Məhkəmə qərarları › İş №2(103)-3719/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3719/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3719/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Şəfahət Xudiyevin iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “avtomobilin qalıqlarının dəyərinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb: İddia ərizəsində tələb olunub ki, avtomobilin qalıqlarının dəyəri kimi 19.099 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 147,3 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, cavabdehin mülkiyyətində olan “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən sığortalanıb, xx.xx.2018-ci ildə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi” verilib. xx.xx.2018-ci ildə yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) baş verib, iddiaçı cavabdehə 29.530 manat sığorta ödənişi verib. Sığorta hadisəsi nəticəsində avtomobil tam məhv olub, lakin cavabdeh avtomobilin qalıqlarını iddiaçıya qaytarmayıb və ya qalıqların dəyərini iddiaçıya ödəməyib. Ekspert rəyinə görə atomobilin qalıq dəyəri 19.099 manat təşkil edir, cavabdeh həmin məbləği iddiaçıya ödəməlidir. Tələbin həlli: Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, AR Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nda müəyyən edilən, sığortaçı tərəfindən edilməsi nəzərdə tutulan seçimlər iddiaçı tərəfindən edilməmiş, seçimlərin edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Şəfahət Xudiyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin vəkili və nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, cavabdeh tərəf iddiaya etiraz edir, avtomobilin qalıqlarının onda olmadığını bildirir. Qətnamənin yoxlanılması: Müəyyən olunur ki, cavabdehin mülkiyyətində olan “Ford Cargo” markalı **-NG- *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən sığortalanıb, xx.xx.2018-ci ildə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi” verilib. xx.xx.2018-ci ildə yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) baş verib, iddiaçı cavabdehə 29.530 manat sığorta ödənişi verib. İddia 3 səbəbdən əsassızdır. Birinci, iddianın təmin edilməsi üçün “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam məhv olması müəyyən olunmalıdır. Belə ki, AR Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2-ci bəndinə görə, avtomobilin qalıqlarına sığortaçının o halda hüququ yaranır ki, avtomobil tam məhv olsun. Avtomobilin “tam məhv olması” deyiləndə isə avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi başa düşülür. Lakin iddiaçı “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsini təsdiq edən sübtları məhkəməyə təqdim etməyib. İkinci, əgər belə hesab olunsa ki, avtomobil tam məhv olub, bu halda iddiaçı avtomobilin qalıqlarının dəyərinin ödənilməsini tələb edə bilməz. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”n 33.2.2.1-ci bəndinə görə, belə vəziyyətdə sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında 2 hüququ var: 1) avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq; 2) həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. Lakin iddiaçı qalıqların dəyərini sığorta ödənişi məbləğindən çıxmayıb və ya qalıqların onun mülkiyyətinə verilməsinə tələb etməyib. Sığorta hadisəsinin baş verməsindən 4 ilə yaxın vaxt keçdikdən sonra iddiaçı avtomobilin qalıqlarının dəyərinin ödənilməsini tələb edib. Üçüncü, əgər belə hesab olunsa ki, iddiaçının avtomobilin qalıqlarının onun mülkiyyətinə verilməsini və ya qalıqların dəyərinin ona ödənilməsini tələb etmək hüququ var, bu halda həmin hüquq müddətin keçməsinə görə qüvvəsini itirib. Avtomobil tam məhv olduqdan sonra onun qalıqları fərdi-müəyyən əşya hesab edilmədiyinə görə əks tərəfin həmin qalıqlara sahiblənməsi əsassız varlanma sayılır. Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Həmin müddət keçib. Belə ki, sığorta ödənişinin verilməsi barədə tərəflərin arasında məhkəmə mübahisəsi olub, həmin mübahisə üzrə son qərar (kassasiya instansiyasının qərarı) xx.xx.2020-ci ildə qəbul olunub, hazırkı iddia ərizəsi isə 2 il sonra - xx.xx.2022-ci ildə verilib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar