Məhkəmə qərarları › İş №2(103)-3727/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3727/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3727/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-44/2023 nömrəli 10 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(007)-44/2023 nömrəli qətnaməsi ilə Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, ev 72F, 72D, 72E, 148 saylı (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32 M8, m2) mənzildən çıxarılması və mənzilin boşaldılaraq Orujova Kiamaleyə təhvil verilməsi, 11 avqust 2022-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günədək əsassız varlanma nəticəsində vurulmuş ziyana görə hər ay 500 (beş yüz) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Orujova Kiamaleyə ödənilməsi qət edilmişdir. İddiaçı Orujova Kiamale vəkili və nümayəndəsi Vəkil 27 mart 2023-cü il tarixdə ərizə verərək hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin nəticə hissəsində, 11 avqust 2020ci il əvəzinə, texniki səhv nəticəsində "11 avqust 2022-ci il" tarixdən qətnamə qanuni qüvvəsini alan günədək əsassız varlanma nəticəsində vurulmuş ziyana görə hər ay 500 (beş yüz) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Orujova Kiamaleyə ödənilsin” kimi göstərilmişdir. Bununla əlaqədar qətnamədə düzəliş edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-44/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(007)-44/2023 saylı qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılsın və qətnamənin müəyyən etdi hissəsinin sondan 2-ci abzası və qət etdi hissəsinin 3-cü abzasının aşağıdakı kimi "11 avqust 2020-ci il tarixdən qətnamə qanuni qüvvəsini alan günədək əsassız varlanma nəticəsində vurulmuş ziyana görə hər ay 500 (beş yüz) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Orujova Kiamaleyə ödənilsin” oxunması qərara alınmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-44/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-44/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qətnamənin müəyyən etdi hissəsinin sondan 2-ci abzasında və qət etdi hissəsinin 3-cü abzasında 11 avqust 2020-ci il əvəzinə, texniki səhv nəticəsində "11 avqust 2022-ci il" tarixdən qətnamə qanuni qüvvəsini alan günədək əsassız varlanma nəticəsində vurulmuş ziyana görə hər ay 500 (beş yüz) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Orujova Kiamaleyə ödənilsin” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, yanlışlıq aradan qaldırılmaqla, qətnamənin müəyyən etdi hissəsinin sondan 2-ci abzasında və qət etdi hissəsinin 3-cü abzası "11 avqust 2020-ci il" tarixdən qətnamə qanuni qüvvəsini alan günədək əsassız varlanma nəticəsində vurulmuş ziyana görə hər ay 500 (beş yüz) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Orujova Kiamaleyə ödənilsin” kimi oxunmalıdır. Şikayətlin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətindən tərəflərin iş üzrə məhkəmə iclasında iştirak etmək üçün çağırılmadığını və ərizəyə baxılması barədə məhkəmə bildirişi göndərilmədiyindən məhkəmənin iclasının keçirilməsindən məlumatsız olduğunu qeyd etsə də, iş materiallarında olan “poçt göndərişlərinin izlənməsi”nə dair çıxarışdan görünür ki, 10 aprel tarixli məhkəmə iclası barədə bildiriş 01 aprel 2023-cü il tarixdə, saat 13:19-da cavabdeh tərəfindən şəxsən alınmışdır. Həmçinin cavabdehə məhkəmə iclası barədə “sms xəbərdarlıq” da göndərilmiş və “çatdırıldı” statusu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-44/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-44/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar