Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3706/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rəfael qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oktay qızı, X9 və X4 qarşı “istifadəsində olan torpaq sahəsində özbaşına tikintinin aparılmasının qadağan edilməsi və sair tələbləri barədə” ilk iddiasına, Cavabdeh1 İddiaçı qarşı “birgə nikah dövründə birgə istifadədə olmuş torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 80/2019 nömrəli qətnaməsindən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilk iddisının qismən təmin edilməsi, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 İnqlab qızı, Cavabdeh2, X10 və X11 tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində özbaşına tikintilərin aparılmasının qadağan edilməsi və aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehlərdən ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlərdən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı İddiaçı ilk iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, son nəticədə, cavabdehlər tərəfindən ünvan 2 ünvanında yerləşən 0,2455 ha torpaq sahəsində özbaşına tikintilərin aparılmasının qadağan edilməsi, aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, Cavabdeh1 5.000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 30/5 inventar nömrəli xx.xx.1992-ci il tarixli Texniki pasportuna əsasən, mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahələri iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış sahələri babasından atasına, atasından isə iddiaçıya miras qalmışdır. Xəzər Rayon Məhkəməsinin 2-2622/2002 saylı, xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsinə əsasən sahibliyində və istifadəsində olmuş mübahisəli torpaq sahəsi və inşa edilmiş yaşayış sahələrinə keçmiş həyat yoldaşı Cavabdeh1 sahiblik hüququ tanınmış və sonuncunun adına Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən müvafiq texniki pasport verilmişdir. Mübahisəli torpaq sahəsi və yaşayış sahəsinə Cavabdeh1 sahiblik hüququnun tanınması və ona texniki pasportun verilməsi barədə Xətai Rayon Məhkəməsinin 2-2622/2002 saylı, xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsi həmin məhkəmənin 2(011)-10197/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmin Məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2-2622/2002 saylı, xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsinin icrasından dönüş edilmiş və tərəflər ilkin vəziyyətə qaytarılmışdır. Məlum məhkəmə aktlarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən onun adına 11/458 inventar nömrəli, xx.xx.2017-ci il tarixli yeni texniki pasport verilmişdir. Mübahisəli ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi və cavabdehlərin sözügedən ünvanda yerləşən torpaq və yaşayış sahələrindən çıxarılmaları barədə iddiası məhkəmənin Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3730/2017 saylı qətnaməsi ilə qismən təmin edilərək mübahisəli yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Qətnamənin icra mərhələsində olmasından və icra edilməməsindən sui-istifadə edərək cavabdehlər sahibliyində və istifadəsində olan torpaq sahəsində özbaşına tikinti işləri aparırlar. Cavabdeh Lətifə Atakişiyev iddiaçıya qarşı qarşılıqlı iddia ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsində yerləşən 1 saylı evin (bundan sonra – mübahisəli ev) və ətrafında olan torpaq sahəsinin ½ hissədə onun, ½ hissədə iddiaçının istifadəsində olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.1994-cü il tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olaraq, onun yaşadığı mübahisəli evə gəlin köçmüşdür. Birgə nikahlarından 3 uşaqları var. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4591/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin 1992-ci ildə tərtib etdiyi fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu iddiaçının adına olmuşdur. Cavabdeh1 tərəfindən məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2622/2002 saylı, xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsi ilə iddiası təmin edilərək mübahisəli evə və torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və adına texniki pasportun verilməsi vəzifəsinin Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin üzərinə qoyulması qət edilmişdir. İddiaçının ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və icraat təzələnmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı evə və torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və texniki pasportun verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Xətai Rayon Məhkəməsinin 22622/2002 saylı, xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmaqla iddia tələbi rədd edildiyindən qiyabi qətnamənin icrasından dönüş edilməlidir. Cavabdeh1 Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadından verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-8074/2016 saylı qərardad ilə qismən təmin edilərək qərardad ləğv edilmiş, Xətai Rayon Məhkəməsinin 2-2622/2002 saylı xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsinin icrasından dönüş edilərək tərəflərin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh1 adına mübahisəli ünvan üzrə verilmiş texniki pasportun ləğv edilməsi, həmin ünvan üzrə İddiaçı adına verilmiş texniki pasportun bərpa olunması və qərardadın icrasının DƏDRX Əİ-yə tapşırılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı ilə 1994-cü ildən 2015-ci il tarixədək birgə nikahda olduqları müddət ərzində birgə istifadədə olmuş torpağın ½ hissəsi miqdarında ona pay düşməlidir. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanda yerləşən 1,8 sot torpaq sahəsi uzun müddətdir ki, Cavabdeh3 faktiki sahibliyindədir. Həmin torpaq sahəsində tikinti işləri apardığı zaman müəyyən etmişdir ki, iddiaçı, məhkəmə prosesində tanıdığı İddiaçı keçmiş həyat yoldaşına və övladlarına qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və müvafiq məhkəmənin qərardadına əsasən, torpaq sahəsində aparılan tikintinin dayandırılması qərara alınmışdır. Qətnamə qəbul edilərkən Cavabdeh3 hüquqları kobud şəkildə pozulmuşdur. Üzərinə həbs qoyulmuş torpaq sahəsi Cavabdeh3 istifadəsindədir. İddiaçı saxta yollarla texniki pasport almış, Cavabdeh3 məxsus olan, hətta üzərində tikili olan torpaq sahəsini öz texniki pasportuna daxil etmişdir, iddiaçının ailə üzvləri, yəni cavabdehlər də təsdiq edə bilər ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən yarımtikili Cavabdeh3 məxsusdur. Orada işləyən ustaları və fəhlələri də məhkəməyə şahid qismində dəvət edə bilər. Onların ailə münaqişəsi nəticəsində Cavabdeh3 50.000 manatdan yuxan maddi ziyan dəymişdir. Dəfələrlə məhkəmə iclaslarında, hətta sonuncu məhkəmə prosesində iştirak etsə də, hakim Cavabdeh3 çıxışlarına, mülkiyyət hüquqlannın pozulmasına münasibət bildirməmişdir. Hətta Cavabdeh3 proses iştirakçısı kimi qətnamədə qeyd etməmişdir. Qətnamə qəbul edilərkən hakim maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə belə məhəl qoymadan, mübahisəli torpaq sahəsinə, tikiliyə yerli baxış keçirmədən, iki məhkəmə iclasında bu formada qətnamə qəbul etmişdir. OAtakişiyev uzun müddət, yəni 20 ildən yuxarı ölkə hüdudlarından kənarda olmuş, onun ailə üzvləri olan cavabdehlər Cavabdeh3 torpağı ilə qonşuluqda yaşamışlar. Cavabdeh3 İddiaçı ümumiyyətlə tanımamışdır. Hansı yollarla yeni texniki pasport alarkən Cavabdeh3 torpaq sahəsini ora daxil etməsi Cavabdeh3 üçün müəmmalı olaraq qalır. Həmin texniki pasport Cavabdeh3 olmadığı üçün onu məhkəmə qaydasında mübahisələndirə bilməmişdir. Cavabdeh3 olan məlumata görə, bu münaqişəli ailənin dəfələrlə məhkəmə çəkişmələri olmuş, hazırda da bir-birinə qarşı məhkəmənin icraatında müxtəlif iddialar var. Onların bu formada mübahisələri bir vətəndaş kimi, Cavabdeh3 mülkiyyətindən məhrum etməsi, hətta ona maddi ziyan vurması qanunsuzdur. İddiaçı və cavabdehlərin bu formada iddia ərizəsi vermələrindən görünür ki, onlar əvvəlcədən bu məsələləri qurmuş, Cavabdeh3 və digər insanların vəsaitini ələ keçirmək niyyəti ilə bu yollara əl atmışlar. Əgər iddiaçı cavabdehlərdən əmlak tələb edirsə, nəyə görə 20 ildən sonra belə tələb irəli sürmüşdür. Məhkəmə işə qeyriobyektiv baxmış, müəmmalı formada iddiaçı ekspert rəyinə etiraz etdiyi vaxta onun xeyrinə qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)6156/2019 saylı qətnaməsi ilə iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7671/2019 nömrəli qərarı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)-6156/2019 saylı qətnaməsi ilk iddia tələbi ilə bağlı hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırki apellyasiya baxışı zamanı üçüncü şəxs Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin Cavabdeh3 aid olduğunu bildirərək apellyasiya şikayətinin həmin şikayətdə göstərilən əsaslarla təmin edilməsini, qətnamənin ilk iddianın təmin olunması hissəsində ləğv edilməsini, həmin hissədə ilk iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X8 mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin bir hissəsinin keçmiş arvadı Cavabdeh1, bir qisminin isə üçüncü şəxs Cavabdeh3 aid olduğunu göstərərək qətnamənin ilk iddia hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbi ilə bağlı olan hissəsi təşkil edir. Kollegiya iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə almaqla, sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddia hissəsində ləğv edilərək həmin hissədə ilk iddia tələbləri rədd edilməli, İddiaçı əsil cavadehə qarşı iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia hissəsində işin həqiqi hallarına uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin əsl olmayan cavabdehlərə qarşı verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, sökülməsi tələb olunan tikililərin apellyasiya şikayəti vermiş Cavabdeh3 aid olubolmamasını araşdırmamış, bununla da ilkin iddia tələbinin təmin edilib-edilməməsi ilə bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-8074/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-2622/2002 saylı xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X3 Bakı şəhəri, Elşən İsmayılov (1-ci qəsəbə) küçəsindəki 1 saylı evə və həmin evin ətrafında olan torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və onun adına texniki pasportun verilməsi vəzifəsinin Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin üzərinə qoyulması qət edilmişdir. Daha sonra, cavabdeh Oktay Atakişiyevin müraciətinə əsasən məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, itirilmiş icraat bərpa edilmiş və iş üzrə icraat təzələnmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Lətifə Qasımovanın cavabdeh Oktya Atakişiyevə qarşı evə və torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və texniki pasportun verilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. İddiaçı L.Qasımova apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)- 10197/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “texniki pasportdan” görünür ki, ünvan 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsinin və evin texniki pasportu İddiaçı adına tərtib olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(011)-3730/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər X5 və qeyrilərinə qarşı verdiyi evdən və torpaq sahəsində çıxarılma, evə köçürülmə tələbinə dair iddia tələbləri qismən təmin edilərək iddiaçı X1 ünvan 4 ünvanında yerləşən (özbaşına tikili) evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş ərizəsində iddiaçı X6 göstərmişdir ki, 2015-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmış, həmin vaxt ona məlum olmuşdur ki, arvadı Cavabdeh1 Bakı şəhəri, Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi, ev 1 ünvanında yerləşən torpaq sahəsinin 6 sotunu qohumlarına pay vermiş, 15 sotunu isə kənar şəxslərə satmışdır. Apellyasiya şikayəti vermiş üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsindəki tikililər cavabdehlərə deyil, ona məxsusdur. Apellyasiya şikayətinə verilmiş əlavədə də üçüncü tərəf göstərmişdir ki, Cavabdeh1 səlahiyyətli orqanlara ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, O, adına olan ünvan 5 ünvanında yerləşən 140 kv.metr torpağı Cavabdeh3 22 min manata satmışdır. Həmin məbləğ tam olaraq ona ödənilmişdir. Gələcəkdə bu əmlak barədə heç bir iddiası olmayacaq. Bundan başqa Cavabdeh1 xx xxxxx 2016-cı il tarixli etibarnamə ilə onun adına olan ünvan 5 ünvanında yerləşən 140 kv.metr torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, tikinti işləri aparmağı, DƏDRX-dən çıxarış almağı və bununla bağlı başqa səlahiyyətləri Cavabdeh3 etibar etmişdir. Beləlikə, hazırki apellyasiya baxışı zamanı müəyyən olundu ki, İddiaçı iddia ərizəsində göstərdiyi Bakı şəhəri, Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi, ev 1 ünvanında yerləşən torpaq sahəsində tikinti işləri və tikililər əslində cavabdehlər tərəfindən deyil, üçüncü şəxs Cavabdeh3 tərəfindən aparılmışdır. Bu halı üçüncü şəxs Cavabdeh3 birinci instansiya məhkəməsində də bildirməsinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, bu hala qiymət verməmişdir. Həmin tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikililərin sökülməsi birbaşa Cavabdeh3 hüquqlarına toxunmasına baxmayaraq, eləcə də Cavabdeh3 ilk iddia tələblərinə cavab verməli şəxs olmasına baxmayaraq, iddiaçı Cavabdeh3 iddia ərziəsində cavabdeh kimi cəlb etməmiş, birinci instansiya məhkəməsi isə cavabdehlərin əsil cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etmədən Cavabdeh3 üçüncü şəxs kimi cəlb etməklə kifayətlənmiş, onu əsil cavabdeh qismində işin baxılmasına cəlb edilməsi üçün tədbirlər görmədən işə mahiyyəti üzrə baxmaqla kifayətlənmişdir və bununla da qətnamənin ləğv edilməsi üçün əsas hesab olunan prossessual pozuntuya yol vermişdir. Həmin prosessual pozuntunun apellyasiya icraatı zamanı mümkün qədər aradan qaldırılması üçün Cavabdeh3 cavabdeh qismində cəlb edilib işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Belə ki, əsl olmayan tərəfin apellyasiya icraatı zamanı əsl tərəflə əvəz edilməsi zamanı tərəf tələb üzrə əldə etmiş hüquqlarının müdafiəsini (tələbin həcminin artırılıb-azaldılması, tələbin dəyişdirilməsi, tələbdən imtina, barışıq sazişi və s.) birinci instansiya məhkəməsində deyil, apellyasiya məhkəməsində əldə etmiş olacaqdır ki, bu da birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırmasının əhəmiyyətsiz olmasına gətirib çıxaracaqdır. Bu isə cavabdehin verilmiş iddia tələbinə münasibətinin aydınlaşdırılması və özünün hüquqlarının müdafiəsi üçün kifayət qədər imkana malik olmaq hüququndan (iddia qarşı etiraz və ya qarşılıqlı iddia vermək və s.) məhrum edilməsinə gətirib çıxaracaqdır. Kollegiya bu nəticəyə gələrkən həmçinin qeyd edir ki, əsil cavabdehi cəlb etməklə işə baxılması işin faktiki hallarının müəyyən edilməsi baxımından da əhəmiyyətlidir. Yəni, birinci instansiya məhkəməsi işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması və müəyyən edilməsi üçün əsil cavabdehlərin işin baxılmasına cəlb edilməsi zəruri olsa da, bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehlərin əsil cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etməməklə, bununla bağlı iddiaçının fikrini öyrənmədən, hüquqlarına toxunan şəxsi cavabdeh qismində işdə iştirak etməyə cəlb etmədən işə baxmaqla hüququn tətbiqində səhv buraxmış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia hissəsində ləğv edilməsi üçün birbaşa əsasdır. Kollegiya qətnamənin ilk iddia hissəsində ləğv edilməsi nəticəsinə gəldiyindən, həmçinin hesab edir ki, ilk iddiayla bağlı olan qalan tələb, yəni mənəvi zərər hissəsi də təmin edilməməlidir. Kollegiya həmçinin qeyd edir ki, prosessual pozuntulara görə qətnamənin hazırki vəziyyətdə qismən ləğv edilməsi və həmin əsasla ilk iddia tələblərinin rədd edilməsi gələcəkdə əsil cavabdehə qarşı verilmiş iddia ərizəsi üzrə (eyni tələblər üzrə) işə mahiyyəti üzrə baxılması zamanı preyudusial əhəmiyyətə malik deyildir və iddiaçının iddia ərizəsində əsil cavabdehi cavabdeh tərəf kimi göstərməklə yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Kollegiya həmçinin hesab edir ki, ilk iddia rədd edildiyindən ilk iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə ekspertizanın Cavabdeh1 vəsatəti əsasında təyin edilib keçirilməsi, həm də iş üzrə ilk və qarşılıqlı iddiaların rədd edilməsi nəzərə alınaraq, ekspertiza tədqiqatının dəyəri isə 100 (yüz) manat İddiaçı və Cavabdeh1 İnqlab qızından bərabər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-80/2019 nömrəli qətnaməsi İddiaçı verdiyi ilk iddiya aid hissədə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 İnqlab qızı, Cavabdeh2, X10 və X7 qarşı verdiyi “Bakı şəhəri, Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi, ev 1 ünvanında yerləşən torpaq sahəsində özbaşına tikintilərin aparılmasının qadağan edilməsi, aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi və mənəvi zərərin tutulması” barədə ilk iddia tələbləri rədd edilsin. İddiaçı Cavabdeh3 qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət ermək hüququnun olması izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat - İddiaçı 50 (əlli) manat və Cavabdeh1 İnqlab qızından 50 (əlli) manat olmaqla onlardan bərabər tutulsun və dövlət büdcəsinə keçirilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu -30 (otuz) manat iddiaçı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3706/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3706/2020
19.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver