Məhkəmə qərarları › İş №2(103)-3694/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3694/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3694/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və vəkili X3, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-cı il tarixli, 2(009)- 1015/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 11.000 manat kompensasiya ödənilməklə cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı mənzildən istifadə hüququna xitam verilməsinə və cavabdehlərin həmin mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehlər iddiaçının oğlu və gəlnidir. Cavabdehlər sözügedən mənzilə iddiaçının razılığı ilə 2006-cı il tarixdən qeydiyyata düşmüşlər. Lakin hazırda cavabdehlərin imkanı var ki, özlərinə mənzil alıb həmin mənzilə pasport qeydiyyatına düşsünlər. Onlar isə bunu etmirlər. Cavabdehlərin sözügedən mənzildə qeydiyyatda qalması iddiaçını hazırda narahat edir və ona mənzil barəsində sərəncam verməkdə maneələr yaradır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-cı il tarixli, 2(009)- 1015/2020 saylı qətnaməsi ilə iddia təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 11.000 (on bir min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı evdən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı evdən çıxarılmaları, Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməsi qət olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-cı il tarixli, 2(009)- 1015/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakılar ilə əlaqədar iddia tələbini əsassız və məhkəmə qətnaməsini isə qeyri qanuni hesab edirlər.İş materiallarından göründüyü kimi, mənzildən kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə tələbin yönəldiyi şəxslər mülkiyyətçinin Azərbaycan Respublikası Mulki Məcəlləsinin 228-ci maddəsi ilə əlaqədar müəyyən olunan 1-ci dərəcəli ailə üzvləridir.R. Alışov mülkiyyətçinin oğlu və M. Alışova gəlinidir. Hər iki ailə üzvü 2006-ci ildən mənzildə birgə yaşamaqla və təsərrüfatı birgə idarə etməklə yanaşı həmin tarixdən də pasport qeydiyyatmdadırlar.Mənzil FM seriyalı 031744 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir.Lakin mənzilin reyestrdən çıxarışının anaları İddiaçı adına olsa da, heç də onun həmin çıxarışa əsaslanaraq istifadə hüqüqlarına xitam verilməsi barədə tələb irəli sürmək huquqları olmamışdır.İşdən göründüyü kimi, mənzil ümumi mülkiyyətin birgə mülkiyyət formasını təşkil etməklə butun ailə üzvlərinin, o cümlədən onun mülkiyyətindədir. İstifadə hüquqlarına kompensasiya verilməkdə xitam verilməsi mülkiyyətin iştirakçılarına yox, yalnız istifadə huquqları müəyyən olunan şəxslərə aid oluna bilər. Məhkəmə isə onun MM-nin 228-ci maddəsi ilə 1-ci dərəcəli ailə üzvü olmaqla birgə mülkiyyətin iştirakçısı olmaqla iddiaçının belə bir tələbinin təsir altına düşə bilmədiyini nəzərə almamış, mənzilin alınmasında onun də iştirakını, bundan başqa ona məxsus olan Azadlıq prospekti 116 mənzil 166 ünvanda yerləşən mənzilin ata və anasının təkidi ilə satılaraq əldə olunan təxminən 50.000 ABŞ dolları vəsaitin hal-hazırda yaşadığı evin tikinti və təmirinə xərcləmnəsini, yaşadığı mənzilin üzərində hansı hüququnun olub olmamasını araşdırmamış, əsassız və qeyri qanunu qərarını qəbul etmişdir.Halbuki, Azərbaycan Respublikası Mulki məcəlləsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi barədə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti» üzrə Ali Məhkəmənin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbayçan Respublikası Konstitutsiyasma və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarxli qərarında qeyd olunur ki, «Eyni mənzildə ailə üzvləri və ya onlara bərabər tutulan şəxslər yaşadığı halda mənzilə mülkiyyət hüququ, digərlərində isə mənzildən istifədə etmək hüququnun mövcud olması mümkündür. Hər iki hüququ müxtəlif hüquqi koteqoriyalardır. «Mənzil hüququ adətən evdə , mənzildə və s. müvafiq yerlərdə yaşamaq hüquqi kimi göstərilən yaşayış sahəsindən istifədə etmək hüququ mənzil hüququnun bir elementi kimi çıxış edir. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minən MM-nin 228.2 maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi barədə razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Bununla belə konstitutsiya məhkəməsinin qərarında «veriləcək» kompensasiyanın miqdarını əks etdirən qaydanı da müəyyən etməklə, həmin kompensasiyanı heç də mülkiyyətçinin tələbindən yox, istifadə hüququnun adi bir əvəzləşdirilməsi ilə müəyyən olunmasını nəzərdə tutmuşdur. Həmin qərarda qeyd olunur ki, «Kompensasiya instutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir, Kompensasiya, yaşayış sahəsindən istifadə huququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşama imkanı versin» Göründüyü kimi, mülkiyyətçi tərəfindən irəli sürülən istifadə huququna xitam verilməsi üçün nəzərdə tutulan kompensasiyanın miqdarı heç də istifadəçilərin mənzildən istifadə hüquqlarına xitam verilə bilməsini müəyyən eləmir. Həmin miqdar hüquqlarına xitam verilə bilən istifadəçilərə davamlı surətdə əvvəlki mənzildə xas olmuş şəraitinə müqayisədə oxşar yaşama imkanı verməlidir. Cavabdeh qismində cəlb olunan bşəxslər anasının adına olan mənzilin 2-ci mərtəbəsinin bütün otaqlarından 14 ildən artıq müddətdə istifadə etmiş və mənzilin qeyri-yaşayış sahəsi də ümumi birgə istifadədə olmuşdur. Belə bir şəraitin yarana bilməməsi müqabilində 11000 manat verməklə gənc bir ailəni «xoşum gəlmir» deyə küçəyə atmaq hüququ iddiaçının yalnız hüquqdan sui-istifadə etməsindən başqa bir şey deyildir. Konstitutsiya məhkəməsi Plenimunun digər 16 dekabr 2014-cu il tarixli qərarına görə Mənzil məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən huququn yaranması və xitamı mulki qanunvericilik normaları ilə deyil, Ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir, Ailə qanunvericiliyində hansı hallarda valideyinlərin öz övladlarını və ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən olunmuşdur, buna uyğün olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsindən mülkiyyətçi ilə yaşamaq və yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanlması tələb etmək huququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs mənzil məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir, bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşamaq və yaşaj sahəsinin mülkiyyətçindən özünün saxlanılmasını tələb etmək huququ vardır. Hesab edir ki, mənzilin müqaviləsinin iddiaçının adına rəsmiləşdirilməsi onların, yəni cavabdehlərin mənzildən çıxarılması barədə qərarın çıxarılması üçün əsas deyildir. Mulki qanunvericilik mülkiyyətçi olan şəxslərin hüquqlarını təmin etməklə bərabər mülkiyyətçi olmayan şəslərin də hüquqlarının təmin olunması hissəsində də müvafiq tələblər irəli sürmüş və maddi huquq normaları ilə tənzimləmişdir. Azərbaycan Respublikası MM- də qeyd olunmuşdur ki, mülkiyyətçi huquqları mülkiyyətçi olmasa da mulki məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də məxsusdur. MM-nin 560-cı maddəsinə görə mülki hüquqla hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə olunması yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qanunvericilik qeyri-qanuni və hüququn ziddinə əldə olunmuş «hüququn» həyata keçirilməsini- yolverilməz hesab etməklə bu qayda ilə həyata keçirilən hərəkətləri də etibarsız sayılmasını müəyyən etmişdir.Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır: Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X4 və vəkili X6 iddia tələbinin dəlillərinə istinad etməklə apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdirlər və verilən suallara cavab olaraq kompensasiya məbləğinin artırılmasına razı olmadıqlarını bildirmişlər. İş üzrə digər tərəfl məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə tərəflərin izhatını, materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-cı il tarixli, 2(009)-1015/2020 saylı Qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbi həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. Kollegiya apellyasiyanın hədləri ilə bağlı bildirir ki, cavabdeh apellyasiya şikayətində 1-ci instansiya məhkəməsinin qətnaməsinin qanunsuzluğunu və əsassızlığını bütövlükdə mübahisələndirsə də, apelyatorun digər cavabdehlə bağlı qətnaməni mübahisələndirməkdə subyektiv hüququ olmadığından Qətnamə yalnız iddianın cavabdeh - Cavabdeh1 aid təmin olunmuş hissədə yoxlanılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Mülki iş materiallarında olan: FM seriyalı 031744 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5- ci döngə ünvanında yerləşən 10 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. 002/93 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı mənzildə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. “xxxx” MMC-nin 29.10.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı evin hazırki şəraiti nəzərə alınmaqla sözügedən ərazidə yerləşən eyni şəraitli mənzillərin orta aylıq kirayə dəyəri 350 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil.Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən kompensasiya qaydasında təklif olunan 11.000 (on bir min) manat məbləğində pul vəsaiti cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə və əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət deyildir. 1-ci instansiya instansiyası məhkəməsi iş materialları ilə iddiaçının təklif etdiyi kompensasiya məbləğinin cavabdehin başqa yerdə əvvəlki mənzilə ona xas olmuş şəraitli mənzildə 2 il yarım müddətində yaşamaq üçün kifayət etdiyini müəyyən etmişdir.Lakin Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarından göründüyü kimi, təklif edilən kompensasiya məbləği istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. 1-ci instansiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən mövqedən fərqli olaraq, qərarda göstərilən “müəyyən müddət daxilində” ifadəsinin 2 il yarım müddəti ehtiva etməsini əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçının təklif etdiyi 11.000 (on bir min) manat kompensasiya məbləği cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-cı il tarixli, 2(009)-1015/2020 saylı Qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh1 11.000 manat kompensasiya ödənilməklə cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı mənzildən istifadə hüququna xitam verilməsinə və cavabdehin həmin mənzildən çıxarılması na, kompensasiya ödənilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsinə dair hissədə) ləğv edilərək iddia tələbi həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-cı il tarixli, 2(009)- 1015/2020 saylı Qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh1 11.000 manat kompensasiya ödənilməklə cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı mənzildən istifadə hüququna xitam verilməsinə və cavabdehin həmin mənzildən çıxarılmasına, kompensasiya ödənilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsinə dair hissədə) ləğv edilsin. İiddia tələbi həmin hissədə rədd edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-cı il tarixli, 2(009)- 1015/2020 saylı Qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar