Məhkəmə qərarları › İş №2(103)-3713/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3713/2025

18.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3713/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Hakimlər Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı (Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyəti və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Laçın Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli əmrinin borclu İddiaçı çatmaması və Laçın Rayon Məhkəməsində baxılmış 2(047)-755/2018 nömrəli işin materiallarında olan xx.xx.2018-ci il tarixli ərizədəki borclu İddiaçı adının qarşısındakı imzanın İddiaçı məxsus olmaması faktının müəyyən edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxslərdən tutularaq ərizəçinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 3012/2025 nömrəli qərardadı ilə ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) icraata qəbul edilməkdən imtina edilməsi, ərizəçinin ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Ərizəçi qeyd olunan qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əmrindən 2024-cü ilin dekabrında xəbər tutan zamin o, həmin əmrə etiraz vermişdir. Lakin, məhkəmə onun məlumatı olmadığı və imzalamadığı xx.xx.2018-ci il tarixli ərizəyə istinad etməklə etirazı geri qaytarmışdır. Həmin qərardaddan şikayət versə də, təmin edilməmiş və artıq məhkəmə qərardadı qanuni qüvvəsini almışdır. Belə olan halda, xx.xx.2018-ci il tarixli ərizədəki imzanın İddiaçı məxsus olmadığı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Çünki, həmin faktı və ya halı başa cür müəyyən etmək mümkün deyil. Əgər həmin fakt, yəni ərizədəki əl imzasının İddiaçı məxsus olmaması faktı öz təsdiqini taparsa, ərizəçi tərəfindən yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət ediləcəkdir və bu etirazın geri qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadının ləğv edilməsinə, sonradan əmrin ləğv edilməsinə və işin iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmaqla zaminə münasibətdə iddianın rədd olunmasına gətirib çıxarda bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən qeyd etmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Bu mövqeni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsi də bir daha təsdiq edir (307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir). Lakin hazırkı iş üzrə əl imzasının şəxsə məxsus olmamasının müəyyən edilməsindən ibarət nəticənin hüquqi əhəmiyyəti, yəni ərizənin (hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi ilə bağlı) hansı hüquqi əsasa (maddi hüquq normalarına) söykənməsi ərizəçi tərəfindən göstərilməmiş və əsaslandırılmamışdır. Həmçinin, bu faktın müəyyən edilməsinin hüquqi əhəmiyyətinin nədən ibarət olması da aydın deyil. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni iddianın yolverilməzliyi əsası ilə icraata qəbul etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar