Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3718/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(006)-1634/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən QSC-nin xeyrinə 66,76 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" QSC arasında 13.05.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş 10.06.2020-ci il tarixli 2(006)-3148/2020 saylı qətnamə çıxmışdır. Nəticədə QSC “X2” MMC ilə bağlanmış 14.12.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X2” MMCyə sifariş etmişdir. “X2” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən 21.08.20-ci il tarixindəki 30 manat, 09.09.20ci il tarixindəki 50 manat, 20.10.20-ci il arixindəki 200 manat və 17.11.20-ci il tarixindəki 165.12 manat məbləğlərindəki vəsait “X2” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də QSC tərəfindən “X2” MMC-yə 66.76 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 18.01.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "X2" MMC-yə cavabdeh(lər) tərəfindən QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 66.76 manat məbləğində xidmət haqqı ödəmişdir. QSC ilə cavabdeh arasında bağlanmış 13.05.2015-ci il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(006)-1634/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında bağlanmış sərbəst iradə ifadəsi olan müqavilədə cavabdeh birmənalı olaraq üzərinə götürmüşdür ki, bank icra tətbiqini həyata keçirmək məcburiyyətində qaldığı təqdirdə bununla bağlı hüquqi xidmət xərclərini ödəyəcəkdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “X1” MMC ilə “X3 Azərbaycan” QSC arasında bağlanmış 14.12.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və/və ya istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınmasın (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödənicələck ödənişlərə və xərclərlə əlaqədar məsələləri tənmizləyir. Həmin müqavilənin 5.1.1-ci bəndindən görünür ki, Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar “X1” MMC tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında “X1” MMC-yə bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc. faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). (“X1” MMC tərəfindən icra sürəcində (məhkəməyə əvvəl verilmiş) olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra olan dosyelər üzrə isə pul (borcların) yığılması (qaytarılması) halında “X1” MMC-yə bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 25% (iyirmi beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). İş materiallarında olan maliyyə arayışından görünür ki, 14.12.2006-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən 21.08.20-ci il tarixindəki 30 manat, 09.09.2020-ci il tarixindəki 50 manat, 20.10.2020-ci il tarixindəki 200 manat və 17.11.2020-ci il tarixindəki 165,12 manat “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də QSC tərəfindən “X1” MMC-yə 66,76 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 13.05.2015-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli 2(006)-3148/2020 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Sonradan iddiaçı "xxxx" QSC “X2” MMC ilə bağlanmış 14.12.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsiyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X2” MMC-yə sifariş etmişdir. “X1” MMC-nin vasitəsi ilə borcun ödənilməsi təmin edilmiş və buna görə də bank tərəfindən 66,76 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etmiş, məhkəmə isə iddianın rədd edilməsi qənaətinə gələrək, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı QSC özü qanunverici tərəfindən müəyyən edilən üsul və vasitə qaydasını seçməmiş, özü müstəqil olaraq digər müstəqil xidmət sahəsinin seçmiş və xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir ki, bu halda da iddiaçıya həmin xidmət haqqının cavabdehdən tutulması üçün əsas yoxdur. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə QSC-nin iddiası təmin edilmişdir. Həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq icraya yönəldilərək, icra qaydasında tutulmalı məbləğin cavabdehdən tutulmasının təmin edilməsi imkanı olduğu halda, QSC özü MMC ilə müstəqil müqavilə bağlayaraq başqa xidmət sahəsini seçmişdir. Belə olan halda ödədiyi xidmət haqqını cavabdehdən tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1634/2022 saylı iş üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3718/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3718/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver