Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-370/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və X7 vəkili Vəkil1, İddiaçı1 nümayəndəsi və vəkili, cavabdeh X7 isə vəkili Vəkil3, Cavabdeh1, cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2, tərcüməçi X9 oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2021-ci il tarxili 2(004)-980/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X10 cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçıların xeyrinə 61.900 avro və 32.300 ABŞ dolları məbləğində əsas və maddi-mənəvi zərər daxil olmaqla pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehlərin mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 11, 100 saylı mənzilə yönəldilməsi, cavabdehlərin həmin mənzildən çıxarılaraq, mənzilin hərracda satılması və əldə olunmuş vəsait hesabına pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 may 2021-ci il tarxili 2(004)-980/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 32300 (otuz iki min üç yüz) ABŞ dolları və 8900 (səkkiz min doqquz yüz) avro (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 37000 (otuz yeddi min) avro məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq, iddiaçı Frederic Şteinbauerin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və Frederic Şteinbauerə ödənilməsi qət edilmişdir. X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsini xahiş edərək göstərir ki, qətnamə qanunsuz və əsassızdır. Çünki, iddiaçının ona münasibətdə tələb hüququ yanlış qiymətləndirilmişdir. İşdən də görünür ki, Cavabdeh1lə İddiaçı1 arasında işgüzar münasibətlər olmuş və bundan qaynaqlanan pul münasibətləri yaranmışdır. Lakin iddiaçıların onunla heç bir işgüzar münasibətləri olmamış və belə bir məqsədlə ona pul verilməmişdir. Oğlu Nikolayın da iddiaçılarla işgüzar münasibətlərindən, bu məqsədlə onlardan pul almasından xəbəri olmamışdır. Yalnız, iddiaçılar pul vəsaitini verdikdən bir müddət sonra oğlundan pul istəməyə gəldikdə xəbəri olmuşdur. Belə olan halda, onun cavabdeh kimi göstərilməsi və ondan pul tələb edilməsi qanunsuz və əsassızdır. İş materialına əlavə edilmiş 30.03.2019-cu il tarixli qəbz(Ştondan Nikolayın şəxsiyyət vəsiqəsi üzərində yazılmış qəbz) var və həmin qəbzdə Cavabdeh1 adı yazılmış və adının qarşısında imza atılmışdır. Həmin qəbzdə subyekt və ya tərəf kimi onun nə imzası, nədəki pulu alan şəxs kimi adı çəkilir. Qəbzin məzmunundan da görünür ki, ancaq Cavabdeh1 aiddir. İşdə olan 27.06.2019-cu il qəbz yenə də Cavabdeh1 tərəfindən iddiaçıların diktəsi ilə tərtib olunmuş(18 may 2019-cu il tarixdə alınmış 37 avro pul vəsaitinin qaytarılması ilə bağlı) qəbzdə yenə də pul vəsaitinin ancaq Cavabdeh1 verildiyi deyilir və onun adı çəkilmir, ona pul verilməsi ilə bağlı(və ya gələcəkdə onun tərəfindən qaytarılacağı ilə bağlı) kimi bir hal qeyd edilməmiş, həmçinin həmin qəbzdə onun imzası da mövcud deyildir. Qeyd olunan qəbzlərin məzmunundan görünür ki, iddia tələbinin ona heç bir aidiyyəti yoxdur. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin 31.08.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, iddiaçılar həm ərizədə, həm də izahatlarında yalınz Cavabdeh1 pul verdiklərini bildirmişlər, əgər pul ona da verilmiş olsaydı onun da adı çəkilər, heç olmasa şahid qismində dindirilə bilərdi. İddiaçıların onu cavabdeh qismində cəlb edilməsində məqsədləri mülkiyyətində olan mənzillə bağlıdır və iddianın təmin, icra edə bilməsi üçün bu yolla istəklərinə nail olmaq istəyirlər. xx.xx.1950-ci il təvəllüdlü olmaqla, yaşlı və təqaüdçü bir qadının həyatında qazandığı yeganə mənzilə görə cavbdeh kimi işə cəlb edilməsi və öhdəliklə yüklü edilməsi qanunsuz və əsassızdır. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin həqiqi halların uyğun qətnamə çıxarılmasını xahiş edərək göstərir ki, qətnamə qanunsuz və əsassızdır. İddiaçı1 ilk dəfə 1000 ABŞ dolları borc almışdı. Bu iş ona gəlir gətirdikdən sonra Samirə demiş və sonuncu da onunla əməkdaşlıq etməyə başlamış və daha çox qazanması üçün çox pul vermişdir. İşləri ilk vaxtlar yaxşı getdiyindən icarə əsasında(qızıl satışı məqsədilə) götürdüyü ofisdə işləməyə başlamış, ən sonda çox həcmdə qızıl almaq üçün pul köçürsə də qızıl gəlməmiş və külli miqdarda ziyan etmişdir. İşlədiyi vaxt Samirə katib və iki nəzarətçi şəxsin yanında ümumilikdə üç dəfəyə 81000 manat qaytarmışdır. Münəvvər Qarayeva adlı şəxsdən pul almamış, əməkdaşlığı yalnız İddiaçı1la olmuşdur. Şəxsiyyət vəsiqəsinin üzərində 16.04.2019-cu il tarixlə başlayan qəbzdə qeyd edilən 11310 ABŞ dolları borc deyildir. Bu qəbz borcu ehtiva edən hal kimi sübut olaraq qəbul edilə bilməz. Həmin qəbzdə “Götürdüm 7400 avro 05.02.2019-cu il” yazısı ona məxsus deyil və həmin pul vəsaiti borc və ya digər formada ona verilməmişdir. Bu iddiaçıların özləri tərəfindən yazılmış, xətt belə ona məxsus deyil. Bu məbləği almadığından sübut kimi qəbul edilə bilməz. Həmçinin “ 3 iyun tarixdə dolanışıq üçün 1500 avro götürdüm” yazısında qeyd edilən pul vəsaitini də götürməmiş, bu məbləğlə bağlı mətnin məzmununu da o, yazmamış, burada onun imzası belə yoxdur, odur ki, bunun da sübut kimi qəbul edilməsi əsassızdır. Qəbzdə Rauf adlı şəxsin imzası da sonradan çəkilmiş, çünki onun iştirakı ilə tərtib edilmiş qəbzdə Rauf adlı şəxs iştirak etməmiş, Raufun bu sövdələşməyə şahidlik etməsi tamamilə uydurma və sonradan tərtib edilmş haldır. 27.06.2019-cu il tarixdə 37000 avro məbləği də layihə üçün verilmişdir. Yəni, həmin pul vəsaitinə qızıl alınmalı idi. Bu məbləğ ona borc verilməmişdir. Qəbzin məzmununu İddiaçı1 təzyiqi ilə yazmış, odur ki, bu qəbz də sübut kimi qəbul edilməməlidir. Qızılın alışı və satışı ilə bağlı əldə edilən gəliri Samirə vermiş, ona isə 20 faizini vermişlər. Qeyd edilən məbləğ borc yox, iş birliyi məqsədilə yatırılmış pul vəsaiti olmuş, iddiaçılar uğursuzluğa düçar olduqdan sonra bütün zərəri borc adı altında ondan almaq niyyətinə düşmüşlər. Şahidlər həqiqətə uyğun olmayan ifadələr vermişlər. Çünki, qeyd edilən hallara şahidlik edə bilməzdilər. Anası ilə birgə heç vaxt pul almamış, heç vaxt anası ilə birgə yaşamamış, kirayədə yaşamışdır. Alla Raykonina İddiaçı1la əməkdaşlığını, harada işləməyini, nə işlə məşğul olduğunu və ya qazancının haradan olmasını belə bilmirmiş, ondan pul vəsaiti tələb etmək və onunla əlaqə saxlamaq məqsədilə anasının evinə gələnədək heç iddiaçıları tanımamış və bu işdən xəbəri olmamışdır. Odur ki, işin halları iddiaçılar tərəfindən saxtalaşdırılmışdır. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, eyni məzmunlu izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 da apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X7 vəkili Vəkil1, həmçinin İddiaçı1 nümayəndəsi və vəkili, cavabdeh X7 isə vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdilər. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak etməli olan digər şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 32300 ABŞ dolları və 8900 Avro məbləğində pul tutularaq, İddiaçı1 xeyrinə, müştərək qaydada 37000 Avro məbləğində pul tutularaq, İddiaçı3 xeyrinə ödənilməli, iddia tələbi əldən çıxmış faydaya görə pulun və mənəvi zərərin tutulması hissəsində isə əsaslandırılmadığından təmin edilməməlidır. Bundan başqa, pul məbləğlərinin İddiaçı2 xeyrinə tutulması hissəsində də iddia təmin edilməməlidır. Belə ki, iddiaçıların həmin tələbin əsası kimi məhkəməyə təqdim etdikləri qəbzlərdən və digər sübutlardan görünür ki, Cavabdeh1 və X8 iddiaçılar İddiaçı1 və İddiaçı3 müxtəlif məbləğlərdə pul götürüb qaytarmaması müəyyən olunur. Onların İddiaçı2 borcu olmamışdır. Həmçinin, Cavabdeh3lə iddiaçılar İddiaçı1 və İddiaçı3 arasında hər hansı bir öhdəlik münasibətinin yaranması müəyyən olunmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin tutmanın cavabdehlərə məxsus mənzilə yönəldilməsi və mənzilin boşaldılaraq hərracda satılması hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan məsələ qətnamə qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra icra mərhələsinə aid olduğundan, iddia həmin hissədə təmin edilməməlidir. Bununla yanaşı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(004)-6152/2020 saylı qərardadı ilə hazırki iş üzrə qəbul edilmiş qətnamənin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh X6 məxsus Bakı şəhəri, Yasamal rayonu X13 küçəsi, ev 11, 100 saylı mənzilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. Ona görədə cavabdeh X6 məxsus Bakı şəhəri, Yasamal rayonu X13 küçəsi, ev 11, 100 saylı mənzilə borcun yönəldilməsi, hərracda satılması və mənzildən çıxarılması icra qaydasında həll edildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya(ödənişə) əsasən və ya razılaşma yolu etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Alla Raykoninanın apellyasiya şikayəti mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi , Cavabdeh1 apellyasiya şikayətində göstərilən dəlillər isə qətnamənin mübahisələndirdiyi hissədə qismən ləğv edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Raykonina Alla Nikolayevnanın apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilən hissəsi, Cavabdeh1 Vladimiroviçin apellyasiya şikayətinin obyektini isə qətnamənin tam hissəsi, yəni iddianın təmin edilən hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmır. İddiaçı1 iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə yalnız Cavabdeh1 Vladimiroviçə aid hissədə qismən, ancaq 32300 (otuz iki min üç yüz) ABŞ dollarına aid hissədə uyğun olduğundan, yəni bu hissədə dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin təmin edilən digər hissələrdə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(103)-370/2022 qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək qətnamə cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 37000 (otuz yeddi min) Avro məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq iddiaçı Frederic Şteinbauerin xeyrinə ödənilməsi hissəsi ləğv edilərək, iddia tələbi həmin hissədə Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən(ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) baxılmamış saxlanılmışdır. Çünki, iddia ərizəsinin Frederic Şteinbauer tərəfindən imzalandığı görünsə də, idda ərizəsindəki imza ilə Frederic Şteinbauer tərəfindən verilmiş etibarnamədəki imzaların müxtəlif şəxslər tərəfindən imzalanması iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. İkincisi, Cavabdeh1 Vladimiroviçin İddiaçı1 cəmi 32300 (otuz iki min üç yüz) ABŞ dolları almasına dair sonuncu məhkəməyə cavabdehin şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış vərəqin üzərində qeyd yazmasına dair sübut təqdim etmişdir. Cavabdeh1 həmin qeydin və imzanın ona aid olmasını inkar etmir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri təsdiq edən müəyyən yazılı sübutları(qəbzləri) özlərində saxlayırlar. Bu yazılı sənədləri tərtib edib imzalayan zaman isə könüllü olaraq ondakı şərtlərlə razılaşırlar. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri qarşı tərəfin əlyazma ilə yazdığı və imzaladığı sənədə və iddianın əsasını təsdiq edən sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi tələb edilən məbləğdə, özü də borc kimi almadığın və ya borcu qalmadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə qeyd edir ki, onunla İddiaçı1 arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə Cavabdeh1 şikayətində 16.04.2019-cu il tarixlə başlayan qəbzdə qeyd edilən 11310 ABŞ dollarının borc olmadığını, bu qəbzin borcu ehtiva edən hal kimi sübut olaraq qəbul edilməzliyini bəyan edir, lakin 20990 ABŞ dolları alması ilə bağlı şikayətində hər hansı bir fikir bildirmir. Demək, İddiaçı1 tərəfindən ona verilmiş 11310 ABŞ dolları borc olmasa belə, həmin məbləği yaxud bunun əvəzində digər pul vəsaitini yaxud hansısa əşyanı qaytardığını və borcu qalmadığını sübut etmək vəzifəsi, artıq Cavabdeh1 üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Çünki, cavabdehin həqiqətəndə 32300 ABŞ dolları məbləğində iddiaçıya pulu qaytarmaq öhdəliyi olmasaydı yaxud həmin məbləği də qaytarmış olsaydı bu barədə hansısa sübut təqdim edə bilərdi. Bu daha mötəbər sübut olardı. Ancaq Cavabdeh1 nədənsə izahatını mötəbər sübut kimi qəbul edilməsini istəyir. Lakin onun izahatı 32300 ABŞ dollarının qaytarıldığını bilavasitə təsdiq etmir. Əgər Cavabdeh1 aldığı məbləğlə bağlı hansısa miqdarda vəsaitin İddiaçı1 qaytardığını israr edirsə, yetər ki, buna dair məhkəməyə sübut təqdim etsin. Ancaq edə bilmir. Bununla yanaşı, Cavabdeh1 şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış vərəqin üzərində «взял 7400 евро 05.02.2019» və həmin vərəqin arxa tərəfində «3 июня взял на пропитания 1.500 евро тысяча пятсот евро 03.06.2019» sözlərinin onun tərəfindən yazılmadığını və bu məbləğlərdə iddiaçıdan pul məbləğini almadığını bildirmişdir(bax.i.v.203). Bu yazının Cavabdeh1 aid olmadığı iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi məhz həmin qəbzdə yazılan, cəmi 8900 avronun cavabdeh Cavabdeh1 və Anna Raykoninadan alınaraq İddiaçı1 ödənilməsini qət etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də 8900 avronun cavabdeh Cavabdeh1 alınaraq İddiaçı1 ödənilməsi hissəsində qətnamə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh X4 apellyasiya şikayəti üzrə də aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Anna Raykoninaya münasibətdə iddianın təmin edilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Çünki, Anna Raykoninanın İddiaçı1 hər hansı bir məbləğdə pul alması yaxud onlar arasında hansısa işgüzar münasibətlərin olması iş materialları ilə təsdiq olunmur. İddiaçılar özləri də Anna Raykonina ilə hansısa mülki hüquq münasibətlərində olmasına dair məhkəməyə sübut təqdim etməmişlər. Yalnız Cavabdeh1 tərəfindən yazıldığı qeyd olunan 13.06.2019-cu il tarixli(bax.i.v.205) qəbzə şahid kimi imza etməsi hazırki iddianın ona münasibətdə təmin edilən hissədə əsaslı olduğuna dəlalət etmirdi. Çünki, nə həmin qəbzdə nədəki iş materiallarında olan digər sənədlərdə X11 Məmmədovla hər hansı bir iş birliyinin, eləcə də hansısa mülki hüquq münasibətlərində, o cümlədən borc münasibətlərində olması təsdiq olunmursa ona aid hissədə iddia nəyə əsasən təmin olunmalı idi. Əlbətdə ki, bu ritorik sual olsa da birinci instansiya məhkəməsi bu nəticəyə gəlməzdən əvvəl özü üçün bu qənaətinin düzgün olduğuna əmin olmalı idi. Ona görə də iddianın Anna Raykoninaya aid hissəsi əsassız olduğundan qətnamə ona münasibətdə təmin edilən hissədə ləğv edilməli və iddia ona aid təmin edilən hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2, və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən, X8 tərəfindən verilmiş apellyasiya şikayəti isə tam təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2021-ci il tarxili 2(004)-980/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə qismən, yəni cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada 8900 (səkkiz min doqquz yüz) Avro, X3 isə 32300 (otuz iki min üç yüz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30(otuz)manat dövlət rüsumu əvəzi tutularaq İddiaçı1 xeyrinə ödənilməsi hissəsində ləğv edilməli və həmin hissələrdə iddia təmin edilməməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmadlıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən, X8 tərəfindən verilmiş apellyasiya şikayəti isə tam təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 may 2021-ci il tarxili 2(004)-980/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə qismən, yəni cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada 8900 (səkkiz min doqquz yüz) Avro, X3 isə 32300 (otuz iki min üç yüz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30(otuz)manat dövlət rüsumu əvəzi tutularaq İddiaçı1 xeyrinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissələrdə iddia rədd edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı1 ekspertiza tədqiqatının dəyəri, cəmi 173(yüz yetmiş üç) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-370/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-370/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver