Məhkəmə qərarları › İş №2(103)-37/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-37/2025

28.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-37/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçıBakı şəhər İcra Hakimiyyətinin Cavabdeh (üçüncü şəxslər: X9 və Səbail rayon Badamdar Bələdiyyəsinəqarşı iş üzrə (Açar sözlər:torpaq sahəsindən çıxarılma tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X12 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə və Vəkil2 (vəkil) iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Xətai Rayon Məhkəməsinin 2-42/04 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər X7, X17, Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhər 28-ci Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, sərəncamın, müqavilənin və şəhadətnamələrin etibarsız hesab edilməsi və bağdan çıxarılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 21 yanvar tarixli 44 saylı sərəncamı, Şamil Sadıq oğlu X11 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 hektar torpaq sahəsinin alqı-satqısı barədə bağlanmış və 28-ci Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, həmin torpaq sahəsinə dair V.P.Yakovlevnanın və X15 adına verilmiş mülkiyyət hüququ barədə şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2-1281/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X13 Cavabdeh qarşı tikilinin qeyri-qanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud, qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Bu qətnamə də qanuni qüvvəyə minmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-639/06 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçı X13 cavabdehlər Səbail rayon Badamdar Bələdiyyəsinə, X5 qarşı torpağın mülkiyyətə verilməsinə dair qərarının etibarsız hesab olunması, torpaq sahəsindən və evdən istifadə hüququnun müəyyən olunması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası da rədd edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin (bundan sonra torpaq sahəsi) qanunsuz olaraq özbaşına zəbt olunmasına son qoyulması və geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə X2 X8, X16, Səbail rayon İH-nə və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, sərəncamın, müqavilənin və şəhadətnamələrin etibarsız hesab olunması və bağdan çıxarılma” tələbləri qismən təmin olunmuş, Səbail RİHB-nın xx.xx.1999-cu il tarixli sərəncamı ləğv edilmiş, X4 adına verilmiş mülkiyyət hüququna dair şəhadətnamə etibarsız hesab edilmiş, torpaq sahəsinin alqı-satqısı barədə V.Y.Puqaçova ilə X23 arasında bağlanmış müqavilə ləğv edilmiş, Ş.S.Şabanovun adına verilmiş şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd olunmuş, qətnamə sonradan apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Aparılmış yoxlamalar nəticəsində torpaq sahəsinin qanunsuz və əsassız olaraq, cavabdeh tərəfindən zəbt olunduğu, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24 avqust 2020-ci il tarixli 136 saylı məktubuna əsasən torpaq sahəsinin Bələdiyyənin mülkiyyətinə verilmədiyi, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyənləşdirilmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-2325/2021) iddia təmin olunmamışdır.

7. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığını iddia etsə də, bununla bağlı təqdim etdiyi Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun xx.xx.2020-ci il tarixli, 136 saylı məktubu Torpaq Məcəlləsinin müvafiq normalarına əsasən həmin torpaq sahəsinin hüquqi rejimini müəyyən edən sənəd hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Bələdiyyənin deyil, dövlətin mülkiyyətində olması ilə bağlı iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli 136 saylı məktub mötəbər sübut hesab edilmir və mübahisəli torpaq sahəsinin hüquqi rejimini müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilən hallar mübahisəli torpaq sahəsinin qanuni əsaslarla cavabdehin istifadəsində olmasını, həmin torpaq sahəsinə dair Badamdar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 097 saylı qərarının qanuni olması tam təsdiq olunur. Beləliklə, iddiaçının torpaq sahəsi üzərində hüquq sahibi olmadığı təsdiq olunduğundan, bununla da onun hazırkı tələblə çıxış etməyə subyektiv hüququ olmadığından, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilə bilməz.

8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 45.1-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı apellyasiya şikayət verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq orada işin hərtərəfli araşdırılmadığı və sübutlara düzgün hüquqi qiymət verilmədiyi, maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu, iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun qanuni qüvvədə olan qətnamə əsasında müəyyən edildiyinə əhəmiyyət verilmədiyi qeyd edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 may 2022-ci il tarixli, 2(103)- 3589/2022 nömrəli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(102)-4740/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), M.Əhmədova, Ə.Əliyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

16. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, hazırkı işin yeganə mübahisəli halı torpaq sahəsinin dövlət və yaxud bələdiyyə fonduna aid torpaq sahəsi olub-olmaması ilə bağlıdır. Ona görə məhkəməyə lazım gəlirdi ki, iddiçının irəli sürdüyü dəlillər əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin hüquqi rejimi ilə bağlı məsələnin (dövlət və yaxud bələdiyyə fondu torpağı) aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin edərək məsələyə hüquqi qiymət versin.

22. Ali Məhkəmənin qərarının məzmunundan göründüyü kimi, qərarda yeni apellyasiya baxışı zamanı icra edilməli olan əsas göstəriş torpaq sahəsinin dövlət və yaxud bələdiyyə fonduna aid torpaq sahəsi olub-olmaması məqsədilə müvafiq ekspertiza təyin olunması məsələsinin müzakirə olunmasından ibarətdir.

23. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

24. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh olunan həmin göstərişi nəzərə alaraq yeni apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-tikinti ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2025-ci il tarixli, 10/8224 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu Badamdar bələdiyyəsinə aid torpaq sahəsinin hüdudları daxilində yerləşir.

25. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malikolan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğuvə ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunansualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü iləekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (MPM-in 101.7).

26. İşin müəyyən olunan digər halına görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X13 Cavabdeh qarşı “tikilinin qeyri-qanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud, qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi” tələblərinə dair iddiası rədd edilmiş, həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən özbaşınalıq edilməsi və qeyri-qanuni olaraq iddiaçıya məxsus hərhansı əmldakın, o cümlədən, tikililərin sökülməsi və dağıdılması, ümumiyyətlə iddiaçının əmlakına zərər vurulması, cavabdehin digər qanunsuz hərəkətlərə yol verməsi halları sübuta yetirilməmişdir.

27. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X13 Səbail rayon Badamdar Bələdiyyəsinə və X5 qarşı “torpağın mülkiyyətə verilməsinə dair qərarın etibarsız hesab olunması, torpaq sahəsindən və evdən istifadə hüququnun müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma” tələbləri rədd edilmiş, bu qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2007-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə” qərarına əsasən Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsində olan 400 kv.m. torpaq sahəsi uzun müddət istifadəsində olduğuna görə X10 alqı-satqı yolu ilə satılmış, torpağın satış dəyəri xx.xx.2005-ci il tarixdə Badamdar Bələdiyyəsinin xəzinəsinə ödənilmişdir. Məhkəmələr hesab etmişlər ki, X13 ünvan 2 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə heç bir hüququ yoxdur, həmin sahə bələdiyyə mülkiyyətində olmaqla Badamdar Bələdiyyəsi qanuni əsaslarla 097 saylı xx.xx.2005-ci il tarixli qərarla 0,04 ha torpaq sahəsini Əbülfəz Abbasova satmışdır

28. Digər tərəfdən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5834/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçı X6 cavabdehdən tələb etdiyi Badamdar Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 05 nömrəli qərarının mövcudluğu barədə hər hansı bir məlumat verilməməsi və həmin Qərarın, eləcə də qərarın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətinin təqdim olunmaması hərəkətləri qanunsuz hesab edilmiş, Badamdar Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 05 nömrəli qərarının ləğv olunması vəzifəsinin Badamdar Bələdiyyəsinin üzərinə qoyulması qərara alınmışdır.

29. Həmin qərarla məhkəmə müəyyən etmişdir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli və xx.xx.2006-cı il tarixli qətnamələri ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətidir, Badamdar bələdiyyəsi qanuni əsaslarla 097 nömrəli, 22 avqust 2005-ci il tarixli qərarla 0,04 ha torpaq sahəsini Ə.T.Abbasova satmışdır. Belə olan halda Badamdar qəsəbəsi, köhnə Bağlar küçəsində yerləşən 400 kv.m torpaq sahəsinin iddiaçıya satılması barədə Badamdar bələdiyyəsi qanuni əsaslarla 097 nömrəli, 22 avqust 2005-ci il tarixli qərarının hazırda xx.xx.2019-cu il tarixli qərarla ləğv edilməsi qanunauyğun hesab edilə bilməz

30. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Cavabdeh tərəfindən özbaşınalıq edilməklə mübahisəsi gedən ərazinin zəbt olunduğunun sübuta yetirilmədiyi (Səbail Rayon Məhkəməsinin xx.xx.2005- ci il tarixli qətnaməsi), torpaq sahəsinin X3 mülkiyyətinə Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən verildiyi və torpağın satış dəyərinin Badamdar Bələdiyyəsinin xəzinəsinə ödənildiyi (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006cı il tarixli qətnaməsi), həmçinin həmin torpağın dövlət mülkiyyətində olmadığı (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi) müəyyən edilmişdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görəməhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə öz istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Bu baxımdan iddiaçı mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz və birinci instansiya məhkəməsi məhz bu əsasa istinad edərək iddianı rədd etməkdə haqlı olmuşdur. .

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar