Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3730/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və X3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, “ata qrafasında qeydin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 11 mart 1999-cu ildə anadan olan X7 və 30 iyun 2006-cı il təvəllüdlü X3 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 1998-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla birlikdə yaşamağa başlamış, nikahlarını xx.xx.2003-cü il tarixdə rəsmiləşdirmişlər.
3. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, 11 mart 1999-cu il tarixdə doğulmuş Murad adlı və 30 iyun 2006-cı il tarixdə anadan olmuş Rəsul adlı uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında “X8”, ana qrafasında isə “Cavabdeh” yazılmışdır.
4. 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli X20 X23ndən görünür ki, X4 ərizəsi əsasında, 11 mart 1999- cu il təvəllüdlü Rəhimov Muradın ata haqqında məlumat qrafasında onun adı, yəni X8 olaraq qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, X20 haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imza, 17-ci qrafada “Pəhимoв.H” yazısı və imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icara olunmuşdur.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 oktyabr 2019-cu il tarixli 647/2019 nömrəli rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, X4 ekspertizaya təqdim olunmuş X9 adlı uşağın bioloji atası olması inkar olunmuşdur.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli 2(007)-370/2009 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 11 mart 1999-cu ildə Kürdəmir rayonuda anadan olmuş X15 və 30 iyun 2006-cı ildə Bakı şəhərində anadan olmuş X1 üçün hər ay hər bir uşağa görə 100 manat sabit pul məbləğində aliment 14 yanvar 2009cu il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana kimi, anası Cavabdeh verilməsi, alınması İddiaçı əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan həyat yoldaşı Cavabdeh görə hər ay sabit pul məbləğində 65 manat, 14 yanvar 2009-cu il tarixdən başlayaraq, Cavabdeh əmək qabiliyyətli hesab edildiyi vaxtadək Cavabdeh verilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınn 19 may 2017-ci il tarixli 2(103)- 5461/2017 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli 2(007)- 370/2009 saylı qətnaməsi “İddiaçı Cavabdeh görə hər ay sabit pul məbləğində 65 manatın xx.xx.2009-cu il tarixdən başlayaraq Cavabdeh xeyrinə tutulması” hissəsində ləğv olunaraq, Cavabdeh iddia tələbinin “cavabdehdən özünün saxlanması üçün hər ay ölkə üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində pul vəsaitinin tutulması” hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli 2(007)-7029/2017 nömrəli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kasssasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınn 19 may 2017-ci il tarixli 2(103)-5461/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Həmin qərarda göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə gəldiyi nəticələrdən görünür ki, cavabdehlə faktiki ər-arvad kimi yaşadığını və onunla uşaq doğması ilə nəticələnə biləcək münasibətlərdə olduğunu sübutetmə yükü iddiaçının, uşaqların ondan törəmədiyini - bunu nəsil artırma qabiliyyətinə sahib olmadığ ilə əlaqələndirdiyi üçün - sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından, cavabdehlə 1998-ci ildən bərabər yaşadığının və onunla ər-arvad münasibətində olduğunun iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac olmamışdır; çünkü bu fakt cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Eyni şəkildə cavabdeh də, 11 mart 1999- cu il təvəllüdlü Muradın ondan törəmədiyini sübutetmə yükündən azad olunmalıdır; çünkü həmin fakt iddiaçı tərəfindən etiraf olunmuşdur. Bununla belə cavabdeh, xx.xx.2006-cı il təvəllüdlü Rəsulun ondan törəmədiyinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmənin 30 iyun 2006-cı il təvəllüdlü Rəsul onun iddiaçı ilə rəsmi nikahda olduğu dövrdə dünyaya gəlməsi və onun doğumu haqqında şəhadətnamədəki valideyn (ata) qeydinin etibarsız hesab edilməməsi, 11 mart 1999-cu il təvəllüdlü Muradın isə nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın ona həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu cavabdehin özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunmasının ümumiyyətlə istisna olunmasına dair nəticələri qanuni və əsaslı olmuşdur.
11. İddiaçı bildirir ki, Cavabdeh ilə ailə qurmuş, lakin bir müddət yaşasalar da uşaqları olmamışdır və həkimlərin bildirdiyinə görə onun uşağı ola bilməzdi. Ona görədə cavabdeh ona bildirmişdir ki, bacısı uşaq evində işləyir və istəyir ki, qeyri- rəsmi bir uşaq götürüb saxlasın. Həmin vaxt Cavabdeh ilə rəsmi nikaha daxil olmamışdı və uşağı saxlamağa etiraz etməsə də, atalığı qəbul etməmiş, heç bir yerdə bu barədə razılıq verməmişdir. Sonradan cavabdehlə 19 aprel 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq yaşasalar da uşaqları olmamışdır və o, 2004-cü ilin sonlarından Rusiya Federasiyasına işləməyə getmişdir. Bundan sonra Bakı şəhərinə gələrkən evdə cavabdehin başqa şəxsdən ikinci uşağının olmasını görmüş, buna görə aralarında mübahisə olmuş və o, polis şöbəsinə şikayət etmiş, orada uşaqların ona aid olmaması ilə əlaqədar araşdırma aparılmışdır. Cavabdehin xəyanətindən sonra o, Rusiya Federasiyasına qayıdaraq bir daha geri qayıtmamış və həmin hadisədən sonra onunla heç bir vaxt əlaqə saxlamamışdır. Cavabdeh bundan istifadə edib başqa şəxsdən əldə etdiyi Murad və Rəsul adlı uşağı da nikahda olduqlarına görə onun adına sənədləşdirmişdir. Hal-hazırda cavabdehin onunla nikahda olmasına baxmayaraq üçüncü uşağı da olmuşdur. Nikahdan əvvəl əldə edilən Murad adlı uşağın doğum haqqında şəhadətnaməsində uşağın valideyini olmasına dair heç bir yerdə razılıq verməmişdir.Nikahdan sonra doğulan Rəsul adlı uşağın doğum haqqında şəhadətnaməsində isə ata kimi onun adı qeyd olunsada bundan xəbəri olmamışdır. Uşağın anadan olmasından 9 (doqquz) ay əvvəl Azərbaycanda olmamışdır. Həmin müddətdə cavabdeh də Azərbaycandan kənarda olmadığı halda 30 iyun 2006-cı ildə anadan olan uşağın atası olması istisnadır. Ona görədə 11 mart 1999-cu ildə anadan olan X7 və 30 iyun 2006-cı il təvəllüdlü X3 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunması etibarsız sayılmalıdır. Uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında onun adının yazılmasını 03 mart 2017-ci il tarixdə aliment tələbinə dair qətnaməni rəsmi qaydada əldə edəndən sonra bilmişdir. Hazırki, iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə iclasında 30 iyun 2006-cı il təvəllüdlü X5 bioloji atası olmamasına dair müvafiq ekspertiza keçirilməsinə dair vəsatət verəndən sonra cavabdeh məhkəməyə Nizami rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsini təqdim etmişdir və həmin qətnamədən müəyyən olunmuşdur Cavabdeh onu ölmüş elan etdirmişdir. Ona görədə Nizami rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qərardadı ilə onun, Cavabdeh qarşı “uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılmasına dair” iddia ərizəsi ilə əlaqədar mülki işin icraatına xitam verilmişdir. Hal hazırda Nizami rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin onun ölmüş elan olunmasına dair qətnamə ləğv olunmuş və qanuni qüvvəsini almışdır. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirmişdir ki, 11 mart 1999-cu ildə anadan olan X10 guya o, doğum evindən götürmüşdür. Doğum evi uşaq paylamır ki, oradan uşaq götürsün, həmin uşağı cavabdehin bildirdiyinə görə bacısı uşaq evində işlədiyindən oradan götürmüşdür.
12. Cavabdeh bildirir ki, İddiaçı Muradı özü evə gətirib övladları kimi böyütməyi təklif etmiş, hətta iddia ərizələrində də özü təsdiq etmişdir ki, uşağı götürüb saxlamağa etiraz etməmişdir. Uşaqların 8 yaşına kimi böyüdülməsində çox böyük zəhməti olmuş, uşaqlarına və ailəsinə böyük qayğı göstərmiş, uşaqlarının yolunda dəfələrlə qurban kəsib paylamış, qohum-əqrabasının evinə aparıb gətirmişdir. Nəriman qardaşı qızı 13 yaşlı Leyla Rəhimovanın onların evinə gəlib uşaqlara baxmaqda ona kömək etməsinə də şəxsən özü təşəbbüs göstərmişdir. Bütün bunları sübut edən fotoşəkillər də vardır ki, onları məhkəməyə təqdim edəcəkdir. X15 1999-cu ildə, X9 2006-cı ildə doğulmuş, R.Nəriman isə 2007-ci il yanvarın 18-də öz xətti ilə əlyazması ilə ona məktub yazaraq qeyd etmişdir ki, «mən Rusiyaya gedim, 3 gündən sonra Sizə pul göndərəcəyəm, daha sonra isə sizi öz yanıma aparacağam». Çünki Nəriman ailəsini və uşaqlarını həmin vaxtlarda çox sevib qayğı göstərmişdir. Sonradan Nərimanın ailəsindən uzaqlaşıb, pul göndərməməsinə səbəb isə qardaşı ilə arvadının onu ailəsindən uzaqlaşdırmaq və onlara pul göndərməmək, həmin pulları onlara xərcləmək üçün min bir yolla etdikləri cəhdlər yalanlar olmuşdur. R.Nəriman onun üstünə şər ataraq, ərizəsində qeyd etmişdir ki, polislər Sədaqətin Nərimana xəyanət etməsini, Nərimandan uşağının olmamasını sübut etmişlər. Bütün bu yazdıqları ilə Nəriman ona şər-böhtan-iftira ataraq, şərəf və ləyaqətini alçaltmaq istəmişdir. Lakin onun söylədiklərinin sübut olunmaz olduğu, şərböhtan olduğu aşkardır. O, hazırda özü İİ qrup əlil olmaqla qanazlığından (anemiya) əziyyət çəkən 2 uşağını Murad və Rəsulu saxlamaqla, onların müalicəsi ilə məşğul olmaqla, çox çətin maddi sıxıntılar içərisində yaşayır. Özünün də müalicəyə ehtiyacı var. Belə çətin vəziyyətində Nərimanın ona dəstək olmaması, ona maddi və mənəvi yardım göstərməməsi, qaçıb gizlənməsi, bu günə qədər bir qəpik də olsa aliment verməməsi, aliment verməmək üçün müxtəlif bəhanələr taparaq ona şər-böhtan atması onun onsuz da pis olan vəziyyətini bir daha pisləşdirmiş, onu depresiyaya, çıxılmaz vəziyyətə salmışdır. Bu neçə illər ərzində qohum-əqrabadan, tanışlarından aldığı borc və götürdüyü kreditlər hesabına uşaqlarını güc-bəla ilə böyüdüb saxlasa da, həmin pulları qaytarmalı olduğu təqdirdə, özünün və uşaqlarının müalicələrini davam etdirmək üçün hazırda Nərimanın ona borclu olduğu 25.000 manat alimentə çox böyük ehtiyacı vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 30 iyun 2006-cı il təvəllüdlü X3 doğum akt qeydinə müvafiq düzəlişlər edilməklə doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi İddiaçı adının qeyd olunmasının etibarsız sayılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş, ümumilikdə 127,0 (yüz iyirmi yeddi) manat pulun İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini bununla əsaslandırmışdır ki, 22 sentyabr 1999-cu il tarixli ərizə əsasında, 11 mart 1999-cu il təvəllüdlü Rəhimov Muradın ata haqqında məlumat qrafasında İddiaçı olaraq qeyd edilmişdir.
15. Bundan başqa, 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli X20 X23ndə olan imzanın İddiaçı tərəfindən icra olunub olnmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, X20 haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imza, 17-ci qrafada “Pəhимoв.H” yazısı və imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 11 mart 1999-cu il təvəllüdlü Muradın nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın İddiaçı həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunması ümumiyyətlə istisna olunur.
17. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həçmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
18. Məhkəmə iddia tələbinin “30 iyun 2006-cı il təvəllüdlü X3 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması” hissəsinə münasibətdə qeyd edilmişdir ki, 30 iyun 2006-cı il təvəllüldü X9 ilə İddiaçı bioloji bağlılığının olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 oktyabr 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X9 adlı uşağın bioloji atası olması inkar olunmuşdur.
19. Göründüyü kimi, İddiaçı ilə 30 iyun 2006-cı il təvəllüdlü X9 arasında qohumluq əlaqəsinin olmadığı müəyyən olunmuşdur.
20. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının dəlilləri həmin hissədə əsaslı olduğundan, iddia tələbi həmin hissədə təmin edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 43, 44.3, 46.2, 47.1, 47.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
22. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh apelyasiya şikayətləri vermişlər.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Qürbətov (sədrlik edən və məruzəçi), A.İmanov, V.Sadıqov) 2(103)-8511/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir.
25. Həmçinin kollegiya qeyd etmişdir ki, iddiaçı Nəriman Rəhimovun və Cavabdeh ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, tərəflər apelyasiya şikayətlərində istinad etdikləri hallarla bağlı məhkəmə kollegiyasına hər-hansı bir mötəbər sübutlar təqdim edə bilməmişlər.
c) Kassasiya instansiyası məhkəməsində icraat
26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 915/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı ilə (hakim Ələsgər Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər Mehparə Əhmədovadan və İsmayıl Xəlilovdan ibarət tərkibdə) İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8511/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
28. Kassasiya instaansiyası məhkəməsi həmin qərarında qeyd etmişdir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
29. Hazırkı iş üzrə İddiaçı hər iki uşağa münasibətdə atalığın müəyyən edilməsini deyil, ata qrafasındakı qeydin etibarsız hesab edilməsini tələb etmişdir.
30. İş materiallarından görünür ki, Murad adlı uşağa münasibətdə həmin qeyd 22 sentyabr 1999-cu il tarixli ərizə əsasında həyata keçirilmişdir. Bununla bağlı iddiaçının dəlili ondan ibarətdir ki, 22 sentyabr 1999-cu il tarixli ərizə onun tərəfindən yazılmamış və həmin ərizədəki imza onun tərəfindən icra edilməmişdir.
31. Birinci instansiya məhkəməsi 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli X20 X23ndə olan imzanın İddiaçı tərəfindən icra olunub olunmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş Məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyi ilə X20 haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imzanın, 17-ci qrafada “Pəhимoв.H” yazısının və imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.
32. Göründüyü kimi 12 oktyabr 2020-ci il tarixli ekspert rəyi ilə Murad adlı uşağa münasibətdə ata qrafasındakı qeydin aparılmasına əsas olmuş ərizədəki imzanın İddiaçı tərəfindən icra edilmədiyi müəyyən edildiyi halda apelyasiya instansiyası məhkəməsi Murad adlı uşağa aid hissədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərarına istinad etməklə iddianı rədd etmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuş halın, yəni 11 mart 1999-cu il təvəllüdlü Muradın nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın İddiaçı həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi halının hazırkı iş üzrə preyudisiallığı ilə bağlı apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasına münasibətdə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarındakı hüquqi mövqeyə görə faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.
34. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır.
35. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
36. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.
37. Beləliklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər.
38. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyinə zidd olaraq hazırkı iş üzrə preyudisial xarakter daşımayan halı hazırkı iş üzrə preyudisial hal kimi qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
39. Bundan başqa birinci instansiya məhkəməsi iddianın 30 iyun 2006-cı il təvəllüdlü Rəsul adlı uşağa münasibətdə ata qrafasındakı qeydin etibarsız hesab edilməsi hissəsinə aid qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 30 iyun 2006-cı il təvəllüldü X9 ilə İddiaçı bioloji bağlılığının olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilmiş və Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 oktyabr 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X9 adlı uşağın bioloji atası olması inkar olunmuşdur.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən əsaslandırma ilə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
41. Yuxarıda qeyd edildiyi kimi hazırkı iddia hər iki uşağa münasibətdə atalığın müəyyən edilməsinə dair deyil, ata qrafasındakı qeydin etibarsız hesab edilməsi ilə bağlı olduğundan ilk öncə həmin qeydin aparılmasına əsas olmuş hallara hüquqi qiymət verilməlidir.
42. İş materiallarından görünür ki, tərəflərin Rəsul adlı uşaqları onların rəsmi nikahda olduqları müddətdə anadan olmuş və qeyd edilən əsasa görə həmin uşağa münasibətdə atalıq qeydi tərəflərin nikah şəhadətnaməsi əsasında aparılmışdır.
43. Belə olan halda Rəsul adlı uşağa münasibətdə atalıq qeydinin aparılması həmin qeyd aparılan vaxt qanuni olmuşdur.
44. Göründüyü kimi iş üzrə verilən iddia tələbi hər iki uşağa münasibətdə VVAQİ tərəfindən aparılan atalığa dair atalıq qeydinin etibarsızlığına dair, yəni bu qeydin qeyd aparılan vaxt qanunsuz olması ilə bağlı olduğu halda işə baxan məhkəmələr verilən tələbə atalığın mübahisələndirilməsi kimi qiymət vermiş və araşdırmanı bu istiqamətdə aparmışlar.
45. Halbuki, atalığın mübahisələndirilməsi bu barədə olan qeydin qanuniliyi ilə bağlı deyildir və qeyd aparılan vaxt qanuni olduğu halda da atalıq bu qeydin aparıldığı vaxtdan sonra istənilən vaxt mübahisələndirilə bilər.
46. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı işə baxılması ayrıca icraatda iddiaçını atalığın müəyyən edilməsini mübahisələndirmək və bu əsasa görə qəbul edilmiş qətnamə əsasında atalıq barədə qeydin ləğv edilməsi barədə VVADQ-ya müraciət etmək hüququnu istisna etmir.
47. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
48. Qətnamədən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər.
49. İddiaçı Nəriman Rəhimov apelyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş edərək şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi qismən qanunsuz, əsassız və ədalətsizidir. Məhkəmə xx.xx.1999-cu il təvəllüdlü X7 barəsində yalnış qərar vermişdir. İşdəki Məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, X20 haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16- cı qrafadakı imza, 17-ci qrafada “Pəhimov.H” yazısı və imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icara olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin 11 mart 1999-cu il təvəllüdlü X11 aid hissəsində araşdırma apararaq, xətşünaslıq ekspertizası təyin etmiş və onun övladlığa götürülməsinə dair sənədlərin saxtalaşdırıldığını həmçinin onun həmin sənədlərdən xəbəri olmadığını müəyyən etdiyi halda formal mülahizələrə əsasən verdiyi iddia tələbini təmin etməmişdir ki, bu da qanunsuz və əsassızdır. Halbuki, məhkəmə xüsusi qərardad çıxarmaqla Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanması məqsədi ilə prokurorluğa göndərməli olduğu halda bunu etməmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “iddia tələbinin “11 mart 1999-cu ildə anadan olan X7 doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üçün əhəmiyyətli olan hallar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(007)- 7029/2017 saylı, 23 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 11 mart 1999- cu il təvəllüdlü Muradın nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın İddiaçı həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunmasının ümumiyyətlə istisna olunur.” Halbuki, bu həqiqətə uyğun deyil həmin qərarlardanda aydın görünür ki, X15 övladlığa götürülərkən 1999-cu ildə o, cavabdehlə rəsmi nikahda olmamış və uşağın yalnız cavabdehin özü tərəfindən övladığa götürülməsindən xəbəri olmuş, lakin həmin vaxt hər hansı razılıq verməmiş və ya belə bir razılığın heç bir əhəmiyyəti olmamışdır. Məhkəmə isə bunların üzərindən keçərək məhəl qoymamış, verilmiş izahatın təhrifinə yol vermişdir. Məhkəmədə müəyyən olunan hallardan da aydın olur ki, cavadbeh və qeyriləri tərəfindən atalığın verilməsinə dair sənədləri imza da daxil olmaqla saxtalaşdırmışdır. Bu keçirilmiş xətşünaslıq ekspetizası ilə də təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsi həmin hissədə kobud səhvə yol vermişdir. Belə ki, məhkəmənin qeyd etdiyi kimi iddiaçının razılığı olsaydı bu saxtalaşdırmaya da ehtiyac da olmazdı. Göründüyü kimi cavabdehin sənədləri saxtalaşdırmasının səbəbi onun razılığının olmaması olmuşdur. Odur ki, məhkəmənin hazırkı iş üzrə çıxardığı qətnamə mübahisələndirilən hissədə qanusuz və əsassızdır, sözü gedən alimentlə bağlı çıxarılmış qətnamə və qərarlar hazırkı iş üzrə preyudisial qüvvəyə malik deyil. Məhkəmənin onun atalığı mübahisələndirmək hüququnun istisna olunması barədə gəldiyi qənaəti yanlışdır.
50. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsini xahiş edərək şikayətini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup əlildir, 2 övladını çətinliklə, əziyyətlə saxlayır. 30 iyun 2006-cı il təvəllüdlü X9 doğulduqdan 6 ay sonra, yəni 2006-cı ilin dekabr ayında onun uşaqlarla birlikdə kirayədə çətin vəziyyətdə yaşamalarına görə, məcbur olub Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində 1 otaqlı mənzil almış və həmin vaxtdan da o 2 uşağı ilə həmin evdə yaşayırlar. Əgər bu uşaqları Nəriman ata kimi qəbul etməsəydi, onlara görə ev alıb, həmin mənzilə köçürməzdi. Nəriman Rəhimov “nikahın pozulması və uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında qeydin etibarsız sayılmasına dair” ərizəsində də qeyd etmişdir ki, “Cavabdeh ilə rəsmi nikaha daxil olmamışdım və uşağın qeyri-rəsmi götürülüb saxlanılmasına etiraz etməmişəm”. Nəriman Rəhimovun ona qarşı “Uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında qeydin etibarsız sayılması” tələbinə dair iddiası ona olan 25.000 manat aliment borcunu ödəməkdən yayınmaqdır.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
51. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər.
52. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər.
53. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Nərimanın apellyasiya şikayətinin rədd, Cavabdeh isə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
54. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır; Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 45.1.Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 47.1.Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Maddə 186. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Maddə 187.2. Yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir. Maddə 188. Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir.
55. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu:
Maddə 4.Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
57. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsasdır.
58. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
59. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
61. Nəriman Rəhimov apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini əslində, qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
62. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini əslində, qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
63. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
64. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
65. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar, tələbin qanuni əsasının yəni Ailə Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşmadığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığı üçün iddia haqlı sayılmırdı.
66. Kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı göstərişlərə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3730/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərardadı ilə 11 mart 1999-cu ildə Kürdəmir rayonu Garıs-Əyribənd kəndində doğulmuş X7 doğum akt qeydinin (atalığın müəyyən edilməsi X23 istənilmir) təsdiq edilmiş surətinin (işdə olan sənədlərdən doğum akt qeydinin tarixi 22 sentyabr 1999-cu il, nömrəsi isə 18 kimi qeyd olunub), olmadıqda isə bunun dəqiq səbəbləri barədə ətraflı məlumatların Kürdəmir rayon Qeydiyyat şöbəsi, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının X21 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi və Ədliyyə Nazirliyinin Vətəndaş Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən ayrı-ayrılıqda Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
67. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının X21 Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış 39 №li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 11 mart 1999-cu ildə Kürdəmir rayonu Garıs-Əyribənd kəndində doğulmuş X7 Kürdəmir rayonunun Karrar kənd icra nümayəndəliyi tərəfindən 22 sentyabr 1999-cu il tarixində 18 nömrə ilə tərtib olunmuş atalığı müəyyən etmə X23 Kürdəmir rayon Qeydiyyat şöbəsinə təhvil verildiyindən X21 Ərazi Dairəsi üzrə Nümayəndəliyində saxlanılmır. Atalığın müəyyən edilməsinə əsas olan (ərizə və doğum haqqında tibbi şəhadətnamə) hazırda kənd icra nümayəndəliyində saxlanılmır.
68. Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 3/607 №li, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 11 mart 1999-cu ildə Kürdəmir rayonu Garıs-Əyribənd kəndində doğulmuş X12 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Kürdəmir rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan 1997-ci ildən 2002-ci ilədək olan dövrə aid bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X12 doğumu X23 aşkar edilməmişdir.
69. Ədliyyə Nazirliyinin Vətəndaş Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05/2-4973/13 №li, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar üzrə, habelə Xidmətin və Kürdəmir rayon Qeydiyyat şöbəsinin arxivlərində saxlanılan birinci və ikinci nüsxələr üzrə yoxlma aparılmış, lakin M.Rəhimovun doğumu X23 aşkar olunmamışdır.
70. İşdən göründüyü kimi iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2018-ci ildə daxil olmuşdur. İddia tələbi cavabdeh olaraq Cavabdeh qarşı yönəlmişdir. Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi əvvəldən, 11 mart 1999-cu il təvəllüdlü X15 isə hazırki apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
71. Göründüyü kimi, hazırki iddia ərizəsi məhkəməyə daxil olan gün artıq 11 mart 1999-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatmışdır və mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti əldə etmişdir. Ancaq istər 11 mart 1999-cu il təvəllüdlü X11, istərsə də 30 iyun 2006-cı il təvəllüdlü X6 münasibətdə, yəni onların doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi iddiaçının adının qeyd olunmasının etibarsız sayılması tələbi Cavabdeh qarşı yönəlmişdir.
72. Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 73.Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. 74.Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.
75. Hazırki iddia tələbi əsaslı olsa belə, bu tələb üzrə iddiaçının ərizəsində göstərdiyi Cavabdeh doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması tələb edilə bilməzdi. Çünki, hazırki iddianın ən azından 11 mart 1999-cu il təvəllüdlü X11 aid hissəsi üzrə Cavabdeh iddiaya cavab verməli olan şəxs olmadığından ona qarşı bu iddianın yönəlməsi də düzgün olmamışdır. Çünki, iddia verilərkən 11 mart 1999-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatmışdır və onun da öz bioloji atasının kim olduğunu öyrənmək və bilmək, eləcə də məhkəmə qaydasında atalığın müəyyən edilməsini tələb etmək haqqı da vardır. Başqa sözlə onun təqsiri deyil ki, doğum haqqında şəhadətnamədə ata qrafasında iddiaçı qeyd olunmuşdur.
76. Bundan əlavə, 11 mart 1999-cu il təvəllüdlü X11 aid 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli X20 X23 də Cavabdeh tərəfindən tərtib edilməmişdir. Başqa sözlə, saxta olsa belə qeyd olunan Akt qeydini tərtib edən orqan bu tələb üzrə iddiaya cavab verməli olan şəxs sayıla bilərdi.
77. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi 11 mart 1999-cu il təvəllüdlü X11 münasibətdə iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən və iddiaya cavab verməli olan şəxs(lər) cavabdeh qismində cəlb edilmədiyindən tələbin bu hissəsi üzrə apellyasiya şikayətlərində göstərilən digər dəlillərin yoxlanılmasına ümumiyyətlə lüzum yoxdur.
78. Bunlarla yanaşı, 30 iyun 2006-cı il təvəllüdlü X6 münasibətdə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri də nəzərə alınmalıdır.
79. Belə ki, birinci instansiya məhkəməsi iddianın 30 iyun 2006-cı il təvəllüdlü Rəsul Rəhimzadəyə münasibətdə ata qrafasındakı qeydi etibarsız hesab edərkən 25 oktyabr 2019-cu il tarixli ekspertiza rəyinə əsaslanmışdır. Həmin ekspertiza rəyində X4 ekspertizaya təqdim olunmuş X9 adlı uşağın bioloji atası olması inkar olunmuşdur.
80. Ancaq yuxarıda qeyd edildiyi kimi hazırkı iddia həm 11 mart 1999-cu il təvəllüdlü X11, həm də 30 iyun 2006-cı il təvəllüdlü X6 münasibətdə atalığın müəyyən edilməsinə dair deyil, doğum haqqında şəhadətnamədə ata qrafasındakı qeydin etibarsız hesab edilməsi ilə bağlı olduğundan ilk öncə həmin qeydin aparılmasına əsas olmuş hallara hüquqi qiymət verilməlidir.
81. Çünki, 30 iyun 2006-cı il təvəllüdlü X9 tərəflər rəsmi nikahda olduqları müddətdə doğulmuş və Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən də doğum haqqında şəhadətnaməsində onlar uşağın valideynləri kimi qeyd olunmuşlar. Başqa sözlə iddiaçının Rəsulun atası kimi qeydi cavabdehlə rəsmi nikah qeydinə əsasən aparılmışdır. Buna görə də, həm doğum akt qeydində, həm də doğum haqqında şəhadətnamədə iddiaçının atalıq qeydinin aparılması həmin qeyd aparılan vaxt qanuni olmuşdur.
82. Göründüyü kimi iş üzrə verilən iddia tələbi 11 mart 1999-cu il təvəllüdlü X11, həm də 30 iyun 2006-cı il təvəllüdlü X6 münasibətdə məhz Qeydiyyat orqanları tərəfindən aparılan atalıq qeydinin etibarsızlığına dair, yəni bu qeydin qeyd aparılan vaxt qanunsuz olması ilə bağlı olmuşdur. Ancaq atalığın mübahisələndirilməsi bu barədə olan qeydin qanuniliyi ilə bağlı deyildir və qeyd aparılan vaxt qanuni olduğu halda da atalıq bu qeydin aparıldığı vaxtdan sonra istənilən vaxt mübahisələndirilə bilər.
83. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti isə təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı X4 Cavabdeh qarşı doğum haqqında şəhadətnamədə ata qrafasında qeydin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. 84.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin, Cavabdeh apellyasiya şikayəti isə təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X4 Cavabdeh qarşı doğum haqqında şəhadətnamədə ata qrafasında qeydin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.