmış xxxxxxx000*00 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) *3.08.2024-cü il tarixindən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Bakı şəhəri *0* nömrəli tam orta məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin *9.08.2024-cü il tarixli 57§3 nömrəli əmrinin ləğv edilməsini, iddiaçı olaraq onun işlədiyi *0* saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməsini, işdən çıxarıldığı vaxtdan qətnamə qəbul olunan vaxtadək həmin zaman üçün ödənilməmiş əmək haqqının birdəfəlik ona ödənilməsini, mediasiya üçün ödədiyi 6* manat rüsumun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddiada göstərib ki, uzun illərdir ki, Bakı şəhəri *0* saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləmişdir. İşlədiyi dövrlərdə həm kollektivdə, həm də şagirdlər arasında böyük hörmət qazanmışdır. Məktəbdə şagirdlərə verdiyi təhsilə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə müxtəlif mükafatlar almışdır. Hazırda 65 yaşı tamam olmuşdur. Lakin kifayət qədər gümrahdır, səbrli və şagirdlərə təhsil vermək üçün həvəslidir. Məktəb direktoru Cavabdeh2 və digər kollektiv onun tədrisindən çox razıdır, şagirdlər onun dərslərində çox həvəslə təhsil alır və elm öyrənirlər. xx.xx.2024-cü il tarixində məktəb direktoru Cavabdeh2 tərəfindən ona xxxxxxx000*00 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən *3.08.2024-cü il tarixində xitam verilməsi barədə 57§3 nömrəli əmr göndərilmişdir. Həmin əmrdə heç bir imza, möhür və ya əmrin həqiqiliyini təsdiqedici məlumat qeyd edilməmişdir. Həmin əmr verilən tarixdə məktəbin direktoru məzuniyyətdə olmuşdur. Məzuniyyətdə olduğu müddətdə belə bir əmrin verilməsi əmək qanunvericiliyinə ziddir. Belə ki, qanunvericilik direktorun məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi və ezamiyyətə getdiyi müddətdə təşkilatın maliyyə sənədlərini imzalanmasını istisna edir. Buna görə də direktor məzuniyyətdə olduğu müddətdə təşkilatın fəaliyyətinin axsamaması üçün rəhbərin funksiyaları başqasına həvalə olunmalıdır. Lakin xx.xx.2024-cü il tarixində məktəb direktoru Cavabdeh2 tərəfindən ona göndərilən məktub məhz direktorun şəxsən özü tərəfindən göndərilmişdir. Halbuki, həmin tarixdə direktor məzuniyyətdə olmuşdur. Əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi barədə əmr direktor məzuniyyətdə olduğu üçün məktəbdə müəllim işləyən X5 tərəfindən imzalanmışdır. Bu da həmin əmrin ziddiyətli olduğunu göstərir. Əmək kitabçasında əmr imzalayan həmin məktəbdə müəllim işləyən X5 əmr imzalanan zaman məzuniyyətdə olmuşdur. X* əmr imzaladığını inkar edir. Cavabdeh ona əvvəlcədən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq məktubu göndərməmişdir. Lakin əmək qanunvericiliyinə əsasən ən azı bir həftə əvvəl xəbərdarlıq məktubu göndərməlidir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-559/2025 saylı, 20 fevral 2025ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı *8.*0.20*0-cu il tarixdən Əmi Məmmədov adına *0* saylı məktəbin əsas tarix müəllimi təyin edilmiş, həftəlik dərs yükü *8 (on səkkiz) saat müəyyən edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında *3.05.2024-cü il tarixli əmək müqaviləsinə * saylı əlavə bağlanmış və işçi pensiya yaşına çatdıqda işləmək istədiyinə görə əmək müqaviləsində dəyişiklik edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-*.*-ci maddəsində qeyd olunan çalışmanın yaş həddinin müddəti *4.06.2024-cü il tarixinədək uzadılmasına razılıq verilmişdir. Daha sonra işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə *9.08.2024-cü il tarixli 57§3 nömrəli Əmr verilmiş və Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləyən İddiaçı Xəlil qızı ilə bağlanmış xxxxxxx000*00 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən *3.08.2024-cü il tarixindən xitam verilmişdir. Hazırda işçi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini və onun işə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə 2024/2025-ci dərs ilində mövcüd vəziyyət təhlil edilmiş və İddiaçı ilə yenidən müddətli əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35- ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3*.0*.2024-cü il tarixli Qərarında qeyd olunur ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-*-ci hissəsi). Hazırkı məhkəmə mübahisəsindən müəyyən olunur ki, İddiaçı ilə Bakı şəhəri *0* saylı tam orta məktəb arasında *8.*0.20*0-cu il tarixdə müddətsiz müqavilə bağlanmış və sonradan işçi pensiya yaşına çatdığından onunla əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Bakı şəhəri *0* saylı tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən verilmiş əmrin ləğv edilməli olduğunu və onun əvvəlki vəzifəsinə bərpa olunmasını iddia edir. İşçi ilə işəgötürən arasında müddətsiz əmək müqaviləsi bağlanmış, sonradan işçinin pensiya yaşına çatması ilə bağlı əmək müqaviləsinə əlavə bağlanmış və işçinin dərs ilinin sonunadək işləməsi ilə bağlı razılıq əldə edilmişdir. Qanunvericiliyin tələbinə əsasən əmək müqavilələri sərbəst surətdə bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslanır və tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Hazırkı halda dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin uzadılması səlahiyyəti müvafiq dövlət orqanının rəhbərinə aiddir və işəgötürənin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, qanunvericilik direktorun məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi və ezamiyyətə getdiyi müddətdə təşkilatın maliyyə sənədlərini imzalamasını istisna edir. Məhz buna görə də direktor məzuniyyətdə olduğu müddətdə təşkilatın fəaliyyətinin axsamaması üçün rəhbərin funksiyaları başqasına həvalə olunmalıdır. Lakin xx.xx.2024-cü il tarixində məktəb direktoru Cavabdeh2 tərəfindən ona göndərilən məktub məhz direktorun şəxsən özü tərəfindən göndərilmişdir. Halbuki, həmin tarixdə direktor məzuniyyətdə olmuşdur. Həmçinin, əmək kitabçasında əmək müqaviləsinin xitam verilməsi barədə əmri direktor məzuniyyətdə olduğu üçün həmin məktəbdə müəllim işləyən X5 tərəfindən imzalanmışdır. Bu da həmin əmrin ziddiyyətli olduğunu göstərir. Bundan əlavə, əmək kitabçasında əmri imzalayan həmin məktəbdə müəllim işləyən X5 əmr imzalanan zaman özü də məzuniyyətdə olmuşdur. Hazırda həmin məktəbdə müəllim işləyən X5 əmri imzaladığını inkar edir. Göründüyü kimi, cavabdehin öz peşəsinə laqeyd yanaşması, peşəsindən sui-istifadə etməsi, əmək qanunvericiliyinə zidd hərəkət etməsi nəticəsində onun əmək müqaviləsinə əsassız olaraq xitam verilmiş və məhkəmə də heç bir düzgün araşdırma aparmadan, apardığı araşdırmaları isə qətnamədə qeyd etmədən şablon qətnamə qət etmişdir. Bununla da, onun ziyalı bir insan və müəllimə kimi hüquqları pozulmuşdur. Bu səbəbdən, həmin qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılaraq onun iddia tələbinin tam təmin olunmasını istəyir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
*0. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi. **. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri *0* saylı tam orta məktəbin direktoru Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. *2. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
*3. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 35, İ hissə. Əmək fərdi və ictimai rifahın əsasıdır. Maddə 35, İİ hissə. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Maddə 35, İİİ hissə. Heç kəs zorla işlədilə bilməz. Maddə 35, İV hissə. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 35, Vİ hissə. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
*4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə *0-*.*. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65- dir. Maddə *0-*.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə * ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə *0-*.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun *0-*.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Maddə *0-*.4. Bu Qanunun *0-*.2-ci və *0-*.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının *5 faizindən artıq ola bilməz. Maddə *0-*.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı *00 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. Maddə *0-*.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Maddə 42.*. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43.*. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 45.*. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68.*. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
*5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*7.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.*. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.*. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
*6. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. *7. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 20**-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. *8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının *4 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. *9. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
2*. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
23. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır. 24.Əvvəla, cavabdeh məktəbin xx.xx.2024-cü il tarixli 47 nömrəli əmri ilə Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi X5 əmək məzuniyyətindən geri çağırılmış və *0.07.2024-cü ildən məktəbin direktoru Cavabdeh2 2023/2024-cü il iş ili hesabına növbəti əmək məzuniyyətinə buraxılmış, onun vəzifə səlahiyyətlərini X3 verilməsi əmr edilmişdir. Eyni tarixli əmr ilə məktəbin direktoru Cavabdeh2 *0.07.2024-cü ildən xx.xx.2024-cü il tarixinə kimi 2023/2024-cü il iş ili hesabına 56 gün növbəti əmək məzuniyyətinə buraxılması əmr edilmişdir. Göründüyü kimi, Cavabdeh2 *0.07.2024-cü ildən xx.xx.2024cü il tarixinə kimi məzuniyyətdə olduğundan xx.xx.2024-cü ildə artıq məzuniyyətdə yox işdə olmuşdur. Demək ki, xx.xx.2024-cü ildə direktor Cavabdeh2 iddiaçıya şəxsən özü tərəfindən məktub göndərilməsində iddia və ehtimal olunan heç bir qanun pozuntusu ola bilməzdi. Hətta direktor məzuniyyətdə olsa idi belə, iddiaçıya məktub göndərməsi iddianın və apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət etmir. Çünki məktubu kimin göndərməsi heç nəyi dəyişmir.
25. Bundan əlavə, əmək kitabçasında əmək müqaviləsinin xitam verilməsi barədə əmri direktor məzuniyyətdə olduğu üçün həmin məktəbdə müəllim işləyən X5 tərəfindən imzalanması əmrin ziddiyyətli olduğunu göstərə bilməz. Çünki direktorun vəzifə səlahiyyətləri yuxarıda qeyd olunan əmr ilə Sevil Mədətovaya həvalə edilmişdir. X5 əmr imzalanan zaman özü isə məzuniyyətdə olmamışdır. Çünki qeyd olunan əmr ilə o, məzuniyyətdən geri çağırılmış və direktor səlahiyyətləri ona həvalə edilmişdir. X4in əmri imzaladığını inkar etməsini isə yalnız iddiaçı bəyan edir. Demək bəyan etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür. Ancaq o, bu barədə məhkəməyə sübut təqdim etmir, yalnız öz fikrini söyləyir. İddiaçı cavabdehin öz peşəsinə laqeyd yanaşması, peşəsindən sui-istifadə etməsi, əmək qanunvericiliyinə zidd hərəkət etməsi nəticəsində onun əmək müqaviləsinə əsassız olaraq xitam verməkdə, məhkəməni isə düzgün araşdırma aparmamaqda, apardığı araşdırmaları isə qətnamədə qeyd etmədən şablon qətnamə qət etməkdə qınayır. Ancaq bu dəlillər hər hansı bir sübutla təsdiq olunmur. Əksinə çalışmanın son yaş həddinə çatmış iddiaçının işləmək arzusu anlaşılan olsa da bunun hüquqi əsası da olmalıdır. Hüquqi əsası isə həm cavabdeh, həm də cavabdehin daha üst qurumu olan İdarə tərəfindən məğbul hesab edilməmişdir. Ona görə də qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas müəyyən edilmir.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-559/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.*, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-559/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.