Məhkəmə qərarları › İş №2(103)-3740/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3740/2022

18.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3740/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayızadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Əməliyyat Şirkətinin nümayəndəsi Qurbanov Anar Tofiq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1705/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 01.01.2004-cü ildə "xxxx" Əməliyyat Şirkətində texniki təmir üzrə mühəndis vəzifəsinə qəbul edilərək həmin müəssisədə əmək fəaliyyətinə başlamışdır. 20.02.1996-cı ildə Tikinti Şöbəsində Tikinti və borukəməri üzrə nəzarətçi, 01.01.2009-cu ildə Tikinti Quraşdırma sexində tikinti quraşdırma sexinin rəis müavini, 01.06.2010-cu ildən 27.11.2020-ci ilədək isə tikinti quraşdırma sexinin rəisi vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin 27.11.2020-c l tarixli 32 X-0k nömrəli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin 27.11.2020-ci il tarixli 32 X-0k nömrəli əmri qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir. Belə ki, əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsi üçün əsas F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun 05.11.2020- ci il tarixli xidməti yaxıları və akta istinad edilir. Halbuki Əmək Qanunvericiliyi 70-ci maddəsinin «ç» bəndinə əsasən işçinin əmək müqaviləsinin ləğv olunması üçün Həmkarlar İttifaqı Təşkilatının (Komissiya) iclası, həmin iclasda müqaviləsi ləğv edilən şəxsin iştirakı müzakirəsi və s. kimi əsasları özündə ehtiva edir. Əmrdə yazılan hallar həqiqəti əks etdirmir. İddiaçı heç bir qanun pozuntusuna yol verməmişdir. Toplaşmaq və ya işəgötürədən müəyyən tələblər etmək isə Əmək Məcəlləsində işçinin təsbit edilmiş hüquqlarıdır. Buna baxmayaraq, iddiaçı orada 2 dəqiqədən az dayanmamışdır və işçilərin də bununla bağlı müraciətləri var. Göstərilənlərə əsasən iddiaçı "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin 27.11.2020-ci il tarixli 32 X-0k nömrəli əmrinin ləğv edilməsi, "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətində «Tikinti Quraşdırma sexində «Tikinti quraşdırma sexin rəisi» vəzifəsinə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1705/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunmuşdur ki, sözü gedən əmrdə əsas kimi F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun 05.11.2020- ci il tarixli xidməti yazısı və izahat verməkdən imtina barədə akta istinad edilib. Xidməti yazıda qeyd edilir ki, 04.11.2020-ci il tarixdə bir qrup işçilərin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirilməsi barədə məlumat daxil olmuşdur. İşçilərlə yerində aparılan söhbətlərdən sonra məlum olmuşdur ki, işçilərin toplaşmağında əsas səbəblərə hal-hazırki iş qrafıklərinin bəzilərini qane etməməsi, bir çoxlarının isə lazım olduqda, yəni istədikləri zaman iş yerlərini tərk etməyə icazə verilməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan və icazələrin əmək qanunvericiliyinin və Şirkətin Filialı üzrə 23.07.2020-ci il tarixli, 218-AZ №-li əmrin tələblərinə uyğun verilməsi izah edildikdən, virus infeksiyasının geniş yayıldığı, həmçinin ölkənin müharibə vəziyyətində olduğu bir şəraitdə bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi barədə xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra, Şirkətin Filialının Təmir quraşdıma sexinin rəisi İddiaçı emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamışdır. Yaranmış problemlərlə bağlı təklifləri varsa, struktur bölmə rəhbəri kimi yazılı şəkildə Şirkətin Filialının rəhbərliyinə şifahi və yazılı müraciət etməli olduğu İddiaçı bildirilsə də, o, rəhbərlik etdiyi sexin işçilərini əmək funksiyalarının icrasına dəvət etməkdənsə, qarışıq və əsassız fikirlər səsləndirərək işçiləri qızışdırmağa davam etmişdir. İşçilərlə izahedici söhbətlər davam etdirilərək sakitləşdirilmiş, onlara özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və saat 09.30-dan sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar. Xidməti yazıda o da qeyd edilir ki, qanunsuz toplantıda iştirak edən və daha çox qarışıqlıq salmaq istəyən işçilərin çox hissi Təmir-quraşdırma sexinin işçiləri olmuşlar. Nəticə etibarı ilə iş vaxtı ərzində Şirkətin Filialının rəhbərliyini xəbərdar etmədən qanunsuz toplantı ilə əlaqədar xeyli sayda işçi 2 saata yaxın bir müddət özlərinin iş yerlərində olmamış, yəni əmək və icra intizamını pozaraq əmək funksiyalarını yerinə yetirməmişlər və bu da istehsalatın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. Qeyd olunan xidməti yazı ilə əlaqədar qeyd etmək lazımdır ki, birincisi, iddiaçının aksiyanın keçirilməsi və ya təşkil etməsi barədə heç bir sübut yoxdur. Yəni işçilərin toplanmağı ilə əlaqədar onun bağlılığı yoxdur. Bu barədə hər hansı bir rəsmi məlumat yoxdur. ikincisi, cavabdeh təşkilat tərəfindən belə bir aksiyanın keçirilməsi barədə video kameralar vasitəsilə qeydə alınmamışdır. Bu barədə məhkəməyə iddiaçı tərəfindən vəsatət verilmişdir. Lakin, cavabdeh məhkəmənin sorğusuna cavab verməmişdir. üçüncüsü, işçilərin əmək funksiyalarını icra etməməkləri nəticəsində normal iş ahəngini pozulmasının nədən ibarət olması xidməti yazıda öz əksini tapmamışdır. Cavabdeh təşkilat bir cümlə yazmaqla normal iş ahənginin pozulmasına yalnız sözlər şəklində istinad etmişdir. Halbuki həmin normal iş ahənginin pozulması zamanı işəgötürənə hansı şəkildə ziyan dəymişdir və ya işəgötürən hansı formada gözləntilərdən məhrum olduğunu əsaslandırılmamışdır. Yalnız söz şəkilində normal iş ahənginin pozulmasına istinad edən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də təsdiq olunur ki, iddiaçı əksinə aksiyanın keçirilməsinə qəti şəkildə etiraz etmiş və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarını vacibliyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN seriya ******* nömrəli, 21.01.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, "xxxx" Azərbaycan Respublikasındakı filialının rəhbəri Davlyatov Vladimir Oleqoviç tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməyib və son haqq-hesab və əmək haqqından tutulması düzgün aparılmayıb. Nəticədə Davlyatov Vladimir Oleqoviç tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən verilən izahata görə, qeyd olunan inzibati xəta haqqında protokoldan işəgötürən tərəfindən şikayət verilərək mübahisələndirilsə də Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin müvafiq Qərarı ilə Protokol qüvvəsində saxlanılmışdır. Bununla bağlı iddiaçı tərəfindən həmin qərarın surətinin əldə edilməsi ilə bağlı sorğu ünvanlanmışdır. Məhkəmə tərəfindən iş materiallarında olan inzibati xəta haqqındakı Protokola münasibət belə bildiririlməmişdir. Belə ki, həmin Protokol cavabdeh tərəfin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməməsini göstərir. Belə ki, protokoldan hər iki 2 əsasın işəgötürən tərəfindən pozulması açıq-aşkar görünür. Bunlardan biri işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi, digəri isə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsidir. Təssüflər olsun ki, işə baxan birinci instansiya məhkəməsi ləğv edilməmiş və qüvvədə olan protokola sadəcə bir cümlə ilə (işəgötürənin şikayət verməsi) ilə toxunmuşdur. Halbuki sözü gedən protokolda işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması öz əksini tapmışdır. Bundan əlavə məhkəmədə şahid ifadələrinə belə qiymət verilməmişdir. Belə ki, şahid qismində dindirilmiş Kərimov Zaur Kərim oğlu öz ifadəsində göstərmişdir ki, o, həmin şirkətdə çalışır. Pandemiya ilə əlaqədar növbə ilə işləmək üçün işçilərlə etiraz edirdilər. Əvvəldə dəfələrlə şifahi surətdə müraciət etsələr də, faydası olmamışdır. Onlar, işçilər olaraq, İddiaçı toplaşmaq istəməsi barədə müraciət etmişlər. Şaiq buna icazə verməmiş, mövzunu rəhbərliyə çatdıracağını bildirmişdir. Lakin aksiya baş tutmuş, aksiyanın sonunda Şaiq gəlmiş və onlara müraciətləri yazılı etməli olduqlarını və artıq iş başına qayıtmalı olduqlarını bildirmişdir. Həmin aksiya ilə əlaqədar ona da şiddətli töhmət verilmişdir. Şahid qismində dindirilmiş Mazanov Akif Balaş oğlu öz ifadəsində göstərmişdir ki, Şaiq onun müdiri olub. Aksiya zamanı Şaiqi axırda görmüşdür. Aksiya təxminən səhər saat 09 radələrində baş tutmuşdur. Şaiq axırda aksiya olan yerə gəlmişdir. O, Şaiqə işçilərin aksiya üçün yığışdığını bildirmişdir. Ona aksiya üçün yığışan işçiləri çağırmasını bildirmişdir. Şaiq aksiya olan yerə gəldikdə onlara iş başına qayıtmalı olduqlarını bildirmiş və aksiyanı dağıtmışdır. Göründüyü kimi, cavabdeh şirkətdə hal-hazırda işləyən şahidlər də məhkəmədə ifadə verərək iddiaçının aksiyanın keçirilməsinə qəti şəkildə etiraz etdiyini və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarını vacibliyini vurğuladığını bildirmişlər. Belə olduğu təqdirdə hansı əsasla həmin şahid ifadələrinə dair bir cümlə belə məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6463/2021 nömrəli iş üzrə 01.09.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilərərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2021-ci il tarixli, 2(102)-742/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6463/2021 nömrəli iş üzrə 01.09.2021ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Əməliyyat Şirkətinin nümayəndəsi Qurbanov Anar Tofiq oğlu apellyasiya şikayətinə etiraz edərə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1705/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, "xxxx" Əməliyyat Şirkətinin ("xxxx" Operating Company) 27.11.2020-ci il tarixli 32 X-Ok nömrəli əmri ləğv edilməli, İddiaçı "xxxx" Əməliyyat Şirkətində ("xxxx" Operating Company) Tikinti Quraşdırma sexində “tikinti quraşdırma sexinin rəisi” vəzifəsinə bərpa olunmalı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqı hesanlamaqla ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Kərimov Zaur Kərim oğlu öz ifadəsində göstərmişdir ki, o, həmin şirkətdə çalışır. Pandemiya ilə əlaqədar növbə ilə işləmək üçün işçilərlə etiraz edirdilər. Əvvəldə dəfələrlə şifahi surətdə müraciət etsələr də, faydası olmamışdır. Onlar, işçilər olaraq, İddiaçı toplaşmaq istəməsi barədə müraciət etmişlər. Şaiq buna icazə vermədi, mövzunu rəhbərliyə çatdıracağını bildirmişdir. Lakin aksiya baş tutmuş, aksiyanın sonunda Şaiq gəlmiş və onlara müraciətləri yazılı etməli olduqlarını və artıq iş başına qayıtmalı olduqlarını bildirmişdir. Həmin aksiya ilə əlaqədar ona da şiddətli töhmət verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Mazanov Akif Balaş oğlu öz ifadəsində göstərmişdir ki, Şaiq onun müdiri olub. Aksiya zamanı Şaiqi axırda görmüşdür. Aksiya təxminən səhər saat 09 radəlrində baş tutmuşdur. Şaiq axırda aksiya olan yerə gəlmişdir. O, Şaiqə işçilərin aksiya üçün yığışdığını bildirmişdir. Ona aksiya üçün yığışan işçiləri çağırmasını bildirmişdir. Şaiq aksiya olan yerə gəldikdə onlara iş başına qayıtmalı olduqlarını bildirmiş və aksiyanı «dağıtmışdır». İşdə olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı 01.01.2004-cü il tarixdə "xxxx" Əməliyyat Şirkətinin texniki təmir üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, 20.02.2006-cı il tarixdə tikinti şöbəsində tikinti və boru kəməri üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, 01.01.2008-ci il tarixdə Tikinti quraşdırma sexində Tikinti-quraşdırma sexinin rəis müavini vəzifəsinə keçirilmiş, 01.06.2010-cu il tarixdə tikintiquraşdırma sexinin rəisi vəzifəsinə keçirilmiş, 27.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" Operating Company» şirkəti tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli 32X-OK nömrəli əmrin surətindən görünür ki, qəsdən və ya səhlənkarlıqla özünün əmək funksiyasının yerinə yetirməyərək istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğuna görə Təmir-quraşdırma sexinin rəisi İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 27 noyabr 2020-ci il tarixdən xitam verilmişdir. Əsas: F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun 05.11.2020-ci il tarixli xidməti yazısı, İddiaçı izahat verməkdən imtina etməsi barədə akt. Həmin əmrin əsası kimi aşağıdakılar qeyd olunmuşdur: Kayman Adalarının Cavabdehın Kadrlar şöbəsinin rəisi F.Əliyev, Əməyin təşkili və planlaşdırılması şöbəsinin rəisi Ə.Vəliyev və Təhlükəsizlik xidmətinin rəis müavini N.Mikayılov 05.11.2020-ci il tarixli xidməti yazı ilə müraciət edərək 04.11.2020-ci il tarixdə bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmələri barədə məlumat vermişlər. İşçilərlə yerində aparılan söhbətlərdən məlum olmuşdur ki, işçilərin toplaşmağında əsas səbəblrə hal-hazırki iş qrafiklərinin bəzilərini qane etməməsi, bir çoxlarının isə lazım olduqda, yəni istədikləri zaman, iş yerlərini tərk etməyə icazə verilməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan və icazələrin əmək qanunvericiliyinin və Şirkətin Filialı üzrə 23.07.2020-ci il tarixli 218-AZ №-li əmrin tələblərinə uyğun verilməsi izah edildikdən, virus infeksiyasının geniş yayıldığı, həmçinin ölkənin müharibə vəziyyətində olduğu bir şəraitdə bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi barədə xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra, Şirkətin Filialının Təmirquraşdıma sexinin rəisi İddiaçı Culovxan oğlu emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamışdır. Yaranmış problemlərlə bağlı təklifləri varsa, struktur bölmə rəhbəri kimi yazılı şəkildə Şirkətin Filialının rəhbərliyinə şifahi və yazılı müraciət etməli olduğu İddiaçı bildirilsə də, o, rəhbərlik etdiyi sexin işçilərini əmək funksiyalarının icrasına dəvət etməkdənsə, qarışıq və əsassız fikirlər səsləndirərək işçiləri qızışdırmağa davam etmişdir. İşçilərlə izahedici söhbətlər davam etdirilərək sakintləşdirilmiş, onlara özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və saat 09.30-dan sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar. Xidməti yazıda o da qeyd edilir ki, qanunsuz toplantıda iştirak edən və daha çox qarışıqlıq salmaq istəyən işçilərin çox hissi Təmir-quraşdırma sexinin işçiləri olmuşlar. Nəticə etibarı ilə iş vaxtı ərzində Şirkətin Filialının rəhbərliyini xəbərdar etmədən qanunsuz toplantı ilə əlaqədar xeyli sayda işçi 2 saata yaxın bir müddət özlərinin iş yerlərində olmamış, yəni əmək və icra intizamını pozaraq əmək funksiyalarını yerinə yetirməmişlər və bu da istehsalatın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. Xidməti yazı əsasında aparılan araşdırma ilə əlaqədar 06.11.2020-ci il tarixdə izahat alınmasından ötrü Şirkətin Filialının İnzibati binasına dəvət edilən Tmir-quraşdırma sexinin rəisi İddiaçı şifahi olaraq bildirmişdir ki, keçiriləcək qanunsuz toplantı barədə onun bir neçə gün öncədən xəbəri varmır və bu barədə rəhbərliyə heç bir məlumat verməmişdir. Bununla belə İddiaçı yazılı izahat verməkdən imtina etmişdir və bu barədə müvafiq akt tərtib olunmuşdur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, struktur bölmədə işin təşkili, təkmilləşdirilməsi, işçilərin iş qrafikləri, işçilərə icazələrin verilməsi və işçilərin digər hər hansı bir problemləri ilə bağlı suallar, fikirlər və təkliflərlə əlaqədar Təmir-quraşdırma sexinin rəisi İddiaçı Şirkətin Filialının rəhbərinə hər hansısa şifahi və yazılı müraciəti olmamışdır. Bundan əlavə «Hərbi vəziyyət elan edilməsi haqqında» Azərbaycan Respubliksı Prezidentinin 27.09.2020-ci il tarixli Fərmamına əsasən Respublikada hərbi vəziyyət mövcud olduğundan İddiaçı tərəfindən həmin Qanunun tələbləri ilə pozulmuşdur. Belə ki, qeyd olunan Qanuna əsasən hərbi vəziyyət rejimində mülkiyyət və təşkilati – hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar xüsusi iş rejiminə keçirilir və bütün növ yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlər, habelə digər kütləvi tədbirlərin keçirilməsi qadağan edilir. Bundan əlavə İddiaçı tərəfindən Şirkətin filialının rəhbərinin 175-AZ №-li 12.06.2020-ci il tarixli əmrinin 1.5 və 1.6-cı bəndlərinin,3-cü maddəsinin tələbləri yerinə yetirilməmişdir. Qeyd olunan əmrə əsasən o, struktur bölməsi rəhbəri kimi işçilərin əmək funksiyalarının yerinə yetirilmələrinə, çox sayda işçilərin bir yerdə toplaşmalarına yol verilməməsi üçün tədbirlər görməli idi. Göründüyü kimi İddiaçı nəinki bu cür tədbirlərin görülməsini təmin etməmiş hətta həmin əmək funksiyaların yerinə yetirilməməsində şəxsən özü iştirak etmişdir. Bundan əlavə tabeliyində olan işçilərin iş vaxtı ərzində qanunsuz olaraq toplaşmalarına şərait yaratmaqla İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi Karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 336 №-li 12.09.2020ci il tarixli Qərarının tələbləri də pozulmuşdur. Beləliklə, 04.11.2020-ci il tarixdə bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirilmələrinin səbəbləri ilə bağlı aparılan araşdırma göstərir ki, Şirkətin Filialının Təmir- Quraşdırma sexinin rəisi İddiaçı özünün əmək funksiyasının yerinə yetirməmiş, tabeçiliyində olan işçilərin istehsalat və məişət problemlərinin həlli istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı Şirkətin Filialının rəhbərliyini məlumatlandırmamış, Şirkətin Filialının rəhbərinin əmr vəəm rvəcamlarını yerinə yetirməmiş, Azərbaycan Respublikasının Qanunlarını, Prezidentin Fərmanlarını, Nazirlər Kabinetinin Qərarlarını pozmuşdur. Bundan əlavə, tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etmə əvəzinə, özü daxil olmaqla, rəhbərlik etdiyi struktur bölmənin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə bilərəkdən şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İş materiallarında olan «Karasu Operating Company Ltd» şirkətinin Kadrlar şöbəsinin rəisi Əliyev Fərid Əlihüseyn oğlu, Əsəyin təşkili və planlaşdırılması şöbəsinin rəisi Vəliyev Əlisətdar Fazil oğlu, təhlükəsizlik xidmətinin rəis müavini Mikayılov Namiq Ramazan oğlu tərəfindən tərtib edilmiş 06.11.2020-ci il taricxli aktdan görünür ki, Tikinti-quraşdırma sexinin rəisi İddiaçı Cilovdan oğlu barəsində yazılmış 05.11.2020-ci il tarixli xidməti məktubun araşdırılması məqsədilə əlaqədar İddiaçı 06.11.2020-ci il tarixdə Şirkətin ünvan 1 ünvanda yerləşən idarəsinə dəvət olunmuş, İddiaçı xidməti məktubla tanış olmuş, lakin izahat verməkdən imtina etmişdir. İşdə olan Əliyev Fərid Əlihüseyn oğlunun, Mikayılov Namiq Ramazan oğlunun, Vəliyev Əlisətdar Fazil oğlunun və qeyrilərinin yazılı izahatlardan görünür ki, 04.11.2020-ci il tarixdə "xxxx" Şirkətinin təmir-quraşdırma sexinin bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzində Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmiş, işçilərin toplanmasında səbəblər iş qrafiklərinin bəzilərini qane etməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan sonra bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra şirkətin təmir-quraşdırma sexinin rəisi İddiaçı emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamış, işçiləri qızışdırmağa davam etmişdir. İşçilərələ özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və bir müddət sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar İş materiallarında olan "xxxx" Əməliyyat Şirkətinin 78 nəfər işçisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış ərizədən görünür ki, şirkətin Tikinti-quraşdırma sexinin rəisi İddiaçı qanunsuz və qərəzli işdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Salyan regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 01.11.2021-ci il tarixli məktubundan görünür ki, 05.11.2020-ci il tarixdə müəssisənin kadrlar şöbəsinin rəisi F.Əliyev, əməyin təşkili və planlaşdırma şöbəsinin rəisi Ə.Əliyev və təhlükəsizlik xidmətinin rəis müavini M.Mikayılov xidməti yazı ilə müraciət edərək 04.11.2020-ci il tarixdə bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmələri barədə məlumat vermişlər. Xidməti yazıda göstərilir ki, işçilərlə yerində aparılan söhbətdən məlum olmuşdur ki, işçilərin toplanmasında səbəblər hal-hazırki iş qrafiklərinin bəzilərini qane etməməsidir. Onlar tərəfindən işçilərlə maarifləndirici söhbətlər aparıldıqdan sonra bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi barədə xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Xidməti yazıda göstərilir ki, İddiaçı emosional şəkildə söhbətə qoyulmuş və müxtəlif fikirlər söyləmişdir. Göstərilən xidməti yazı filialın rəhbəri tərəfindən qəbul edilmiş və xidməti araşdırmanın aparılması, nəticələri barədə təkliflərin verilməsi dərkənarı qoyulmuşdur. Buna baxmayaraq aidiyyatı vəzifəli şəxslər tərəfindən xidməti araşdırma aparılması üçün komissiya yaradılmamış, əmək kollektivində müzakirələr aparılmamış, izahatlar suallar əsasında toplanılmamış və təkliflər verilməmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsinə Azəbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə uyğun olaraq xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən 71-ci maddənin 2-ci hissəsinə (bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) istinad edilmiş, lakin İddiaçı həqiqətən də işəgötürənə vurduğu zərər sübuta yetirilməmişdir. Belə ki, təmir quraşdırma sexinin işçiləri Kərimov Zaur, Mustafayev Yasər, Rəcəbov Yaşar, Dəmirov Həsrət, Qəhrəmanov Eldəniz iş üzrə izahat təqdim edərkən İddiaçı onları bu tədbirə təhrik edibetməməsi barədə sual-qoyulmamış və onlar da bunu öz izahatlarında təsdiq etməmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə istinad olunarkən müəyyən olunmuşdur ki, İddiaçı işlədiyi dövrdə rəhbərlik tərəfindən hər hansı intizam məsuliyyətinə cəlb olunmamışdır. Müəssisədə ilk Həmkarlar Təşkilatı olmadığından əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinə uyğun olaraq Həmkarlar Təşkilatının razılığı alınmamışdır. İddiaçı əmək müqaviləsinə xitam verilərkən istifadə etmədiyi 68 əsas məzuniyyət gününə görə pul əvəzi və istifadə etmədiyi 3 gün əvəz günə görə günlük vəzifə maaşının 2 misli həcmində pul əvəzi hesablanmışdır. İstifadə etmədiyi 68 gün məzuniyyətə görə (30+27-11) hesabat aparılmış, lakin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq hər iş ilinə görə illik gəlirə illər üzrə vergiyə cəlb edilən minimum ayrıca tətbiq edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin (əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası) 4 və 5-ci hissələrinin tələbləri pozularaq son haqqhesabın hesablanmasında nöqsana yol verilmişdir. İddiaçı son haqq-hesab işdən çıxdığı gün ödənilmişdir. Müraciətin nəticələri İddiaçı və işəgötürənin səlahiyyətli nümayəndəsi Qurbanov Anar Tofiq oğlunun iştirakı ilə müzakirə edildi. Göstərilən qanun pozuntuları işəgötürənin nümayəndəsinə izah olundu. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin (Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun) və 175-ci maddəsinin 4 və 5-ci hissələrinin tələbi pozduğuna görə (işdənçıxarma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümldən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz) işəgötürən Davlyatov Vladimir Oleqoviç barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 196-cı maddələrinə əsasən 21.01.2021-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edildi. Müraciətə baxılması zamanı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının 78 nəfər işçi tərəfindən İddiaçı qanunsuz və qərəzli işdən azad olunması barədə Azərbaycan Respublikası Prezidentinə ünvanlandıqları müraciəti DƏMDX-nin Salyan regional ərazi şöbəsinə daxil olmuşdur. İddiaçı 21.12.2020-ci il tarixdə qanunsuz işdən azad olunması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN seriya ******* nömrəli, 21.01.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, "xxxx" Azərbaycan Respublikasındakı filialının rəhbəri Davlyatov Vladimir Oleqoviç tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməyib və son haqq-hesab və əmək haqqından tutulması düzgün aparılmayıb. Nəticədə Davlyatov Vladimir Oleqoviç tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən verilən izahata görə, qeyd olunan inzibati xəta haqqında protokoldan işəgötürən tərəfindən şikayət verilərək mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 270-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən tətil keçirilməsi haqqında qərar işçilərin yığıncağında (konfransında) və yaxud həmkarlar ittifaqları təşkilatı (birliyi) tərəfindən bu Məcəllənin 262ci maddəsində müəyyən edilmiş qaydada qəbul edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyi işçilərin tətil etmək hüququnu həyata keçirmək üçün yuxarıda göstərilən prosedurları müəyyən etmişdir. Qeyd olunan prosedurların əsas məqsədi işçilərin tətili zamanı işəgötürənin məlumatlı olması və dolayısıyla onun da maraqlarının müdafiəsidir. Həmçinin nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsində tətillə nəzərdə tutulmuş tələblərin pozulması müəssisədə işin normal ahənginin pozulmasına səbəb ola bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi, qanunverici, adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud ƏM-in 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə qeyd edilən halların müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. İş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, “Karasu Operating Company» Şirkətinin Filialının Təmir-quraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz keçirilməsinə şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirak və səbəb olmuşdur. Hazırki işə gəldikdə isə iddiaçı və şahidlər şirkətin Təmir-quraşdırma sexinin işçiləri tətilin keçirilməsi ilə bağlı ifadə vermişdirlər. Buna baxmayaraq, işin halları və sübutlar ona dəlalət edir ki, şirkətin Təmir-quraşdırma sexinin bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. Məhkəmə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd edir ki, iddiaçı 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz keçirilməsinə şərait yaratmışdır. Bu hal isə özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı «əmrin ləğv olunması, işə bərpa tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verməsi üçün işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Qanunverici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir. Lakin nə əmrdə, nə də həmin əmri qanuni hesab edən məhkəmə qətnaməsində məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi göstərilməmiş və əsaslandırılmamışır. Hazırki iş üzrə iddiaçının işdən çıxarılmasına yeganə əsas işəgötürən müəssisənin kadrlar şöbəsinin rəisi F.Əliyev, əməyin təşkili və planlaşdırma şöbəsinin rəisi Ə.Əliyev və təhlükəsizlik xidmətinin rəis müavini M.Mikayılovun 05.11.2020-ci il tarixli xidməti yazısı olmuşdur. Lakin həmin xidməti yazıda qanunsuz aksiyanın məhz iddiaçı tərəfindən təşkil edilməsi və ya bu tədbirin keçirilməsinə şərait yaradılması, aksiyanın müddətinin uzanmasına səbəb olduğunu təsdiq edən hər hansı konkret fakta istinad edilməmiş, qeyrimüəyyən şəkildə iddiaçının qarışıq və əsassız fikirlər səsləndirməklə aksiya iştirakçılarını qızışdırdığı göstərilmişdir. Birinci instansiya məhkəməsi isə Cavabdehın Təmirquraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə, özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirak və səbəb olması qənaətinə gələrkən hansı sübutlara əsaslandığını qətnamədə göstərməmişdir Bundan başqa, məhkəmə hesab etmişdir ki, şirkətin təmir-quraşdırma sexinin bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. Lakin başqa işçilərin hərəkətlərinə görə iddiaçının məsuliyyət daşımasının əsasları qətnamədə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi isə Cavabdehın Təmir quraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə, özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirak və səbəb olması qənaətinə gələrkən hansı sübutlara əsaslandığını qətnamədə göstərməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi hesab etmişdir ki, şirkətin Təmir-quraşdırma sexinin bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. Lakin başqa işçilərin hərəkətlərinə görə iddiaçının məsuliyyət daşımasının əsasları qətnamədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kolegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq cavabdeh təşkilatın nümayəndəsinə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini pozmasına, həmçinin 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda məhz iddiaçının əmək və icra intizamının normal ahənginin pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirakının olmasına, eyni zamanda başqa işçilərin hərəkətlərinə görə iddiaçının məsuliyyət daşımasının əsaslarına dair sübut təqdim edilməsi təklif edilmiş, cavabdeh tərəf bu hallara dair hər hansı sübutu təqdim edə bilməmiş, yalnız izahatla münasibət bildirməklə kifayətlənmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək və icra intizamının normal ahənginin pozması iş materialları ilə sübut olunmadığndan "xxxx" Operating Company» şirkəti tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli 32XOK nömrəli əmri qanunvericiliyin pozulması ilə qəbul edilmişdir. Ona görə də qeyd edilən əmr əsaslı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1705/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, "xxxx" Əməliyyat Şirkətinin ("xxxx" Operating Company) 27.11.2020-ci il tarixli 32 X-Ok nömrəli əmri ləğv edilməli, İddiaçı "xxxx" Əməliyyat Şirkətində ("xxxx" Operating Company) Tikinti Quraşdırma sexində “tikinti quraşdırma sexinin rəisi” vəzifəsinə bərpa olunmalı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqı hesanlamaqla ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1705/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. "xxxx" Əməliyyat Şirkətinin ("xxxx" Operating Company) 27.11.2020-ci il tarixli 32 X- Ok nömrəli əmri ləğv edilsin. İddiaçı "xxxx" Əməliyyat Şirkətində ("xxxx" Operating Company) Tikinti Quraşdırma sexində “tikinti quraşdırma sexinin rəisi” vəzifəsinə bərpa olunsun və işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqı hesanlamaqla ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar