Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3744/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X19rşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və s) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-44/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh “Bakı şəhəri Təcili və X11 Stansiyası” ilə 3418 nömrəli əmək müqaviləsi bağlayaraq, 1 (bir) il müddətinə 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “təcili və X11 üzrə həkim” vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 532 manat təşkil etmişdir. İddiaçı cavabdeh müəssisədə əmək fəaliyyətini yerinə yetirdiyi dövrdə dəfələrlə nöqsanlara yol vermiş, bu nöqsanlarla əlaqədar barəsində müvafiq intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində 1143-K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət, xx.xx.2021-ci il tarixində 1846-K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət, xx.xx.2021-ci il tarixində 2430/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx.xx.2021-ci il tarixdə 3110-K nömrəli əmrlə isə iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən” xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli 1143-K saylı, xx.xx.2021-ci il tarixli 1846-K saylı, xx.xx.2021-ci il tarixli 2430/k saylı əmrlərin ləğv edilməsi, cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 3110-K saylı əmrin ləğv edilməsini, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının, cavabdehdən 51 227 (əlli bir min iki yüz iyirmi yeddi) manat “Covid-19 haqqı pulu”nun və cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş olan 6 750 (altı min yeddi yüz əlli) manat məzuniyyət pulunun ondan tutularaq iddiaçıya ödənilməsini, həmçinin cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə ona dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 30.000 AZN (otuz min manat), mediasiya və hüquqi xidmət xərci üçün 150 manat, cəmi 30 150 AZN (otuz min yüz əlli manat) pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X19rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” publik hüquqi şəxsi tərəfindən “xx.xx.2019- cu il tarixli əmək müqaviləsinin” ləğv edilməsi barədə verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının cavabdeh “Bakı şəhəri Təcili X23” X32də “təcili və X11 həkimi” vəzifəsində işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 51 227 (əlli bir min iki yüz iyirmi yeddi) manat “Covid-19 haqqı pulu”nun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş olan 6750 (altı min yeddi yüz əlli) manat məzuniyyət pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 30.000 AZN (otuz min manat), mediasiya və hüquqi xidmət xərci üçün 150 manat, cəmi 30 150 AZN (otuz min yüz əlli manat) pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” publik hüquqi şəxsi ilə 2 (iki) il müddətinə əmək müqaviləsi bağlayaraq “təcili və X11 həkimi” vəzifəsinə işə qəbul olunmuş və aylıq əmək haqqı 750 (yeddi yüz əlli) AZN olmuşdur. İddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən elektron sistemə yerləşdirilib və həmin müqavilə hüquqi qüvvəyə minib. Lakin cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3110-k nömrəli əmr ilə iddiaçı qanunsuz olaraq işdən azad edilib. xx.xx.2021-ci il tarixli 3110-k nömrəli əmrdə aşağıdakılar qeyd edilmişdir: a) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi: əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi; b) baş direktorun müalicə-metodik işləri üzrə müavini İ.S.Əliyevanın təqdimatı; c) “BŞT TTYS” X32 HİK-nin xx.xx.2021-ci il tarixli 349 nömrəli protokolu. İddiaçı barəsində bu günə qədər intizam tənbehi tətbiq olunmayıb, olunubsa da, bundan onun xəbəri olmamış, onu tənbehlə tanış etməyiblər. Bu səbəblə əmrdə qeyd edilən “a) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi” tamamilə qanunsuzdur. İddiaçının işdən azad edilməsi barədə əmrin əsaslarının heç biri, son haqq-hesab ona təqdim edilməmişdir. Bu səbəblə xx.xx.2021-ci il tarixində iddiaçı cavabdehə ünvanlamış olduğu yazılı ərizəsi ilə barəsində olan əmrin verilməsinə əsas olan sənədlərin surətinin, yəni baş direktorun müalicə-metodik işləri üzrə müavini İ S.Əliyevanın təqdimatının, “BŞT TTYS” X32 HİK-nin xx.xx.2021-ci il tarixli 349 nömrəli protokolun və barəsində bu günə qədər verilmiş olan intizam tənbehlərinin surətinin təqdim edilməsini xahiş etmişdir. İddiaçı ərizənin birini poçt vasitəsilə (Göndəriş № SS697665784AZ), digərini isə baş həkimin katibəsinə təqdim etsə də, onlar ərizəni baş həkimin göstərişi ilə qəbul etməkdən imtina edərək “baş həkim əldən ərizə qəbul etməyə icazə vermir, getsin poçtla göndərsin” demişdir. İddiaçının ərizəsinə hələ də cavab verilməmişdir. İddiaçının işdən azad olunması ilə bağlı Həmkarlar İttifaqı tərəfindən heç bir iclas keçirilməmiş, keçirilibsə belə, həmin iclasa o, dəvət edilməmiş və iclasda iştirak etməmişdir. İddiaçı Həmkarlar İttifaqının üzvüdür, 2 faiz aylıq əmək haqqından tutulmalar olmuşdur. “Həmkarlar İttfaqı” özbaşına iclas keçirmiş, həmkarların üzvü olmasına baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Cavabdeh iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması səbəbi ilə işdən azad etmişdir. Həmin normada iddiaçının əmək funksiyasını pozması və əvvəllər verilmiş olan intizam tənbehindən nəticə çıxarmadığı qeyd edilib. İddiaçıya bu vaxta kimi intizam tənbehi elan edilməmiş, elan edilsə belə, bundan xəbəri olmamışdır. Göründüyü kimi, cavabdeh iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də, əslində Əmək Məcəlləsinin 72-ci maddəsini tətbiq etmişdir ki, həmin maddədə sadalananların heç biri baş verməmişdir. İddiaçının bütün bu sadaladıqları cavabdehin “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı normaları” düzgün tətbiq etmədiyinin göstəricisidir. İddiaçının digər bir tələbi isə “COVİD-19” pulunun düzgün hesablanıb ödənilməsi ilə bağlıdır. Belə ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli Sərəncamına əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulmuşdur. “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarının 1-ci maddəsinə əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 1.2. X34 xidməti göstərən tibb işçilərinə həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının “4” misli məbləğində. İddiaçının aylıq vəzifə maaşı 750 AZN təşkil edir. İddiaçı xx.xx.2019-xx.xx.2021-ci il tarixlərində 2 il 6 ay 2 gün işdə olmuş, həmin bu müddət ərzində xx.xx.2020-xx.xx.2021-ci il tarixi əhatə edən dövrdə yalnız xx.xx.2020- xx.xx.2020-ci il tarixlər arası 41 təqvim günü (40 gün məzuniyyət + 1 gün (9 noyabr qeyri-iş günü olduğu üçün)) məzuniyyətdə olmuş və həmin 41 gün (1 ay 10 gün ) üçün İddiaçı “Covid-19” haqqı ödənilməmişdir. xx.xx.2020 – xx.xx.2021-ci il tarixlərində 18 ay 21 gün İddiaçı “Covid-19” dönəmi olmuş və həmin müddətdən 41 gün çıxılaraq (18 ay 21 gün – 1 ay 10 gün = 17 ay 11 gün) alınan nəticə 17 ay 11 gün təşkil edir. İddiaçının xx.xx.2020 – xx.xx.2020 və xx.xx.2020 – xx.xx.2021 tarixlərində 1.5 ştat iş yükü, ümumilikdə 3 ay + 6 ay 20 gün = 9 ay 20 gün 1.5 ştat iş yükü olmuşdur. İddiaçının 17 ay 11 gün “Covid-19” dönəmi olub ki, bunun 9 ay 20 gün 1.5 ştat, 7 ay 21 gün isə 1.0 ştat iş yükü olmuş, 1.5 ştat üçün “Covid-19” haqqının hesablanması: (750 + 375) x 4 = 4500,00 AZN (dörd min beş yüz manat) təşkil edir. 1.0 ştat üçün “Covid- 19” haqqının hesablanması: 750 x 4 = 3000,0 (üç min) AZN təşkil edir. Nəzərə alınsa ki, iddiaçı 9 ay 20 gün 1.5 ştat işləmiş, deməli, bu müddət ərzində ona ödənilməli olan “Covıd-19” haqqı; (4500 azn x 9 ay + 20/30 x 4500 azn = 40500,00 + 3000,0) = 43500,00 AZN (qırx üç min beş yüz manat), 6 ay 21 gün 1.0 ştat işləmiş, deməli bu müddət ərzində iddiaçıya ödənilməli olan “Covid-19” haqqı; (3000,00 azn x 7 + 21/30 x 3000,00) = 21000,00 + 2100,00 = 23100,00 AZN (iyirmi üç min yüz manat). Bu minvalla 17 ay 11 gün “Covid-19” dönəmində cəmi ödənilməli olan “Covid-19” haqqı: 43500,00 AZN + 23100,00 = 66600,00 AZN (altmış altı min altı yüz manat). Lakin, iddiaçıya “Covid-19” haqqı ödənişi tam məbləğdə ödənilməmişdir. İddiaçının təqdim etmiş olduğu bank hesabından olan çıxarışda da aydın olur ki, ona 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr, dekabr, 2021-ci il yanvar, fevral, mart, aprel, may, iyun, iyul ayları üzrə ümumilikdə 12372,34 (on iki min üç yüz yetmiş iki manat otuz dörd qəpik) məbləğində “Covid-19” haqqı ödənişi olunmuş, yerdə qalan 66.600,00 – 12.372,34 = 51.227,66 AZN (əlli bir min iki yüz iyirmi yeddi manat altmış altı qəpik) məbləğində pul iddiaçıya ödənilməmişdir. İddiaçı həmin 51 227 manat “Covid-19” haqqı pulunun cavabdehdən tutulmasını xahiş edir. Bütün bunlar cavabdehin hərəkətlərinin heç bir hüquqi əsasa söykənmədiyini və qanunazidd olduğunu bir daha sübut edir. İddiaçının üçüncü tələbi isə 40 günlük məzuniyyət pulunun düzgün hesablanıb verilməsi ilə bağlıdır. Belə ki, o, işlədiyi xx.xx.2019- xx.xx.2021-ci il tarixləri ərzində yalnız xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində 41 gün məzuniyyətdə olmuş, xx.xx.2019-xx.xx.2020-ci il tarixində 1 illik iş müddətində məzuniyyət hüquququndan istifadə etməmişdir. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçinin məzuniyyət hüququ məhdudlaşdırıla bilməz. xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində əmək şəraitimin xarakteri, ağırlıq dərəcəsindən asılı olaraq iddiaçı məzuniyyət hüququndan istifadə etmək istəsə də, bu, mümkün olmamışdır. Həmçinin, iddiaçı işlədiyi müddət ərzində yuxarıda da qeyd etdiyi kimi, almalı olduğu “Covid-19” haqqı düzgün hesablanmadığı üçün dolayısı ilə məzuniyyət pulu da düzgün hesablanıb verilməmişdir. İddiaçı hesablamalarına əsasən (4500 azn (40 günlük Covid-19 haqqı) + 750 ) x 1.5 = 6750 AZN məbləğində məzuniyyət pulu ödənilməli idi. İddiaçının digər bir tələbi isə mənəvi zərərlə bağlıdır. Belə ki, heç bir hüquqi əsas və səbəb olmadan cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçı məhz qanunsuz olaraq iş yerini itirdiyi üçün çox böyük sarsıntı və çətinlik yaşayır. Vahid dolanacaq mənbəyi məhz iddiaçının iş yerindən olan qazancı olduğu üçün gündəlik tələbatlarını və digər ödənişlərini ödəyə bilmir. Həkim vəzifəsini daşıyan şəxsin necə də böyük məsuliyyətə malik olması yəqin ki, aydındır. Həkim ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunmasına həsr edən insandır. Məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz peşə fəaliyyətini həyata keçirə bilmir. İddiaçı həkim olmaq üçün illərlə əziyyət çəkmişdir. Öz fəaliyyətini icra edən zaman məhz belə qanunsuzluqlarla üzləşməli olur. İddiaçı üçün əsas olan öz peşə vəzifələrini yerinə yetirmək və öz xalqına ləyaqətli xidmət etməkdir. Cavabdehin öz mənafeləri naminə atdığı bu qanunsuz addım gözardı edilməməlidir. İşdən çıxarıldıqdan sonra iddiaçının çəkdiyi streslə bağlı sağlamlığı pozulmuşdur. Belə ki, iddiaçı Əfəndiyev adına 02 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində “mədə-bağırsaq qanaxması” diqanozu ilə yatmış, daha sonra isə 15 günlük müalicə yazılaraq evə buraxılmışdır. İddiaçının qeyd etdiklərindən aydın olur ki, cavabdeh ona nəinki maddi zərər, eyni zamanda mənəvi zərər də vurmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixində iddiaçıya heç bir xəbərdarlıq etmədən və Əmək Məcəlləsinin müvafiq normalarını kobudcasına pozaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının məhkəməyə müraciət etmək hüququ yarandığı üçün xx.xx.2021-ci il tarixində “əmək” mübahisəsinin (işə bərpa, məzuniyyət, “COVİD19” pulunun düzgün hesablanıb ödənilməsi) həll edilməsi ilə bağlı cavabdehə “mediasiya prosesinin tətbiqi barədə təklif” göndərmiş, xx.xx.2021-ci il tarixində isə mediatorun təyin edilməsi ilə bağlı Mediasiya Şurasına ərizə ilə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixində keçirilən “ilkin mediasiya sessiyasında” iştirak etməmişdir. X3 tərəfindən verilən 2021-004997 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan da aydın olur ki, “Bakı X10 Yardım Stansiyası” Publik hüquqi şəxsi xx.xx.2021-ci il tarixində, 16:45-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
4. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1143-K saylı, xx.xx.2021-ci il tarixli 1846-K saylı, xx.xx.2021-ci il tarixli 2430/k saylı əmrlərin ləğv edilməsi, cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 3110-K saylı əmrin ləğv edilərək, İddiaçı, cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32də “təcili və X11 həkimi” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 51 227 (əlli bir min iki yüz iyirmi yeddi) manat “Covid-19 haqqı pulu”nun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş olan 6 750 (altı min yeddi yüz əlli) manat məzuniyyət pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə İddiaçı dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 30.000 AZN (otuz min manat), mediasiya və hüquqi xidmət xərci üçün 150 manat, cəmi 30 150 AZN (otuz min yüz əlli manat) pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iddiaçı tərəfin xx.xx.2021-ci il tarixli 1143-k saylı, xx.xx.2021-ci il tarixli 1846-k saylı və xx.xx.2021-ci il tarixli 2430/k saylı töhmət əmrlərinin ona təqdim edilmədən verilməsini əsas gətirərək mübahisələndirməsi ilə bağlı əmrlərin ləğv edilməsi iddia tələbinə münasibətdə bildirmişdir ki, həmin töhmət əmrləri mülki iş məhkəmənin icraatına götürüldüyü tarixdən elektron kabinet vasitəsilə təqdim edilib. İş materiallarında mövcud olan əmrlərin təqdim edilmədiyi əsas gətirilərək mübahisələndirilməsi iddia müddətinin tətbiq olunması zərurətini meydana çıxarır. Odur ki, İddiaçı verilən xx.xx.2021-ci il tarixli 1143-k saylı, xx.xx.2021-ci il tarixli 1846-k saylı və xx.xx.2021-ci il tarixli 2430/k saylı töhmət əmrlərinin mübahisələndirilməsi ilə bağlı iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında mütəxəssis qismində cəlb edilmiş X7 (“Bakı şəhəri Təcili və X11 Stansiyası” X32də baş mühasib) bildirmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, tibb işçilərinə koronavirus xəstələri ilə işlədiyi saatlara görə vəzifə maaşı günlərə və saatlara bölünərək məbləğ müəyyən edilmiş və əlavə haqq ödənilmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-44/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə, 12-ci maddəsinin “b” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “ə” və “f” bəndlərinə, 80-ci maddəsinə, 154-cü maddəsinin 1-ci bəndinə, 157-ci maddəsinin 5-ci bəndinə, 172-ci maddəsinin 1-ci bəndinə, 173-cü maddəsinin 1-2-ci bəndlərinə, 186-cı maddəsinin 1-3-cü hissələrinə, 187-ci maddəsinin 1-2-ci hissələrinə, 188, 189, 190, 310-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, “Yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamına, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-44/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qətnamə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə əmrlərin iddiaçıya rəsmi qaydada təqdim edilmədiyini, yəni iddiaçının iddia müddətinin bərpası ilə bağı tələbinin haqlı olduğunu qəbul edir, lakin hesab edir ki, həmin töhmətlər qanunvericiliyin tələblərinə uyğun olaraq verilib, ona görə də qüvvəsində qalmalıdır. Məhkəmənin yanaşması qəbul edilməzdir. Belə ki, məhkəmə qeyd edilən faktların hüquq pozuntusu olub olmadığını araşdırmadan cavabdehin verdiyi məlumatlar və cavabdehin iddiaçı üzərində qurduğu “mobinq” (təzyiq) ilə alınmış etirafedici izahat əsasında qətnamə qəbul etmişdir. Yəni həmin faktların pozuntu olub-olmadığı müəyyən edilərkən mütləq qanunvericiliyə və X13 Sahəsindəki Beynəlxalq Protokollara istinad edilməlidir. Lakin məhkəmə qətnaməsində belə bir istinad görmək mümkün deyildir. Həmin Protokolların hamısı iş materiallarına iddiaçı tərəfindən daxil edilib. Məhkəmə qətnaməsinin əsassız olduğunu, həmin Əmrlərə baxanda və onları müvafiq Protokollar ilə müqayisə etdikdə də görmək mümkündür. Məhkəmə, Pandemiya dövründə həyatını riskə ataraq çalışmış həkim-iddiaçının heç bir əsas olmadan cavabdeh tərəfindən işdən qanunsuz olaraq azad edilməsini məhəl verməmiş, işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və digər maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 71-ci, 72-ci və digər maddələrini, digər qanunvericilik aktlarını pozmuşdur. Hesab edir ki, bu qəbul edilməzdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
15. 10- cu maddəsinin “b” bəndinə görə, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 16.
17. 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır.
18. 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə müvafiq olaraq, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqlarındandır.
19. 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir.
20. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
21. 72-ci maddəsinin “ə” və “f” bəndlərinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir
22. 80-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
23. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 173-cü maddəsinin 1-2-ci bəndlərinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri barədə məlumatlar göstərilir.
24. 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
25. 157-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
26. 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
27. 173-cü maddəsinin 1-2-ci bəndlərinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri barədə məlumatlar göstərilir.
28. 186-cı maddəsinin 1-3-cü hissələrinə görə, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
29. 187-ci maddəsinin 1-2-ci hissələrinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
30. 188-ci maddəsində qeyd edilmişdir ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir.
31. 189-cu maddəsində göstərilmişdir ki, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
32. 310-cu maddəsinin tələbinə görə, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
33. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
38. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır»
41. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
42. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
43. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamının 1-2-ci bəndlərinə görə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etməsi, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinin müəyyən edilməsi qərara alınmışdır.
44. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarının 1-ci bəndinə görə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilmişdir:
45. 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
46. 1.2. X34 xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
47. 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
48. 3-4-cü bəndlərinə müvafiq olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılmışdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməsi qərara alınmışdır.
49. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
55. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
60. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-44/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli 3418 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı 18 mart 2019-cu il tarixdən 18 mart 2020-ci il tarixinədək 1 (bir) il müddətinə 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “Bakı şəhəri Təcili və X11 Stansiyası”na “təcili və X11 üzrə həkim” vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 532 manat təşkil etmişdir.
63. Mülki işin materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000100 nömrəli xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən Bakı şəhəri X10 Yardım Stansiyası ilə İddiaçı arasında xx.xx.2019- cu il tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı həmin stansiyaya əsas iş yeri üzrə təcili və X11 üzrə həkim vəzifəsinə qəbul edilmişdir, aylıq əmək haqqının məbləği 532 manat təşkil etmişdir.
64. Mülki işin materiallarında olan 14 saylı bölmənin müdiri Ş.Kərimov tərəfindən BŞT və TTYS X32in Baş həkimi R.H.Nağıyevə ünvanlanmış məlumatdan görünür ki, TTY üzrə həkim İddiaçı xx.xx.2020-ci il tarixində 30 dəqiqə işə gecikmiş, səbəb kimi bir gün əvvəl “KRX” keçirdiyini, gecə yata bilmədiyini əsas gətirmişdir. Bu barədə İddiaçı izahatı alınmışdır.
65. Mülki işin materiallarında olan BŞT və TTYS PHŞ 14 saylı bölmənin TTTY üzrə həkmi İddiaçı tərəfindən Baş direktor R.H.Nağıyevə yazılmış xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, o, həmişə işə ən tez gələn işçi olmuş, demək olar ki, hər dəfə səhər saat 07:00-07:30 radələrində işdə olur və səhər yeməyini də işdə yeyir. 2-3 gün öncə qrip virusuna yoluxduğu üçün onda “KRX” olmuş və gecə yata bilmədiyi üçün bu gün səhər saat 09:29-da işdə olmaqla 29 dəqiqə işə gecikmişdir. Bir daha gecikməyəcəyinə, gecikməməyə çalışacağına dair söz vermişdir. İşə 29 dəqiqə gecikməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in baş direktoru R.H.Nağıyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, fevral ayındakı məzuniyyətinin zərurət yarandığı üçün aprel ayına keçirilməsinə icazə verilməsini xahiş etmişdir.
66. Mülki işin materiallarında olan Bakı şəhəri X10 X17 Hüquqi Şəxsinin əmək məzuniyyətinin keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli 314 nömrəli əmrindən görünür ki, 14 saylı bölmənin təcili və X11 üzrə həkimi İddiaçı ərizəsinə əsasən 2019-2020-ci il dövrü üçün olan əmək məzuniyyəti aprel ayına keçirilmişdir.
67. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Tibb müəssisələrinin rəhbərlərinə ünvanladığı xx.xx.2020-ci il tarixli 188-01/11 nömrəli məktubdan görünür ki, Koronavirus (COVİD-19) epidemiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimini nəzərə alaraq, tibb müəssisələrində çalışan tibb işçilərinin (istisna hallar nəzərə alınmaqla) növbəti məzuniyyətə çıxmasına müvəqqəti olaraq müvafiq məhdudiyyətlərin qoyulması və ciddi nəzarətə götürülməsi tapşırılmışdır.
68. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in xx.xx.2020-ci il tarixli 568 nömrəli əmrindən görünür ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2020-ci il tarixli 188-01/11 nömrəli Koronavirus (COVİD-19) epidemiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi haqqında məktubuna əsasən “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in işçilərinə növbəti məzuniyyətlərin verilməsi (istisna hallar nəzərə alınmaqla) müvəqqəti dayandırılaraq başqa aylara keçirilmişdir.
69. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 623 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər.
70. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 780 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər.
71. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1007 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər.
72. Mülki işin materiallarında olan İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış izahatdan görünür ki, Mərkəz tərəfindən maaşlara əlavələrin hesablanma qaydası ona ətraflı izah olunmuş və o başa düşmüşdür ki, maaşlara əlavələri düzgün hesablamamışdır. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1228 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər.
73. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1435 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər.
74. Mülki işin materiallarında olan İddiaçı tərəfindən “Bakı şəhəri Təcili və X11 Stansiyası” X32in baş direktoru R.H.Nağıyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, “COVİD-19” pandemiyası ilə əlaqədar 2019-2020-ci il üçün nəzərdə tutulan məzuniyyətlər müvəqqəti olaraq dayandırıldığı üçün məzuniyyətə gedə bilməmiş və məzuniyyətinin xx.xx.2020-ci il tarixə keçirilməsini xahiş etmişdir.
75. Mülki işin materiallarında olan “Bakı şəhəri Təcili və X11 Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1517 nömrəli əmrindən görünür ki, əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər. xx.xx.2020-ci il tarixindən COVİD-19 ilə əlaqədar çağırışların sayının azalması ilə laboratoriya və çağırışa gedən heyətdən başqa digərlərinin əmək haqlarına əlavələrin hesablanması gələcəkdə çağırışların sayının artması nəzərə almaqla hal-hazırda aylıq norma saatının yarısı qeyd edilməklə aparılmışdır. xx.xx.2020-ci il tarixindən qeyri-tibb işçilərinin əmək haqlarına əlavələrin verilməsi dayandırılmışdır.
76. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in baş direktoru R.H.Nağıyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, COVİD-19 pandemiyası ilə əlaqədar 2019-2020-ci il üçün nəzərdə tutulan məzuniyyətlər müvəqqəti olaraq dayandırıldığı üçün məzuniyyətə gedə bilməməsi səbəbindən məzuniyyətinin xx.xx.2020ci il tarixə keçirilməsini xahiş etmişdir.
77. Mülki işin materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında xx.xx.2020-ci il tarixli 1538-k nömrəli əmrindən görünür ki, “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Həkim heyətinin təcili və X11 üzrə həkimi İddiaçı xx.xx.2020-dən xx.xx.2020- dək xx.xx.2019/2020-ci il dövr üçün 40 t/g növbəti məzuniyyət verilmişdir (30 əsas+6 əlavə+4 staj+1 bayram). xx.xx.2020-ci il tarixdə işdə hesab edilmişdir.
78. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1809 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər. xx.xx.2020-ci il tarixindən COVİD-19 ilə əlaqədar çağırışların sayının azalması ilə laboratoriya və çağırışa gedən heyətdən başqa digərlərinin əmək haqlarına əlavələrin hesablanması gələcəkdə çağırışların sayının artması nəzərə almaqla hal-hazırda aylıq norma saatının yarısı qeyd edilməklə aparılmışdır.
79. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 2136 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər.
80. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 2360 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər.
81. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli 84 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər.
82. Mülki işin materiallarında olan “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb və qeyri-tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli 335 nömrəli əmrindən görünür ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan tədbirlərlə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən tibb və qeyri-tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmişlər.
83. Mülki işin materiallarında olan 15 saylı bölmənin müdiri X26 tərəfindən BŞT və TTYS X32in Baş direktoru R.H.Nağıyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, 15 saylı bölmənin təcili və X11 üzrə həkimi İddiaçı xx.xx.2021-ci il tarixdə saat 9/15 olan iş növbəsinə çıxmayıb. xx.xx.2021-ci il tarixdə olan 9/9 olan iş növbəsinə də çıxmamışdır. Hər iki halda işə çıxmamağı barəsində heç bir sənəd təqdim etməmişdir. Mart ayının əvvəlində o, Türkiyə Respublikasına gedəcəyini, orada imtaha vercəyəni bildirmişdir. 21.03 tarixində olan iş növbəsini dəyişmək istəmişdi, lakin növbələri arasında 13 gün pəncərə olduğunu nəzərə alıb onun növbəsini dəyişmək mümkünsüz idi. Həkim İddiaçı əl telefonuna 21.03 tarixdə 4 dəfə zəng etməsinə baxmayaraq, o telefona cavab verməmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir.
84. Mülki işin materiallarında olan BŞT və TTYS PHŞ-nin Baş direktoru R.H.Nağıyevə 15 saylı KYS-nin TTTY üzrə həkmi İddiaçı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 09:18-də işdə olmuş və 18 dəqiqə işə gecikmişdir. Qeyd edəcəyi istənilən səbəb işə gecikməyinə əsas verə bilməz. Ancaq yaşayış ünvanına yaxın Təcili X23na yer dəyişmək üçün 10 sentyabr 2020-ci il tarixdən indiyə kimi dəfələrlə mərkəzdə Baş direktoru R.H.Nağıyevin qəbulunda xahiş etsə də, çox təəssüf ki, sonuncu ona köməklik göstərməmiş və yenə də ondan asılı olmayan səbəbdən işə gecikmələri olur. Odur ki, onun iş yerinin yaşadığı ünvana dəyişdirilməsinə icazə verilməsi və 18 dəqiqəlik işə gecikməsinin üzrlü hesab edilməsini təkrar və çox artıq dərəcədə xahiş etmişdir.
85. Mülki işin materiallarında olan BŞT və TTYS X32in operativ və hospital işlərin təşkili üzrə şöbənin böyük həkimi Bayramova Sevda tərəfindən Baş Direktor R.H.Nağıyevə ünvanlanmış məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixində 8/20 növbəsində 16 k/s həkimi İddiaçı hospital şöbəyə zəng vurub, “appendisitə şübhə ilə” Yer 5 KŞX-ya. Cərrah baxıb və inkar edib. Lakin həkim İddiaçı həmin dəqiqə dəfələrlə zəng vuraraq hospital şöbəyə və başqa xəstəxanaya yer tələb edib. Hospital şöbənin dispetçeri bir neçə dəfə soruşub ki, əgər diaqnoz varsa deyin. Həkim USM lazım olduğunu bildirdi. Həkimə irad bildirəndə, onları hədələyib onlardan məlumat yazacağını deyib.
86. Mülki işin materiallarında olan BŞT və TTYS PHŞ-nin 16 saylı bölmənin TTTY üzrə həkimi İddiaçı tərəfindən Baş Direktor R.H.Nağıyevə yazılmış izahatdan görünür ki, 18.07.21-ci il tarixdə saat 17:15-də təkrar çağırış qəbul etmişdir. Ünvana daxil olarkən xəstə terminal vəziyyətdə idi və təxminən 2-3 dəqiqə sonra xəstə keçindi, rəhmətə getdi. İlkin çağırışda xəstəyə cərrahi d.z “Mədə xorası, qanaxma və deşilmə ilə” qoyuldu və yardım olundu, ancaq xəstə inad edərək qəti hospitalizasiyadan imtina etdi və imtinaya dair imza etdi. Təkrar çağırışda xəstə terminal vəziyyətdə idi. Xəstə 3 dəqiqə ərzində vəfat etdi, ancaq xəstə yaxınları emosional idi və briqadaya təsir və təzyiq edərək ölmüş xəstənin hospitalizasiya olunmasını istədilər. Ünvana daxil olarkən xəstə terminal vəziyyətdə olduğu üçün və xəstə bir neçə dəqiqəyə öldüyü üçün “Həkimə qədər ölüm, kişi cinsli meyid” diaqnozu qoymuşdur. Xəstə və mərhum haqqında çağırış vərəqində qeydiyyat apararkən səhvlərini anlamış, bundan sonra daha diqqətli və məsuliyyətli olacağına və bunun üçün çalışacağına söz vermişdir. Üzrlü hesab edilməsini və bağışlanmasını xahiş etmişdir.
87. Mülki işin materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli 1143-k nömrəli əmrindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:50-də 16 saylı bölməyə “bel ağrısı” səbəbi ilə birbaşa müraciət edən Səbinə Şamovanı bölmənin təcili təxirəsalınmaz və tibbi yardım üzrə həkimi İddiaçı müayinə edərək, “Onurğa beynin dəqiqləşdirilməmiş digər xəstəliyi (yırtığı?)” diaqnozu qoymuş, göstəriş olmadığı halda narkotik dərman preparatı Sol.Promedoli 2 % - 1,0 inyeksiya etmişdir. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Həkim heyətinin X10 yardım üzrə həkimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əsas: 0765 çağırış vərəqinin surəti, bölmə müdiri B.Tağıyevanın məlumatı, İddiaçı izahatı.
88. Mülki işin materiallarında olan BŞT və TTYS X32in 16 saylı bölmənin müdiri B.Tağıyeva tərəfindən Baş Direktor R.H.Nağıyevə ünvanlanmış məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:50-də 16 saylı bölməyə X21 tərəfndən müraciət olunmuşdur. Təvəllüdü: 25.08.97-ci il. Həkim İddiaçı xəstəni müayinə etmiş və “Onurğa beynin dəqiqləşdirilməmiş digər xəstəliyi (yırtığı?)” diaqnozu qoyaraq narkotik preparat Sol.Promedoli 2%-1.0 Sol NaCl 0.9% - 10,0” v/d işlətmiş, Xəstənin anamnezində: “1 həftə öncə” Vətən” Klinikasında müayinə olunub və onurğanın döş, bel və ana nahiyələrində protruziya aşkar olunub. Həkim Elşən tərəfindən müalicə alır. 01.05.21-ci il tarixdə səhər “5-dəq narkotik preparatların işlədilməsini araşdırarkən məlum olur ki, xəstə həkim İddiaçı xəstəliyin müayinəsi haqqında heç bir sənəd təqdim etməyib. Həkim xəstənin “Diolofmak, analgin, spazmalgon” preparatlarını qəbul etməsini öz izahatında yazır, lakin xəstənin anamnezində qeyd etmir. Bu faktı araşdırarkən məlum oldu ki narkotik preparatının işlədilməsi məqsədə uyğun deyil. Göstərilən yardım qənaətbəxş deyil. Həkim İddiaçı tərəfindən açılmış təcili yardımın qeydiyyat vərəqəsi təqdim olunur. Həkimin izahatı təqdim olunur.
89. Mülki işin materiallarında olan BŞT və TTYS PHŞ 16 saylı bölmənin TTTY üzrə həkimi İddiaçı tərəfindən baş direktor R.H.Nağıyevə yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, 29 aprel 2021-ci il tarixdə saat 09:00 radələrində bir nəfər 28 yaşında qadın xəstə 16 saylı bölməyə ambulator xəstə kimi onurğa sütunun aşağı döş fəqərələrinin nahiyyəsində kəskin ağrı ilə müraciət etmişdir. Xəstəni sanitar maşında müayinə edib anamnez toplandıqdan sonra xəstəyə “Onurğa beyninin sərt qişasının yırtığı” diaqnozu qoyuldu. Ancaq XBT-İoda həmin diaqnoz “digər xəstəliyi” çağırış vərəqində qeyd olundu. Xəstəyə tibbi yardım üçün Sol.Promedoli iv təyin olundu. Çünki xəstə anamnezində bir həftə öncə onurğanın MRT müayinəsi olunduğu, müayinə nəticəsində onurğanın boyun, döş və bel-onur fəqərələrinində protaziya və onurğa beyni yırtığı aşkarlandığını qeyd etdi. Həmçinin, xəstə müraciətdən 1-2 saat öncə Diklofenak, analgin, spazmalgon qəbul etsə də, ağrının keçmədiyini qeyd etdi. Xəstənin anamnezini, klinik vəziyyətini nəzərə alaraq xəstəyə Sol Promedoli iv təyin edilib. Əgər təcrübəsizlik səhvi etmişdirsə, təcrübəsizliyinə bağışlanmasını və təkmilləşməyi üçün köməklik göstərilməsini xahiş etmişdir.
90. Mülki işin materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli 1846-k nömrəli əmrindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 23:45-də “103” xidmətinə Abşeron rayonu, Fatmayi bağları ünvanından Səidə Əhmədovanın (67 yaş) adına “təzyiqi düşüb” səbəbi ilə daxil olan çağırışı 16 saylı bölmənin təcili təxirəsalınmaz və tibbi yardım üzrə həkimi İddiaçı icra edərək, xəstəyə “Şəkərli diabet, İİ tip” diaqnozu qoymuş, xəstənin vəziyyətini düzgün qiymətləndirməmiş, ətraflı müayinə etməmiş, müvafiq tibbi yardım göstərməmişdir. Saat 00:34-də həmin ünvandan daxil olan təkrar çağırışı icra edən həkim anestezioloq-reanimatoloq Bəxtiyar Cəfərzadə xəstəyə “Ürəyin işemik xəstəliyi. Miokardin aşağı divarının təkrari infarktı. İnsulindən asılı şəkərli diabet” diaqnozu qoyaraq, xəstəni ilkin tibbi yardımdan sonra, ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına hospitalizasiya etmişdir. Əmək funksiyasını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiyinə görə “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Həkim heyətinin Təcili və X11 üzrə həkimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əsas: Çağırış vərəqələrinin surətləri, 16 saylı bölmə müdiri B.Tağıyevanın məlumatı, İddiaçı izahatı.
91. Mülki işin materiallarında olan BŞT və TTYS X32in 16 saylı bölmənin müdiri B.Tağıyeva tərəfindən Baş Direktor R.H.Nağıyevə ünvanlanmış məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 23:46 radələrində Abşeron rayonu, Fatmayi bağları ünvanından 1954 təvəllüdlü X22 adına çağırış 16 saylı bölməyə ötürülmüş, çağırışı həkim İddiaçı icra edərkən xəstəyə “Şəkərli diabet, İİ tip” diaqnozu qoyaraq heç bir yardım etməyərək 00:18 radələrində mənzili tərk edib. Anamnezində 2 dəfə miokardin infarkt keçirib, hipertoniya xəstəliyindən əziyyət çəkir. Şəkərli diabet xəstəsidir. 00:34 radələrində xəstə tərəfindən təkrar çağırış daxil olub. X18 xəstəyə “UYX. Miokardin aşağı divarının təkrari infarktı. İnsulindən asılı şəkərli diabet” diaqnozu qoyaraq RKX-ya hospitalizasiya edib, Həkim B.Cəfərzadənin topladığı anamnezdən məlum oldu ki, həkim İddiaçı xəstəyə valedol verərək kifayətlənib, xəstəlik vərəqində qeydiyyatını aparmayıb. Hospitalizasiya önü həkim B.Cəfərzadə müvafiq yardım göstərib. EKQ çəkib, Narkotik pr-t işlədib. Xəstə xx.xx.2021-ci il tarixdə xəstəxanada vəfat edib. Beləliklə məlum olur ki, həkim İddiaçı anamnezinə uyğun diaqnozu tam qoymayıb. Şikayətlərinə uyğun yardım göstərməyib. ARB briqada çağırmayıb, hospitalizasiya təklif etməyib, vaxt itkisinə yol verib. Müvafiq tədbir görülməsini xahiş etmişdir.
92. Mülki işin materiallarında olan BŞT və TTYS PHŞ 16 saylı KYS-nin TTTY üzrə həkmi İddiaçı tərəfindən Baş Direktor R.H.Nağıyevə yazılmış izahatdan görünür ki, 13 iyun 2021-ci il tarixdə gecə saatlarında 67 yaşlı xəstə, halı pis ilə çağırış qəbul etmiş, səhv etmirsə, Digah qəsəbəsinə. Ünvana daxil olarkən, çarpayıda yaşlı qadın xəstə aşkar edildi. Xəstəni müayinə edən zamanı AT – 90/60 mmt/g st təyin olundu, xəstədə soyuqyapışqan tərli ifrazat, həyəcan və qorxu və təşvişli, əvvəllər 2 dəfə mi keçirdiyini qeyd etdi. Xəstədə müayinə nəticələrinə və anamnestik məlumatlar əsasında 2 d-z düşünmüşdür. İnsult və ya miokardin infarkt. Hər iki halda da xəstə hospitalizasiya olunmalıdır. Diaqnozu dəqiqləşdirmək məqsədilə nevroloji müayinə etmiş, xəstədə nitqində dəyişiklik izlənmədi, üz nahiyyəsində hər hansı bir nevroloji dəyişiklik (üz sallanması, sulcus buccalabialı, silinməsi və s.) aşkar olunmadı. Bu səbəblə, həmçinin xəstənin daha əvvəl 2 dəfə Mİ keçirdiyini diqqətə alıb, xəstəyə “Dəqiqləşdirilməmiş Miokard İnfarktı” d-z qoymuş, ancaq bu barədə çağırış vərəqində qeydiyyat aparmağı yorğunluq səbəbilə unutmuşdur. Xəstəyə protokola müvafiq ilkin yardım (Aspirin və d.), hospitalizasiya (xəstəxanaya getmək) təklif olunsa da, xəstə inadla tibbi yardım və hospitalizasiyadan imtina etdi. Bir həkim olaraq səhvi xəstəyə müşayiət vərəqi açmamış və xəstəyə imtinaya imza təklif etsə də, xəstə yenə də imzadan imtina etdi.
93. Mülki işin materiallarında olan 16 saylı KYS-nin TTTY üzrə həkmi İddiaçı tərəfindən “Bakı şəhəri Təcili və X11 Stansiyası” X32in Baş direktoru R.H.Nağıyevə yazılmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, iş qrafikini unutduğu üçün saat 09:30da işdə olmuşdur. Həmişə işə 1 saat öncədən gəlmişdir. Bir daha işə gecikməyəcəyinə və daha məsuliyyətli olacağına söz vermişdir. Gecikməsinin bağışlanmasını xahiş etmişdir.
94. Mülki işin materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli 2430-k nömrəli əmrindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:20-də Binəqədi rayonu, 1-ci Mədən, korpus 4 ünvanından Səfər Gözəlovun adına “qan qusur” səbəbi ilə daxil olan çağırışı icra edən 16 saylı bölmənin təcili təxirəsalınmaz və tibbi yardım üzrə həkimi İddiaçı xəstəyə “Mədə xorası, qanaxma və deşilmə ilə” diaqnozu qoyaraq xəstəni natamam müayinə etmiş və səhv tibbi yardım göstərərək ünvanı tərk etmişdir. Beş dəqiqədən sonra həmin ünvandan “halı pis” səbəbi ilə təkrar çağırış daxil olmuş və həkim ünvana qayıtmış, hospital şöbədən yer alaraq, xəstəni hospitalizasiya edərkən xəstə yolda keçinmişdir. Lakin həkim İddiaçı sənədləşmə işində kobud səhvə yol verərək, çağırış vərəqində “Həkimə qədər ölüm, kişi cinsli meyid” diaqnozu yazmışdır. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Həkim heyətinin Təcili və X11 üzrə həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əsas: Əməliyyat və hospital işlərin təşkili üzrə şöbənin böyük həkimi S.Bayramovanın məlumatı, həkim İddiaçı izahatı, ş/v surəti.
95. Mülki işin materiallarında olan Bakı şəhəri Təcili və X11 Stansiyası X32 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 349 nömrəli protokolundan görünür ki, BŞT və TTYS PHŞ-nin 16 saylı bölməsinin təcili və X11 üzrə həkimi İddiaçı əmək funksiyasını dəfələrlə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə təqdimatının müzakirəsi məqsədilə keçirilən iclasa İddiaçı dəvət olunmuş, lakin gəlməmişdir. Səs verənlərin sayı 7 nəfər olan iclasda 6 nəfər iclasın İddiaçı iştirakı olmadan keçirilməsinin lehinə səs vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edərək 70-ci maddəsinin “ç” bəndinə əsasən BŞT və TTYS PHŞnin 16 saylı bölməsinin təcili və X11 üzrə həkimi İddiaçı dəfələrlə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını davam etdiyi səbəbindən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır.
96. Mülki işin materiallarında olan Bakı şəhəri Təcili və X11 Stansiyası X32 baş direktoru R.H.Nağıyev tərəfindən Həmkarlar İttifaqları Komitəsinin sədri H.Əhmədova ünvanlanmış təqdimatda qeyd edilmişdir ki, 16 saylı bölmənin təcili və X11 üzrə həkimi İddiaçı işlədiyi müddət ərzində intizamsız, məsuliyyətsiz davranışları ilə kollektivdə qınaq hədəfinə çevrilmiş, barəsində bir neçə dəfə intizam tənbeh tədbiri görülərək, işlədiyi bölmə dəyişdirilmiş, fəaliyyətində müsbətə doğru dəyişiklik etməsi üçün şans verilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə üzrsüz səbəbdən işə çıxmadığına görə BŞT və TTYS-nin xx.xx.2019-cu il tarixli, 1075 saylı əmri ilə barəsində intizam tənbeh tədbiri görülmüşdür. Həkim İddiaçı xx.xx.2019-cu il tarixdə Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 10 ünvanında Fərhad Həsənovun adına təzyiq səbəbi ilə daxil olan çağırışı icra edərkən, xəstənin vəziyyətinin ağırlıq dərəcəsini düzgün qiymətləndirməmiş, müalicəvi və taktiki səhvə yol vermişdir. Bu səbəbdən barəsində xx.xx.2019-cu il tarixdə BŞT və TTYS-nin 4004 nömrəli əmri ilə intizam tənbeh tədbiri görülmüşdür. 14 saylı bölmənin təcili və X11 üzrə həkimi İddiaçı xx.xx.2020-ci il tarixdə saat 08:30-da vaxtından əvvəl bölməni tərk edərək, narkotik və psixotrop dərman preparatları olan qutunu da özü ilə aparmışdır. Bu barədə bölmədə akt tərtib edilmişdir. Təchizat otağının tibb bacısı və müdirin onunla dəfələrlə əlaqə saxlamasına baxmayaraq, həkim İddiaçı narkotik və psixotrop dərman preparatları olan qutunu yalnız saat 18:30-da bölməyə gətirmişdir. Bu hərəkəti ilə o, məsuliyyətsizliyə yol verərək, bölmənin iş ahəngini və müəssisə daxili intizam qaydalarını pozduğundan, barəsində BŞT və TTYS-nin xx.xx.2020-ci il tarixli 682 saylı əmri ilə intizam tənbeh tədbiri görülmüşdür. xx.xx.2020-ci il tarixdə BŞT və TTYS-nin rəhbrəliyinin ünvanına 14 saylı bölmənin müdiri tərəfindən daxil olan məlumat araşdırılarkən, aydın olmuşdur ki, həkim İddiaçı xx.xx.2020-ci il tarixdə Bilgəh qəsəbəsi, Əliağa Vahid küçəsi ünvanından Mədət Abdullayevin adına (50 yaş) təzyiq səbəbi ilə daxil olan çağırışı icra edərkən, xəstədən “COVİD-19” virus infeksiyasının aşkarlanması üçün laborator müayinə materialı götürmədiyi halda, bu barədə çağırış vərəqində qeydiyyat aparmış və molekulyar diaqnostik laboratoriyaya göndəriş vərəqi tərtib etmişdir (Rapor № **********). Həkim İddiaçı saxtakarlığından hiddətlənən xəstənin oğlu bölməyə gələrək, müdirə şikayət ərizəsi təqdim etmiş və həkim barəsində tədbir görülməsini tələb etmişdir. Həkim İddiaçı bir neçə dəfə Mərkəzi stansiyaya dəvət olunmuş, işində yol verdiyi kobud nöqsanlar BŞT və TTYSnin Həmkarlar İttifaqları Komitəsinin iclasında müzakirə edilmiş, vəzifəsinə qarşı daha diqqətli və məsuliyyətli olması tapşırılmış və ailə vəziyyəti nəzərə alınaraq işində müsbətə doğru dəyişikliklər etməsi üçün vaxt verilmişdir. İddiaçı xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə üzrsüz səbəbdən iş növbəsinə çıxmamış və bu barədə heç bir sənəd təqdim etməmişdir. Həkim İddiaçı xx.xx.2021-ci il tarixdə bölməyə birbaşa müraciət edən Səbinə Şamovanı müayinə edərək “onurğa beynin dəqiqləşdirilməmiş digər xəstəliyi (yırtığı)” diaqnozu qoyaraq, göstəriş olmadığı halda narkotik dərman preparatı istifadə etmişdir. Bu səbəbdən barəsində BŞT və TTYSnin xx.xx.2021-ci il tarixli, 1143 saylı əmri ilə barəsində intizam tənbeh tədbiri görülmüşdür. xx.xx.2021-ci il tarixdə əvəzçilik üzrə işlədiyi 14 saylı bölməyə 24 saatlıq iş növbəsinə üzrsüz səbəbdən işə çıxmamışdır. xx.xx.2021-ci il tarixdə Fatmayi bağları ünvanında, Səidə Əhmədovanın adına “təzyiqi düşüb” səbəbi ilə daxil olan çağırışı həkim İddiaçı icra edərək, xəstənin vəziyyətini düzgün qiymətləndirməmiş, müvafiq tibbi yardım göstərməmişdir. Ünvandan daxil olan təkrar çağırışı icra edən həkim anestezioloq-reanimatoloq B.Cəfərzadə xəstəni “Ürəyin işemik xəstəliyi. Miokardin təkrar infarktı. İnsulindən asılı şəkərli diabet” diaqnozu ilə ağır vəziyyətdə RKX-na hospitalizasiya etmişdir. Yol verdiyi məsuliyyətsizliyə görə həkim İddiaçı barəsində BŞT və TTYS-nin xx.xx.2021-ci il tarixli, 1846 saylı əmri ilə intizam tənbeh tədbiri görülmüşdür. xx.xx.2021-ci il tarixdə saat 16:20-də Binəqədi rayonu, 1-ci Mədən, korpus 4 ünvanından Səfər Gözəlovun adına “qan qusur” səbəbi ilə daxil olan çağırışı icra edən həkim İddiaçı xəstəyə “Mədə xorası, qanaxma və deşilmə ilə” diaqnozu qoyaraq xəstəni natamam müaynə etmiş və səhv tibbi yardım göstərərək ünvanı tərk etmişdir. Beş dəqiqədən sonra həmin ünvandan “halı pis” səbəbi ilə təkrar çağırış daxil olmuş və həkim ünvana qayıtmış, hospital şöbədən yer alaraq, xəstəni hospitalizasiya edərkən xəstə yolda keçinmişdir. Lakin həkim İddiaçı sənədləşmə işində kobud səhvə yol verərək, çağırış vərəqində “Həkimə qədər ölüm, kişi cinsli meyid” diaqnozu yazmışdır. Yol verdiyi nöqsana görə həkim İddiaçı barəsində BŞT və TTYS-nin xx.xx.2021-ci il tarixli, 2430 saylı əmri ilə intizam tənbeh tədbiri görülmüşdür. Həkim Ş.X12 dəvət edilmiş, rəhbərlik və HİK-nin sədrinin iştirakı ilə keçirilən toplantıda işində yol verdiyi nöqsanlar onun nəzərinə çatdırılaraq, işinə qarşı daha diqqətli və məsuliyyətli olması tapşırılmış və fəaliyyətində müsbətə doğru dəyişikliklər etməsi üçün sonuncu dəfə vaxt verilmişdir. Həkim İddiaçı xx.xx.2021-ci il tarixdə saat 09:54-də Mehdiabad qəsəbəsi, nömrəsiz həyət evi ünvanından Ayşən Oluzun adına “hərarət” səbəbi ilə daxil olan çağırışı icra edərək, xəstəyə “KRX” diaqnozu qoymuş, “COVİD-19" virus infeksiyasının aşkarlanması üçün laborator müayinə materialı götürmüşdür. Xəstənin həyat yoldaşından yaxma nümunəsi götürmək və müayinənin nəticəsi pozitiv çıxdığı halda, onlara müalicə təyin etmək üçün isə maddi vəsait tələb etmişdir. Bu da xəstə yaxınlarının haqlı şikayət və narazılığına səbəb olmuşdur. Göründüyü kimi, 16 saylı bölmənin təcili və X11 üzrə həkimi İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını davam etdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-cimaddəsinin “ə” bəndinə istinad edərək 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, 16 saylı bölmənin təcili və X11 üzrə həkimi İddiaçı işdən azad edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.
97. Mülki işin materiallarında olan BŞT və TTYS PHŞ Baş direktoru R.H.Nağıyevə 16 saylı bölmənin TTTY üzrə həkmi İddiaçı tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsi çağırışda olmuş, xəstə Ayşən Oluz onun tərəfindən müayinə olunub və anamnez toplanıb və xəstəyə KRX diaqnoz qoyulub və protokola müvafiq xəstəyə yanaşma olunub və müvafiq tibbi yardım olunub. Xəstə çağırış zamanı təkidlə h/y İsmayıl Oluz adlı (T.C. vətəndaşı) şəxsdən də COVİD-19 üçün nazo-faringel yaxma götürülməsini tələb etsə də xanım xəstəyə mövcud qanunvercilik izah olunmuş və yaxma üçün müvafiq poliklinikaya müraciət etməsi məsləhət olunmuşdur. Ünvanda olarkən saat 08:00-20:00 iş saatı ərzində və çağırış müddətində xəstədən hər hansı formada pul tələb olunmamışdır, nə də xəstə ona heç bir halda pul verməmişdir. Əgər xəstənin hər hansı bir iddiası varsa bu tamamilə cəfəngiyatdır, yalandır, böhtandır. Sadəcə olaraq o h/y-dan yaxma götürmədiyi üçün xəstə hiddətlənərək yaxma götürülməsi üçün təzyiq vasitəsi kimi ona qarşı böhtan xarakterli iddia etmişdir. Nəzərə alınmasını xahiş etmişdir.
98. Mülki işin materiallarında olan BŞT və TTYS PHŞ HİK-nin sədri H.Əhmədov, HİK-nin rəyasət heyətinin üzvü D.Şabanova və HİK-nin baş mühasibi A.Quliyeva tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə BŞT və TTYS PHŞ-nin Baş direktoru tərəfindən 16 saylı bölmənin Təcili və X11 üzrə həkimi İddiaçı iş vaxtı yol verdiyi çoxsaylı nöqsanların BŞT və TTYS-nin PHŞ-nin Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirə edilməsi üçün təqdimat verilmişdir. Bu məqsədlə həkim İddiaçı iclasa dəvət olunmuş, lakin o, həmin iclasa gəlməmişdir.
99. Mülki işin materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in xx.xx.2021-ci il tarixli 3110-k nömrəli əmrindən görünür ki, Həkim heyətinin Təcili və X11 üzrə həkimi İddiaçı ilə bağlanmış 3418 nömrəli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Əmrin əsasını baş direktorun müalicə-metodik işləri üzrə müavini İ.S.Əliyevanın təqdimatı, “BŞT TTYS” X32 HİK-nin xx.xx.2021-ci il tarixli 349 nömrəli protokolu, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən” təşkil etmişdir.
100. Mülki işin materiallarında olan “e-sosial”dan çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinin səbəbi kimi “işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda” qeyd edilmişdir.
101. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli xxxxxxx0001Z0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Bakı şəhəri X10 Yardım Stansiyası” publik hüquqi şəxsi tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 3110 nömrəli, xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir.
102. Mülki işin materiallarında olan Mehdiabad qəsəbəsində nömrəsiz evdə yaşayan vətəndaş X8 tərəfindən BŞT və TTYS X32in Baş direktoru R.H.Nağıyevə yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə qızı X4 ilə əlaqədar olaraq TTY-103 xidmətinə müraciət etmişlər. Çağırışı icra edən 16 saylı TTY bölməsinin həkimi İddiaçı vəzifə səlahiyyətlərindən süni istifadə edərək qızından müayinə, yəni gəlib evdə xəstədən yaxma götürmək üçün 30 (otuz) manat istəmiş, müalicəsi üçün isə ayrı məbləğ istəmişdir. Çağırışa gələn zaman qızından telefon əlaqəsi saxlamış və yuxarıda yazdıqlarını telefonun whatsappına göndərərək vəzifəsindən sui-istifadə etmişdir. Qızı İddiaçı şikayət edəcəyini bildirdikdə cavab belə olmuşdur. “Cəhənnəmə kimi. Türkə ərə gedib soyadını dəyişsən də Azərisən ki Azərisən”. Hörmətli Rauf müəllim X40 Əliyev Azərbaycanlı olmasından fəxr etsə də, lakin 16 saylı TTY Stansiyasının əməkdaşı İddiaçı azərbaycanlı olmasından utanc keçirir, burada yazılanlar R.H.Nağıyevin telefonuna göndərilmişdir. Belə əməkdaşın həkim adına və şərəfli həkim peşəsinə xələl gətirdiyi üçün müvafiq tədbir görülməsi xahiş edilmişdir.
103. Mülki işin materiallarında olan İddiaçı tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X10 Yardım Stansiyası” X32ə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixli № 3110-k nömrəli əmrin verilməsinə əsas olan baş direktorun müalicə-metodik işləri üzrə müavini İ.S.Əliyevanın təqdimatının, “BŞT TTYS” X32 HİK-nin xx.xx.2021-ci il tarixli 349 nömrəli protokolunun və barəsində bu günə qədər verilmiş olan intizam tənbehlərinin verilməsini xahiş etmişdir.
104. Mülki işin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli 3110 nömrəli əmrlə “70.ç, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallara əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə xitam verilmişdir.
105. Mülki işin materiallarında olan ******* nömrəli əmək kitabçasında edilmiş 05-7 nömrəli qeydlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli 707k nömrəli əmrə əsasən xx.xx.2019-cu il tarixdən əmək müqaviləsi əsasında həkim heyətinin təcili və X11 üzrə həkim vəzifəsinə 1.0 ştat vahidi, 3 ay sınaq müddəti ilə qəbul edilib. xx.xx.2019-cu il tarixli 3040k nömrəli əmrə əsasən xx.xx.2019-cu il tarixdən TTTY üzrə həkimi vakant vəzifəsi üzrə həmin vəzifəyə yeni işçi qəbul olunana qədər əmək funksiyalarını icra etsin və ona həmin vakant vəzifənin hesabına 0.5 ştat vahidi həcmində əlavə haqq ödənilir. xx.xx.2021ci il tarixli 3110-k nömrəli əmrə əsasən xx.xx.2021-ci il tarixdən “Bakı şəhəri X10 Yardım Stansiyası” X32in Həkim heyətinin Təcili və X11 üzrə həkimi İddiaçı oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Baş direktorun müalicə-metodik işləri üzrə müavini İ.S.Əliyevanın təqdimatı, “BŞT TTYS” X32 HİK-nin xx.xx.2021-ci il tarixli 349 nömrəli protokolu.
106. Mülki işin materiallarında olan Mediasiya Şurasının mediatoru X14 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli 2021-004997 tarixli arayışından görünür ki, bu arayış İddiaçı “Bakı X10 Yardım Stansiyası” X19rşı əmək (işə bərpa, məzuniyyət və COVİD 19 pandemiyası ilə əlaqədar hesablanmış pul tələb) mübahisəsi üzrə xx.xx.2021-ci il tarixində, 16:45-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında “Bakı X10 Yardım Stansiyası” X32 iştirak etmədiyini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiyaya dair xərci ödəmişdir.
107. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli 23 nömrəli nağd ödəniş üçün qəbzdən görünür ki, X9 hesabına mediasiya xidməti üçün 50 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir.
108. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə X30 Şəxs “Bakı şəhəri Təcili və X11 Stansiyası” X32in xx.xx.2021-ci il tarixli 746 nömrəli arayışından görünür ki, İddiaçı əmək haqqına COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərinə cəlb olunduğu iş vaxtına mütənasib olaraq müddətli əlavələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 saylı “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına əsasən hesablanıb ödənilmişdir. 2020-ci ilin martdekabr ayları və 2021-ci ilin yanvar-sentyabr aylarının hesablama cədvəlləri təqdim edilmişdir. Təqdim edilmiş cədvəllərdən görünür ki, 2020-ci ilin mart-sentyabr və noyabr-dekabr ayları üzrə 375 manat vəzifə maaşının 4 misli İddiaçı ödənilmiş, oktyabr ayı ərzində “məzuniyyətdə olub” qeyd edilmişdir. 2021-ci ilin yanvar-sentyabr ayları üzrə 375 manat vəzifə maaşının 4 misli İddiaçı ödənilmişdir.
109. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7751 nömrəli rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən, İddiaçı 2019/2020-ci illər üzrə 2.523,20 manat məzuniyyət haqqı, 2021-ci il üzrə 1.929,83 manat məbləğində son haqq-hesabın hesablanması və ödənilməsi müəyyən olunur. Rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, “Bakı şəhəri X10 Yardım Stansiyası” publik hüquqi şəxsi tərəfindən İddiaçı mart 2020-ci ilfevral 2021-ci il üzrə hesablanıb ödənilmiş əmək haqqı məbləği ümumilikdə 25.472,42 manat müəyyən olunur.
110. Mülki işin materiallarında olan iddiaçının vəkili-nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xəstəyə Sol.Diclophenaci-5ml (NSAİ) yox, Sol.Aminazini-2ml (opiat) təyin edilməsi səbəbi ilə töhmət verilməsi ona görə qəbul edilməzdir ki, müasir tibbin göstərişinə görə, disk fıtığına bağlı bel ağrısında NSAİ dərmanlar daha az təsir edir və ağrının kəskin olması səbəbi ilə bu kimi hallarda ilk tərcih Opiatlar olmalıdır. Göründüyü kimi, iddiaçı tamamilə müasir tibbin tələblərinə əməl edib.
111. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 11-10/2-243/2023 saylı məlumatların təqdim olunması haqqında cavab məktubundan görünür ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamı və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarına müvafiq olaraq 2020-ci ilin mart ayından etibarən yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə əlaqədar əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin ödənilməsi həyata keçirilməkdədir. Belə ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərə müddətli əlavələrin ödənilməsi Qərarının 1-ci bəndinə uyğun olaraq tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, X34 xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, pasientlərə stasionar tibb xidməti göstərən işçilərinə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində, Qərarın 2-ci bəndinə uyğun olaraq isə cəlb olunduqları iş vaxtına mütənasib olaraq müəyyən edilmişdir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən tibb və qeyri-tibb işçilərinin siyahısı tibb müəssisələri tərəfindən əmrlə rəsmiləşdirilməklə tənzimlənir. Əmrdə adları qeyd olunan işçilərin əmək haqlarına təqdim etdikləri işə davamiyyət cədvəllərinə əsasən yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildikləri iş vaxtına mütənasib (Misal üçün: X37 üzrə tarif maaşı / 1 aylıq iş günlərinin sayı və ya iş saatları x işçinin çalışdığı iş günlərinin sayı və ya iş saatları (əgər işçi 1 gün cəlb edilibsə 1 günə, 1 saat cəlb edilibsə 1 saata düşən məbləğ) x müddətli əlavənin misli) olaraq müddətli əlavələr hesablanır. “Bakı şəhəri X10 Yardım Stansiyası” publik hüquqi şəxsi tərəfindən Agentliyə təqdim edilmiş məlumata görə, İddiaçı 2020-ci ilin mart ayından 2021-ci ilin sentyabr ayınadək aralıqda yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmişdir (müvafiq sənədlər əlavə olunur). Təqdim olunan işə davamiyyət cədvəllərinə əsasən əmək haqqına yeni növ koronavirus (COVİD-19) infeksiyasına cəlb edildiyi iş vaxtına mütənasib olaraq müddətli əlavələr hesablanmış (müvafiq sənədlər əlavə olunur) və qanunverciliyə uyğun olaraq məcburi tutulmalar (gəlir vergisi, məcburi dövlət sosial sığorta ayırmaları, işsizlikdən sığorta haqqı) tutulduqdan sonra ödənilmişdir.
112. İş materiallarında olan sübutlardan göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmışdır. Bu münasibətlərdə iddiaçı işçi, cavabdeh isə işəgötürən qismində çıxış etmişdir. İşçi əmək fəaliyyətində dəfələrlə nöqsanlara yol vermiş, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri gözlənilməklə onun barəsində intizam tənbeh tədbirləri tətbiq edilmişdir. İddiaçıya 2 dəfə töhmət, 1 dəfə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildikdən sonra yenidən onun tərəfindən nöqsana yol verildiyi aşkar olunduqda onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində intizam tənbeh tədbirlərinin tətbiq edilməsini müəyyən edən əmrlərin və əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini, əvvəlki işinə bərpa edilməsini, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının, “COVİD-19” virusuna yoluxmuş xəstələrlə işlədiyinə görə əmək haqqının 4 mislini təşkil edən məbləğin və ona müvafiq hesablanmış məzuniyyət ödənişinin, cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzinin, məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə iddianın əsassız olduğundan təmin edilməməsini, iddiaçı barəsində tətbiq edilmiş intizam tənbehlərinə dair verilmiş əmrlərə münasibətdə isə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edir.
113. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1143-K saylı, xx.xx.2021-ci il tarixli 1846-K saylı, xx.xx.2021-ci il tarixli 2430/k saylı əmrlərin ləğv edilməsi” hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı tərəf həmin əmrlərlə tanış edilmədiyini, ona rəsmi qaydada məlumat verilmədiyini, əmrlərlə rəsmi qaydada xx.xx.2022-ci ildə tanış olduğunu iddia edir. Bu dəlillə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində intizam tənbehinin tətbiq edilməsini müəyyən edən əmrlərlə iddiaçının tanış edilib-edilmədiyi, əmrlərin surətinin ona təqdim edilib-edilməməsi işin mübahisəli halını təşkil edir. Lakin əmrlərlə tanış edilməsə belə, iddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasını ona xitam verilən gündə, yəni xx.xx.2021-ci il tarixdə bilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək həmin əmrlərin təqdim edilməsini cavabdehdən xahiş etmiş, lakin iş materiallarında həmin əmrlərin ona təqdim edilməsinə dair sübutlar aşkar edilməmişdir. Buna baxmayaraq, iddiaçının əmrlə tanış edilməməsi və ya ona rəsmi qaydada məlumat verilməməsi səbəbindən əmrin ləğv edilməsini iddia etməsi ona görə əsassız hesab olunmuşdur ki, iddiaçı, həmçinin, əmrlərin qanunsuz, Əmək Məcəlləsinin imperativ normalarına zidd olduğunu qeyd etmiş, lakin əmrlər əmək qanunvericiliyinin imperativ tələblərinə riayət edilməklə qanuni qəbul edilmişdir. Çünki iş materiallarından görünür ki, iddiaçının törətdiyi pozuntular barəsində cavabdehin səlahiyyətli nümayəndəsinə məlumatlar təqdim edilmiş, həmin məlumatlar əsasında müvafiq araşdırma aparılmış, iddiaçının yazılı izahatları alınmış və nəticədə onun barəsində intizam tənbehi tətbiq edilməsi barədə əmr verilmişdir. Yəni işçi müvafiq izahatları verdikdən sonra barəsində hər hansı bir qərarın verilməsini gözləməli idi, çünki qanunvericiliyə görə ya ona intizam tənbehi hesab olunmayan xəbərdarlıq (şifahi və ya yazılı qaydada) ediləcəkdi (bundan xəbərinin olmaması mümkün deyil), ya da əmək qanunvericiliyində nəzərdə tutulan hər hansı intizam tənbehi tətbiq ediləcəkdi. İşçiyə xəbərdarlıq edilmədiyindən, onun törətdiyi pozuntuları etiraf etdiyi izahatların nəticəsiz qaldığını düşünməsi düzgün olmamışdır. Buna görə də iddiaçının əmrlərdən xəbərinin olmamasına görə həmin əmrləri mübahisələndirərək, əmrlərin qanunsuz, imperativ normalara zidd qəbul edildiyini iddia edərək, əmrlərin ləğv edilməsini tələb etməsi ağlabatan deyildir. Belə ki, iddiaçının törətdiyi pozuntular onun öz izahatları ilə təsdiq edilir, onun törətdiyi pozuntulara müvafiq olan odur ki, barəsində intizam tənbehi tətbiq edilsin. Sırf əmrlərlə tanış edilməmişdir deyə, həmin əmrlərin məhkəmə qaydasında ləğv olunması hüququn mütənasiblik prinsipinə uyğun gəlmir. Çünki iddiaçının müvafiq pozuntuları törətməsi işin mübahisəsiz halını təşkil edir. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli əmrlərin əmək funksiyasının pozulmadığı əsas gətirilməklə ləğv edilməsi tələbi ona görə yolverilməzdir ki, iddiaçı yazdığı izahatlarda törətdiyi pozuntuları etiraf etmiş və bağışlanmasını, təcrübəsizliyinə görə kömək göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi “intizam tənbehlərinin verilməsini müəyyən edən əmrlərin ləğv edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən tələbin bu hissəsinə münasibətdə verilən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin edilməsinə tələb əsassız olduğundan zərurət qalmamışdır.
114. İddia tələbinin “xx.xx.2021-ci il tarixli 3110-K saylı əmrin ləğv edilərək, iddiaçının cavabdeh müəssisədə “təcili və X11 həkimi” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə də məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdeh müəssisənin Həmkarlar İttifaqının üzvü olmasına baxmayaraq, Həmkarlar İttifaqı tərəfindən iclas keçirilmədiyini, keçirilibsə belə, özünün iclasa dəvət olunmadığını, iclasda iştirak etmədiyini və iclasın özbaşına keçirildiyini, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi istinad olunan maddənin düzgün tətbiq edilmədiyini, çünki ona intizam tənbehi verilmədiyini, həmçinin, onun tərəfindən xəstədən pul tələb edilibsə, əmək müqaviləsinə 72-ci maddənin “ə” bəndində deyil, “f” bəndində göstərilən hal nəzərə alınmaqla xitam verilməli olduğunu, lakin bu halda da onun iş vaxtından sonra xəstədən pul tələb etdiyindən yenə də müqaviləsinə xitam verilməsinin əsassız olacağını iddia edir. Göstərilənlərlə bağlı qeyd etmək zəruridir ki, Həmkarlar İttifaqının iclasına iddiaçının dəvət edilməsi, lakin onun iclasda iştirak etməməsi, səs çoxluğu ilə onun iştirakı olmadan iclasın keçirilməsinin qərara alınması işdə olan müvafiq sənədlərlə təsdiq olunduğundan işin mübahisəsiz halını təşkil edir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi istinad olunan maddənin düzgün tətbiq edilibedilməməsi məhkəmə tərəfindən araşdırılmış və məhkəmə belə qənaətə gəlmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamış, əmək qanunvericiliyinin göstərişləri düzgün tətbiq edilmişdir. Belə ki, iddiaçıya xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə intizam tənbehlərinin verilməsi və sonuncu intizam tənbehindən 6 ay keçməmiş, onun 72-ci maddənin “ə” bəndi ilə göstərilən kobud pozuntunu törətməsi işin mübahisəsiz halını təşkil edir. İddiaçının iş vaxtı ərzində deyil, iş vaxtından sonra pasientdən pul tələb etməsini əsas gətirərək, barəsində verilmiş əmrin qanuniliyini mübahisələndirməsi isə ona görə yolverilməzdir ki, iddiaçı məhz 103 xidmətinə gələn çağırışa getməsi nəticəsində tanış olduğu xəstədən sonradan pulsuz xidmət üçün pul tələb etmişdir. Məhz iş fəaliyyətindən irəli gələrək yaranmış münasibətlər zəminində onun bu hərəkəti etməsi məhkəmə tərəfindən əmək vəzifələrinin kobud pozuntusu kimi qiymətləndirilir, buna görə də məhkəmə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı əmək qanunvericiliyinin düzgün tətbiq edilməsi qənaətinə gəlir.
115. İddia tələbinin “cavabdehdən 51 227 (əlli bir min iki yüz iyirmi yeddi) manat “Covid-19 haqqı pulu”nun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı hesab edir ki, xx.xx.2019xx.xx.2021-ci il tarixlərində 2 il 6 ay 2 gün işdə olduğundan, həmin tarixlər üzrə ona ümumilikdə 66600 manat məbləğində “COVİD19” haqqı ödənilməli olduğu halda, cəmi 12372,34 manat ödəniş edilmiş, 51227 manat isə ödənilməmiş qalmışdır. Halbuki işdə olan sübutlarla (iş vaxtının uçotu tabeli və iddiaçıya ödənilən əmək haqqının məbləğinin göstərildiyi cədvəllər, İcbari Tibbi Sığorta Agentliyinin xx.xx.2023-cü il tarixli cavab məktubu) təsdiq edilir ki, iddiaçının əmək haqqına yeni növ koronavirus (COVİD-19) infeksiyasına cəlb edildiyi iş vaxtına mütənasib olaraq müddətli əlavələr hesablanmış və qanunverciliyə uyğun olaraq məcburi tutulmalar (gəlir vergisi, məcburi dövlət sosial sığorta ayırmaları, işsizlikdən sığorta haqqı) tutulduqdan sonra ödənilmişdir. Baxmayaraq ki, Agentlik hazırki iş üzrə cavabdeh qismində iştirak edir, tibb işçilərinə ödənişlərin hansı məbləğdə ödənilməsi məsələləri Agentliyin səlahiyyətinə aiddir. İddiaçı hesab edir ki, əlavələr əmək haqqının 4 misli miqdarında müəyyən olunmalıdır. Lakin əlavələrin hesablanması səlahiyyətini icra edən Agentliyin xx.xx.2023-cü il tarixli cavab məktubundan da göründüyü kimi, əlavələr saat hesabı ilə hesablanır. Belə ki, məktubda “işçilərin əmək haqlarına təqdim etdikləri işə davamiyyət cədvəllərinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildikləri iş vaxtına mütənasib (Misal üçün: X37 üzrə tarif maaşı / 1 aylıq iş günlərinin sayı və ya iş saatları x işçinin çalışdığı iş günlərinin sayı və ya iş saatları (əgər işçi 1 gün cəlb edilibsə 1 günə, 1 saat cəlb edilibsə 1 saata düşən məbləğ) x müddətli əlavənin misli) olaraq müddətli əlavələr hesablanır” qeyd edilmişdir. İddia tələbinin ümumi hüquqi əsasını Əmək Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Həmin normaya əsasən əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına əlavə ödənc müəyyən edilə bilər. Hazırki iddia tələbində iddiaçı yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyinə görə əmək haqqına əlavələrin ödənilməsini tələb edir. Bu cür əlavələr Azərbaycan Respublikası Prezidentinin «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamı ilə müəyyən edilmişdir (qərarın 25-ci paraqrafı). Eyni zamanda, həmin Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir (qərarın 26-cı paraqrafı). 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamın 1-ci bəndinin təhlilindən açıq şəkildə görünür ki, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müəyyən edilən əlavələr müddətli xarakter daşıyır və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə şamil edilir. Buradan o nəticə hasil olur ki, həmin sərəncamda bəhs olunan əlavələr, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləməyən tibb işçilərinə ödənilmir. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli, 112 №-li Qərarında yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində dövlət tibb müəssisələrində çalışan işçilərə tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, X34 xidməti göstərən tibb işçiləri, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçiləri, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçiləri, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilər aid edilmişdir. Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli,112 №-li Qərarında həmçinin bu qərardan irəli məsələlərin həlli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Məhkəmə bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu vermiş və Agentlik xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, müddətli əlavələrin ödənilməsində əsas meyar işçinin yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına mütənasib olaraq ödənişlərin edilməsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyinə görə, iddiaçının əmək haqqına hesablanmış “COVİD pulu” saat hesabı hesablanaraq ona ödənilmişdir. Bununla da məhkəmə müəyyən etmişdir ki, iddiaçı TTTYS-də işləmiş olsa da, onun iş şəraiti bütün müddət ərzində yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraiti olmamışdır. Onun bu infeksiya şəraitinə uyğun işlədiyi dövr üzrə saat hesabı ilə əmək haqqına əlavələr hesablanmışdır. Göstərilənlərə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
116. İddia tələbinin “cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş olan 6 750 (altı min yeddi yüz əlli) manat məzuniyyət pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı “COVİD-19” pulunun düzgün hesablanıb verilmədiyi üçün məzuniyyət pulunun da düzgün hesablanmadığı qənaətinə gələrək, bu tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edildiyi kimi, həmin tələbin əsassız olması, iddiaçının əmək haqqına müddətli əlavələrin düzgün hesablanıb ona ödənildiyi müəyyən edildiyindən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
117. İddia tələbinin “cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 30.000 AZN (otuz min manat) pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar da məhkəmə haqlı olaraq hesab etmişdir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iddiaçı bu tələbini cavabdehin qanunazidd hərəkətləri ilə əsaslandırmış, lakin məhkəmə tərəfindən cavabdehin iddiaçıya qarşı qanunazidd hərəkətlər etməsi və iddiaçıya mənəvi zərər dəyməsi müəyyən edilməmişdir. Deməli, əgər iddiaçıya mənəvi zərər dəymişdirsə belə, cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında heç bir səbəbli əlaqə müəyyən edilməmişdir.
118. Qanunun yuxarıda qeyd edilən normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.
119. Hazırki mülki işdə isə iddiaçıya zərər vurulması və zərərin cavabdehin qanunsuz hərəkətləri və yaxud hərəkətsizliyi nəticəsində vurulmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, digər hüquqi əsaslar da məhkəmə tərəfindən müəyyənləşdirilə bilməmişdir.
120. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
121. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
122. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
123. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-44/2023 nömrəli, 16 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.