Məhkəmə qərarları › İş №2(103)-3729/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3729/2024

19.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3729/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçı-cavabdeh Aslan Qənbərovun vəkili və nümayəndəsi Vəkil1 və cavabdeh-iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma barədə” iddiasına və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 167/2024 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, ev № 2-də yerləşən 33 №-li mənzillə bağlıdır (bundan sonra - mənzil). Mənzilin yeni qaydalarla ünvanı belədir: AZ 1070, ünvan 1 MTK-ya aid olan binada yerləşir. xx.xx.2014-cü ildə MTK ilə Cavabdeh2 arasında mənzilə dair "xxxx" müqavilə bağlanıb. Aynurə Babayevə mənzilin razılaşdırılmış qiymətini ödəyib, bu, MTK-nın verdiyi arayışla təsdiq olunur. Müqavilənin bağlanmasından 4 ilə yaxın vaxt keçdikdən sonra - xx.xx.2018-ci ildə Cavabdeh2 MTK-nın sədrinə ərizə yazaraq xahiş edib ki, mənzil İddiaçı adına sənədləşdirilsin. Cavabdeh2 bunun səbəbini ərizədə “ailə vəziyyətimlə əlaqədar olaraq, qarşılıqlı kompensasiya müqabilində” kimi göstərib. Ərizənin yazılmasından 1 ildən çox vaxt keçdikdən sonra tərtib edilmiş, MTK üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli 23 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı MTK-ya üzv qəbul edilməsi, ona mənzil üzərində tam mülkiyyət hüququ verilməsi və hüququn dövlət qeydiyyatına alınması üçün sənədlərin qeydiyyat orqanına göndərilməsi qərara alınıb. Ərizənin yazılmasından 5 ilə yaxın vaxt keçdikdən sonra – xx.xx.2023-cü ildə MTK ilə İddiaçı arasında mənzilə dair "xxxx" müqavilə bağlanıb. Bundan 10 gün sonra MTK-nın verdiyi xx.xx.2023cü il tarixli maliyyə araşına görə İddiaçı pay haqqını tam ödəyib. xx.xx.2023-cü ildə mənzil üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Tələb və onun həlli: İddiaçı iddia ərizəsində tələb olunub ki, Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılsınlar. Cavabdeh2 iddia ərizəsində tələb olunub ki, MTK ilə İddiaçı arasında bağlanmış "xxxx" xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, Aslan Qənbərovun iddiası təmin edilsin, Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılsın, Cavabdeh2 iddiası isə rədd edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, İddiaçı iddiası rədd olunsun, Cavabdeh2 iddiası təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya icraatı zamanı "xxxx" MTK üçüncü şəxs kimi tanınmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, İddiaçı iddiası rədd olunmalı, Cavabdeh2 iddiası təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Cavabdeh2 mənzili müqavilə əsasında əldə edib, mənzilin dəyərini ödəyib və mənzildə yaşayır. Onun həmin mənzildən məhrum edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar olmalıdır. İddiaçı iddia ərizəsində qeyd edib ki, qarşı tərəfin ona 230.000 manat borcu olub, həmin vəsaitin 140.000 manatının qarşılığında mənzil onun xeyrinə özgəninkiləşdirilib. Göründüyü kimi, İddiaçı iddia edir ki, novasiya baş verib, yəni borc öhdəliyi alqı-satqı öhdəliyi ilə əvəz edilməklə borc öhdəliyinin 140.000 manatlıq hissəsinə xitam verilib. Novasiya (lat. novatio - yenilənmə, dəyişmə) — mülki hüquqda öhdəliyə xitam verilməsinin əsaslarından biridir, bu zaman tərəflərin arasında mövcud olan ilkin öhdəlik eyni şəxslər arasındakı başqa öhdəliklə əvəz olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 531.1-ci maddəsinə görə, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Göründüyü kimi, “eyni şəxslər arasında” ifadəsindən istifadə olunub. Ona görə də Cavabdeh2 ilə İddiaçı razılaşmasının novasiya kimi qiymətləndirilməsi üçün onların arasında ilkin öhdəliyin (240.000 manat borc öhdəliyinin) mövcud olduğu müəyyən edilməlidir. Lakin belə öhdəliyin mövcud olduğunu təsdiq edən sübut yoxdur. Cavabdeh2 MTK-nın sədrinə yazdığı xx.xx.2018-ci il tarixli ərizədə mənzilin İddiaçı adına sənədləşdirilməsini xahiş edərkən bunun səbəbini “ailə vəziyyətimlə əlaqədar olaraq, qarşılıqlı kompensasiya müqabilində” kimi göstərib. Lakin həmin ərizə tərəflərin arasında borc öhdəliyinin mövcud olduğunu təsdiq etmir, çünki ərizənin məzmununda Cavabdeh2 borcunun olduğunu etiraf etməyib, ümumiyyətlə, ərizədə hər hansı məbləğ qeyd olunmayıb. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Odur ki, novasiya barədə razılaşma (əqd) əhəmiyyətsiz əqd kimi etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. "xxxx" MTK ilə İddiaçı arasındakı "xxxx" xx.xx.2023-cü il tarixli müqavilə başqa əqdin - novasiya barədə etibarsız əqdin nəticəsinə əsaslandığına görə əhəmiyyətsiz əqd kimi etibarzıdır. O cümlədən MTK üzvlərinin ümumi iclasında qəbul edilmiş, İddiaçı MTK-ya üzv qəbul edilməsi, ona mənzil üzərində tam mülkiyyət hüququ verilməsi və hüququn dövlət qeydiyyatına alınması üçün sənədlərin qeydiyyat orqanına göndərilməsi barədə xx.xx.2019-cu il tarixli qərar novasiya barədə etibarsız əqdin nəticəsinə əsaslandığına görə etibarsızdır. Eyni səbəbdən dövlət reyestrində mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı etibarsızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-167/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma barədə” iddiası təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması barədə” iddiası təmin olunsun. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, ev № 2-də yerləşən 33 №-li mənzilə dair (yeni qaydalarla: Yasamal rayonu, Abdulla Qarayev küçəsi, 42, M11, m3) "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab olunsun, dövlət reyestrində həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı etibarsız sayılmaqla ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar