Məhkəmə qərarları › İş №2(103)-3729/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3729/2020

19.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3729/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), X22 və X1 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh X4, onun nümayəndəsi vəkil X8 iştirakları ilə, iddiaçı Əhmədova (Aşurova) Elmira Ənvər qızının cavabdeh X6 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-416/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Əhmədova (Aşurova) Elmira Ənvər qızı cavabdeh X6 qarşı iddia (dəqiqləşmə) ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, 14 saylı evin 23 saylı mənzilində qeydiyyatda olan cavabdeh X4 və oğlu X23 həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş səh.56). Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: X11 və X26 ünvan 1, mənzil 23 ünvanında qeydiyyatdadır (səh.8); X12 X6 qarşı "nikahın pozulması və uşağın yaşayış yerinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin olunmuş, iddiaçı X27 ilə cavabdeh Aşurova (nikahdan əvvəl - Səfərəliyeva) Elvira Əliyar qızı arasında xx xxxxxxx 2009-cu ildə bağlanmış və həmin tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 1226 nömrəsi ilə qeydə alınmış nikahının pozulması, xx xxxxxx 2010-u il təvəllüdlü X13 boşanmadan sonra cavabdeh Aşurova (Səfərəliyeva) Elvira Əliyar qızının yanında qalması qət edilmişdir (səh.11); X4 X16 və X2 qarşı "azyaşlı uşaqla birlikdə mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin olunmaması qət edilmiş, əsas o olmuşdur ki, tərəflər arasında hüquq münasibəti xx.xx.2009-cu il tarixdən sonra yarandığından, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, iddiaçı cavabdehlərin keçmiş ailə üzvü sayılır, nikah münasibətlərinə son qoyulduğu vaxtdan yaşayış hüququ saxlanılmır (səh.39); ünvan 1, mənzil 23 ünvanında daimi qeydiyyatda olanlar X28, X5, X17 və X18r (səh.49); xx.xx.2012-ci il tarixli razılıq ərizələrinə, X5, X17 və X27 ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilin X14 adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etməmişlər (səh.51-53); mənzil xüsusi mülkiyyət hüququ üzrə X14 adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1605 nömrəli reyestr kitabının 146972 nömrəli vərəqində qeydiyyata alınmışdır (səh.96); xx.xx.2014-cü il tarixli "Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, X28 mənzili X9 bağışlamışdır (səh.47); mənzil xüsusi mülkiyyət hüququ üzrə X7 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1605 nömrəli reyestr kitabının 146972 nömrəli vərəqində bağışlama əsasında qeydiyyata alınmışdır (səh.46). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-416/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı Əhmədova (Aşurova) Elmira Ənvər qızının cavabdeh X4 və azyaşlı uşağı X19 qarşı onların ünvan 1, mənzil 23 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməmişdir, qətnamənin X4 azyaşlı uşağı X26 ilə birlikdə ünvan 1, mənzil 23 ünvanından daimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olduğu qeyd edilmişdİr. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı ilə cavabdehlə 2009-cu ilin noyabr ayında nikaha girib, yaşamaq üçün mübahisəli mənzilə köçdüyündən və beləliklə də onun mübahisəli mənzildən istifadə etməsi ilə bağlı münasibətlər həmin dövrdə yarandığından, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Həmin dövrdə mübahisəli mənzil hələ dövlət mülkiyyətində olmaqla, iddiaçının mərhum qayınatasının kirayəsində olmuşdur. Cavabdehin vəkili hesab edir ki, iddiaçı mübahisəli mənzilə köçdüyü an həmin mənzil xüsusi mülkiyyətdə olmadığından, hazırkı mübahisəyə yeni Mənzil Məcəlləsinin 68.2-ci maddəsi tətbiq edilməklə, iddiaçının istifadə hüququ tanınmalıdır. Belə ki, həmin maddəyə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, həmin normada qeyd edilən ailə üzvü ifadəsinə həmin Məcəllənin 68.1-ci maddəsində anlayış verilib. Həmin normaya əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, iddiaçı kirayəçi hazırkı işdə qaynata olan şəxsin yuxarıdakı normada nəzərdə tutulan ailə üzvü olan şəxslərdən biri deyil. Digər qohumlara aid olan şəxslərin dairəsinə gəldikdə isə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İx xxxxxx 2014-cü il tarixli qərarında bildirilib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. İddia tələbi cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı olduğundan, İddiaçının isə mübahisəli mənzildən istifadə hüququ olmadığından, iddia təmin edilə bilməz. Belə ki, məhkəmə yalnız mövcud hüququn yaranması, dəyişdirilməsi və xitam edilməsi barədə qərar qəbul edə bilər. Cavabdeh X10pellyasiya şikayəti verərək,Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsinə, iddia tələblərinin onun mübahisəli mənzildə istifadə hüququmun mövcud olması əsasına görə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 218, 220, 271, 384, 385; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 6-cı bəndinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Həmin dövrdə mübahisəli mənzil hələ dövlət mülkiyyətində olmaqla, iddiaçının mərhum qayınatasının kirayəsində olmuşdur. O-X11 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurduqdan sonra qaynatası X20 orderlə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 14 saylı evin 23 saylı mənzilinə gəlin köçməklə orda yaşamışdır. Birgə nikahdan olan övladı X26 da həmin ünvandakı mənzildə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi, o, sözügedən mənzilə köçməzdən əvvəl ona məxsus cehiz əşyaları da həmin mənzilə aparılmışdır. Cavabdeh tərəf onun guya uşağının qırxı çıxdıqdan sonra qeyd olunan mənzili tərk etdiyimi bildirir. Halbuki, onlar tərəfindən təqdim edilmiş fotoşəkillərdən, eləcə də şahid qismində dindirilmiş şəxslərin izahatlarından, eləcə də işin faktiki hallarından da görünür ki, o, 2017-ci ilədək sözügedən mənzildə yaşamışdır. Həmçinin son vaxtlaradək ona məxsus cehiz əmlakların da bir hissəsi sözügedən mənzildə olmuşdur. Bu faktı hətta qarşı tərəfin şahidi də təsdiq etmişdir. Yeri gəlmişkən hazırkı işə baxmış hakim tərəfindən qərəzli şəkildə cehiz əşyaları üzrə tələbə baxılarkən iddianın təmini tədbirinin uzun müddət ərzində icraya yönəldilməməsi (bu hal müvafiq sənədlərlə də öz təsdiqini tapır). nəticəsində qarşı tərəf bütün cehiz əşyaları Qaraçuxurdakı evə yığmağa nail olmuşdur. Hesab etmişdir ki, hər bir halda o, ailə qurmaqla sözügedən mənzilə köçdükdən sonra həmin mənzildə yaşayanlarla birgə təsərrüfat apardığından, onun sözügedən mənzildən istifadə hüququ yaranmışdır. Sonradan o, müxtəlif ünvanlarda (Moskva şəhərində, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 195, mənzil 19-da və s.) yaşasa da, həmin ünvanlarda müvəqqəti yaşamışdır. Hazırkı halda tərəflər arasında mübahisəli hüquq münasibəti məhz mənzilin dövlət mülkiyyətində olduğu zaman baş vermiş və həmin dövrdə qaynatası sosial kirayə müqaviləsindən irəli gələn əsaslar üzrə mənzildən istifadə etmişdir. Hesab etmişdir ki, o, mübahisəli mənzilə onun kirayəçisi olan şəxslərin razılığı ilə köçürülməklə və kirayəçilər ilə birlikdə yaşayıb onlarla ümumi təsərrüfat aparmaqla mənzildən istifadə hüququ əldə etdiyindən, kirayəçilərlə mənzildən istifadə ilə əlaqədar bərabər hüquqlara malik olmuşdur və onun müvəqqəti olaraq müxtəlif ünvanlarda yaşaması və eləcə də iddiaçının həmin mənzilə sonradan mülkiyyət hüququ əldə etməsi onu həmin mənzilə olan istifadə hüququndan məhrum etmir. Məhkəməyə təqdim etdiyi Ali Məhkəmənin MK-nın müvafiq qərarında da analoji işə baxılaraq müvafiq qərar qəbul edilmişdir. Onun daimi yaşamaq üçün başqa hər hansı bir yaşayış yeri yoxdur və o, halhazırda məcburən, müvəqqəti olaraq 2 otaqdan ibarət, özbaşına tikili olan, ata-anasının və qardaşının tezliklə ailə qurmaqla yaşadığı mənzildə yaşayır. İddiaçı tərəf də onun mübahisəli mənzildən çıxdıqdan sonra daimi yşayış yerimin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi qərəzli şəkildə və əsassız olaraq onun mübahisəli mənzildən istifadə hüququnun yaranmadığı qənaətinə gəlmişdir. 2-ci qanun pozuntusu:birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən qanunvericlik normasının da tələbi də açıq-aşkar şəkildə pozulmuşdur. Belə ki, irəli sürülmüş tələb istifadə hüququna xitam verilməsidir. Belə olan halda hakim qeyd olunan tələbə münasibət bildirməklə işini bitmiş hesab etməli idi. Lakin birinci instansiya məhkəməsinin hazırkı qətnamənin onun azyaşlı uşağı ilə birlikdə ünvan 3 mənzil 23 ünvanından daimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamənin nəticə hissəsində etdiyi qeyd işə baxan hakimin əvvəlcədən də onlara məlum olan nəyin bahasına olursa-olsun, hansısa maraqlar naminə cavabdeh tərəfə kömək etmək kimi "‘mövqeyi”ni açıq-aşkar şəkildə biruzə verir. Suraxanı Rayon Məhkəməsinin məhkəmə iclas protokollarında tərəfimizdən aşkar edilmiş çoxsaylı pozuntular öz əksini tapmışdır. Qeyd olunan pozuntularla bağlı məhkəmə iclas protokollarına dair Qeydlər verilmişdir: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X24 apellyasiya şikayətini müdafiə edərək, münasibətlərin 2009-cu il tarixdən başladığını, iddiaçının isə mübahisəli mənzilə mülkiyyət hüququnun 2017-ci il tarixdən yarandığını, Elviranın 2009-cu il tarixdən mənzilə istifadə hüququ olduğu üçün artıq münasibətlərin yarandığını, mübahisəyə Mənzil Məcəlləsinin 68-ci maddəsinin tətbiq edilməli olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 apellyasiya şikayətini müdafiə edərək, mübahisəli mənzildən 2017-ci ilin sentyabr ayında çıxdığını, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, 14 saylı evin 23 saylı mənzildən Qaraçuxur qəsəbəsinə uşağını məktəbə apardığını, 2011-ci il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən yeni tikiliyə köçdüklərini, 2 ay mənzildə yaşadıqlarını, yeni tikilidə şərait olmadığı üçün uşağa görə yenidən Yeni Günəşlidəki mübahisəli mənzilə köçüdüklərini, 2012-ci il tarixdə Moskva şəhərinə getdiyini, may ayına kimi orada qaldığını, sonra Yeni Günəşlidəki mübahisəli mənzilə qayıtdığını, hərdən anasıgildə də qaldıqlarını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin apellyasiya şikayətində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarına istinad etdiyini, lakin Qərarın şərh hissəsində mülkiyyətçinin ailə üzvlərinin göstərildiyini, gəlnin bu siyahıya daxil olmadığını, cavabdehin özünün də uşağının 40 günlüyü tamam olduqdan sonra mübahisəli mənzildən çıxadığı,sonradan cehizlə bağlı məhkəməyə də müraciət etdiyi, cavabdehin ərinin həmin evdən 2010-cu il tarixdə çıxdığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Azərbaycan Respublikası MMnin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4; MM-in 6, 152, 157; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 82.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh X6 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-416/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar