Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3698/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2402/2025 saylı 09 aprel 2025ci il tarixli qətnaməsindən cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ƏMDX DƏDK və RPHŞ-i tərəfindən verilmiş 25 fevral 2023-ci il tarixli ********** saylı qeydiyyat, **********73- 05101-093016 reyestr nömrəli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən yaşayış sahəsi 62.96 kv.m. olan ünvan 3, mənzil 8 3/1 paylı olmaqla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətindədir.
2. İddiaçı MTK-nın Nizamnaməsindən görünür ki, Kooperativ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon icra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon icra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon icra Hakimiyyəti və Xəzər Rayon icra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabma inşa ediləcək çoxmənzilli yaşayış binalan üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirsinlər.
4. İş materiallarında olan Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamda İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq Prospekti 5,7,9 saylı yaşayış binalarının sökülməsi, sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək kirayə haqqının verilməsi və.s həvalə edilmişdir.
5. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər Binəqədi rayonu, Azadlıq prospekti və Zahid Qənbərov küçələrinin kəsişməsində yerləşən binanın tikintisi üçün NK qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın verilməsi və.s barədə razılığa gəlmişlər. Şirkət müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, binaların tikinti üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 2 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, müqavilələr imzalayacaqdır; yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazilərdə şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqı verəcəkdir; binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25 faiz artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin edəcəkdir; sakinlərə verilən sahələrin cəmi çıxıldıqdan sonra qalan sahənin 10 faiz təşkil edən hissəsini RİH-nin sərəncamına verəcəkdir və.s. Həmin müqavilədə qeyd edilmişdir ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini icra edənədək qüvvədədir.
6. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC ilə Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilə və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli, 18 saylı Sərəncamı hal-hazırda qüvvədədir və bağlanmış müqavilənin şərtlərinə əməl edilməsi tövsiyə edilir.
7. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir.
8. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən, Cavabdeh3 və digərlərinə məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 8 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 120.000 manat təşkil edir.
9. "xxxx" MMC-nin xx.xx.2024- cü il tarixli hesabatına əsasən, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 8 saylı mənzilin dəyəri 120.000 manat təşkil edə bilər.
10. Məhkəmə Ekspertiza Mərkəzinin 9/7211, 10/6929 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin mövcud orta bazar dəyərinin təqribən 81200 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunur ki, artırmalar nəzərə alındıqda 8 saylı mənzilin faktiki vəziyyət üzrə orta bazar dəyəri təqribən 119100 manat məbləğində müəyyən edilir. ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən, yeni tikilən binalarda təmirli mənzillərin 1 m2 -nin dəyərinin təqribən 2200 manat, təmirsiz mənzillərin 1m2 -nin dəyərinin isə təqribən 1745 manat olduğu müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən inşa edilən binada təmirli və təmirsiz mənzillərin satış qiyməti barədə məlumat olmadığından həmin binalarda mənzillərin 1 m2 üçün satış qiymətini müəyyən etmək mümkün olmadı. ünvan 1 ünvanına yaxın ərazilərdə yerləşən mənzillərin aylıq kirayə haqqı təqribən 450 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və digər cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzili üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 və digər cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 otaqdan ibarət 8 saylı mənzilinin boşaldılması və sökülməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 otaqdan ibarət 8 saylı mənzilinin yerində, çoxmərtəbəli yaşayış binası olan 4 saylı evin/binanın 5-cü mərtəbəsində olan 507 saylı, 3 otaqlı yeni mənzilin, ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 km olan mənzilin Cavabdeh3 və digər cavabdehlərin mülkiyyətinə verilməsi, mənzilin sahə nisbətlərinin əvəzləşdirilməsi nəticəsində 27.65 kv.m sahənin hər kv.m-nə görə 1200 manat kompensasiya olmaqla 33180 manat, iddia etdiyi başqa 7.04 kv/m, tam kənarda yerləşən qanunsuz tikilisi üçün isə 8448 manat olamaqla cəmi olmaqla 41628 manat kompensasiyanın cavabdehlərə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MTK tərəfindən Cavabdeh3 və digər şəxslərə hər ay ekspert rəyinə uyğun cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabninetinin xx.xx.2016-cı il tarixli 8 saylı qərarına, Bakı şəhər, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamına əsasən və digər dövlət orqanları və müvafiq təşkilatlarının sənədlərinə/razılıqlarına əsasən Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1.2179 ha torpaq sahəsində ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin İddiaçı MTK-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncama əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MTK həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 60%-100% (arası) artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 400 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən bir çox ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bunlardan savayı sakinlərin qanunsuz, mülkiyyətindən tam kənarda zəbt etdiyi ərazilər də iddiaçı tərəfindən razılaşdırılmaqla nəzərə alınır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 3 otaqdan ibarət 8 saylı mənzili X8 mülkiyyətində olmuşdur. xx.xx.2011-ci il tarixində mülkiyyətçi X17 vəfat etmişdir. xx.xx.2023-cü il tarixli, 2 V-45№-li olan V-23/2023 saylı vərəsəlik işinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyytçi X8 vərəsələridir və “X15 Şəhadətnamə” ilə hər biri 1/3 payları müəyyən olunmuşdur. BŞMKT-nın 3 saylı XTMKTB-15 saylı MKİS-nin 192 saylı xx.xx.2024-cü il tarixli arayışından da aydın olur ki, qeyd edilən əmlakı X10 məxsus olmuş və vəfat etdiyi üçün vərəsəlik işi açılmışdır. Lakin, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 paylar olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzildən kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən (individual razılıqla 50%-100% artıq) təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evlərdən bəziləri sökülmüş, sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzilərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərinhaqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırlar. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.20216-cı il tarixli 18 saylı Sərəncamının göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi, sərəncamın icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Xüsusən qeyd etmək lazımdır ki, cavabdehlər həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vurduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən ev/bina qəzalı vəziyyətdədir. Cavabdehin hüquqlarından suiistifadə etməsi gələcəkdə digər sakinlərində həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Belə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5, 7, 9 nömrəli binalar 1926-cu ildə inşa edilmişdir. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehlərə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Cavabdeh3 və digər cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 8 saylı mənzilin artırmasız içdən-içə sahəsi ölçülməyə əsasən aydın olur ki, ü/s 59.3 kv.m-dir, qanunsuz tikilisi (artırması) isə içdən-içə 27.65 kv.m-dir. Bunlardan savayı cavabdehlərin heç bir sənədi olmadan başqa iddia etdiyi 7.04 kv.m, tam kənarda yerləşən qanunsuz tikilisi mövcuddur. İddiaçı təqdim etdiyi 3 otaqlı mənzilin ümumi sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 kv.m təşkil edir. Qanunsuz tikilinin hər kv.m-nə 1200 manat kompensasiya MTK tərəfindən təklif edilir.
13. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 3 ünvanında olan 8 saylı mənzilin yerində inşa edilməsi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasında mənzilin çıxarış üzrə sahəsi 62.96 kv.m. əlavə sahə 35.06 kv.m olmaqla ümumilikdə faktiki sahəsi 98.02 kv.m mənzilin əvəzi olaraq qonşularında olan qaydada bütün sahələrə mənzil verilməklə, əvəzetmə edilməklə ümumilikdə 175 kv.m sahədən ibarət (1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillər) təmirli mənzillərin 2 il müddətində təqdim edilməsi, mənzillər təqdim edilən günədək və mənzillə çıxarış alınması üçün təqdim olunan sənədlər tam hazır olanadək aylıq 500 manat icarə haqqının ödənilməsi, 2024-cü ilin yanvar ayının 20-dən mənzildə yaşayışlarının mümkün olmaması, hələ də davam etməsi səbəbindən icarə haqqının həmin tarixdən başlanaraq hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDX DƏDK və RPHŞ-i tərəfindən verilmiş 25 fevral 2023-ci il tarixli ********** saylı qeydiyyat, **********73- 05101- 093016 reyestr nömrəli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən yaşayış sahəsi 62.96 kv.m. olan ünvan 3, mənzil 8 3/1 paylı olmaqla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətindədir. Mənzilin yaşayış sahəsi 62.9 kv.m olsa da, faktiki sahəsi 90,9 kv.mdir. Həmçinin həmin sahədə mənzilin önündə hasarın içində tametlə döşənmiş 50.5 kv.m torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 7 kv.m qeyri yaşayış sahələri də mövcuddur. Mülkiyyətlərində olan mənzildə o, anası, qardaşı, qardaşının həyat yoldaşı, onların 2 övladı olmaqla cəmi 6 nəfər yaşayırdılar. Yaşadıqları binanın mülkiyyətçilərinin ümumi istifadəsində sahələrdə, bloklarda, habelə digər mülkiyyətçilərə məxsus mənzillər, pəncərələr, mənzillərinə gələn istilik sistemləri, və mənzilə gələn qaz borusu İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən məhkəmə qərarı olmadan qanunsuz olaraq sökülərək yararsız hala salınmışdır. Bu azmış kimi cavabdeh artıq binanın blokunun giriş hissəsini də öz işçiləri vasitəsilə hasarlamağa çalışır. Bu isə öz növbəsində onların yaşadıqları mənzilə giriş-çıxışlarını çətinləşdirmişdir. Bundan başqa, binada olan mənzillərin sökülməsi nəticəsində ümumi istilik sistem boruları ilə istilik təchizatının verilməsi və mənzilə gələn qazın verilməsi də məhdudlaşdırılmışdır. Bu səbəbdən də qış aylarında istilik təchizatı olmadığından mənzillərində istiliyin təmin edilməsi mümkünsüz olmuşdur. İddiaçının qanunsuz müdaxiləsi onların narahatçılığına səbəb olmuş və mənzili tərk etmişlər. İddiaçı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamını əsas gətirərək onlara eyni binada digər mülkiyyətçilərə təklif olunmuş, onlarla razılaşdırılmış şərtlərdən aşağı, digər mülkiyyətçilərlə razılaşmalara nisbətən mütənasibsiz şərtlər təklif edirdi. Təbii ki, digər sakinlərə münasibətdə onlara fərq qoyulmasına, eyni binada başqalarına münasibətdə daha pis təklif verilməsinə, iddiaçı tərəfindən mütənasibliyin, balansın gözlənilməməsinə etiraz edirdilər. Bu etirazlarını dinləmək əvəzinə iddiaçı, onları köçürmədən binaya qanunsuz müdaxilə etdi, nəticədə binada yaşayış mümkün olmadı. 2024-cü ilin yanvar ayından 20-dən mənzildən çıxmaq məcburiyyətində qalmışlar. Hal-hazırda qohum evində yaşayırlar. Bundan sonra birinci dəfə iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edildi. İddia ərizəsi Binəqədi rayon məhkəməsi tərəfindən icraata götürüldü (iş № e2(001)- 3636/2024 (sonrakı № e-2(001)-258/2025), sonra iddiaçının ərizəsi ilə iddia ərizəsi geri qaytarıldı, icraata xitam verildi). Həmin iş üzrə icraat zamanı bildirmişlər ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədilə İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq prospekti 5, 7, 9 saylı yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzil təmin edilənədək hər ay kirayə haqqı ödənilməsilə başqa yerə köçürülməsi müəyyən edilmişdir. Yəni, sərəncam onlara məcburi kompensasiya verilməsi müəyyən etməmişdir. Eyni zamanda, həmin işdə bildirmişlər ki, iddiaçının da istinad etdiyi, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Həmin qərarında Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin presedent hüququna da istinad edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipinin özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutduğunu qeyd etmiş, mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans”ın gözlənilməli olduğu göstərmişdir. Bunlara əsasən, eyni binada digər sakinlərə münasibətdə onlara qarşı – Bərabərlik – “ədalətli balansam prinsipinin pozulmasının araşdırılmasını; - Mütənasiblik prinsipinin pozulmasının araşdırılmasını məhkəmədən xahiş etmişlər. Qeyd edilənlərin araşdırılması, yoxlanması məqsədi ilə Binəqədi rayon məhkəməsinin e2(001)- 3636/2024 saylı, xx.xx.2024-cü il Qərardadı ilə (əlavə olunur) məhkəmə iddiaçıdan ünvan 3 saylı binanın bütün mülkiyyətçiləri ilə İddiaçı arasında bu günə qədər bağlanmış əqdlərin təsdiq olunmuş surətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsini tələb etdi. Məhkəmənin bu tələbi əsasında iddiaçı tərəfindən 7 saylı binanın (bizim binanın) bütün mülkiyyətçiləri ilə müqavilələr məhkəməyə təqdim edildi. Məhkəmədə bu müqavilələr araşdırıldıqda məlum oldu ki, dəlilləri və tələbləri tam haqlıdır, iddiaçı binadakı digər mülkiyyətçilərə münasibətdə onlara qarşı bərabərlik, ədalətli balans, mütənasiblik prinsipini pozur, onlara digərlərinə münasibətdə daha pis şərtlər təklif edir və bu faktlarla, yəni iddiaçının təqdim etdiyi mübadilə müqavilələri ilə sübut edildi. Belə ki, həmin işdə İddiaçıdan tələb olunmuş və onun tərəfindən məhkəməyə təqdim olunmuş, hazırda qarşılıqlı iddia ərizəsinə əlavə olunan iddiaçı ilə binanın digər mülkiyyətçiləri X11, X12 və X6 ilə imzalanmış notarial müqavilələrdən göründüyü kimi, digər mülkiyyətçilərə çıxarış üzrə və əlavə sahələr toplanmaqla onlara təklif olunandan daha artıq mənzil sahəsi əvəzetmə kimi verilmiş, faktiki mənzil sahələri kompensasiya ilə deyil, mənzil sahələri ilə əvəz edilmişdir. Onlara isə, digərlərindən fərqli olaraq, çıxarış üzrə mənzil üçün yeni sahə, qalan əlavə sahələr üçün mənzil sahəsi deyil, məcburi kompensasiya verilməsi tələb edilir. İddaçı özü də bu iddialarında əmin deyildi və Binəqədi rayon məhkəməsinin icraatında olmuş iddianı (iş № e-2(001)-3636/2024 (sonrakı № e-2(001)-258/2025) bir neçə dəfə dəyişdi (İddiaçının həmin ərizəsi, ona əlavələr qarşılıqlı iddiaya əlavə edilir.) Hazırda icraatda olan iddia ərizəsində iddiaçı onların 35 kv.m. əlavə sahəsinə məcburi kompensasiya verilməsini məhkəmədən tələb etsə də, müqaviləyə əlavə olunmuş müqavilələrdəki məlumatlar üzrə hazırlanmış aşağıdakı cədvəldən göründüyü kimi, iddiaçı məhkəmədən onlarla digər sakinlər arasında qeyri-mütənasib yanaşma tələb edir. Həmin cədvəldən də göründüyü kimi, qonşularında bütün sahələri nəzərə almaqla 111.2 kv.m sahəyə 177,34 kv.m təqdim edir, 92,84 kv.m sahəyə 168,5 kv.m sahə təqdim edir, 97,64 kv.m sahəyə 168,5 kv.m sahə təqdim edir və təqdim edilən sahələr oxdan-oxa və ya içdəniçə ölçülməklə deyil, konkret sahələr təqdim edilir. Cədvəldən göründüyü kimi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 62.96 kv.m-dir, əlavə sahə 35,02 kv.m-dir, ümumilikdə 98,02 kv.m təşkil edir. İddiaçı Çıxarışa əsasən 62.96 kv.m olduğu halda həmin sahəni 59.3 kv.m nəzərə almaqla ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m. içdən-içə sahəsi 94 kv.m olan mənzillə əvəzləşdirməni, əlavə sahələrə isə digər mülkiyyətçilərdən fərqli olaraq, məhkəmədən məcburi pulla kompensasiya ödənilməsini tələb edir. Bu həm mütənasiblik, bərabərlik – “ədalətli balans” prinsiplərinin pozulmasıdır, həm də Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş şərtin pozulmasıdır. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamın birinci abzasında qeyd edilir ki, sərəncamın verilməsi üçün əsas İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixdə T-03 saylı ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarında yaşayan sakinlərə MMC-nin hesabına hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillə təmin olunması şərtilə sökülməsini və həmin binaların yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verilməsi xahiş olunmuşdur. Sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədilə İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq prospekti 5, 7, 9 saylı yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsilə başqa yerə köçürülməsi müəyyən edilmişdir. Göründüyü kimi, sərəncamda sahənin bir hissəsi üçün mənzil mülkiyyətçilərinə kompensasiya verilməsi müəyyən edilməmişdir. Onlar da, ilk gündən həmin binada yaşayan digər sakinlərə eyni yanaşma, hüquqlarının pozulmamasını tələb etmişlər. Bundan əvvəl tərəflər arasında olmuş məhkəmə işində (İddiaçı MMC sonradan iddiasını geri götürdü) olan müqavilələrdən də göründüyü kimi, digər sakinlərə onlardan fərqli münasibət göstərilmiş, onlarla oxşar yəni mənzil sahəsi əsas və əlavə tikilisi olan sakinlərə sərəncamda nəzərdə tutulduğu kimi yeni mənzillər verilmişdir. Yəni, eyni binada, eyni ünvanda bərabərlik hüququn pozulması, onların vəziyyətinin digərlərinə nisbətən pisləşdirilməsi, habelə sərəncamın və mülkiyyətçinin iradəsinə ziddi olaraq kompensasiya verilməsi qəbuledilməzdir. Çünki sərəncamda məcburi kompensasiya nəzərdə tutulmayıb, sahələrin əvəzinə yeni mənzil verilməsi müəyyənləşdirilib. Mənzillərinin önündə hasarın içində tametlə döşənmiş, istifadələrində olan 50.5 kv.m torpaq sahəsi var ki, iddiaçı tərəfdən bu ümumiyyətlə nəzərə alınmır. Göstərilənləri, qanunvericilik aktlarını, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarını, bunlarda müəyyənləşdirilmiş mütənasiblik, bərabərlik – “ədalətli balans” prinsiplərin nəzərə alaraq onlar da eyni binada digər mülkiyyətçilərlə bərabər, mütənasib müəyyənləşdirilməsini, mülkiyyətilərində mənzilin yerində inşa edilməsi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasında mənzillərinin çıxarış üzrə sahəsi 62,96 kv.m, əlavə sahə 35,06 kv.m olmaqla ümumilikdə faktiki sahəsi 98,02 kv.m mənzillərinin əvəzi olaraq ümumilikdə 175 kv.m sahədən ibarət (1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillər) təmirli mənzillərin təqdim edilməsi tələbləri qanuni və haqlıdır. Göstərilənlərdən əlavə olaraq, qeyd edilən sərəncamın tələbinə əsasən həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin qarşılıqlı razılıq əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı ödənilməsi ilə başqa yerə köçürülməsi, bundan sonra müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sökülməsi İddiaçı MTK-ya həvalə edilmişdir. Həmin sərəncamın tələblərinə əsasən ərazidə yaşayan sakinlərlə qarşılıqlı razılaşma əldə olunmalı, sakinlər ərazidən köçürülməli, bundan sonra torpaq sahəsindən istifadə edilməyə söküntü işlərinə başlanmalı və ən nəhayət 5 il müddətində ərazində yeni yaşayış binası salmalı idi. İddiaçı MTK isə sərəncamın heç bir tələblərinə əməl etməmişdir, binada təhlükəsiz şəraiti təmin elməli olduğu halda, şəhərsalma sənədlərinin tələblərinə əsasən sənədləşdirmə işlərini başa çatdırmadan söküntü işlərinə başlamışdır. İddiaçı onları köçürmədən binaya qanunsuz müdaxilə etdi, nəticəsində binada yaşayış mümkün olmadı. 2024-cü ilin yanvar ayından 20-dən mənzilindən çıxmaq məcburiyyətində qalmışlar. Hal-hazırda qohum evində yaşayırlar. Mənzil kirayəsi qiymətləri şəhərdə xeyli artmış, eyni zamanda onlar 3 ailədirlər. Göstərilənlərə əsasən, mənzillər onlara təqdim edilən günədək və mənzillə çıxarış alınması üçün təqdim olunan sənədlər tam hazır olanadək aylıq 500 manat icarə haqqının ödənilməsi, icarə haqqının 2024-cü ilin yanvar ayının 20-dən başlanmaqla hesablanması tələbləri də haqlıdır.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2402/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilmiş, İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 5-ci mərtəbəsində 507 saylı, 3 otaqlı, ümumi sahəsi 104,35 kv.m (içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə cəmi 41628 (qırx bir min altı yüz iyirmi səkkiz) manat kompensasiya və xx.xx.2024-cü il tarixdən etibarən yeni təmirli mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında olan 8 saylı mənzili üzərində paylı mülkiyyət (sahiblik, istifadə, sərəncam) hüquqlarına xitam verilməsi və mənzilin cavabdehlər tərəfindən boşaldılması, ödənilmiş dövlət rüsumlarının iddiaçıların özlərinə aid edilməsi və ilk və qarşılıqlı iddia ərizələri qalan hissələrdə təmin olunmaması qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə, 29-cu maddəsinin Vİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.6, 203, 560.1-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17.5-ci maddələrinə, «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarına, İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərarına, Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərarına, Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarına, X7rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərarına, Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərarına, Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarlarına, Böyük Palatanın X14rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və qətnamənin ilkin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddiaçı hüququndan onlara qarşı ziyan vurmaq üçün istifadə edir. Məhkəmə isə araşdırma aparmadığından ilk iddiaçının qonşulara bütün sahələri nəzərə alınmaqla 112 kv.m sahəyə 177.34 kv.m, 92,84 kv.m sahəyə 168,5 kv.m təqdim etdiyini və təqdim edilən sahələrin içdən içə ölçüldüyünü nəzərə almamışdır. Qarşılıqlı iddiaçıların ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən 62.96 kv.m, əlavə sahə isə 35.02 kv.m olmaqla ümumilikdə 98.02 kv.m-dir. İddiaçı isə çıxarışa əsasən 62.96 kv.m olduğu halda sahəni 59.36 kv.m nəzərə alınmaqla ümumi (oxdan-oxa) sahəsi 104.35 kv.m, içdən-içə sahəsi 94 kv.m olan mənzillə əvəzləşdirməni, əlavə sahələr isə digər mülkiyyətçilərdən fərqli olaraq, məhkəmədən məcburi pulla kompensasiya ödənilməsini tələb etməsi mütənasiblik, ədalətli balans prinsipinin və Binəqədi RİH başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş şərtlərini pozmuşdur. Məhkəmə öz səlahiyyətlərindən istifadə edərək əlavə araşdırmalar aparmamış, ilk iddiaçıdan lazımi tədbirlər görməmiş və buna zərurət olan sübutları tələb etməmiş, mübahisənin araşdırılması ilə bağlı müvafiq lazımi tədbirlər görməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında MPM-in 209.1-ci maddəsinin tələbini pozaraq iş üzrə mövqelərini öyrənmədən, iş üzrə halların tədqiqinin qurtardığını elan etmədən və məhkəmə çıxışlarına keçmədən müşavirə otağına getmiş və gəldikdən sonra məhkəmə qətnaməsini elan etmişdir. Odur ki, birinci istansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilən hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək etirazı onunla əsaslanırmışdır ki, cavabdehlər apellyasiya şikayətində qeyd etdiyi halları araşdırmadan, heç bir müşaiyətedici sübutlar əlavə etmədən irəli sürmüşdür. Belə ki, İddiaçı MTK baxmayaraq ki, binanın 40dan çox sakini ilə müqavilələr imzalamış, müəyyən əsaslı razılıqlar əldə etmiş amma heç bir razılıq əldə etdiyi, aldığı, müqavilə bağladığı sakinlərin əmlaklarını sökməmiş, uçurmamış və heç bir iş aparmamışdır. Cavabdeh apellyasiya şikayətinin əsassız, qanunsuz və ədalətsiz olması özlərinə də yaxşı bəllidir və şikayət verməklə əlavə vaxt qazanmaq, maksimum hüquqlarından sui-istifadə edərək MTK-dan əlavə maddi qazanc almaq və məhkəmə vasitəsi ilə bu əməlinə huquqi don geyindirməkdən ibarətdir. Baxmayaraq ki, MTK cavabdehə görə hələ də maddi itkilərə aylardır məruz qalmaqda davam edir. Azərbaycan Respublikasının Nazirlər Kabninetinin xx.xx.2016-cı il tarixli 8 saylı qərarına, Bakı şəhər, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamına əsasən və digər dövlət orqanları və müvafiq təşkilatlarının sənədlərinə/razılıqlarına əsasən Bakı şəhəri Binəqədi rayonu, Azdlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1.2179 ha torpaq sahəsində ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri- yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin İddiaçı MTK-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri- yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MTK həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 60% -100% (arası) artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 400 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən bir çox ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bunlardan savayı sakinlərin qanunsuz, mülkiyyətindən tam kənarda zəbt etdiyi ərazilər də iddiaçı tərəfindən razılaşdırılmaqla nəzərə alınır. Tikinti sahəsinə düşən ərazidəki çox sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evlərdən bəziləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırıq. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016- cı il tarixli 18 saylı Sərəncamının göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Xüsusən qeyd etmək istərdik ki, cavabdehlər həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vuduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən ev /bina qəzalı vəziyyətdədir. Cavabdehin hüquqlarından sui istifadə etməsi gələcəkdə digər sakinlərində həyatını və təhlükəsizliyini riskə atması, təhlükə altında qoyması deməkdir. Belə ki, sözügedən ünvanda yerləşən 3 mərtəbəli 5,7,9 nömrəli binalar 1926-cu ildə inşa edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Həmin Qərarda göstərilir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1- ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehlərə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Həmçinin cavabdehlərlə məhkəmə prosesindən əvvəl razılıq əldə etdiklərini,mülkiyyətçinin baxaraq bəyəndikləri mənzil aldıqlarını, lakin sonradan cavabdehlər mənzildən çıxmayaraq fantastik şərtlər irəli sürmüşdür. Bununla da MTK həmin mənzili almaq üçün artıq külli miqdarda pul ödəmiş olub. Yuxarıda göstərilənləri, işin hüquqi və faktiki halların nəzərə alaraq cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
21. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə3 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının
23. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
24. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;
25. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;
26. 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
28. 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər;
29. 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir;
30. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir;
31. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
32. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
33. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
34. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
35. 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.
36. 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.
37. 4.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləridir.
38. 17.5-ci maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 273. İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
44. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
49. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə ilkin iddianın təmin edilmiş, qarşılıqlı iddianın isə təmin edilməmiış hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3006/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilkin iddianın təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
51. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası istismar müddətini bitdiyindən, şəhərin görkəminə xələl gətirdiyindən və istifadə üçün texniki cəhətdən yararsız olduğundan NK-nin xx.xx.2016-cı il tarixli qərarına əsasən həmin binanın sökülməsi və yerində yeni binanın inşa edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın icrası ilə bağlı BRİH qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkəti ilə razılıq əldə edilmiş və bu barədə İddiaçı MMC ilə BRİH arasında müqavilə bağlanmışdır. NK-nin həmin qərarından irəli gələrək BRİH xx.xx.2016-cı il tarixli sərəncam vermiş və Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmiş və Binəqədi rayonu, Azadlıq prospekti 5,7,9 saylı yaşayış binalarının sökülməsi və.s MMC-yə tapşırılmışdır. Binəqədi rayonu, Azadlıq prospektində 5 və 9-cu binalar sökülsə də, 7-ci bina hal-hazırədək sökülə bilməmişdir. Belə ki, həmin binanın əksər sakinləri ilə MTK arasında razılıq əldə edilsə də, cavabdehlər və bir neçə sakinlə razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçının təklif etdiyi kompensasiya məbləğini qəbul etmir və iddiaçıdan ümumilikdə 175 kv.m sahədən ibarət (1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzillər) təmirli mənzillərin təqdim edilməsi tələb edir. İddiaçı isə cavabdehin hərəkətlərini digər şəxlərin hüquqlarının pozulması kimi qiymətləndirir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X9 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir.
53. «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuşşərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.
54. İddiaçının sökülməsini tələb etdiyi mənzilin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus olduğunu nəzərə alaraq qeyd edilməsi zəruridir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı)
55. Eyni zamanda qeyd etmək lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsihaqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı).
56. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).
57. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, mənzilə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
59. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün.
60. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi iləbelə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.
61. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
62. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini,eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.
63. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.
64. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və yazərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühiti mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.
65. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi)
66. Beləliklə, məhkəmə ünvan 3 ünvanında yerləşən cavabdehlərə məxsus 8 saylı mənzilin aid olduğu binanın istismar müddətini başa vurmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evindən köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır.
67. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin istismar müddəti keçmiş, qəzalı mənzildə yaşamağa davam etməsi onun həyat və sağlamlığına çox ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaqları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə cavabdehlərin özləri üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evini boşaltdığı halda, əvvəl yaşadığı mənzilə uyğun mənzilin verilməsi sərəncamla MTK-nın üzərinə qoyulmuş vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir.
68. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MTK-nın belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahəsindən 50% əlavə yaşayış sahəsi əlavə edilməklə ona həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bundan başqa cavabdehlərin evinin bazar qiyməti 120000 manat təşkil edir, halbuki, iddiaçı ona ümumi sahəsi (oxdan-oxa) 104,5 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat təşkil edir, bu isə 229570 manat edir. Bundan əlavə iddiaçı cavabdehlərin qanunsuz artırdığı 27.65 kv.m hissənin və mənzildən tam kənarda yerləşən 7.04 kv.m qanunsuz tikilinin hər kvadratmetri üçün 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur. Eyni zamanda, göstərilən mənzilin sahəsini nəzərə aldıqda iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ədalətlidir. Qeyd olunan hallar cavabdehlərin mənzildən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz.
69. Kollegiya ilk iddiaçının təklif etdiyi kompensasiya vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla 20 faizdən də daha artıq olduğunu nəzərə alaraq, cavabdehlərin (qarşılıqlı iddiaçıların) ümumi sahəsi 175 kv.m olan 1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı təmirli mənzillərin verilməsi tələbini əsassız sayaraq təklif edilən kompensasiyanı mövcud məhkəmə təcrübəsinə və ədalətə uyğun hesab edir.
70. Eyni zamanda, cavabdehlər öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına əngəl olmaqla yanaşı, çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına maneə törədir və iddiaçının həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır.
71. Cavabdehlərin apellyasiya şikayətindəki dəlillərindən biri də xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasında hakimin MPM-in 209.1-ci maddəsinin tələbini pozaraq iş üzrə mövqelərini öyrənmədən, iş üzrə halların tədqiqinin qurtardığını elan etmədən və məhkəmə çıxışlarına keçmədən müşavirə otağına getməsi və gəldikdən sonra məhkəmə qətnaməsini elan etməsi ilə bağlı olmuşdur. İş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iclasın aparılması prosessual qanunvericiliyə uyğun aparılmışdır. Həmçinin kollegiya qeyd edir ki, cavabdehlərin keçirilmiş məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ var. Cavabdehlər protokol ilə tanış olaraq razılaşmadığı məqamları mübahisələndirə bilərdi. ( Maddə 273.İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər)
72. Mülki Məcəllənin 16.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
73. Həmin Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
74. Həmin məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddiaları qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
76. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3462/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da öz əksini tapmışdır.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2402/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.