Məhkəmə qərarları › İş №2(103)-3714/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3714/2020

14.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3714/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X2 prosessual hüquqi varisi X5, cavabdehlər Xasməmmədova (Məmmədova) Mətanət Aliş qızının və X6 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-82/2019 nömrəli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-82/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər X7 və Xasməmmədova (Məmmədova) Mətanət Alış qızının iddiaçı X2 xüsusi mülkiyyətində olan ünvan 1 11-də yerləşən 0,035 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin X3 təhvil verilməsi, cavabdehlərin torpaq sahəsinə tökdükləri mişar daşlarının onların hesabına götürülərək oradan çıxarılması qət edilmişdir. Qətnamədən cavabdeh X11 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-3714/2020-ci il tarixli qərardadı ilə X12 ölmüş anası – X2 prosessual hüquqi varisi kimi əvəz (təyin) edilmişdir. Məhkəmə iclasında cavabdeh Xasməmmədova (Məmmədova) Mətanət Alış qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının prosessual hüquqi varisi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X3 Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 145 saylı Sərəncamına əsasən ünvan 1 11 saylı ünvanda fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sonuncu həmin torpaq sahəsinin 0,015 ha hissəsini xx.xx.2006-cı il tarixdə X10, xx.xx.2006-cı il tarixdə isə 0,001 ha hissəsini X1. Qalan 0,035 ha hissəsinə isə xx.xx.2006-cı ildə adına dövlət reyestrindən çıxarış almışdır. Cavabdehlər həmin torpaq sahəsini heç bir qanuni əsas olmadan zəbt edərək orada tikinti işləri aparmaq istəyirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azad-lıq-la-rının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci mad-də-sinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hü-qu-quna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məh-rum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin apellyasiya şikayəti üzrə, təmin edilən hissədə və ona münasibətdə yoxlanılır, təmin edilməyən hissədə və iddiaçıya münasibətdə isə qətnaməyə toxunulmur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, mülkiyyət hüququ əsasında ona məxsus olan 0,035 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasını və s. tələb edir. Düzdür hazırkı işdə torpaq sahəsinin onun mülkiyyətində olmasının qanuniliyi də mübahisələndirilmir, eyni zamanda bunun araşdırılması da hazırkı işin predmetinə aid deyildir. Lakin işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, cavabdeh tərəf iddiaçıya torpaq sahəsinin ayrılmasının qanuniliyini mübahisələndirmiş, lakin iddiası təmin edilməmişdir(iş.v.89-93). Belə ki, həmin məhkəmə aktı ilə də müəyyən edilir ki, qeyd olunan torpaq sahəsi iddiaçıya ayrılarkən hazırki iş üzrə cavabdeh Alış Məmmədovun hüquqlarına müdaxilə olunması müəyən edilməmişdir. Çünki, Bakı şəhəri Sabunçu rayon X9 İcraiyyə Komitəsinin 1990-cı il 5 noyabr tarixli 32/68 saylı qərarı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Bülbülə gölünün yanında Alış Məmmədova torpaq sahəsi ayrılan zaman sahənin kordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafəsi göstərilməmişdir. İkincisi, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər X14 Baxşıyevaya ünvanladığı xx xxxxxx 2017-ci il tarixli bildirişi ilə bilavasitə təsdiq olunur(iş.v.54). Demək cavabdehlərin məhz iddiaçıya aid torpaq sahəsindən istifadə etmələrini ən dəqiq müəyyən edə biləcək səlahiyyətli dövlət orqanı da bu faktı təsdiq edir. Belə ki, torpaq mübahisələri ilə bağlı müvafiq rəy vermək üçün yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindən olan qurumlar, o cümlədən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarələri səlahiyyətlidir. Çünki, torpaqla bağllı məsələlər, o cümlədən torpaqların kadastrı, ünvanı, kordinatları, hansı şəxsə məxsus olması və sair məsələlərin həlli həmin qurumların səlahiyyətində olduğundan bu məsələlər üzrə də yeganə mötəbər rəyləri onlar verə bilər. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində bu sahə ilə bağlı metodika və məlumat mövcud olmadığından həmin Mərkəz yalnız həmin qurumların verdiyi rəyləri təsdiq edərək ekspert rəyi verirlər. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, iddiaçı tərəf yalnız 0,035 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasını və məhz həmin ölçüdə torpaq sahəsinin ona təhvil verilməsini, məhz 0,035 ha torpaq sahəsinə tökülmüş mişar daşlarının çıxarlmasını tələb edə bilər. Çünki, iddiaçı tərəfin 0,035 ha torpaq sahəsindən artıq ölçüdə olan torpaq sahəsinə dair istər cavabdehlərə, istərsə də başqa şəxslərə bu cür tələb irəli sürməyə subyektiv hüquqları yaranmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X6 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-82/2019 saylı qətnaməsi cavabdeh X6 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar