Məhkəmə qərarları › İş №2(103)-3734/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3734/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3734/2025 30.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi barədə müqavilə öhdəliyinin icrası və öhdəliyin icrasının miras əmlaka yönəldilməsi, miras passivi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-688/2025 saylı, 04 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Azərbaycan Respublikası Vəkillər X6 Göstərilməsi haqqında 548 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə 1 saylı əlavənin 1-ci maddəsinə əsasən müraciət edən şəxs X10 işin uğurlu həlli nəticəsinə görə, yəni iddia tələbinin məhkəmə tərəfindən tam və ya qismən təmin olunması, barışıq sazişi ilə həll olunacağı, habelə məhkəmədən kənar qaydada həll edilməsi halında ona ödəniləcək kompensasiya məbləğinin 20%-ni (iyirmi faizini) və ya kompensasiyanın əvəzi kimi əşya formasında veriləcək əmlakların qiymətləndirici təşkilatlarlar tərəfindən qiymətləndirilmiş bazar dəyərinin 20%-ni (iyirmi faizini) vəkil İddiaçı pul şəklində ödənilməsi öhdəliyini üzərinə götürür. 2-ci maddəyə əsasən Əvəz Babayevə kompensasiya pul formasında ödəniləcəyi (köçürüləcəyi) və ya daşınar və ya daşınmaz əşya formasında əvəzləşdiriləcəyi təqdirdə, bu Əlavənin 1-ci maddəsində razılaşdırılmış Mükafatın ödəniliməsi dərhal, yəni bir iş günü ərzində həyata keçirilir. 3-cü maddəsinə əsasən bu Əlavənin 1 -ci maddəsi ilə razılaşdırılmış məbləğ 2-ci maddədə razılaşdırılmış müddətdə vəkilə ödənilmədiyi təqdirdə, vəkil həmin məbləğin tutulmasına dair iddia tələbi ilə istənilən vaxt müvafiq məhkəməyə müraciət etməyə haqlıdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-2210/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-208/2022 saylı nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda göstərilib ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(104)-208/2022 nömrəli xx.xx.2022-ci il tarixli saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli, 2-1(114)-21/2020 nömrəli qərarı qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya tələbinin rədd edildiyi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (əmlak kompleksinin) sökülməsinə görə 610.000 manat məbləğində vurulmuş maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

3. xx.xx.2023-cü il tarixli ödəniş sənədi ilə Gəncə şəhər İcra Hakimiyyəti 100.000 manatı məhkəmə qərarının icrası ilə bağlı X5 ödəmişdir.

4. xx.xx.2023-cü il tarixli ödəniş sənədi ilə Gəncə şəhər İcra Hakimiyyəti 100.000 manatı məhkəmə qərarının icrası ilə bağlı X5 ödəmişdir.

5. X10 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədə göstərib ki, o, Allahyarova (Babayeva) Xatirə Nurədddin qızına məhkəmə qərarına əsasən yönəlmiş vəsaiti onun hesabından AZ06İBAZ**********185860206 hesabına köçürülməsinə heç bir etirazı yoxdur.

6. 2023-cü ilin oktyabrında icra edilmiş ödəniş tapşırığı ilə Gəncə şəhər İcra Hakimiyyəti 644.338 manatı məhkəmə qərarının icrası ilə bağlı X5 (onun əvəzinə X2) ödəmişdir.

7. 2023-cü ilin noyabrında ödəniş sənədi ilə Gəncə şəhər İcra Hakimiyyəti 2.255,18 manatı məhkəmə qərarının icrası ilə bağlı xidmət haqqı qismində X5 (onun əvəzinə X2) ödəmişdir.

8. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-21/20 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 978 nömrəli Cavabdeh ünvanlanmış məktubunda göstərilib ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X4 birinci dərəcəli vərəsələri sırasındadır. Notariat işinin aparılması üçün vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.

10. Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 395 nömrəli məhkəmənin sorğusuna əldə olunmuş cavab məktubunda göstərilib ki, xx.xx.2024-cü il tarixdə ölmüş X4 adına xx.xx.2025-ci il tarixədək 1 saylı Gəncə regional Asan xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmamışdır və vərəsəlik şəhadətnaməsi verilməmişdir.

11. Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 126A, M13, 5 saylı mənzil ilkin olaraq X3 adına qeydiyyatdan keçib, Bakı şəhəri 21 saylı DNK-nın 4Ə-129 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X4 adına qeydiyyatdan keçib və hazırda mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı Cavabdeh qarşı işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi barədə müqavilə öhdəliyinin icrası və öhdəliyin icrasının miras əmlaka yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mərhum atasına göstərilmiş və göstərilməkdə davam edən hüquqi yardım nəticəsində məhkəmə qərarı əsasında mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində yerləşən 0,6680 hektar (yaxud 6608,8 kv.metr) torpaq sahəsinin və üzərində olmuş 1.036,8 kv.metr əmlak komplekisinin zəbt edilib, sökülməsinə görə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2210/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə yekunlaşmış məhkəmə işi üzrə 2023-cü ilin aprel-noyabr ayları ərzində ödənilmiş 844.338 manat kompensasiyadan hüquqi xidmətə görə iddiaçıya ödənilməmiş 20% əlavə haqqın, yəni 168.867,6 manatın, həmin məbləğin verilməsinin gecikdirilməsinə 5 faiz əlavə olaraq 8.443,38 manatın, 1-ci və 2-ci tələblərin cəmi olaraq ödənilməli olan 177.310,98 manatdan vəkillik xidməti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan vergi, məcburi dövlət sosial sığorta haqları, habelə vəkillərin sığorta fonduna köçürülməli olan müvafiq olaraq 10%+14%+2%=26%, cəmi 26% əlavə olaraq 46.100,85 manatın, hazırkı iddianın və hazırkı iddia ilə əlaqədar müvəqqəti təminat tədbiri barədə ərizənin məhkəməyə verilməsinə görə ödənilmiş 564,75 manatın, ümumilikdə 168.867,6+8.443,38+46.100,85=223.411,83 manatın cavabdehə miras aktivi kimi mərhum atasından keçən ünvan 1 ünvanında yerləşən 113,2 kv.m mənzilin açıq hərracda satılaraq, satışından əldə olunacaq vəsait hesabına ödənilməsi, satışdan əldə ediləcək vəsait kifayət etmədikdə İHAM-dakı icraat üzrə ödəniləcək əlavə kompensasiya hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Tələbdə göstərilib ki, Cavabdeh xx.xx.2024-cü ildə ölmüş X4 oğludur. Cavabdehin mərhum atası Ə.Cavabdeh iddiaçının müvəkkili olmuşdur. 2020-ci il 08 iyun Ə.Cavabdehlə aralarında bağlanmış hüquqi yardım haqqında müqaviləyə və həmin Müqavilənin 2.2-ci bəndinə görə tərəfindən mərhum Ə.Cavabdeh sağlığında mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində (X9) yerləşən əmlak kompleksinin söküntüsünə görə maddi və mənəvi ziyanın əvəzi olaraq 5.487.500 manat məbləğində kompensasiyanın cavabdehlər Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) tutulması barədə Gəncə İnzibati Məhkəməsinin icraatında olan inzibati mübahisəyə dair işdə peşəkar hüquqi xidmət göstərilməyə başlanılmışdır. Müqavilə bağlanmaqla yanaşı Ə.Cavabdehlə aralarında müqaviləyə əlavə imzalanmış və əlavəyə görə Ə.Cavabdeh ona ödəniləcək kompensasiyanın 20% ona hüquqi yardıma görə əlavə xidmət haqqı kimi pulu aldığı gündən 1 iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci ildə 2-1(102)-2210/2022 saylı qərarı ilə iddiaçının kompensasiya tələbi üzrə iş yekunlaşmışdır. Məhkəmə qərarları ilə Ə.Cavabdeh 844.338 manat kompensasiya ödənilməsi qərara alınmışdır. Daxili məhkəmələrin qəbul etdiyi qərarla kompensasiya məbləğinin azlığına görə razılaşmayan Ə.Cavabdeh İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (bundan sonra - İHAM) müraciətinin göndərilməsi üçün digər vəkil X14 ilə müqavilə bağlanması təmin edilmişdir. İHAM-da hüquqlarının müdafiəsinin təşkili məqsədilə xx.xx.2023-cü ildə hüquqi xidmətlərin göstərilməsi barədə Müqavilə və Müqaviləyə Əlavə imzalanmışdır. Ə.Cavabdeh kompensasiya tələbi üzrə inzibati mübahisəyə dair iş üzrə məhkəmə qərarı əsasında və ya məhkəmədən kənar qaydada ona ödəniləcək kompensasiyanın 20%-ni onun və ya vəkil A.T.Layıcın hesabına köçürməli idi. Ə.Cavabdeh 2023-cü ilin 6 aprelində 100.000 manat, 2023-cü ilin 10 avqustunda 100.000 manat, 2023-cü ilin oktyabr ayında 644.338 manat, 2023-cü ilin noyabr ayında 2.255,18 manat olmaqla, ümumilikdə məhkəmə qərarı ilə ona ödənilməli olan 844.338 manat məbləğində pulu almış, lakin bunu gizlətmiş, bununla da vəkillik fəaliyyətindən irəli gələrək Ə.Cavabdeh göstərilmiş hüquqi yardıma görə müqaviləyə əlavə üzrə 20% əlavə xidmət haqqını, yəni 844.338*20%=168.867,6 manatı ödəməkdən yayınmışdır. Ə.Cavabdeh bu hərəkətləri barədə 2024-cü il 23 oktyabrda məlumatlı olan kimi vərəsəsi Cavabdeh ilə əlaqə saxlanılmışdır. Cavabdeh atasının kompensasiya məbləğini ilk əvvəl alıb-almadığından məlumatlı olmadığını bildirsə də, sonradan atasının kompensasiyanın 641.116 manat və 2.255,18 manat hissəsini bibisi X1 hesabına köçürülməsinə razılıq verməsini bildirərək pulun onda deyil, bibisində olduğunu, vəkilə ödənilməli olan 20% əlavənin onun tərəfindən deyil, atası tərəfindən icra edilməli olduğunu bildirərək, faktiki olaraq miras aktivini qəbul etdiyi halda, miras passivi hesab edilən xidmət haqqını ödəməkdən imtina etmişdir. Beləliklə, cavabdeh kompensasiya məbləğinin onda olmadığını, hüquqi yardıma görə ödənilmiş kompensasiyanın 20%-i həddində xidmət haqqının onun tərəfindən deyil, atası tərəfindən icra edilməli olduğunu bildirməklə, faktiki olaraq qanuni tələbin təmin edilməsindən dolayı yolla imtina edir. Belə olan halda, miras əmlakı qəbul etmək üçün notariusa müraciət etmiş Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqdan və onun hazırda öz adına keçirərək satmağa çalışdığı mərhum atasından miras qalmış ünvan 2 ünvanında yerləşən 113,2 kv.metr sahəsi olan mənzilin qəbul ediləcək məhkəmə qətnaməsinin icra olunanadək özgəninkiləşdirilməsinin qadağan edilməsi məqsədilə daşınmaz əmlakın dövlət reyestrində məhdudiyyətin qoyulması üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməkdən başqa həll yolu qalmır. Cavabdehin hazırda nail olmaq istədiyi məqsəd: Cavabdeh hazırda atasından miras qalmış yuxarıda qeyd edilən mənzili öz adına keçirib satmağa çalışır. Bu isə onun atasının kompensasiya məbləğini almasından məlumatlı olmasından xəbər verir. Cavabdeh mirası qəbul etmək üçün Gəncə şəhəri 6 saylı Notariat Ofisinə müraciət etmişdir. xx.xx.2024-cü ildə həmin ofisin verdiyi 978 saylı məktubda bildirilmişdir ki, cavabdeh xx.xx.2024-cü ildə ölmüş atası X4 birinci dərəcəli vərəsələri sırasındadır. Sənədlər toplandıqdan sonra ona vərəsəlik haqqında şəhadətnamə veriləcəkdir. Əlavə məlumatlar: mərhum Ə.Cavabdeh peşəkar maliyyəçi olub, dələduzluğa görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2019-cu ildə 2 il sınaq müddəti tətbiq edilməklə şərti olaraq 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Məhz dələduzluğa görə məhkum edildiyinə görə onunla Müqaviləyə əlavələr rəsmi yazılı formada tərtib edilmiş və müvafiq olaraq imzalarla, habelə vəkil bürosunun möhürü ilə təsdiq edilib və Müqaviləyə Əlavə qorunub saxlanıb. Cavabdeh atasının yeganə oğul övladıdır. Atası cavabdehlə nəfəs alırdı. Ona görə də, atasının kompensasiyanı almasından məlumatsız olması barədə cavabdehin arqumenti qəbul edilən deyil, habelə sübutlarla təkzib olunduğundan yalan danışmaqdan başqa bir şey deyil. Mərhum sağlığında kompensasiyanı aldığını iddiaçıdan gizlətmiş və kompensasiyanı almağa başladığı ilk gündən, yəni xx.xx.2023-cü ildən cəmi 1 il 2 gün keçəndə, yəni xx.xx.2024-cü ildə ölmüşdür. 2024-cü ilin 23 oktyabrında məlumat əldə edəndən sonra ki, bəs Ə.Cavabdeh 2023-cü ilin aprel-noyabr aylarında özü və bacısı vasitəsilə pulları alıb, dərhal həmin pulları hara xərclədiyini müəyyən etməyə çalışmışdır. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü ilin 24 noyabrında Ə.Cavabdeh bacısı Xatirə Allahyarovanın əri və ya ər tərəfdən qohumu olan İlham Allahyarovdan 2018-ci il buraxılışlı, bahalı nömrə üstündə olmaqla Mercedes-Benz markalı avtomobilə sərəncam vermək hüququ ilə baş etibarnamə alıb, xx.xx.2024-cü ilin yanvarında notariusda alqı-satqı müqaviləsi imzalamaqla, ünvan 1 ünvanında yerləşən 113,2 kv.metr sahəsi olan mənzili 300.000 manata alıb, xx.xx.2024-cü ildə 9 fevralda aldığı həmin bu mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata aldırmış, əmlaka Daşınmaz əmlakın dövlət reyestrində **********17-05301-093505 nömrəsi verilmişdir. Cavabdeh hazırda atasının aldığı bahalı maşını sürə, bahalı evdə yaşaya bilir, amma bu maşın və evi almaq üçün atasının pulu haradan əldə etdiyini bilmir. Cavabdeh uzun müddətdir işləmir, cavabdehin atası işləmirdi, necə oldu ki, 2023-cü ildən sonra birdən-birə imkanlanmağa başladı atası, cavabdeh də bunu bilmədi. Əvəz Babayev ölənə qədər kompensasiyanı almadığını, Maliyyə Nazirliyinin keçmiş əməkdaşı olduğuna görə öz keçmiş yoldaşlarında pulun ödənilməsi üçün tədbir görmələrini xahiş etdiyini, hər dəfə tezliklə pulun ödəniləcəyini bildirməklə sən demə onları aldadırmış. Cavabdeh isə 2024-cü ilin 14 aprelində atasının öldüyü barədə məlumat verir, ondan sonrakı dövrdə dəfələrlə görüşlərə gəlir və heç vaxt yerli məhkəmələrin qərarı nəticəsində kompensasiyanın alınmadığını bildirir, əlinə sübut düşən günün (xx.xx.2024) səhəri günü “evrika” edərək kompensasiyanın bibisi tərəfindən alındığını bildirərək ona qarşı deyil, bibisinə qarşı iddia qaldırmağı təklif etməklə peşəkar hüquqşünaslara öz dilində desək, “variant” gəlməyə çalışır.

14. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 113,2 kv.m sahəsi olan mənzilin (miras aktivi) açıq hərracdan satılması, miras aktivi olan mənzilin açıq hərracdan satışından əldə olunan vəsaitdən onun xeyrinə cavabdehin mərhum atası X10 ilə aralarında bağlanmış hüquqi yardım haqqında müqaviləyə və həmin Müqavilənin 2.2-ci bəndinə görə göstərdiyi hüquqi xidmətlərin əvəzi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 2210/2022 saylı qərarı ilə yekunlaşmış icraatın nəticəsi üzrə ödənilmiş 844.338 manat pul məbləğindən ödənilməli olan, lakin ödənilməmiş 20 faiz əlavə haqqın, yəni 168.867,6 manatın, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən həmin məbləğin verilməsinin 1 il gecikdirilməsinə görə ödənilməsi gecikdirilmiş məbləğin beş faizinin (168.867,6x5%=8.443,38), yəni 8.443,38 manatın, cəmi 177.310,98 manatın, həmin 177.310,98 manat məbləğə görə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları (10%), fiziki şəxsin gəlir vergisi (14%), habelə vəkillərin sığorta fonduna köçürülmə (2%) ilə əlaqədar olaraq, cəmi 26%-in (177.310,98x26%=46.100,85), yəni 46.100,85 manatın, məhkəmə xərcləri olaraq hazırkı iş üzrə iddianın məhkəməyə verilməsinə görə tərəfindən ödənilmiş 513,41 manat dövlət rüsumunun, habelə hazırkı iddia ilə əlaqədar müvəqqəti təminat tədbiri barədə ərizənin məhkəməyə verilməsi üçün tərəfindən ödənilmiş 51,34 manat dövlət rüsumunun, cəmi 564,75 manat dövlət rüsumunun, ümumilikdə (168.867,6 + 8.443,38 + 46.100,85 + 564,75 = 223.976,58) 223.976,58 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-688/2025 saylı, 04 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh 42.216,9 manat pul vəsaiti, öhdəliyin icrasının gecikdirilməsinə görə 913,24 manat faiz borcu və iddianın verilməsinə görə 219,39 manat dövlət rüsumu və müvəqqəti təminat tədbirinin verilməsinə görə 21,9 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, İddiaçı cavabdehin mərhum atası X5 Gəncə İnzibati Məhkəməsində, Gəncə Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində irəli sürülümüş kompensasiya tutulması barədə iddia tələbləri üzrə işdə hüquqi yardım göstərmişdir. Mübahisə mərhuma məxsus torpaq sahəsinin və üzərində olan tikililərin sökülməsi və əmlaklarının əlindən çıxması nəticəsində ona dəymiş maddi və mənəvi zərərlə bağlı olmuşdur. Tərəflər arasında hüquqi yardıma dair müqavilə və müqaviləyə əlavə 1 bağlanmışdır. Bağlanmış hüquqi yardıma dair müqaviləyə əlavə 1-in 1-ci maddəsində mübahisənin uğurlu həll edilməsinə görə X10 ona ödəniləcək kompensasiya məbləğinin 20%-ni İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. İnzibati mübahisə üzrə yekun məhkəmə qərarları olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-21/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Nizami rayon İcra Hakimiyyəti və Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyindən müştərək qaydada 229.338 manat məbləğində maddi ziyan, 5.000 manat məbləğində mənəvi ziyan, cəmi 234.338 manat dövlət büdcəsi hesabına tutularaq X4 xeyrinə ödənilməsi, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-208/2022 nömrəli xx.xx.2022- ci il tarixli saylı qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(114)-21/2020 nömrəli qərarının qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya tələbinin rədd edildiyi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbinin qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin (əmlak kompleksinin) sökülməsinə görə 610.000 manat məbləğində vurulmuş maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Nəticədə 2023-cü ilin noyabr ayında yuxarıda göstərilən iki qərar üzrə ümumilikdə 844.338 manat məbləğində pul vəsaiti Gəncə şəhər İcra Hakimiyyəti tərərfindən X5 ödənilmişdir. Əvəz Babayev xx.xx.2024-cü ildə vəfat etmişdir. Hazırda İddiaçı məhkəmədən xahiş edir ki, X15in hüquqi yardıma dair müqaviləyə əlavə 1-də nəzərdə tutulmuş ona ödəməli olduğu, lakin ödəmədiyi məhkəmə qərarları ilə aldığı 844.338 manat pulun 20 faizinin (168.867,6 manat) mərhumun birinci dərəcəli vərəsəsi Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. Vəkillərin öz peşə fəaliyyətindən irəli gələrək fiziki və hüquqi şəxslərə aralarında bağlanmış müqaviləyə əsasən ixtisaslaşmış hüquqi yardım göstərməsi və bu yardıma görə müvafiq haqq almasına dair münasibətlər qüvvədə olan Mülki Məcəllənin tapşırıq müqaviləsindən irəli gələn münasibətlərdir. Belə ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmçinin Mülki Məcəlllənin 6-cı maddəsində fiziki və hüquqi şəxslərin müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəst olmaları müəyyən edilmişdir. Göründüyü kimi, mülki qanunvericilik tərəflərə müqavilə bağlamaq və müqaviləyə şərtlər daxil etmək hüququ versə də, lakin həmin hüquqları belə şərtlərin qanunvericiliyə zidd olmaması ilə məhdudlaşdırır. Bundan başqa, mülki qanunvericiliyə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan sui-istifadəyə yol verilməməlidir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Mülki Məcəllənin 560-cı maddəsi) Eyni zamanda, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunda və “Vəkillərin davranış qaydaları haqqında” əsasnamədə də vəkillərin peşə fəaliyyətindən irəli gələn funksiyaları yerinə yetirərkən vicdanlı olmaları, hüquqa zidd hərəkətlərdən çəkinməli olmalarına dair müddəalar öz əksini tapmışdır. Bundan başqa, eyni məzmunlu iş üzrə Biləsuvar Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Mülki Məcəllənin 16.1, 560.2 və 560.3.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi isə göstərilən müraciətlə bağlı şərh verərək, qərara almışdır ki, hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir və hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edibetmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə X15 tərəfindən alınmış kompensasiya məbləğinin 20 faizinin işin uğurlu həlli ilə bağlı mərhumun vərəsəsi Cavabdeh tutulmasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Cavabdeh X15in birinci dərəcəli vərəsəsi olması işin mübahisəsiz halıdır. İşin materiallarından da müəyyən edilir ki, Əvəz Babayev xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, giriş 126A, M13, 5 saylı mənzilə mülkiyyət hüququ əldə etmişdir. Həmin mənzilin alqı-satqısına dair iş materiallarında olan müqavilədə mənzilin qiyməti 300.000 manat məbləğində qiymətləndirilmişdir. Qanunverici müəyyən etmişdir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, Cavabdeh X15in vərəsəsi olduğundan və o, miras qoyandan qalmış miras əmlak həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıdığından, hazırkı iddianın Cavabdeh qarşı irəli sürülməsi düzgün olmuşdur. Cavabdeh həmçinin məhkəmə iclasında bildirmişdir ki, atasından ona qalmış miras aktivi miras passivindən azdır. Belə ki, vərəsəliklə ona keçmiş miras əmlak mərhum atasının digər məhkəmə aktları üzrə borclarının ödənilməsinə yönəlmiş, çox hissəsi isə atasının sağlığında bibisi tərəfindən alınmışdır. Məhz bu halları sübut etmək üçün mərhum atasının borclu olduğu icra sənədini məhkəməyə təqdim etmiş, o cümlədən həmin icra vərəqəsi üzrə tələbkar olmuş Azər Mehrəliyevin “heç bir şikayəti, iddiası və tələbinin olmaması” barədə notarial formada verilmiş xx.xx.2024-cü il tarixli ərizəsini, mübahisəli 644.338 manat pul vəsaitinin mərhum atasının bacısına ödənilməsini göstərən sübutları təqdim etmişdir. Cavabdeh vərəsə etirazını onunla əsaslandırır ki, borclunun vəfatından sonra cavabdehin vərəsə kimi məsuliyyəti miras əmlakın miqdarı ilə məhdudlaşmış, yəni vərəsəlik qaydasında ona keçmiş miras pay 200.000 manat təşkil etmiş, o da mərhumun başqa borcuna görə qətnamə ilə tutulmuşdur, buna görə də hazırda o, əsil cavabdeh deyildir. Qanunverici Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Mübahisəli 644.338 manat pul vəsaitinin mərhum atasının bacısı tərəfindən etibarnamə ilə götürülməsi miras əmlak kütləsinin yalnız cavabdehdə olan hissədən ibarət olması demək deyildir. İşdən görünür ki, cavabdeh mirasın siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh mərhum atasının ölümündən sonra onun sözügedən öhdəliklərindən məlumatlı olmuş, həmin öhdəliklər üzrə yaranmış borc öhdəliyinin gələcəkdə ona qarşı yönələ biləcəyi ehtimalını bilmiş olsa da, qanunvericiliklə ona verilmiş mirasdan imtina hüququndan istifadə etməmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir, yəni qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır (Mülki Məcəllənin 1256-cı maddəsi). Məhkəmə yuxarıda qeyd olunanlardan başqa İddiaçıla Əvəz Babayev arasında bağlanmış hüquqi yardıma dair müqaviləyə Əlavə 1-ə hüquqi qiymət verərək hesab edir ki, həmin müqavilədə nəzərdə tutulan işin uğurlu həlli halında Əvəz Babayev tərəfindən İddiaçı ödənilməli kompensasiya məbləğinin 20 faiz nisbətində əks olunması özüözlüyündə ağır şərtli müddəadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsinin yol verilən olması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 339.1 və 560.2-ci maddələrinə uyğun olaraq, hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edib-etmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməli olduğu qərara alınmışdır. Qərarda həmçinin göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyil. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, hüquqi yardımın göstərilməsi ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür. Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir. Nəzərə alınmalıdır ki, vəkillər peşə biliklərindən irəli gələrək işin hüquqi hallarını və uğurlu həll perspektivini qiymətləndirmək imkanına malik olsalar da, hüquqi yardımla bağlı müraciət edən şəxslərdə, bir qayda olaraq, belə bir imkan yoxdur. Bu səbəbdən həmin şəxslər üçün vəkilə ödənilən haqqın işin uğurlu həlli nəticəsində əldə edəcəyi maddi vəsaitdən mükafat şəklində ödənilməsi daha əlverişli olur. Həmçinin şərtli mükafatla bağlı müddəaların mövcudluğu vəkilə ödəniş etmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə ixtisaslı hüquqi yardım əldə etməyə əlavə imkanlar yaradır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində işin uğurlu nəticəsinə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyünə və ya həddinə dair hər hansı məhdudiyyət təsbit edilməmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə isə mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, hazırkı halda müqavilə azadlığı prinsipindən irəli gələrək hüquqi yardım barədə müqavilə üzrə tərəflər şərtli ödəniş barədə razılıq əldə etməkdə sərbəstdirlər. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə əlavə haqqın (mükafatın) ödənilməsi ilə bağlı müddəaların müqavilədə müəyyən edilməsi yolverilən olsa da, bu, həmin müddəaların hər zaman etibarlı hesab edilə biləcəyi kimi qəbul edilməməlidir. Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, işin uğurlu nəticəsinə görə iddia predmetinin dəyərinin önəmli bir hissəsinin tərəfin ağır vəziyyətdə olmasından sui-istifadə edilməsi nəticəsində mükafat olaraq razılaşdırılması hallarından çəkinilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, hüquqi yardım göstərən şəxslərə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi şərtlərinin və hədlərinin qanunverici orqan tərəfindən müqavilə azadlığı və hüquqi yardım almaq hüququ arasında ədalətli balans gözlənilməklə və bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi məqsədəmüvafiq olardı. Məhkəmə yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək bildirir ki, miras qoyan şəxs inzibati məhkəmədə irəli sürdüyü iddianın nə qədər perspektivli olacağını əvvəlcədən bilmək imkanına malik deyildi. Belə ki, X15 inzibati məhkəmədə əmlak kompleksindən və torpaq sahəsindən qanunsuz olaraq məhrum olması əsası ilə iddia qaldırmışdır. Həmin vaxt miras qoyanın düşdüyü vəziyyətlə bağlı əldə edəcəyi vəsaitin 20%-nin işin uğurlu həlli ilə bağlı iddiaçıya mükafat formasında ödəyəcəyi barədə öhdəlik götürməsi müqavilə azadlığı prinsipindən irəli gəlsə də, iddiaçının hazırki məqamda “tələb hüququndan (haqqından)” müqaviləni əsas gətirərək, istifadə etməsi əxlaqi hədd və məhdudiyyət baxımından yolverilməzdir. Məhz bu səbəbdən də yuxarıda qeyd olunan halların mövcudluğu hüquqi yardımla bağlı müraciət edən şəxslə hüquqdan sui-istifadə edilməklə, vicdanlılıq meyarı gözlənilmədən həddindən artıq ağır şərtli müqavilənin bağlanması ilə nəticələnmişdir. Qeyd olunanların kontekstində məhkəmə hesab edir ki, məhkəmə qərarları ilə ödənilmiş məbləğin 20 faizi kifayət qədər yüksək məbləğ olmaqla, işin uğurlu həlli ilə bağlı iddiaçının peşə fəaliyyətindən irəli gələn hüquqi yardım göstərməsinə, çəkdiyi xərclərin məbləğinə və sərf etdiyi vaxta mütənasib deyildir, yəni müqavilə azadlığı və hüquqi yardım almaq hüququ arasında ədalətli balans gözlənilməmişdir. Məhkəmə hesab edir ki, hər bir göstərilən xidmətin nəticəsindən aslı olmayaraq onun göstərilməsinə görə ödənilən haqq ağlabatan olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, X15in sağlığında aldığı kompensasiya məbləğinin 5 faizinin, yəni 844.338 x 5/100 = 42.216,9 manat hissəsi cavabdeh vərəsə - Cavabdeh tutularaq işin uğurlu həlli ilə bağlı İddiaçı ödənilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin cavabdehin etirazı ilə bağlı yuxarıda göstərdiyi hüquqi mövqeyi davam etdirərək bir daha aşağıdakıları bildirir. Belə ki, cavabdehin atasına verilməli olan pulun atası tərəfindən deyil, bibisi Xatirə Allahyarova tərəfindən alınmasına dair bildirdiklərinə münasibətdə qeyd edir ki, cavabdehin atası X15 notarial qaydada ərizə ilə göstərilən pulun bacısının hesabına köçürülməsinə razılıq vermişdir. Bu isə həmin məbləğin Əvəz Babayevə verilmədiyini istisna etmir. Həmçinin məhkəmə qərarları ilə ödənilən pul məbləğlərinin pulu alacaq şəxs tərəfindən hansı hesaba köçürülməsinə razılıq verilməsi onun həmin pulu almamasına dəlalət etmədiyi kimi, işin uğurlu həlli ilə bağlı pulun ödənilməməsi anlamına gəlmir. Məhkəmə hesab edir ki, iddianın məbləğin verilməsinin gecikdirilməsinə illik 5 faiz olaraq 8.443,38 manatın cavabdehdən tutulmasına dair hissəsi də qismən təmin edilməlidir. X15 məhkəmə qərarlarına əsasən almalı olduğu 844.338 manatı 2023-cü ilin noyabr ayında tam şəkildə almışdır. Deməli, tərəflər arasında hüquqi yardıma dair müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş şərtin icra edilməsi öhdəliyi 2023-cü ilin noyabr ayından yaranmışdır. Məhkəmə hesab edir ki, hüquqi yardıma dair müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş öhdəliyin icra edilməsi 2023-cü ilin noyabr ayından Əvəz Babayevin vəfat etdiyi xx.xx.2024-cü il tarixədək gecikdirilmiş hesab edilməlidir. Həmin müddət isə 5 ay 8 gün (158 gün) edir. Həmin vaxt üçün borcun gecikdirilməsinə görə hesablanmış faiz borcu isə 913,24 manat (42.216,9x5%/100=2.110,8 manat (365 gün üçün), 2.110,8/365=5,78 manat (1 gün üçün), 5,78x158=913,24 manat (158 gün üçün)) təşkil edir. Odur ki, öhdəliyin icra edilməməsi üçün müqavilə üzrə ödənilməli olan pul vəsaiti ilə birlikdə, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 913,24 manat da cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın ünvan 1 ünvanında yerləşən 113,2 kv.m sahəsi olan mənzilin (miras aktivi) açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Belə ki, ünvan 1 ünvanında yerləşən 113,2 kv.metr sahəsi olan mənzilin iddiaçı ilə X15 arasında bağlanmış hüquqi yardıma dair müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş öhdəliyin icra edilməməsi üçün ipoteka ilə yüklü edilməmiş və ya müqavilənin təminatı olaraq nəzərdə tutulmamışdır. Ümumiyyətlə müqavilə tərəfləri arasında buna dair razılaşma mövcud olmamışdır. Bundan əlavə hər bir iddia tələbi qanunvericlikdə nəzərdə tutulmuş normanın dispozisiya şərtlərinə uyğun olmalı, yəni həmin tələbin qanuni əsası tapılmalıdır. Hazırki iddia tələbinin isə belə bir qanuni əsası tapılmır, deməli həmin hissədə iddia tələbi üzrə məhkəmə araşdırması bitmiş hesab olunmalıdır. Mülki Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın vəkillik xidməti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan vergi, məcburi dövlət sosial sığorta haqları, habelə vəkillərin sığorta fonduna köçürülməli olan müvafiq olaraq 10%+14%+2%=26%, cəmi 26% əlavə olaraq 46.100,85 manatın cavabdehdən tutulmasına dair hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, göstərilən vergi və sığorta haqları vəkillə müştəri arasında bağlanmış müqaviləyə əsasən ödənilmiş pul məbləğindən müvafiq olaraq hesablanıb, aidiyyəti üzrə ödənilir. Belə ki, qanunvericilikdə həmin haqların müştəri tərəfindən öz vəsaiti hesabına əlavə olaraq ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddianın göstərilən hissələri də əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda işə baxılması ilə bağlı məhkəmə xərclərini tutulmasına dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 219,39 manat dövlət rüsumunun əvəzi və müvəqqəti təminat tədbirinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 21,9 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

17. Qətnamədən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

18. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilmədiyi hissədə ləğv edilərək həmin hissədə iddianın təmin edilməsini xahiş edib göstərir ki, məhkəmənin qətnaməsində 3 hissə ilə razılaşır: 1. İddia düzgün cavabdehə qarşı qaldırılıb, 2.Miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsi, 3 Müqavilənin etibarlı olması barədə mövqelər. Məhkəmə qətnaməsi ilə digər hissələrdə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə, miras passivinin miras aktivi hesabına ödənilməsi, mənzilin hərracdan satılması tələbinə münasibətdə məhkəmənin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə nəzərə almalı idi ki, miras aktivi kimi cavabdehin sahiblənmək istədiyi mənzil kompensasiyanın ödənilməsindən sonra alınıb. Bu isə o deməkdir, hazırda uğrunda mübarizə apardığı haqqı sayəsində cavabdehin mərhum atası gedib özünə mənzil alıb. Yəni pul formasında alınmış kompensasiya bir formadan (kağız daşıyıcıdan), digər formaya (mənzilə - daşınmaz əmlaka) keçib. Qətnamənin 14-cü səhifəsinin 4-6-cı abzaslarında məhkəmə tələbin yönəldiyi mənzilin açıq hərracdan satılmasını 2 əsasla təmin etməmişdir: 1. mənzil iddiaçı ilə X15 arasında bağlanmış hüquqi yardıma dair müqaviləyə Əlavədə nəzərdə tutulmuş öhdəliyin icra edilməməsi üçün ipoteka ilə yüklü edilməmiş və ya müqavilənin təminatı olaraq nəzərdə tutulmamışdır. Ümumiyyətlə müqavilə tərəfləri arasında buna dair razılaşma mövcud olmamışdır.; 1. hər bir iddia tələbi qanunvericilikdə nəzərdə tutulmuş normanın dispozisiya şərtlərinə uyğun olmalı, yəni həmin tələbin qanuni əsası tapılmalıdır. Hazırkı iddia tələbinin isə belə bir qanuni əsası tapılmır, deməli həmin hissədə iddia tələbi üzrə məhkəmə araşdırması bitmiş hesab olunmalıdır. Məhkəmənin 1-ci arqumenti ilə əlaqədar qeyd edir ki, hüquqi yardıma dair müqaviləyə Əlavə imzalananda heç nə kompensasiya var idi, nə də müvəkkilin vəkilə xəyanəti. Ona görə də, müqavilədə belə bir qeydin olmamasını vurğulamaqla məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir. Vərəsə yalnız miras qalmış əmlakın dəyəri həddində mərhumun borclarına cavabdehdir. Əgər bu əmlak – mənzildirsə, və başqa pul vəsaiti yoxdursa: ➡ Vərəsə borcu mənzilin dəyəri hesabına ödəməlidir. ➡ Bu isə icra baxımından əmlakın satışını tələb edir. Əgər məhkəmə bu tələbi "müqavilədə ipoteka göstərilməyib" deyərək rədd edirsə, bu, mülki-hüquqi məsuliyyətlə miras hüququnun mexanizmini qarışdırmaq deməkdir. Belə ki, məhkəmə iclaslarında cavabdeh pulunun olmamağından giley güzar etmiş, atasından qalan pulun bibisində olduğunu, bibisinin isə ona pul vermədiyini, hazırkı tələbin bibisinə qarşı qaldırılmalı olduğunu dəfələrlə bildirmişdir. Buradan da aydın olduğu kimi, mənzilin hərracdan satışı təmin edilməzsə, gələcəkdə cavabdeh qətnamənin icrasından boyun qaçıracaq. Bununla da, atası kimi o da vəkilin haqqını ödəməkdən yayınacaq. Vərəsə olaraq cavabdehi borcu mənzilin dəyəri hesabına ödəməkdən azad etməyə hədəflənmiş hazırkı qətnamə ilə heç bir halda razılaşmaq mümkün deyil və apellyasiya məhkəməsi tərəfindən bu məsələyə xüsusi diqqət ayrılaraq qanuni qətnamə qəbul edilməsi ümidilə hazırkı şikayət verilir. Məhkəmənin 2-ci arqumenti, tələbin qanuni əsasının tapılmaması əsası ilə əlaqədar bildirilir ki, pul da, mənzil də əşya hüququnun obyektləridir. Belə olan halda, məhkəmə Mülki Məcəllənin 460.1-ci maddəsini Həmin Məcəllənin 135, 136, 138, 385, 386.1, 1306.1-ci maddələri ilə birlikdə tətbiq etməli idi. 460.1-ci maddədə yalnız ipoteka və ya girovdan bəhs olunmur. Həmin maddə həm də Mülki Məcəlləni tələbləri baxımından məsələyə hüquqi yanaşma təklif edir. Bu maddəyə əsasən, öhdəliyin icrasının təmin olunması üçün aşağıdakı hüquqi alətlərdən istifadə edilə bilər: Girov - borclunun və ya üçüncü şəxsin əmlakının kreditorun xeyrinə girov qoyulması. Dəbbə pulu – öhdəlik yerinə yetirilmədikdə ödənilməsi nəzərdə tutulan cərimə. Əmlakın saxlanması – borclunun əmlakı, öhdəlik yerinə yetirilənədək saxlanıla bilər. Zaminlik və qarantiya – üçüncü şəxsin borcu ödəmə öhdəliyini öz üzərinə götürməsi. Beh – müqavilənin bağlanmasının təsdiqi və ya icrasının təminatı kimi verilən pul və ya digər əşya. Həmçinin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar da tətbiq edilə bilər (məsələn, cərimə, tutulma hüququ və s.). MM 460.1-in məhdudlaşdırıcı deyil, geniş tətbiq edilən norma olması məhkəmə tərəfindən nəzərə alınmadığından tətbiqində səhvə yol verilib. MM 460.1 deyir: “Öhdəlik girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh və müqavilə ilə, habelə bu Məcəllədə nəzərdə tutulmuş digər üsullarla təmin edilə bilər.” Bu maddə yalnız müqavilə əsasında əvvəlcədən nəzərdə tutulmuş təminat üsulları ilə məhdudlaşmır. Yəni, burada “girov və ya ipoteka varsa, yalnız onda əmlaka yönəlik tələb irəli sürülə bilər” kimi dar şərh yanlışdır. Əsas səbəblər: MM 460.1 göstərici xarakter daşıyır, məhdudlaşdırıcı deyil. Miras hüququ bu məsələyə ayrı mexanizmlərlə yanaşır – çünki vərəsə yalnız miras əmlakı ilə cavabdehdir (MM 1178). Yəni, vərəsəyə keçmiş əmlak – mənzil – bu öhdəliyin təmini üçün yeganə hüquqi resursdur. Məhkəmə mənzilin hərracdan satılması tələbini rədd etməklə gələcəkdə icrası mümkün olmayan qətnamə qəbul etmişdir. Əgər məhkəmə mənzilin gələcəkdə qətnamənin icra edilməsi mərhələsində icra məmuru tərəfindən hərraca çıxarılmaqla həll edilməli olduğunu qeyd etsə idi düşünmək olardı ki, məhkəmə hazırkı məqamda mənzili hərraca çıxarmağı dəstəkləməsə də, ümumilikdə, mənzilin hərraca çıxarılmasını qanuni hesab edir. Lakin məhkəmə iddianı bu hissədə tamamilə rədd etməklə gələcəkdə qətnamənin icrası məqamında iddianı təmin etmək üsulu kimi icra məmurunun həmin əmlakı hərraca çıxartmaq kimi hüquqi imkanlarını da məhdudlaşdırmışdır. Bu mənada mənzilin hərracdan satilması tələbinin rədd edilməsi üzrə məhkəmənin hüquqi mövqeyi tamamilə razı deyil. Bu iş üzrə mübahisənin həlli üçün sual belə verilməlidir: Vərəsəlik qaydasında əldə edilməyə çalışılan miras mənzil kreditora ödənməli olan pul vəsaiti hesabına alınmışdırsa və ya hazırda mirası qəbul edənin kreditorun tələbini qarşılamağa pulu yoxdursa MM-in 135-138, 385-386, 460.1, 1151, 1306-1307-ci maddələri baxımından miras aktivi olan mənzilin hərracdan satılaraq miras passivi olan pul tələbinin ödənilməsi qanunidirmi? Sualı cavablandırmaq üçün aşağıdakı qaydada hüquqi analiz aparılmalı və hər bir məsələyə beynində hüquqi münasibət hazırlamalıyıq: Məhkəmə qətnaməsi ilə növbəti razılaşmadığı hissə müqavilə məbləğinin məhkəmənin öz təşəbbüsü ilə 20%-dən 5%-ə endirilməsidir. Məhkəmənin bu davranışı əqdlərin könüllülük prinsipinə, müqavilə azadlığı prinsipinə zidd olmaqla, tərəflər arasında mövcud olan mülki hüquq münasibətlərinə əsassız və qanunsuz müdaxilədir. Hüquqdan sui-istifadə, ağır şərtli, ağır vəziyyətdən sui-istifadə kimi hallarla əlaqədar Konstitusiya Məhkəməsi qərarında vəziyyətləri açıqlayıb. Nümunə kimi cinayət işlərində həbs olunmuş şəxslə bağlanmış müqaviləyə diqqət çəkib. Konkret olaraq onun mərhum Ə.Babayevə göstərdiyi peşəkar hüquqi xidmət isə cinayət işi deyil, inzibati mübahisəyə dair kompensasiyanın tutulması tələbi barədə iş olub. Yəni bu kimi işlərdə tərəflər vəkillərlə müqavilə bağlaya da bilər, bağlamaya da bilər. Bu işlərdə heç bir məcburiyyət olmur. Vətəndaş sadəcə 9 il çalışıb, özü heç nə alındıra bilməyib, ona görə də könüllü olaraq vəkilə müraciət edib. X15 2018-ci ilədək Maliyyə Nazirliyində müxtəlif yerlərdə, rəhbər vəzifələrdə, o cümlədən Gəncə Şəhərinin Maliyyə İdarəsinin rəisi vəzifəsində işləyib, kifayət qədər ağıllı və maliyyəni bilən, maddi imkanı olan şəxs olub. Nəyə imza çəkdiyini çox yaxşı bilib. Məşhur qaydaya görə: “Harada imzan varsa, orada öhdəliyin var!” Ona görə cavabdeh atasının imzası olan müqaviləni tam şəkildə icra etməyə borcludur. Özü də pulu yoxdursa, miras aktivi kimi əldə etməyə çalışdığı mənzili satmaq yolu ilə! Məhkəmənin iddianın təmin olunmayan vergi və digər ödənişlərə görə 26 faiz əlavənin tutulmasının vəkilin öhdəliyə aid olmasına əsası ilə təmin edilməməsi hissəsi əsassız hesab edilir. Hesab edir ki, vergi və digər ödənişlər məhz cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə, iddia tam təmin edilməməklə həm maddi, həm də prosessual hüquq normalarının tələblərinin pozuntusuna yol verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə növbəti razılaşmadığı hissə öhdəliyin gecikdirilməsi müddətinin hesablanmasıdır. Mülki Məcəllənin 1158.2-ci maddəsinə görə, əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. Mübahisənin həlli üçün bu maddənin dispozisiya şərtləri yoxlanılmalı olduğu halda, birinci instansiya məhkəməsi heç bir hərəkət etməmişdir. Maddəni görməzdən gəlmişdir. Halbuki, “Məhkəmə qanunu bilir prinsipi”nə görə irəli sürülən iddianın qanuni əsasının tapılması məhkəmənin vəzifəsidir. Bu mənada məhkəmə qeyd edilən maddəni tətbiq edərək, Əvəz Babayevin xx.xx.2024-cü ildə 300.000 manata aldığı mənzildə iddiaçının 168.867,6 manatının olduğu müəyyən edilməklə mənzilin satılaraq, satışından əldə olunan puldan iddiaçının tələb etdiyi pulun ödənilməsinə qərar verilməli idi. Hətta məhkəmə təmin etdiyi hissəyə münasibətdə belə qeyd edilən normanı tətbiq etməli idi. İşə təkrar baxacaq apellyasiya məhkəməsindən xahiş olunur ki, işə mahiyyəti üzrə baxan məhkəmə kimi işin bu halını, yəni Əvəz Babayevin 2023-cü ildə kompensasiyanı alandan sonra 2024-cü ildə 300.000 manata mənzil alması halını düzgün qiymətləndirsin, MM-in 1158.2-ci maddəsini tətbiq edərək, alınmış mənzilə görə ödənilmiş 300.000 manatın 168.867,6 manat hissəsinin mənə ödənilməli olan məbləğ olmasını nəzərə alıb, hazırkı iddianı tam təmin etsin və mənzilin satılaraq mənə aid pulun tutulmasına qərar versin. Əgər apellyasiya məhkəməsi bu maddənin hazırkı işə tətbiq edilməli olmadığı qənaətinə gələrsə, miras passivinin miras aktivi vasitəsilə təmin edilməsinin qətnamənin icrası mərhələsinə aid olması qənaətini yazılı olaraq xüsusi qeyd etsin ki, gələcəkdə işə baxılıb qurtarandan sonra mənzilin üzərindəki həbsin götürülməsi pulun ödənilməsinədək təxirə salına bilinsin. Məhkəmə MM-in 445.7-ci maddəsini tətbiq etməklə düzgün etsə də, gecikdirmə dövriliyini qısaltmaqla səhvə yol verib. Məhkəmə MM-in heç bir normasına istinad etmədən Əvəz Babayevin sonuncu partiya pulu almasından ölməsinədək olan dövrü gecikmə dövrü kimi hesablamışdır. Halbuki, hər dəfə hissə-hissə kompensasiyanı alarkən aldığı kompensasiyadan 20%-ni vəkilinə verməməyini gecikmə kimi qəbul etməməyi, habelə öldükdən sonra, vərəsəsinin atasından qalan öhdəliyi icra etməməsinə münasibət bildirməməklə, əslində MM-in 445.7-ci maddəsini öz mülahizəsi ilə sərbəst surətdə, qanunda yazılmayan qaydada tətbiq etmişdir. Məhkəmə qətnaməni 4 apreldə elan edib, 26 apreldə Elektron məhkəmə informasiya sisteminə yükləyib. 4-26 apreldə 15 iş gün olub. Qanun deyir ki, 10 iş gününə qətnamə tərtib olunmalı, bundan sonra isə 3 gün rəsmi verilməlidir. Yəni hakim, ən geci 18 aprelədək tərtib etməli idi, üstə gələk 3 gün, 21 aprelədək isə qətnaməni sistemə əlavə etməli idi. Lakin bacarmayıb, 5 gün də əlavə vaxt itirərək ortaya qismən qanunsuz və əsassız qətnamə çıxara bilmişdir. Əgər tam qanuni qətnamə qəbul etsə idi. Maksimum 2 günə də yaza bilərdi. Bununla da, hakim qeyd edilən prosessual normanın tələbini pozub.

19. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın borcları üçün yalnız miras aktivinin həcmində, öz paylarına uyğun olaraq cavabdehdirlər. Burada isə vəziyyət tam fərqlidir. Cavabdeh nə atası tərəfindən ödənilməli olan vəsaitdən faydalanıb, nə də faktiki olaraq həmin vəsaiti əldə edib. Kompensasiya məbləğinin 644.000 manatdan çox hissəsi mərhumun bacısının - yəni cavabdehin bibisinin – hesabına köçürülüb. Qalan 200.000 manat isə başqa borcun icrasına yönəldilib. Bu pulların heç biri Cavabdeh sərəncamında olmayıb. Bu faktları sənədlərlə sübut etmişdir. Bank ödənişləri, etibarnamələr və izahatlar göstərir ki, X15 həmin puldan yalnız 200.000 manat hissəsini özü alıb. Həmin pul isə mərhuma qarşı çıxarılmış digər (iş materiallarına əlavə olunmuş) qətnaməyə əsasən 219.000 manat borca yönəlmişdir. Bundan əlavə, cavabdeh öz atasından vərəsəlik yolu ilə heç bir əmlak almamışdır. Notariat orqanından heç bir vərəsəlik şəhadətnaməsi təqdim olunmayıb. Əksinə, Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubu da bunu təsdiqləyir: Cavabdeh adına vərəsəlik işinin açılması və ya şəhadətnamənin verilməsi baş tutmamışdır. Əgər cavabdeh hər hansı mülkə sahib çıxmamışsa, həmin mülkdən heç bir gəlir götürməmişsə və atası ilə bağlanmış müqavilədə tərəf kimi iştirak etməmişsə, bu halda onun vəkilə - iddiaçıya mərhum atasının borcuna görə borclu çıxarılması açıq-aşkar qanunsuzluqdur. Cavabdeh isə miras qəbul etməmişdir. Əgər belədirsə, onda necə ola bilər ki, onun üzərinə 168.867,6 manatlıq və daha sonra faizlər və vergi öhdəlikləri ilə birlikdə 223.976,58 manatlıq borc qoyulsun? Məhkəmə bu işdə cavabdehin heç bir vəsait əldə etmədiyi halda, mülkiyyətində olmayan əmlakın satışını da təminat kimi göstərmiş, faktiki olaraq əlinə heç bir şey keçməyən şəxsdən hüquqi məsuliyyət tələb etmişdir. Hesab edir ki, hazırki iddia tələbi üzrə borclu mərhumun bacısı – cavabdehin bibisi olmalıidi.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz.

20. İddiaçı elektron kabinet vasitəsilə təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə dair yazılı etirazında cavabdehin şikayətinin təmin olunmamasını xahiş edib etirazını bununla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi mirası qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh bu dəlili birinci instansiya məhkəməsində işə baxılan dövrdə işlətməməklə mirası qəbul etməklə əlaqədar mübahisənin olmadığını qəbul etmişdir. Hazırda apellyasiya mərhələsində bu fikri irəli sürməklə məhkəmə kolegiyasının diqqətini yayındırmağa işdə tam qalib olmağa çalışır. Cavabdeh mirası qəbul etmək üçün atası öləndən dərhal sonra Gəncə şəhərindəki 6 saylı notariat ofisinə müraciət edib və onun müraciəti əsasında vərəsəlik işi açılıb. Hətta 2024-cü il oktyabrın 10-unda cavabdehə 978 nömrəli məktubla notarius Məhərrəm Talıbov Cavabdeh bildirilmişdir ki, “Sizin xx.xx.2024-cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş atanız X4 birinci dərəcəli vərəsələri sırasındasınız. Notariat işinin aparılması üçün tələb olunan sənədlər toplandıqdan sonra sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.”. Cavabdehin mirası qəbul etməsinə dair sübutlar həm də onda ifadə olunur ki, atası öləndən sonra atasının sağlığında borclu olduğu və Nərimanov rayon İcra şöbəsində olan icra işində evin üzərinə qoyulmuş həbsin götürülməsi üçün kreditorların borclarını miras qalmış pul kütləsindən ödəməklə bağlamış və kreditorların tələblərinin təmin olunduğuna dair notarial təsdiqlənmiş ərizələri alaraq, icra işinə əlavə etdirmişdir. Digər bir sübut odur ki, atasının sağlığında kompensasiya qərarından narazılıqla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdiyi müraciətlə əlaqədar başlanmış işdə prosessual varis olmasını, atasının ölməsini bildirməsi barədə müraciəti vəkil Aqil Layıc vasitəsilə həmin Məhkəməyə göndərmişdir. Beləliklə, göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsində onda pul olmadığına, iddianın düz qaldırılmadığına, iddianın ona qarşı deyil, bibisinə qarşı qaldırılmalı olduğuna istinad etməklə iddiaya qarşı etiraz etsə də, apellyasiya şikayətində birdən-birə həqiqətə tamamilə uyğun olmayan, sübutlarla təkzib olunan, yeni dəlilə, yəni vərəsəliyi qəbul etməmək barədə dəlilə istinad etmişdir. Cavabdehin dəlilini təkzib edən sübut Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyatda keçmiş elektron kabineti vasitəsilə iddia ərizəsinə əlavə edilmişdir. Təkrarən həmin sübutu hazırkı etiraza əlavə edərək, qətnamə qəbul edəndə bu halı nəzərə almağı, cavabdehin apellyasiya şikyaətini rədd etməyi və verilmiş iddianın tam təmin edilməsi barədə qətnamə qəbul etməyi xahiş edir. İddianın tam təmin edilməli olması üzrə bütün əsasandırmanı apellyasiya şikayətində qeyd etsə də, xüsusi olaraq qeyd edir ki, hazırkı mülki işin həllində Mülki Məcəllənin 460.1-ci maddəsindəki “bu Məcəllədə” söz birləşməsinə diqqət edilməli və həmin Məcəllənin 1158.2-ci maddəsi tətbiq edilərək miras aktivi olan evin satılaraq, miras passivi olan müqavilə üzrə ona çatan pulun verilməsi qət edilməli olduğunu düşünür.

21. Cavabdeh tərəfindən isə iddiaçının apellyasiya şikayətinə dair yazılı etiraz təqdim olunmmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

22. Məhkəmə iclasında İddiaçı özünün apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə iclasında Cavabdeh da özünün apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

24. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 26, İİ hissə. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60, İ hissəsi. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) - bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1254. Vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307(21 iyun 2025-ci il tarixədək qüvvədə olan). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

26. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Maddə 19.1. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 19.2. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Maddə 19.3. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

30. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

32. Hər iki apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün hər iki şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddiaçının apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsi, cavabdehin apellyasiya şikayətində isə iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin hər iki apellyasiya şikayəti üzrə mübahisələndirdikləri hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

33. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

34. İddiaçının mübahisələndirdiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, cavavabdehin mübahisələndirdiyi hissədə isə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

35. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır, təmin edilmədiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından haqlı sayılmır.

36. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

37. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

38. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətlərinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

39. Əvvəla, məhkəmə tərkibi də iddianın mənzilin (miras aktivi) açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına tələb edilən məbləğin ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Çünki qət olunan məbləğin ödənilməsinin təmin etmək üçün hazırkı icraatdakı qətnamə ilə birbaşa mənzilə tutma yönəldilə, başqa sözlə hərraca çıxarıla bilməz. Mənzilin qeyd olunan kompensasiyadan sonra və onun hesabına əldə edilməsi həqiqi olması da heç nəyi dəyişmir. İddiaçının arqumentləri açıq-aşkar əsassız olmasa da iddianın bu hissəsinin təmin edilməsinin mövcud məhkəmə təcrübəsinə uyğun konkret hüquqi mexanizmini göstərə bilərdi, ancaq göstərmir, demək ki, olmadığı üçün göstərə bilmir. Cavabdehin pul vəsaitinin olmamasını bəyan etməsi yaxud gələcəkdə qətnamənin icrasından boyun qaçıracağına dair dəlillər də şikayətin əsaslılığını artırmır. İddiaçının yanaşmasından belə çıxır ki, pul tələblərinin təmin edilməsinə dair çıxarılan minlərlə məhkəmə aktlarında əsas oldu-olmadı mütləq ki, tutmanın borclunun əmlakına yönəldilməsi və hərracdan satılmalı, əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin təmin olunması olduğu qeyd olunmalıdır. Bu cür vəziyyət kreditorların maraq və mənafeyinə uyğun olsa da, mülki dövriyyədə xaos yaradar. Çünki bu hallar üçün qanunvericilikdə xüsusi hüquqi mexanizmlər mövcuddur. Əks halda ipoteka hüququ, yüklülük hüququ institutlarının əhəmiyyəti itmiş olardı. Pulun və mənzilin əşya hüququnun obyekti olması da Mülki Məcəllənin 460.1-ci maddəsini həmin Məcəllənin 135, 136, 138, 385, 386.1, 1306.1-ci maddələri ilə birlikdə tətbiq edilməsinə əsas vermir. Başqa sözlə, 460.1-ci maddənin məhdudlaşdırıcı deyil, geniş tətbiq edilən norma olması onu məqsədindən xaric tətbiq edilməsi üçün əsas ola bilməz. Düzdü həmin maddə yalnız müqavilə əsasında əvvəlcədən nəzərdə tutulmuş təminat üsulları ilə məhdudlaşmır. Ancaq iddiaçının istədiyi qaydada öhdəliyin icrasının təmin üsulu məhz əvvəlcədən müqavilə ilə razılaşdırılmalı idi. Yəni, iddiaçı əvvəlcədən istəyirdisə ki, onun tələb edə biləcəyi pul vəsaiti həm də onun təminatı üçün hansısa əşyaya yönəldilsin, demək ki, bu əvvəlcədən qanuna uyğun qaydada rəsmləşdirilməli idi. Cavabdeh vərəsəyə keçmiş miras mənzil öhdəliyin təmini üçün yeganə hüquqi resurs olması belə məhkəməyə qətnamədə mənzilin gələcəkdə qətnamənin icra edilməsi mərhələsində icra məmuru tərəfindən hərraca çıxarılmaqla həll edilməli olduğunu qeyd etmək üçün əsas ola bilməz. Çünki ipoteka predmeti olmayan əmlakın qətnamənin icrası qaydasında hərraca çıxarılmadan da tələbkara təklif edilməsi institutu mövcuddur. Nəinki gələcəkdə qətnamənin icrası məqamında iddianı təmin etmək üsulu kimi icra məmurunun həmin əmlakı hərraca çıxartmaq kimi hüquqi imkanları məhdudlaşdırılmayıb, əksinə qanuni qüvvəsini alacağı təqdirdə icra mərhələsində icra məmurunun icra sənədinin icrasının təmin etmək üçün daha geniş səlahiyyətləri mövcuddur. Ona görə də vərəsəlik qaydasında əldə edilməyə çalışılan miras mənzil kreditora ödənməli olan pul vəsaiti hesabına alınması və ya hazırda mirası qəbul edənin kreditorun tələbini qarşılamağa pulu olmaması Mülki Məcəllənin 135-138, 385-386, 460.1, 1151, 1306-1307ci maddələri baxımından miras aktivi olan mənzilin hərracdan satılaraq miras passivi olan pul tələbinin ödənilməsini hazırkı mərhələdə qanuni etmir. Ona görə də istənilən hüquqi analizin özü arzu və istəyə deyil hüquqa uyğun olmalıdır.

40. İddiaçının məhkəmə qətnaməsi ilə razılaşmadığı növbəti hissəsinin müqavilədə nəzərdə tutulan mükafat məbləğinin 20%-dən 5%-ə endirilməsidir. İddiaçı bunu məhkəmənin öz təşəbbüsü ilə etdiyini göstərsə də bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe vardır. Belə ki, hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyil. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, hüquqi yardımın göstərilməsi ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür. Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir. Hazırkı iş üzrə iddiaçı vəkil tapşırığın uğurlu həllinə görə razılaşdırdıqları mükafatın məbləğini, yəni azaldılmasını mübahisələndirir. Burada cavabdehin mərhum atasının yüksək vəzifələrdə işləməsi, maliyyə işlərini, o cümlədən nəyə imza etdiyi bilməsi də iddianın bu hissəsinin tam təmin edilməsi üçün əsas deyil. Çünki işin uğurlu nəticəsinə görə iddia predmetinin dəyərinin önəmli bir hissəsinin, hazırkı işdə 20 faizin tərəfin ağır vəziyyətdə olmasından sui-istifadə edilməsi nəticəsində mükafat olaraq razılaşdırılması hallarından iddiaçı da çəkinə bilərdi yaxud iddia predmetinin dəyərinin daha az hissəsi ilə razılaşma bağlaya bilərdi. Əlbətdə müqavilənin könüllü və müqavilə azadlığı prnsipinə uyğun bağlandığı mübahisələndirilməsə də məhkəmə müqavilə azadlığı və hüquqi yardım almaq hüququ arasında ədalətli balans gözlənilməklə düzgün nəticəyə gəlmişdir.

41. İddianın təmin olunmayan vergi və digər ödənişlərə görə 26 faiz əlavənin tutulmasının rədd edilməsi hissəsində də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Çünki tələbin bu hissəsi üzrə cavabdehin iddiaçı qarşısında hər hansı bir əsasla öhdəliyi yaranmayıb. Başqa sözlə, iddiaçı bu məbləği hansı əsasla cavabdehdən tələb etməsini də ağlabatan dəlillərlə izah etməyib. 42.Bundan əlavə, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən də cavabdehdən pul tələb edib. Məhkəmə bu hissədə iddianı qismən təmin edib. Bu hissədə iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsi təşkil edir. Demək iddia tələbinin qanuni əsasını da Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil etməlidir. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edib. Öhdəliyin icra olunmamasında borclunun təqsirinin olub-olmaması Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı illik 5 faizin tutulması üçün əsas pul məbləğinin ödənilməsinin gecikdirilməsi, yəni pul öhdəliyinin icra edilməməsi təşkil edir. Birinci instansiya məhkəməsi bu hissədə iddianı qismən təmin edərkən cavabdehin mərhum atasının kompensasiyanın sonuncu məbləğini aldığı vaxtdan öldüyü vaxtadək olan dövrü əsas götürərək iddianı qismən təmin edib. İddiaçı təmin edilməyən hissəni mübahisələndirir. Ancaq bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Çünki cavabdeh iddiaçının müqavilə tərəfi olduğu şəxsin vərəsəsi olsa da, onun iddiaçı qarşısında bilavasitə pul ödəməsi öhdəliyi olmamışdır. Başqa sözlə, cavabdehin hazırkı iddia üzrə müqavilə tərəfi olmuş mərhum atasının vərəsəsi kimi öhdəliyi yaranıb. Hazırkı qətnamə qanuni qüvvəsini alacağı təqdirdə pul məbləği ödənilmədiyi halda iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehdən pul tələb hüququ yarancaqdır.

43. Bundan savayı, Mülki Məcəllənin 1158.2-ci maddəsinə görə, əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. İddiaçı mübahisənin həlli üçün bu maddənin dispozisiya şərtlərinin yoxlanılmalı olduğu halda, birinci instansiya məhkəməsinin heç bir hərəkət etmədiyini, maddəni görməzdən gəldiyini göstərib. Əvvəla, iddiaçı bu normanı məzmununu özünəməxsus şəkildə təfsir etməyə cəhd etsə də, həmin normanın hazırkı iddianın mahiyyəti ilə heç bir əlaqəsi yaxud bağlılığı yoxdur. Çünki həmin maddənin 1158.1-ci hissəsində vəsiyyət edənin vərəsə üçün əşyanı yanlış qoymasından, 1158.2-ci maddəsində isə ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcudluğundan bəhs edilir. Hər iki halda da, yəni, həm yanlış qoyulan əşyanın mülkiyyətçisinin onu ümumi qaydada tələb edə bilməsi, həm də miras əmlakda gizli olan başqa şəxsin əmlakının aşkar olunması və müvafiq şəxsə verilməsi nəzərdə tutulur. Əlbətdə ki, iddiaçının Mülki Məcəllənin 1158.2-ci maddəsinə istinad etməklə apardığı müqayisə uğurlu olmasa da, bu normanın da ona nail olmaq istədiyi məqsədə çatmaq üçün köməyi olmayacaqdır. Başqa sözlə, X15in 2023-cü ildə kompensasiyanı alandan sonra 2024-cü ildə, məhz kompensasiya nəticəsində aldığı pul hesabına 300.000 manata sözügedən mənzili alması həqiqi olsa belə, qətnamədə mənzilin satılaraq əldə edilən vəsait hesabına təmin edilən məbləğin iddiaçıya ödənilməsi göstərilə bilməz. Yuxarıda da artıq qeyd edildiyi qətnamənin icra mərhələsində icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən ödənilməli olan pul məbləğinin borclunun əmlakı, o cümlədən miras mənzilin tələbkara təklif edilməsi yaxud hərrac vasitəsi ilə satılması nəticəsində pulun ödənilməsinin təmin edilməsi kimi müxtəlif hüquqi mexanizmlər mövcuddur. Ona görə də apellyasiya instansiyası məhkəməsinirn qətnaməsində bu və digər göstərilən hallar barədə xüsusi qeydin yazılmasına da ehtiyac və zərurət yoxdur.

44. Birinci instansiya məhkəməsi qətnaməni 4 apreldə elan edib, 26 apreldə Elektron məhkəmə informasiya sisteminə yükləməsi, yəni 10 iş günündə deyil, 15 iş günündə tərtib etməsi də onun qanunsuz və əsassız olduğuna dəlalət etmir. Əlbətdə ki, qətnamənin iddiaçının tam istəyinə və arzusuna uyğun olmaması, başqa sözlə iddiasının tam təmin edilməməsi onu qanunsuz və əsassız adlandırmağa əsas vermir. Çünki qətnamə dövlətin adından çıxarılır, onun qanuniliyi və əsaslılığı yuxarı instansiya məhkəməsi tərəfindən yoxlanılır. Məhkəmə tərkibi də qətnamənin mahiyyət etibarı ilə düzgün olduğunu müəyyən etdi. Təbii ki, qətnamənin tərtib edilməsi üçün nəzərdə tutulan prosessual pozuntu şərtli pozuntu sayılır. Yəni, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdırsa və mahiyyəti üzrə düzgündürsə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Başqa sözlə, istənilən prosessual pozuntu deyil, yalnız elə prosessual hüquq normalarının pozulması baş verməlidir ki, qətnamənin ləğv edilməsi üçün əsas olsun. Bu cür pozuntular isə MPM-də konkret göstərilmişdir.

45. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir və mübahisələndirdiyi hissədə, yəni iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilməsi üçün əsas görmür. Çünki bu dəlillər də birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmışdır. Belə ki, cavabdehin mərhum atasının vərəsəsi olması işin mübahisəsiz halıdır və özü də bunu inkar etmir. Cavabdehin atası tərəfindən ödənilməli olan vəsaitdən faydalanmaması, kompensasiya məbləğinin 644.000 manatdan çox hissəsi mərhumun bacısının, yəni cavabdehin bibisinin hesabına köçürülməsi, qalan 200.000 manatın başqa borcun icrasına yönəldilməsinin həqiqi olması belə onu vərəsə olaraq iddiaçı qarşısında yaranmış öhdəlikdən azad edə bilməz. Çünki cavabdehin atasından vərəsəlik yolu ilə heç bir əmlak almamasını sübut etmək yükü onun üzərinə düşür. Əksinə onun mirası qəbul etmək üçün atası öləndən dərhal sonra Gəncə şəhərindəki 6 saylı Notariat Ofisinə müraciət etməsi və müraciəti əsasında vərəsəlik işi açıldığı, üstəlik 10 oktyabr 2024-cü il tarixli 978 nömrəli məktubla notarius Məhərrəm Talıbov vəfat etmiş atası X4 birinci dərəcəli vərəsələri sırasında olması və notariat işinin aparılması üçün tələb olunan sənədlər toplandıqdan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyini bildirməsinə dair sübut mövcuddur. Hətta bu cür sübut olmasa belə cavabdehin Mülki Məcəllənin 21 iyun 2025-ci il tarixədək qüvvədə olan 1307-ci maddəsinə əsasən iddiaçının qarşısında öhdəliyi yaranmışdır. Çünki qeyd olunan maddənin tələbinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Demək ki, cavabdehin vərəsə kimi miras qoyanın atasının borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi olmuşdur. Ancaq cavabdeh nə mirasın notarius tərəfindən siyahıya alındığına, nə də miras qoyanın borclarının mirasdan çox olduğuna dair mötəbər sübut təqdim etməyib. Deməli, qət olunan məbləğdə iddiaçı qarşısında yaranmış öhdəliyini də icra etməlidir.

46. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 688/2025 saylı, 04 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-688/2025 saylı, 04 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumlara tərəflərin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar