Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3722/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6746/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2018ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı aktlar ləğv edilsin və əsassız hesablanmış İddiaçı Nəzəzrəli oğluna əsassız hesablanmış 1647 (min altı yüz qırx yeddi) manat, 80 (səksən) qəpik məbləğində borcun silinməsiqət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 0149946 nömrəli aktın ləğv edilməsi və hesablanmış 2075.10 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İB-nin əməkdaşları 2012-ci ildə əmisi oğlu X1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi ev 9A ünvanına küçədə smart tipli G4 markalı, 1202AQ**********8 nömrəli sayğac quraşdırmış və iddiaçının adına rəsmiləşdirmişdir. xx.xx.2015-ci ildə küçədə quraşdırılmış qaz sayğacı naməlum şəraitdə oğurlanmışdır. Oğurlanmış sayğac barədə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə məlumat verilmiş, bölmə tərəfindən xx.xx.2015-ci ildə arayış təqdim olunmuşdur. xx.xx.2018-ci ildə Cavabdeh İB-nin əməkdaşları iddiaçının iştirakı olmadan küçə boyunca çəkilmiş qaz xəttinə baxış keçirmiş, guya oğurlanmış sayğacın boş qalmış çıxış xəttindən rezin boru ilə evə gedən əttin birləşməsini kənar xəttin aşkarlanması kimi qeydə alaraq akt tərtib etmiş, fotoşəkillər çəkmişlər. İddiaçıya təqdim edilmiş şəkillər Maştağa qəsəbəsi, Nərimanov küçəsi ev 9 A ünvanına aid deyil. İddiaçı tərəfindən qaz xəttinə heç bir müdaxilə edilməmiş, əlavə xətt qoşulmamışdır. Hesab edir ki, borc əsassız hesablanmışdır və silinməlidir. Sonradan iddiaçı idddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, məhkəmədən xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı,33.012018-ci il tarixli, ******* saylı aktların ləğv olunması və həmin aktlara əsasən hesablanmış 1647.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh səlahiyyətli nümayəndəsi Pərviz Əliyev Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaç və cavabdehin nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı aktların surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi, sayğacın yerində olmadığı aşkar olunmuş, fotoşəkillər çəkilmişdir. İş materiallarında olan Abonentin saldosundan görünür ki, iddiaçıya 2075.10 manat borc hesablanmışdır. Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin xx.xx.2015-ci il tarixli 9/14 nömrəli Arayışından görünür ki, Maştağa qəsəbəsi, Nərimanov küçəsi ev 9a ünvanında yaşayan X3 bildirmişdir ki, onun evinə quraşdırılmış qaz sayğacı naməlum şəraitdə oğurlanmışdır. Axtarış elan edilib, lakin müsbət nəticə əldə olunmamışdır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və nəticədə cavabdehə ziyan dəyməasi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İB iddiaçı tərəfindən sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçının tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. Cavabdeh tərəfin zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş hallan, və aktların mövcudluğunu və doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşür ki, cavabdeh tərəfindən iddiaçının sayğacdankər xətt vasitəsilə təbii qazdan istifadə etməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya hesablanan borcun əsaslı olduğunu təsdiq edən sübut yalnız ziyanın hesablanması barədə aktlar və fotoşəkillər olmuşdur ki, həmin aktlar birtərəfli şəkildə tərtib olunmuş, şəkillər isə bulanıq çəkilmiş və həmin şəkillərdən nə qaz xəttinin, nə də şəkillərin iddiaçının ünvanına aid olmasını məyyən etmək olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Kollegiya hesab edir ki, borc abonentə əsassız hesablandığından, iddia yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3722/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3722/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver