Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3733/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X3 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə əsasında nümayəndəsi X8 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun əvvəlki işinə - Birliyin Metrologiya Departamentinin X2 Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əməkhaqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildən cavabdeh Birlikdə müxtəlif vəzifələrdə işləmiş, vəzifəsini icra edən zaman, 2018-ci ilin iyun ayının 25-dən 26na keçən gecə yıxılmış, hadisə nəticəsində çoxsaylı xəsarətlər almış, İİ qrup əlil olmuş, əmək qabiliyyətinin 70 faizini itirdiyinə görə ona 30 faizə görə işləməyə icazə verilmişdir. O, 07 may 2019-cu il tarixdən Birliyin Metrologiya Departamentinin X1 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul edilmiş, səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicədə olmuşdur. Sonradan ona iş yerindən bildirmişlər ki, o, işdən azad edilmişdir. O, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığı üçün mütəmadi olaraq müalicə aldığına görə cavabdeh Birliyin rəhbərliyi ona qarşı qərəzli olaraq onu işdən çıxarmışdır. Bunun nəticəsi olaraq, himayəsində 3 azyaşlı uşağı olan İİ qrup əlil olan iddiaçının maddi vəziyyətini daha da dözülməz həddə çatmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh nümayəndəsi X11 ərizə verərək, iddiaçı tərəfindən iddia müddəti buraxıldığı üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddianın təmin edilməsi, İddiaçı işdən azad olunmağı barədə Cavabdeh 02 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh X4 Departamentinin X2 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə belə qənaətə gəlmişdir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Həmin mövqe onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Cavabdeh İB-nin 02 noyabr 2020-ci il tarixli əmrinin surətini iddiaçı həmin tarixdə qəbul etməkdən imtina etmiş, bununla belə barəsində verilmiş əmrlə bağlı 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Müraciətə X10 Xidmətinin Bakı Şəhər İdarəsidə baxılmış və aparılan araşdırmanın nəticəsi barədə iddiaçı tərəfə 28 aprel 2021-ci il tarixdə məlumat verilmişdir. İddiaçı məhkəməyə 05 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə istinadən hesab etmişdir ki, iddiaçının hazırki mübahisənin həlli məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə müraciət etməsi nəzərə alınaraq, iddiaçının iddia tələbi üzrə iddia müddətini ötürməsi üzrlü hesab edilməlidir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi X8 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, “əmrin ləğv edilməsi barədə” tələb olmadığı halda birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddia tələbindən kənara çıxaraq Birliyin 02.11.2020-ci il tarixli əmrinin ləğv edilməsini qət etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, 02.11.2020-ci il tarixdə işdən azad edilmiş iddiaçı iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8776/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdən və R.M.Həsənovdan ibarət tərkibdə) Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının mübahisənin həlli məqsədilə ilk öncə X10 Xidmətinə müraciət etməsi iddia müddətinin üzürlü səbəbdən ötürülməsi kimi nəzərə alınmalıdır. Çünki iddiaçı həmin Xidmətə müraciət etdiyi andan Birliyin əmri ilə razı olmadığını nümayiş etmiş və onun həmin Xidmətə müraciət etməsi pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı olmuşdur. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh Birliyin nümayəndəsi tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə ərizəni” təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin “əmrin ləğv edilməsi barədə” tələb olmadığı halda birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddia tələbindən kənara çıxaraq Birliyin 02.11.2020-ci il tarixli əmrinin ləğv edilməsi, bunun qanunsuz olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi onun əvvəlki işinə bərpa edilməsi barədədir. Əmək Məcəllənin 300-cü maddəsinin tələbi nəzərə alındıqda müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının işdən azad olunması barədə cavabdeh Birliyin 02.11.2020-ci il tarixli əmrinin ləğv edilməsini qət etməklə iddia tələbindən kənara çıxmamışdır. Apelyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8776/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncunun müntəzəm olaraq əmək vəzifələrini kobud şəkildə pozulması səbəbindən xitam verilməsini, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş iddia müddətinin keçməsini, müddətin bərpası üçün həmin maddənin 6-cı hissəsində müəyyən edilmiş üzrlü səbəblərin mövcud olmamasını nəzərə almamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-1005/2022 saylı, 28 fevral 2022ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8776/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2(3), 68(1), 68(2), 70(ç), 79(3), 296(2) və 296(6)-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 217.4, 416.1, 416.2 və 418.1-ci maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, qətnamə çıxarılarkən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında irəli sürülmüş hüquqi mövqe nəzərə alınmamışdır. Hazırki apelyasiya icraatı zamanı apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etdi. Hazırki apelyasiya icraatı zamanı apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəi X12 Cavabdeh İB-nin nümayəndəsi Namiq Vəliyev tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası İddiaçı və onun nümayəndəsi Vahid Səfərovun izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, kassasiya məhkəməsinin qərarındakı hüquqi mövqeyi nəzərə alaraq, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaya hüquqi qiymət verən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələblərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə belə qənaətə gəlmişdir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Həmin mövqe onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Cavabdeh İB-nin 02 noyabr 2020-ci il tarixli əmrinin surətini iddiaçı həmin tarixdə qəbul etməkdən imtina etmiş, bununla belə barəsində verilmiş əmrlə bağlı 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Müraciətə X10 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmış və aparılan araşdırmanın nəticəsi barədə iddiaçı tərəfə 28 aprel 2021-ci il tarixdə məlumat verilmişdir. İddiaçı məhkəməyə 05 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə istinadən hesab etmişdir ki, iddiaçının hazırki mübahisənin həlli məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə müraciət etməsi nəzərə alınaraq, iddiaçının iddia tələbi üzrə iddia müddətini ötürməsi üzrlü hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş və maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Belə ki, mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Cavabdehndə işlədiyi dövrdə vəzifəsini icra edən zaman, yəni 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə, Birliyin abonenti olan şəxsin mənzildə qaz sızmasını aradan qaldıran zaman hündürlükdən yıxılaraq xəsarət almış, bu barədə “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt” tərtib olunmuş və 5 il müddətinə İİ qrup əlil hesab olunmuşdur. 07 may 2019-cu il tarixdən Səfərov X9 Metrologiya Departamentinin X1 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə keçirilmişdir. Cavabdeh 02 noyabr 2020-ci il tarixli əmri ilə iddiaçı ilə 07 may 2019-cu il tarixdə bağlanmış 169 nömrəli “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, əmək funksiyasını yerinə yetirməməsi ilə əlaqədar 02 noyabr 2020ci il tarixdən ləğv edilmişdir. X10 Xidməti Bakı Şəhər İdarəsinin 28 aprel 2021-ci il tarixli məktubuna əsasən Birlik tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Bununla bağlı Cavabdeh İB-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq 26 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçının Cavabdeh İB-nə işə bərpa edilməsi ilə bağlı Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə 05.04.2021-ci il tatixdə məhkəməyə müraciət etmişdir. Aşağıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gələrkən maddi hüquq normalarının pozulmasına yol vermiş və həmin məsələ ilə bağlı qanunvericiliyin tələblərini düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinin 3-cü hissəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X5 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaya hüquqi qiymət verən birinci instansiyası məhkəməsi işəgötürən olan Cavabdeh İB tərəfindən mübahisələndirilən əmr qəbul edilərkən Əmək Məcəlləsinin 79-cü maddəsinin 3-cü hissəsinin pozulmasını müəyyən etmişdir. Bu zaman cavabdeh iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsini əsas götürərək, iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı işəgötürənin 02 noyabr 2020-ci il tarixli əmrini qəbul etməkdən imtina etmiş, bununla belə 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətlə müraciət etmiş, Nazirlik yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 28 aprel 2021-ci il tarixli cavabı verilənədək, iddiaçı 05 aprel 2021-ci il tarixdə hazırki iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiyası məhkəməsi müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair iddiaçının ərizəsini nəzərə alaraq, buraxılmış müddəti bərpa etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda irəli sürülmüş hüquqi mövqe nəzərə alınmamışdır. Belə ki, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumumu qeyd etmişdir ki, X10 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi X7 təqdim etdiyi ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi 1 aylıq müddəti ötürülməklə verildiyinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin göstərilən müddəası genişləndirici şərhə yol versə də, orada nəzərdə tutulan digər hallar - obyektiv olmalıdır. Obyektiv hallar isə şəxsdən asılı olmayan, başqa şəxslərin, ətraf mühitin və şəraitin təsiri altında yaranan hallar başa düşülməlidir. Lakin, birinci instansiya məhkəməsi göstərilən maddədə nəzərdə tutulmayan halı inzibati orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətini iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi nəzərə almış, bu zaman fərdi əmək mübahisəsinə baxan orqan olmayan həmin dövlət təşkilatına müraciətin qanunda nəzərdə tutulan “digər obyektiv hal” olmasını əsaslandırmamışdır. Digər tərəfdən, cavabdehin apelyasiya şikayətində də göstərildiyi kimi, apelyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı qeyd olunan orqana müraciət etsə də, nəticəni gözləməmiş, əmr qəbul edilən tarixdən təxminən 5 ay sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi İddiaçı işə bərpa olunması barədə iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hətta iddia tələbi əsaslı olsada belə, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyünə təmin edilə bilməzdi. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə almamaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara və apelyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh etibarnamə əsasında nümayəndəsi X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3733/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3733/2022
17.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver