Məhkəmə qərarları › İş №2(103)-3721/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3721/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3721/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi, icarəçinin mülkiyyətdən istifadə hüququna xitam verilməsi və icarə obyektindən çıxarılması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı icarə müqaviləsi əsasında qanuni istifadədə olan sahibkarlıq obyektinin müqavilədə göstərilən son müddətə qədər işlətmək üçün cavabdehlərin qanunsuz istifadəsindən alınıb iddiaçıya təhvil verilməsi, mülkiyyətdən istifadə hüququnun bərpa edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-112/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 112/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi, icarəçinin mülkiyyətdən istifadə hüququna xitam verilməsi və icarə obyektindən çıxarılması tələbinə dair ilk iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X1 qarşı icarə müqaviləsi əsasında qanuni istifadədə olan sahibkarlıq obyektinin müqavilədə göstərilən son müddətə qədər işlətmək üçün cavabdehlərin qanunsuz istifadəsindən alınıb iddiaçıya təhvil verilməsi, mülkiyyətdən istifadə hüququnun bərpa edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiası isə təmin edilməmişdir. Həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-112/20 saylı qərardadı ilə iş üzrə icraata X1 aid hissədə xitam verilmiş və Cavabdeh ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2(103)- 2667/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işin icraatına hissəvi xitam verilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-112/20 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Cavabdeh həmin üzrə məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-112/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(103)- 3721/2021 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. xx xxxx 2021-ci il tarixdə Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2(103)-2667/2021 saylı qərardadından kassasiya şikayəti daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-112/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2(103)-2667/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilən kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400, 402-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 112/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(103)-2667/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilən kassasiya şikayətinə baxılması üçün mülki iş materilları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar