Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3722/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2024 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-420/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X5 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatorıya" publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4-77/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafıə Məsələlərı üzrə Milli Observatorıya" publik hüquqi şəxsin Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafıə Məsələləri üzrə Milli Observatoriya" publık hüquqi şəxsi tərəfindən ödənilməsi qət edilmişdir. Baki Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 420/2024 sayli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra olunmasi üçün icraya yönəldilmişdir. İddiaçi ərizə ilə müraciət edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1727/2021 sayli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə ilə "Əmək müqaviləsinə xitam verilməsi haqqinda” xx.xx.2020-ci il tarixli, **********29 sayli əmrin ləğv edilməsi, onun "Əmək Bazari və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” Publik hüquqi şəxsin "Ümumi” şöbəsində mütəxəssis vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqinin cavabdeh tərəfindən ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə Baki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8526/2021 sayli qətnaməsi ilə və Azərbaycan Respublikasi Ali Məhkəməsinin 2(102)-3564/2022 sayli Qərari ilə dəyişdirilmədən saxlanilmişdir. Bununla da, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi qanuni qüvvəsini alaraq Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra mərhələsində icra məmurunun dəfələrlə xəbərdarliq etməsindən sonra onu cavabdeh orqan AR ƏƏSMN-nin tabeliyində "Əmək Bazari və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” Publik hüquqi şəxs dəvət edərək hazirda "Ümumi” şöbədə əvvəl işlədiyi mütəxəssis vəzifəsi ləğv olunduğundan əmək haqqi 900 manat olan başqa bir iş təklifi edilmiş, o, xx.xx.2022-ci il tarixində razilaşmayaraq əmək haqqinin az olduğunu (yəni əvvəl 1000 manat, yeni təklif olunan əmək haqqi isə 900 manat olduğundan) qeyd edərək razilaşmamışdır. Lakin daha sonra "Ümumi” şöbədə mütəxəssis vəzifəsinin olmadığını və cavabdehin səhvi və məhkəmələri qəsdən uzatmalari nəticəsində 2 ildən çox işsiz qaldığını nəzərə alaraq yeni işi qəbul etmişdir. Beləliklə də, cavabdeh Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1727/2021 sayli icra sənədini qismən icra edərək işə bərpa edilmişdir. Lakin o, yenə də müddətsiz əmək müqaviləsi bağlanmağını tələb etsə də, onunla müddətli əmək müqaviləsi bağlanmağa israr edilmiş və bildirilmişdir ki, müddətli müqavilə olsa da, hər ay uzadılacağı bildirilmişdir. Bundan sonra cavabdeh yenidən o işlədiyindən cəmi 6 ay müddət keçsə də, eyni əsaslarla işdən azad edilmişdir. O, bunun əsasında yenidən Binəqədi Rayon Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazari və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nə qarşi (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yaninda X5 Xidməti cəlb edilməklə) "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqinin ödənilməsi” tələbinə dair iddia qaldirmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-420/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehin apellyasiya kassasiya şikayəti təmin edilməmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-420/2024 saylı qətnaməsi icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Hazırkı mərhələdə cavabdeh xx.xx.2025-ci il tarixdə onu dəvət edərək yenidən 3 ay müddətinə müqavilə bağlamaq istədiklərini bildirəndə, o, bununla razılaşmamış, onunla müddətsiz müqavilə bağlanmasını eyni zamanda da digər məhkəmə qərarları ilə işə bərpa edilənlərin müddətsiz olaraq müqavilə bağlamalarını nəzərə alaraq onunla da müddətsiz müqavilə bağlamalarını israr etsə də, cavabdeh razılaşmamış və məhkəmə qətnaməsində belə bir tələb olmadığını bildirmişdir. Hesab edir ki, o, yenidən müddətli müqavilə bağlamaqla haqlıdır və onunla müddətsiz müqavilə bağlanmalıdır. Belə ki, bütün çıxarılan məhkəmə qərarlarında əsaslandırma hissəsi onunla bağlı olmuşdur ki, onun işlədiyi vəzifə daimi xarakterli iş olduğundan onunla müddətli müqavilə bağlanması Əmək Məcəlləsinin müvafiq maddələrinə ziddir. Bundan əlavə olaraq bildirir ki, cavabdeh onunla müddətsiz müqavilə bağlamalıdır. Çünki o, xx.xx.2011 -ci il tarixdə AMEA-nın Botanika İnstitutunda baş laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2018-ci il tarixdə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin "Proqram vəzifələrinin tətbiqi və texniki xidmət” şöbəsinə kompüter operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada PHŞ "Ümumi” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmiş, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə əmək məcəlləsindəki 6 nömrəli qeyd ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2022-ci il tarixdə Hüquq, kadr və sənədlərlə iş departamentinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəmə qərardadının əsaslandırıcı hissəsində göstərilənlərin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr iş stajına daxil edilmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın "Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9 saylı əmri ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən tutduğu vəzifədən azad edilmişdir. O, 2 ilə yaxın müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müddətsiz müqavilə ilə mütəxəssiz vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019- cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Cavabdeh hazırda Mərkəzin yerinə yetirdiyi səlahiyyətləri yerinə yetirir. Məhkəmə qətnaməsi ilə onun işə bərpa ilə bağlı icra sənədlərinin icrası nəticəsində onun son işdən azad olunduğu tarixə, yəni xx.xx.2023-cü il tarixə olan dövr üzrə artıq 5 ildən artıq iş stajı olmuşdur ki, onun müqaviləsi müddətsizə keçməli idi, həm də ki cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin hüquqi varisi sayıldığından cavabdehdə mərkəz kimi onunla müddətsiz müqavilə bağlamalı idi. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin onunla bağlı qətnamədə müddətsiz müqavilə bağlanması öhdəliyinin yazılmadığını əsas gətirərək müddətsiz müqavilə bağlamamağı qanunsuzdur. Çünki belə işlər üzrə eyni cavabdehə qarşı olan işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin izahla qərardadı mövcuddur ki, qərardadda müddətsiz müqavilə bağlanmasının ehtiva olunduğu qeyd edilir və bu əsasla da digər işçilərlə artıq müddətsiz müqavilə bağlamaları və iddiaçıya münasibətdə ayrıseçkilik edərək müddətli müqavilə təklif etdiyi qanunsuzdur. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsində əks olunmuş fikir dəqiq və aydın ifadə olunmadıqda, habelə onda ziddiyətli məqamların mövcud olması səbəbindən icra olunmasında çətinliklər yarandıqda məhkəmə, qətnamənin məzmununu dəyişdirmədən ona izah verə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-420/2024 saylı qətnaməsi üzrə təmin edilmiş tələb üzrə işə bərpa olunma hissəsində onun əvvəlki işinə (vəzifəinə) bərpa edilərkən əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olduğuna izah verilməsini xahiş etmişdir. Cavabdeh etiraz ünvanlayaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin izah edilməsi barədə İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2024 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45, Mülki Prosessual Məcəlləsinin 230.1, 230.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 420/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafıə Məsələlərı üzrə Milli Observatoriya" publik hüquqi şəxsin "Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4-77/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və X3 üzrə Mıllı Observatorıya" publık hüquqı şəxsin Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və X3 üzrə Mıllı Observatorıya" publık hüquqı şəxsi tərəfindən ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3176/2024 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-420/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3085/2024 saylı Qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 3176/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində qətnamənin izah edilməsinin prosessual əsasları müəyyən edilməsə də, məhkəmə təcrübəsində bu əksər hallarda qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması nəticəsində məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qətnamənin icrasında çətinlik yaranması ilə əlaqədar olur. Qətnamədəki sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti olduqda da qətnamə izah oluna bilər. Hazırkı işdən görünür ki, iddiaçı ərizə ilə müraciət edərək onunla bağlanan əmək müqaviləsinin müddətli və ya müddətsiz olması barədə izah olunmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsinin izahı, qətnamənin mahiyyətini və nəticəsini dəyişdirmək məqsədi daşımamalıdır. Halbuki, mövcud qətnamədə belə hallara yol verilməmiş, işə bərpa aydın şəkildə göstərilmişdir. Məhkəmənin qəbul etdiyi qətnamədə hüquqi və faktiki hallar kifayət qədər aydın şəkildə ifadə olunmuşdur və onun icrası üçün əlavə izaha ehtiyac yoxdur. Qətnamənin izahı yalnız onun məzmununun aydın olmadığı hallarda mümkündür. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi İddiaçı şikayət vermiş, İddiaçı “Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 420/2024 saylı Qətnaməsinə izah verilməsinə dair ərizəsi üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-420/2024 saylı Qərardadının ləğv olunması və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45, Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə qətnaməyə izah verməlidir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 420/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X5 Xidməti cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və X4 üzrə Milli Observatoriya" publik hüquqı şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4-77/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və X4 üzrə Milli Observatoriya" publk hüquqı şəxsin Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində ''Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqı şəxsi tərəfindən ödənilməsi qət edilmişdir. Binəqədi rayon Məhkəməsinin (hakim R.Qoşqarlı) xx.xx.2024-cü il tarixli, 2(001)-420/2024 saylı Qətnaməsi icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Hazırkı mərhələdə cavabdeh xx.xx.2025-ci il tarixdə iddiaçını dəvət edərək yenidən 3 ay müddətinə müqavilə bağlamaq istədiklərini bildirəndə iddaçı bununla razılaşmamış, onunla müddətsiz müqavilə bağlanmasını eyni zamanda da digər məhkəmə qərarları ilə işə bərpa edilənlərin müddətsiz olaraq müqavilə bağlamalarını nəzərə alaraq onunla da müddətsiz müqavilə bağlamalarını israr etsə də, cavabdeh razılaşmamış və məhkəmə qətnaməsində belə bir tələb olmadığını bildirmişdir. Hörmətli Məhkəmə hesab edir ki, iddiaçı ilə müddətsiz müqavilə bağlanmalıdır. Belə ki, bütün çıxarılan məhkəmə qərarlarında əsaslandırma hissəsi onunla bağlı olmuşdur ki, iddiaçının işlədiyi vəzifə daimi xarakterli iş olduğundan onunla müddətli müqavilə bağlanması Əmək Məcəlləsinin müvafiq maddələrinə ziddir. Bundan əlavə, cavabdeh iddiaçı ilə müddətsiz müqavilə bağlamalıdır. Çünki İddiaçı xx.xx.2011-ci il tarixdə AMEA-nın Botanika İnstitutunda baş laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2018-ci il tarixdə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və TədrisMərkəzinin “Proqram vəzifələrinin tətbiqi və texniki xidmət” şöbəsinə kompüter operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada PHŞ “Ümumi” şöbəsinənütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmiş, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə əmək məcəlləsindəki 6 nömrəli qeyd ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinı əsasən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2022-ci il tarixdə Hüquq, kadr və sənədlərlə iş departamentinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəmə qərardadının əsaslandırıcı hissəsində göstərilənlərin icrasını təmin etmək məqsədi ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr iş stajına daxil edilmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********9 saylı əmri ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində informasiya üzrə əlaqələndirici vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 2 ilə yaxın müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müddətsiz müqavilə ilə mütəxəssiz vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 nömrəli Fərmanıilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının 04 iyul 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Cavabdeh hazırda Mərkəzin yerinə yetirdiyi səlahiyyətləri yerinə yetirir. Məhkəmə qətnaməsi ilə iddiaçının işə bərpa ilə bağlı icra sənədlərinin icrası nəticəsində iddiaçın son işdən azad olunduğu tarixə yəni xx.xx.2023-cü il tarixə olan dövr üzrə artıq 5 ildən artıq iş stajı olmuşdur ki, onun müqaviləsi müddətsizə keçməli idi, həm də cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin hüquqi varisi sayıldığından cavabdehdə mərkəz kimi iddiaçı ilə müddətsiz müqavilə bağlamalı idi. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçı ilə bağlı qətnamədə müddətsiz müqavilə bağlanması öhdəliyinin yazılmadığını əsas gətirərək müddətsiz müqavilə bağlamamağı qanunsuzdur. Çünki belə işlər üzrə eyni cavabdehə qarşı olan işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin izahla Qərardadı mövcuddur ki, qərardadda müddətsiz müqavilə bağlanmasının ehtiva olunduğu qeyd edilir və bu əsaslada digər işçilərlə artıq müddətsiz müqavilə bağlamaları və iddiaçıya münasibətdə ayrıseçkilik edərək müddətli müqavilə təklif etdiyi qanunsuzdur. Məhkəmə isə qətnaməsinin icrasında olan və tərəflər arasında anlaşılmayan məsələlər yarandığını bilərək qətnaməsinə izah verməmiş və bunun səbəbini isə yeni iddia tələbi kimi qiymətləndirmişdir. Hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1727/2021 saylı Qərardadı əsassız olduğundan ləğv edilməli və ərizə təmin edilərək izah verilməlidir. Məhkəmə qətnaməsində əsas qeyri müəyyənlik məsləsi isə iddiaçının əvvəlki işinə(vəzifəsinə) bərpa edilərkən əmək müqaviləsinin müddətli və ya müddətsiz hesab edilməsi ilə bağlıdır. Beləki, məhkəmə qətnaməsində iddia tələbi təmin edərkən 3 aylıq, yəni daimi xarakterli işlə bağlı müddətli müqaviləni Əmək Məcəlləsinin 45 və 47-ci maddəsinin müvafiq bəndlərinə zidd olduğunu qeyd etsə də, hazırda öz qətnaməsinə həmin hallara izah etməkdən yayınmışdır. Müqavilənin müddətli və ya müddətsiz bağlanması hazırkı qətnamədə göstərilmədiyindən cavabdeh istifadə edərək iddiaçının hüquqlarını pozur ki, məhkəmə bu barədə qətnaməsinə aydınlıq gətirməlidir. Cavabdehin iddiaçı ilə bağlı qətnamədə müddətsiz müqavilə bağlanması öhdəliyinin yazılmadığını əsas gətirərək müddətsiz müqavilə bağlamamağı qanunsuzdur. Çünki belə işlər üzrə eyni cavabdehə qarşı olan işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin izahla Qərardadı mövcuddur ki, qərardadda müddətsiz müqavilə bağlanmasının ehtiva olunduğu qeyd edilir və bu əsaslada digər işçilərlə artıq müddətsiz müqavilə bağlamaları və iddiaçıya münasibətdə ayrıseçkilik edərək müddətli müqavilə təklif etdiyi qanunsuzdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2024 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 35 (İV). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47. “f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Məcəllənin “İşəgötürənin əsas vəzifələri və məsuliyyəti” adlanan müddəasının tələbinə əsasən: 12. 1. d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Məcəllənin “Fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası qaydaları” adlanan müddəasına əsasən: 301. 1. Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. 2. Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. “İcra haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 2(001)-420/2024 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 420/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafıə Məsələlərı üzrə Milli Observatoriya" publik hüquqi şəxsin "Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-6/3-4-77/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və X3 üzrə Mıllı Observatorıya" publık hüquqı şəxsin Kadr və sənədlərlə iş departamentinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə informasiya üzrə əlaqələndirici vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və X3 üzrə Mıllı Observatorıya" publık hüquqı şəxsi tərəfindən ödənilməsi qət edilmişdir. Göründüyü kimi, əmək müqaviləsinin müddətli və müddətsiz hesab edilməsi ilə bağlı tələb olmamış və qətnamə qəbul edilməmişdir. Qətnamə ilə şəxsin işə bərpa edilməsi qət edilmiş, yeni müqavilə bağlamaq vəzifəsi işəgötürənə həvalə edilməmişdir. Məhkəmə qərarı məcburi icra səciyyəsi daşıyır və icradan imtina (yayınma) məsuliyyət müəyyən edir. Şəxsin yeni müqavilə bağlaması yeni mülki (əmək) münasibətlərinə daxil olmasını ehtiva edir. Yeni münasibətlərə daxil olma zamanı mülki (əmək) hüquqlarının pozulması yeni iddia tələbinin əsası qismində istinad edilən qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə müəyyən edilmiş hallar eyni tərəflər arasında olan yeni mübahisəyə baxılması zamanı preyudisiya əhəmiyyəti kəsb edə bilər və tərəflər (işdə iştirak edən digər şəxslər) məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qanunvericilik qətnamənin məzmununu dəyişdirmədən izah edilməsi mümkünlüyünü müəyyən edir. Müzakirə edilən qətnamə ilə məhz “işə bərpa edilmə, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi”nın cavabdehə həvalə edilməsi müəyyən edilmişdir və bu məzmuna genişləndirici izah verilməsi qanunvericiliklə yolverilməyən qətnamənin məzmunun dəyişməsinə xidmət etmiş olur. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 387, 397-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın ləğv və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-420/2024 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3722/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3722/2025
18.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver