Məhkəmə qərarları › İş №2(103)-375/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-375/2025

17.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-375/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa, əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, əmək kitabçasındakı tutduğu vəzifə barədə yanlış məlumatların çıxarılması, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1499/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də satış agenti vəzifəsi üzrə işə qəbul olunmuşdur. MMC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən isə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin birinci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmr Cavabdeh MMCnin əməkdaşları tərəfindən həmin tarixdə tərtib edilmiş “İşçi İddiaçı işə davamiyyətində baş vermiş pozuntular barədə” akt ilə əsaslandırılmışdır.

2. Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış “işçi İddiaçı işə davamiyyətində baş vermiş pozuntular barədə” 30 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Satış agenti vəzifəsində çalışan İddiaçı 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr 2023-cü il tarixlərində (cəmi 7 gün) Cəmiyyət üzrə işçilərin işə davamiyyətinə riayət etməyərək (onlayn qaydada barmaq izi ilə işə gəlməsini qeydiyyatdan keçirməyərək) üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməmişdir, bununla da özünün əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, «a» və «b» bəndlərinin, bağladığı Əmək kontraktının tələblərinin, habelə Cavabdeh MMC-nin “X4”nın müvafiq tələblərinin pozulması olaraq, AR ƏM-ııin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmiş, yuxarıda göstərilən halların işçi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə və onun işdən çıxarılmasına əsas verdiyi qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsvir hissəsində nəql etdiyi maddələrinin müvafiq bəndlərinə, bu Məcəllə ilə bağlı qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl etməyən, gerçəkliyi mümkün olmayan, yalan məlumatları əmək kitabçasına və sosial sistemə daxil etdiklərinə və hüquqi qüvvəyə mindirmiş əməllərinə görə "Armada” MMC-nin icraçı direktoru X2, baş mühasibi X9 və İT üzrə menecer X5 qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilməsi haqda xüsusi qərar, xx.xx.2023-cü il tarixindən “NORİTAKE” brend menecer vəzifəsi üzrə işinə bərpa edilməsi, xx.xx.2012-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrə aid minimum məbləğlə hesablanmış əmək haqqı məbləğləri ilə bağlı məlumatların sosial sistemdən çıxarılması, həmin dövrdə faktiki olaraq aldığı əmək haqqı ödənişinə görə hesablanmış əmək haqqı məbləğləri ilə bağlı məlumatların sosial sistemə daxil edilməsi, əmək kitabçasına daxil edilmiş 8 qeyd nömrəsi üzrə 01.02.12-ci il tarixli, "xxxx" MMC-yə satış agenti vəzifəsinə təyin edilməsi, əmr 18, xx.xx.2012-ci tarixli məlumatlarının hüquqi qüvvədən düşməsi, həmin 8 qeyd nömrəsi üzrə xx.xx.2012-ci il tarixdən "NSK brend menecer" vəzifəsinə təyin edilmə haqda məlumatın daxil edilməsi, əmək kitabçasına daxil edilmiş 9 qeyd nömrəsində olan bütün məlumatların çıxarılması, həmin dövrdə 12 il üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə şirkət tərəfindən hesablanıb ödənilməmiş 9.219,54 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına baxılıb dəqiqləşdirilmiş məbləğin “KapitalBank”da olan hesabına köçürülməsi, sosial müdafiəsi ilə bağlı şirkətin hesabında uzun müddət saxlanılmış, xarici kapitalın artımına yönəlmiş 24.353 manat məcburi sosial sığorta haqqı məbləğinin DSMF-ə köçürülməsi, 109 aylar üzrə sosial sistemə daxil edilməmiş, şirkətin hesabında uzun müddət saxlanılmış, xarici kapitalın artımına yönəldilmiş 15.678 manat gəlir vergisi məbləğinin dövlət büdcəsinə köçürülməsi, ərizənin təsvir hissəsində nəql etdiyi şərəf və ləyaqətinin aşağılanması ilə bağlı vurulmuş maddi və mənəvi ziyana görə şirkətdən 200.000 manat təzminat məbləğinin “KapitalBank”da olan hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək 2(005)- 1499/2024 iş nömrəsi üzrə iddia ərizəsinin son vərəqində ilk abzasında “24.350” AZN rəqəmi çıxarılması, əvəzində “29.263,5” AZN rəqəmi daxil edilməsi və həmin iddia ərizəsinin “xahiş edirəm” hissəsinin 2-ci bəndində eynən “24.350” AZN rəqəmi çıxarılaraq “29.263,5” AZN məbləği ora daxil olunmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, mühəndis ixtisası üzrə ali təhsilli universtitet məzunudur, atası 2004-cü ildə dünyasını dəyişmiş, evdar qadın olan anası və 11 yaşlı kiçik qardaşının (44 günlük Qarabağ döyüşlərində qəhramanlıq göstərmiş, yaralanmış və 3-cü qrup əlil olmuşdur) dolanışığı üçün 2006-cı il aprelin 1-dək gündəlik qazanca işləmiş və həmin tarixdən rəsmi qaydada əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildə ailə həyatı qurmuş, həyat yoldaşı Azərbaycan dilini tədris edən müəllimədir, ali təhsil almış universtitet məzunudur. Ata evi 33 kv.m yaşayış sahəsindən ibarət olduğuna görə kirayədə qalmış, həyat yoldaşı X1 adına xx.xx.2011-ci il tarixində bankdan 10%-lə, 60 ay ərzində hər ay 1.020,92 manat ödəniş şərtləri ilə 48.050 manat məbləğində kredit götürmüşlər və hal-hazırda yaşadığı mənzilə sahiblik hüququnu əldə etmişlər. Həmin dövrdə "xxxx" QSCdən aldığı aylıq 926 manat və həyat yoldaşının aldığı aylıq 800 manat kreditin aylıq ödəniş məbləğini, həmin vaxt mənzildə aparılan təmir xərclərini, 3 nəfər ailə üzvünün dolanışıq xərclərini çətinliklə qarşılayırdı. 2011-ci il dekabr ayının 2-də on günlüyündə xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək satış agenti vəzifəsində çalışdığı "xxxx" MMC-nin İcraçı direktoru Yaqub Zülfüqarov iddiaçıya "NSK brend menecer" vəzifəsində çalışmağına dair təklif etmişdi. Bu baxımdan ona aylıq ödənilən 1.020,92 manat kredit öhdəliyini, həmin vaxt mənzildə aparılan təmir işlərinə sərf olunan məbləği, 3 nəfər ailə üzvünün dolanışıq məsrəflərini qarşılayacaq aylıq əmək haqqının ödəniş məbləğinin 1.000 manat civarında olmasını istədiyini bildirmişdir. İcraçı direktor Yaqub Zülfiqarov aylıq məsrəfləri ilə bağlı "xxxx" MMC-nin təsisçisi Ankara şəhərində yaşayan Mustafa Demirhan bəyə bildirəcəyini, onun təyin edəcəyi aylıq əmək haqqı ödənişinin məbləğinə dair məlumat verəcəyini bildirmişdi. Dekabrın 2-ci ongünlüyündə icraçı direktor Yaqub Zülfiqarov əmək haqqının aylıq ödəniş məbləğinin 800 manat olacağı və sonrakı illərdə bu məbləğin artırılacağı, iş günləri pulsuz nahar yeməyi və gündəlik nəqliyyat xərclərinin ödənişinin təmin ediləcəyi ilə bağlı şərtləri, "xxxx" QSC-də 13-cü əmək haqqı alacağı ilə bağlı yeni ilin ilk iş günü olan 2012-ci il yanvarın 5-dən işə başlamaq barədə Mustafa Demirhan bəydən razılıq atdığını bildirmişdi. 2011-ci ilin son ayının 2-ci on günlüyündə yeni iş yeri ilə bağlı məlumat aldıqdan sonra bankda icra etdiyi işləri vaxtından əvvəl yerinə yetirib, boş vaxt tapdıqda, iş vaxtından sonra, yeni ilin bayram günlərində "xxxx" MMC-ə gəlirdi, "NSK brend menecer" vəzifəsinə dair tapşırıqların icrasını da yerinə yetirirdi. Gördüyü işlərin müqabilində nağd hesablaşma qaydasında həmin ay ödəniş də almışdır. 2012-ci ilin ilk iş günü olan xx.xx.2012-ci il tarixində aylıq əmək haqqı ödənişi 800 manat olmaqla "NSK brend menecer" vəzifəsinə təyin edilmə haqqında "xxxx" MMC-nin icraçı direktoru Yaqub Zülfiqarovla əmək müqaviləsini bağlamış və bütün vərəqələrini imzalamışdır. Çalışdığı az bir müddətdə biliyi ilə, bacarığı ilə və qabiliyyəti ilə fərqləndiyi üçün brend menecer vəzifələri üzrə peşə ixtisasına aid biliyini artırmaq məqsədi ilə şirkət tərəfindən xarici ölkələrə təcrübə mübadiləsinə də göndərilmişdir. 2012-ci ildə "NSK brend menecer"i vəzifəsinin əmək funksiyasının icrasını təkmilləşdirmək və yeni ixtisasa dair biliyə yiyələnmək ücün 5 günlük Ankara şəhərinə ezamiyyətə göndərilmiş və ezamiyyətdən qayıtdıqdan sonra həmin vəzifənin əmək funksiyasının icrasını həyata keçirmişdir. 2016-cı ilin sentyabr ayında FKG brend meneceri vəzifə funksiyası üzrə ixtisas biliyini artırmaq və təkmilləşdirmək məqsədi ilə İsveçrənin La-Şo-de-Fon şəhərinə 4 günlük ezamiyyətə göndərilmiş və ezamiyyədən qayıtdıqdan sonra həm NSK, həm də FKC brend menecer vəzifə funksiyalarının icrasını həyata keçirmişdir. Ezamiyyətə göndərildiyi zaman rəsmiyyətə salınmış ezamiyyə vərəqəsi verilmirdi, ezamiyyətdə olacağı müddətə görə xərclənəcək xarici valyutanın məbləğinin həddini maliyyə müdiri Əsgər Əsgərzadə şifahi olaraq müəyyən edirdi və həmin məbləği əvvəlcədən nağd hesablaşma qaydasında xarici valyuta ilə ödəyirdi. 2019-cu ilin əvvəllərində əmək funksiyanı icrası ilə yanaşı, rəhbərliyin tapşırığı ilə NSK və FKG brend menecer vəzifələrinə aid əmək funksiyalarının icrasının davam etdirilməsi ilə bağlı şirkətdə çalışan Əbil Manaflıya NSK və FKG brend menecer vəzifələrinə dair dəyəri ödənilməyən öyrətmə xidmətini, serviz xidməti əməkdaşlarının bacara bilmədikləri çox saylı təmir işlərinin icrasını mütəmadi olaraq yerinə yetirmiş, serviz xidməti ilə bağlı rayonlara qeyri-rəsmi qaydada göndərilmiş, yeməyə, yola dair aldığı çeklərə Əsgər Əsgərzadə baxırdı və çekdə göstərilən məbləği nağd hesablaşma qaydasında ödəyirdi, etdiyi xidmətin isə dəyəri ödənilmirdi. "xxxx" QSC-də əmək müqaviləsi bağlandığı gün əmək funksiyasının yerinə yetirilməsi ilə bağlı daxili intizam qaydaları adlanan vəzifə təlimatı ilə təmin edilmişdir, lakin "xxxx" MMC-də isə əmək müqaviləsi bağlandığı gündən işdən çıxdığı günədək vəzifə təlimatı ilə təmin edilməmişdir. Mediasiya təşkilatına edəcəyi müraciətlə bağlı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin surətinin müraciətə əlavə edilməsi düşüncəsi ilə xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə əmək müqaviləsinin surətini ünvanına çatdırılmasına dair şirkətə ərizə göndərmişdir. Şirkətin baş mühasibi Vüqar Abbasov tərəfindən cavab məktubu ilə birlikdə əmək müqaviləsinin surəti kimi adlandırılan 6 vərəq poçt vasitəsi ilə ünvanına çatdırılmışdı. Əmək Məcəlləsinə əlavə edilmiş əmək müqaviləsinin nümunəvi formasına məlumatlar daxil edilmiş, 6 vərəqin birinci vərəqində işə qəbul olunduğu xx.xx.2012-ci il tarixin yerində xx.xx.2012-ci il tarixi yazılmış, "NSK brend menecer" vəzifəsi əvəzində "NSK satışı" vəzifəsi yazılmışdı. Birinci vərəqdə işəgötürən "xxxx" MMC-nin direktoru X7 göstərilmişdi, lakin həmin tarixdə o, Ankara şəhərində yaşayırdı və "Liderdiş" AŞ şirkətində yüksək vəzifədə çalışırdı. Birinci vərəq xx.xx.2024-cü il tarixində yazıldığı üçün NSK satışı vəzifəsi iddiaçının əmək kitabçasına daxil edilə bilməmişdi, əmək kitabçasına satış agenti vəzifəsi xx.xx.2023-cü il tarixli ərizənin alındığı gün daxil edilmişdi, ona görə ki, e-sosial portalında satış agenti vəzifəsini göstərmişdilər. Yenə birinci vərəqə əmək funksiyaları hissəsinə NSK mallarının təqdim edilməsi və satışı məlumatını daxil etmişlər, ona görə ki, ərizələrində "NSK brend menecer" vəzifəsini göstərmişdir. 2-ci vərəqdə isə e-sosial sistemə daxil edilməmiş 95 manat əmək haqqı məbləği göstərilmişdi, lakin e-sosial sistemə isə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normanı - 93.50 manat məbləği daxil etmişlər. Ali təhsilini, mühəndis ixtisasını, əvvəlki işində biliyinə, bacarığına və qabiliyyətinə görə qazandığı və yüksəltdiyi orta aylıq əmək haqqını, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-ni təsis etmiş Türkiyə vətəndaşı X7 bəy aşağılamışdır. Belə ki, 93.5 manat maaş "minimal sosial norma" ixtisassız, təhsilsiz, anlayışı ən aşağı səviyyədə olan işçilərə verilən bir maaş normasıdır. Bu xx.xx.2012-ci il tarixli əmək müqaviləsi (kontraktı) adlanan sənədə görə xarici vətəndaş əxlaq normalarına sığmayan bir həddi aşaraq Azərbaycan vətəndaşına "alət" kimi baxmışdır. 3-cü vərəqə iş saatının başlanmasını saat 9:00, qurtarmasını saat 17:00, istirahət günləri hər həftənin şənbə, bazar günləridir məlumatı daxil edilmişdir. Əmək Məcəlləsinin 90-cı maadəsinin 3-ci bəndində 5 günlük iş həftəsində gündəlik iş vaxtı müddətinin 7 saat olması göstərilməmişdir. 6-cı vərəqdə direktor X3 imzasının fotosu və onun imzasının fotosu həkk edilmişdir. İcraçı direktor Yaqub Zülfiqarovun tələbi əsasında 6 vərəq İT üzrə menecer vəzifəsində işləyən X15 Məcəlləsinə əlavə edilmiş əmək müqaviləsinin nümunə formasına yuxarıda nəql etdiyi məlumatları daxil etmişdir, hüquqi qüvvəsi olan saxta sənəd hazırlamışlar. Sosial sistemdə xx.xx.2012-ci il tarixində bağlanılmış əmək müqaviləsi göstərilir. Amma həmin ayın əmək haqqı məbləği sistemdə görünmür. xx.xx.2012-ci il tarixində ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial norma olan 93.50 manat məbləğ sosial sistemə daxil edilmişdir. Baş mühasib Vüqar Abbasov vəzifə funksiyasına aid olmayan kadr işlərinə aid sənədləri, əmək kitabçalarını, şəxsi işləri, əmək müqavilələrini şkafında saxlayır və istədiyi şəkildə həmin sənədlərə müdaxilə edə bilir, şirkətin ünvanına gələn məktub və sənədləri ilkin olaraq o qəbul edir, şirkətin adından cavab məktublarının müəllifi olur və həmin sənədləri icraçı direktora imzalatdırıb poçtla göndərişini şəxsən yerinə yetirir, icraçı direktorun tələbi ilə xx.xx.2023-cü il tarixli əmək müqaviləsini o, yox etmiş, əmək kitabçasına və sosial sistemə gerçəkliyi mümkün olmayan məlumatları o daxil etmişdir. İT üzrə menecer Ruslan Bağırov isə icraçı direktorun və onun təyin etdiyi inzibatçıların tələbi ilə maliyyə-təsərrüfat əməliyyatlarına sənəd nümunələrinə məlumatlar daxil edir, saxtalaşdırır, baş mühasib Vüqar Abbasov isə həmin sənədləri hüquqi qüvvəyə mindirir. Baş mühasib Vüqar Abbasov əmək kitabçasına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən 72-ci maddənin nəzərə alaraq işdən azad edilsin" məlumatlarını daxil etmişdi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə sayğısızlıq nümayiş etdirmiş, 72-ci maddənin hansı qanuna aid edildiyini əmək kitabçasında göstərməmişdi. İcraçı direktor isə Vüqar Abbasovun məsuliyyətsiz, Azərbaycan qanunvericiliyinə edilmiş sayqısız hərəkətlərini öz imzası və möhrü ilə təsdiqləmişdir. xx.xx.2023-cü il tarixindən icraçı direktor "Armada” MMC-nin ofisinə daxil olmağına qadağalar qoyması barədə mühafizəçi xəbər göndərmişdi. İki aydan çoxdur ki, "6 vərəq" toplusunun əsasında sosial sistemə və əmək kitabçasına gerçəkliyi mümkün olmayan yalan məlumatlar daxil edilmiş, hüquqi qüvvəyə mindirilmiş, işindən kənarlaşdırılmışdır. ƏM-nin 116-ci maddəsinin müvafiq bəndinə əsasən 5 ilə qədər əmək stajına görə əsas məzuniyyət günlərinin müddəti 21 təqvim günü, 5-10 il arasında olan əmək stajına görə 2 gün, 21 təqvim gününə əlavə edilməklə məzuniyyət günlərinin sayı 23 təqvim günü olmuş, 10-15 il arasında olan əmək stajına görə 4 gün, 21 təqvim gününə əlavə edilməklə məzuniyyət günlərinin sayı 25 təqvim günü olmuşdur. 12 il əmək fəaliyyəti dövründə əmək məzuniyyətindən istifadə etməmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə şirkət tərəfindən kompensasiya ödənilməmişdir, illər üzrə verilməmiş kompensasiya məbləği ödənişdən yayındırılmış, xarici kapitalın artımına yönəldilmişdir. İcraçı direktorun qoyduğu qaydalara əsasən 12 illər üzrə məzuniyyət günləri adlandırılan şənbə və bazar günləri də daxil olmaqla maksimum 7-10 gün işdən ayrılmaq olurdu, ancaq ayın axırında nağd hesablaşma qaydasında aldığı əmək haqqı ödənişindən işdən ayrılan günlərə düşən aylıq əmək haqqı məbləği çıxılırdı. Ona görə də icraçı direktorun qaydaları üzrə verilən məzuniyyət günləri aylıq maaşı azaltdığı üçün zəruri hallarda istifadə edilmişdi, əmək haqqından tutulma oduğuna görə işdə olmayan günlərə "resepşin" Aysel Əhmədova ciddi nəzarət edirdi. xx.xx.2008-ci il tarixində "xxxx" MMC-nin direktoru M.M.Demirhan bəyin əmək kitabçasına daxil edilmiş imzası ilə 6-cı vərəqə daxil edilmiş fotodakı imza eynilik təşkil etmir. xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək olan "xxxx" MMC-də satış agenti vəzifəsində çalışmışdır, həmin dövrdə direktor Mustafa Demirhan olmuşdu. xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək çalışdığı dövrə aid əmək haqqı məbləği və məcburi sosial sığorta haqqı məbləği Vüqar Abbasov tərəfindən sosial sistemə daxil edilməmişdir. xx.xx.2012-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi dövrdə NSK, FKG, NORİTAKE brend menecer vəzifələrinə aid əmək funksiyalarının icrası ilə bağlı nağd və nağdsız hesablaşma qaydasında əmək haqqı ödənişi 143 aylar üzrə 131.410 manat məbləğdə olmuşdu, o cümlədən maliyyə müdiri Əsgər Əsgərzadədən nağd hesablaşma qaydasında aldığı əmək haqqı məbləği 106.138 manat, baş mühasib Vüqar Abbasov tərəfindən ödəniş kart hesabına köçürülmüş nağdsız hesablaşma qaydasında aldığı məbləğ 25.272 manat olmuşdu. 143 aylar üzrə nağd və nağdsız hesablaşma qaydasında aldığı 131.410 manat əmək haqqının ödəniş məbləğinə görə 154.538 manat əmək haqqı məbləği hesablanılmışdı, lakin bu məbləğ sosial sistemə daxil ediməmişdi. 143 aylar üzrə minimum məbləğlə hesablanmış 37.659 manat əmək haqqı məbləği sosial sistemə daxil edilmişdi. Minimum məbləğlə hesablanmış əmək haqqı məbləğindən gəlir vergisi tutulmadığı, minimum əmək haqqı məbləğindən tutulan məcburi sosial sığorta məbləği və minimum əmək haqqı məbləğinə görə hesablanan əlavə məcburi sosial sığorta məbləği minimum səviyyədə olduğu üçün minimum məbləğlə hesablanmış əmək haqqı sosial sistemə daxil edilmişdi. Xarici vətəndaşın sahib olduğu "xxxx" MMC-nin icraçı direktoru və onun təyin etdiyi inzibatçılar maddi maraqları üçün işçilərə minimum məbləğlə əmək haqqı hesablanmasını davam etdirmişlər, 109 aylar üzrə faktiki olaraq aldığı 92.910 manat əmək haqqı ödənişinə görə hesablanmalı olan 111.951 manat əmək haqqı məbləğindən 14 faiz dərəcəsi üzrə tutulma 15.678 manat gəlir vergisi məbləği, 3 faiz dərəcəsi üzrə tutulma 3.363 manat məcburi sosial sığorta haqqı məbləği, 22 faiz dərəcəsi üzrə hesablanma 24.629 manat əlavə məcburi sosial sığorta haqqı məbləği olmuşdu. 15.678 manat gəlir vergisi məbləği dövlət büdcəsindən yayındırılmış, sosial müdafiəsi ilə bağlı 27.992 (3.363 + 24.629) manat məcburi sosial sığorta məbləğindən 109 aylar üzrə minimum məbləğlə hesablanmış 15.827 manat əmək haqqından tutulmuş 474 manat, hesablanmış 3.481 manat məcburi sosial sığorta haqqı məbləği DSMF-ə ödənilmiş, sosial müdafiəsi ilə bağlı 24.037 (27.992*474-3.481) manat məcburi sosial sığorta haqqı məbləği DSMF-ə ödənilməmişdi. 2021-ci ilin 11 ayları üzrə 11.550 manat əmək haqqı ödənişinə görə hesablanmalı olan 12.623 manat əmək haqqı məbləğindən 8.5 faiz dərəcəsi üzrə tutulma və hesablama 3.155 manat məcburi sosial sığorta haqqı məbləği olmuşdu, bu məbləğdən sosial müdafiəsi ilə bağlı minimum məbləğlə hesablanmış 6.622 manat əmək haqqı məbləğindən tutulmuş və hesablanmış 1.655 manatı DSMF-ə ödənilmiş, 1.500 manatı xarici vətəndaşın sahib olduğu şirkətin hesabında saxlanılmış və xarici kapitalın artımına yönəldilmişdi. 2022-ci ilin 12 ayları üzrə 13.200 manat əmək haqqı ödənişinə görə hesablanmalı olan 14.592 manat əmək haqqı məbləğindən 9.5 faiz dərəcəsi üzrə tutulma və hesablama 3.648 manat məcburi sosial sığorta haqqı məbləği olmuşdu, bu məbləğdən sosial müdafımlə bağlı minimum məbləğin bir misli qədər artırılmış məbləğlə hesablanmış 7.224 manat əmək haqqı məbləğindən tutulmuş və hesablanmış 1.806 manatı DSMF-ə ödənilmiş, 1.842 manatı xarici vətəndaşın sahib olduğu şirkətin hesabında saxlanılmış və xarici kapitalın artımına yönəldilmişdi. 2023-cü ilin 11 ayları üzrə 13.750 manat əmək haqqı ödənişinə görə hesablanmalı 15.367 manat manat əmək haqqı məbləğindən tutulma və hesablama 3.842 manat məcburi sosial sığorta haqqı məbləği olmuşdu, bu məbləğdən sosial müdafiəsilə bağlı minimum məbləğin bir misli qədər artırılmış məbləğlə hesablanmış 7.986 manat əmək haqqı məbləğindən tutulmuş və hesablanmış 1.996 manatı DSMF-ə ödənilmiş, 1.846 manatı xarici vətəndaşın sahib olduğu şirkətin hesabında saxlanılmış və xarici kapitalın artımına yönəldilmişdi. Bildirir ki, o, xx.xx.2012-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövrdə 12 il ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya məbləği almamışdır. 12 il ərzində Azərbaycan vətəndaşı olaraq sağlamlığı üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə ala bilmədiyi 9.219,54 manat kompensasiya məbləği xarici vətəndaşın sahib olduğu şirkətin kapitalının artımına yönəldilmişdir. "xxxx" MMC-yə daxil olan pul gəlirləri onun kimi sıravi işçilərin əməyinin nəticəsidir, şirkətin pul gəlirləri və xərcləri, o cümlədən əmək haqqı haqda smetanı maliyyə müdiri tərtib etməlidir. Əmək haqqı məbləği şirkətin pul gəlirlərinə görə deyil, minimum əmək haqqı məbləğinə görə təyin edilir. Bildirir ki, o, Əmək Müfəttişliyi Xidmətinə etdiyi şikayətdən sonra əməyin ödənişi nağdsız hesablaşma qaydasında aparmaq üçün nağd şəklində ödəniş leqallaşmış və hər bir işçinin nağd və nağdsız qaydada aldığı əmək haqqının üzərinə minimum əmək haqqının bir misli qədər artım edilmişdir. Şirkətdə çalışanlar bilir ki, maliyyə müdiri Əskər Əskərzadə nağd pulların hərəkətinə nəzarət edən Mustafa Demirhan bəyin qeyri-leqal xəzinədarıdır. Mağazada mal satışından toplanılan nağd pullar, malların kreditlə satışını həyata keçirən işçilər toplanılan nağd pulları hər gün maliyyə müdirinə təhvil verirlər. Şirkətdə icraci direktorun nağd pul vəsaitinə qoyduğu qaydalar Azərbaycan Respublikasının "Nağdsız heablaşmalar haqqında” Qanunun icrasına sayğısızlıqdır. xx.xx.2023-cü il tarixində iddiaçı ilə icraçı direktor Yaqub Zülfiqarov arasında yaranmış mübahisə 1.250 manat əmək haqqı ödənişinin səviyyəsini 2.000 manata qaldırmaq haqda dəfələrlə etdiyi müraciətə baxışın son hədd günü olmuşdu. Bildirir ki, əmək haqqının qaldırılması ilə bağlı işçilər arasında aparmadığı təbliğat haqda onu şantaj etməyə başladı, onunla işləməyəcəyini, iş gününün sonunadək "öz xahişi ilə işdən azad olunmağa dair” ərizə yazmağı bildirmişdi, "imza etməsə, statya ilə işdən çıxaracam" hədə-qorxusu gəlmişdi, işin sonlarına yaxın saat 16:56 radələrində kargüzar Aysel Əhmədova "xxxx" MMC-yə məxsus ********** №-li telefonla ərizəyə imza atmaq üçün ona yaxınlaşmağını bildirmişdi, o, Aysel Əhmədovaya “ayın axırında imzalayaram” cavabını vermişdir. xx.xx.2023-cü il tarixində və bu tarixdən sonra şirkətə məxsus +994 55 *** ** ** nömrəİi telefonla bütün müştərilərə: -“Hörmətli müştərilər! NORİTAKE brend meneceri İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən "xxxx" şirkətində çalışmır. Yeni brend menecer haqqında məlumat yaxın zamanda sizə göndəriləcəkdir. Xahiş edirik nəzərə alasınız.” "ARMADA DENTAL" vatsap mətni göndərilmişdi. xx.xx.2023-cü il tarixində noyabr ayının əmək haqqı ödənişi olan 1.250 manatın 600 manatına dair Əsgər Əsgərzadənin sənədini xx.xx.2023-cü il tarixində imzalamışdır və həmin məbləği nağd hesablaşma qaydasında almışdır, baş mühasib Vüqar Abbasov tərəfindən ayın sonuna bir gün qalmış 1.250 manat ödənişin qalan hissəsi 650 manat məbləği maaş kartı hesabına köçürmüşdü və 650 manat məbləğin tərkibinə işdə olduğun noyabr ayının 20, 22-24, 27-29 tarixlərinə düşən əmək sərfinin dəyərləri də daxil edilmişdi. xx.xx.2023-cü il tarixində baş mühasib Vüqar Abbasovun sədrliyi ilə İT üzrə mütəxəssis Ruslan Bağırov və kargüzar Aysel Əhmədovanın iştirakı ilə onun haqqında "İşə davamiyyətə yol verilmiş pozuntular barədə" akt tərtib etmişlər. Noyabr ayının 20, 22- 24, 27-29 iş günlərində işdə olduğunu bir gün qabaq, xx.xx.2023-cü il tarixli ödəniş sənədi ilə təsdiqlədiyi halda, həmin günlərə aid məlumatları inkar edən akt tərtib etmişlər. Baş mühasib Vüqar Abbasov tərəfindən aktın tərtibatı onun zehniyyətində psixoloji problemlərin olmasına şübhələr yaradır. Ruslan Bağırov və Aysel Əhmədova onun tələbi ilə akta imza etmişlər. Bildirir ki, bu insanlarla əmək funksiyasının icrası ilə bağlı heç bir əlaqəsi yoxdur, mühasibat şöbəsi, informasiya texnologiya şöbəsi, kargüzarın oturduğu yer ayrı-ayrı bölmələrdədir, onun işdə olmadığı hal olsa belə onların iş ahəngi pozula bilməz. İşdə olmadığı gün çalışdığı bölmənin iş ahəngini poza bilər və bu baxımdan bölmənin işçiləri əlaqə vasitələrindən istifadə edib işə gəlməmə səbəbini öyrənə bilərlər. Aktda göstərilən günlərdə heç kim onunla əlaqə vasitələrindən istifadə edib işə gəlməməyi ilə ilə bağlı əlaqə yaratmamışdı. Bu akt icraçı direktorun tələbi ilə tərtib edilmişdi. xx.xx.2023-cü il tarixində günün sonunadək işdə olmuşdur və icraçı direktor ilə sonlanmamış danışığını tamamlamaq istəmiş, ancaq o, günün sonunadək işə gəlmədi. İşə gəldiyi səhər saatlarında mühafizəçi icraçı direktorun Türkiyədə olduğunu ona deməsini, isti münasibətdə olduğu iş yoldaşlarının onunla ünsiyyətdən yayınmalarını ilk olaraq anlamamışdır. Həmin gündən sonrakı günlərdə anlamışdır ki, işçilərin, o cümlədən mühafizəçinin təəccüb doğuran davranışları onun həmin gündən işdən azad olunmağı ilə bağlı məlumatlı olmaları imiş. Baş mühasib Vüqar Abbasov və Ruslan Bağırov icraçı direktorun səhər saatlarında əlaqə vasitələrindən istifadə edib verdiyi göstərişi gizlin olaraq yerinə yetirmişlər, imzalanmamış əmrə nömrə və tarix qoymuşlar. Çap tarixi xx.xx.2023-cü il 11:21:17 olan "əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"nə çap edilən an imzalanmayıb, sistemə daxil edilmə tarixi, imzalanma tarixi olmayan şübhəli məlumatlar olduğu üçün bu bildiriş xx.xx.2023-cü il tarixində sosial sistemə daxil edilməmişdir, dekabr ayının 2-si şənbəyə, 3-ü isə bazar gününə düşdüyünə görə xx.xx.2023-cü il tarixində yeni bildiriş sosial sistemə daxil edilmişdir. Yeni bildirişi deyil, icraçı direktor xx.xx.2023-cü il tarixində ona çatdırdıqları 022 №-li xx.xx.2023-cü il tarixli əmrin vərəqinə tikdiyi çap tarixi: xx.xx.2023-cü il 11:21:17 olan bildirişi göndərmişdir. Bu bildirişdə əmək müqaviləsinə xitam veriməsinə dair əmrin xx.xx.2023-cü il tarixindən hüquqi qüvvəyə mindiyi görüntüsünü yaratmışlar. Bu hərəkətin ancaq bir adı var: Dələduzluq. O, xx.xx.2023-cü il tarixində işdən çıxarılma haqqında məlumatı sosial sistemdən almışdır. xx.xx.2023-cü il tarixində aldığı məlumatla bağlı şirkətin ünvanına poçt vasitəsilə ərizə ilə müraciət etmiş, həmin gün ərizə saat 13:11 radələrində şirkətə çatdırılmışdı. İcraçı direktor 3 yaxud 4 saat müddətində ərizəsinə baxmış və müraciətə baxılma qaydaları haqqında Qanunun tələblərinə uyğun cavab verməmişdir. xx.xx.2023-cü il tarixində saat 11:25 radələrində baş mühasib Vüqar Abbasov poçt vasitəsi ilə ünvanına çatdırılmanı təmin etmişdi. Cavab məktubunda biliyini, bacarığını və qabiliyyətini aşağılayan, onu hüquq-mühafizə orqanlarına verməklə hədə-qorxu gələn və sair səviyyəsiz ifadələr yazmışlar, əməllərinin doğru və düzgün olduğunu bildirmişlər, əmrin surəti, əmək kitabçası, son haqq-hesab sənədi cavab məktubuna əlavə edilmişdir. xx.xx.2023-cü il tarixində ünvanına göndərilmiş son haqq-hesab üzrə hesablaşma sənədi icraçı direktor və baş mühasib adına utanc gətirmiş formada tərtib edilmişdir, son haqqhesab cədvəlinə işdən çıxdığı gündən sonrakı dekabr ayı üçün əmək haqqı aldığı göstərilmiş, Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndində "Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir". Lakin şirkətin ona göndərdiyi son haqq-hesab cədvəlində ayların sayı 7 göstərilmiş, o cümlədən işdən çıxarıldıqdan sonra almadığı dekabr ayının əmək haqqısı da cədvələ daxil edilmişdir. Əmək Məcəlləsinin 173-cü maddəsinin 3-cü bəndində "Haqq-hesab sənədləri onları tərtib edən mühasib tərəfindən imzalanır və son dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir." Lakin xx.xx.2023-cü il tarixində ona çatdırılmış haqq-hesab sənədlərindən görünür ki, haqq-hesab sənədlərini tərtib edən və imzalayan baş mühasib deyil, icraçı direktordur. Haqq-hesab məbləği isə onun kart hesabına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. xx.xx.2023-cü il tarixində işdən çıxarılma üçün zəruri əsaslar barədə məlumat almaq üçün şirkətin ünvanına ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində baş mühasib Vüqar Abbasov zəruri əsas hesab etdiyi xx.xx.2023-cü il tarixli Aktın surətini poçt vasitəsi ilə ünvanına çatdırmışdı. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə ünvanladığı ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmadığı üçün pozulmuş hüququnun qarşısının alınması və bərpa olunması üçün, o, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X13 Xidmətinin ünvanına ərizə ilə müraciət etmiş və məhkəməyə iddia ərizəsi göndərdiyi günədək müraciətinə cavab almamışdır. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin ünvanına "X11" şirkətinin prezidenti Mustafa Dəmirhan beyin işlədiyi ünvan haqqında məlumat verilməsinə dair ərizə göndərmiş, lakin şirkət tərəfindən ərizə cavabsız qalmaqdadır. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin sahibi Türkiyə Respublikasının vətəndaşı Mustafa Dəmirhan bəyin Azərbaycan Respublikasında yerləşdiyi ünvana pozulmuş hüququnun qarşısının alınması və bərpa olunması üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin icraçı direktoru Yaqub Zülfiqarov etik davranış qaydalarına, əxlaqa sığmayan və ləyaqətsizlik həddini aşan hərəkətləri ilə Mustafa Demirhanın adına poçt vasitəsi ilə göndərdiyi ərizəsini açmışdı. Cavablandırmada "xxxx" Dental Corporation" loqotipi həkk olunmuş, şirkətin yerləşdiyi ünvan göstərilmiş blankda Bakı şəhəri, Əhməd Rəcəbli 2/4 ünvanda "X11" adlı şirkət fəaliyyət göstərmir və belə bir adda fəaliyyət göstərən şirkətin Mustafa Dəmirhan adlı Prezidenti də yoxdur" yazılmışdır. Bu cavablandırmanın müəllifinin zehniyyatında psixoloji problem olduğuna şübhələr var. Mustafa Dəmirhan bəyin adına göndərilmiş ərizənin açıb oxuma cəsarəti çox böyük təəccüb doğurur. Bildirir ki, işə qəbul edilməyi üçün əmək haqqı ödəniş məbləğinin 1.000 manat olması istəyini icraçı direktor Mustafa Demirhan bəyə izahatını verməyə cəsarəti olmamışdı və onun təyin etdiyi 800 manat ödənişlə razılaşmasını məsləhət bilmişdi. Bu cavab məktubunun isə ünvanına çatdırılmasını baş mühasib Vüqar Abbasov yerinə yetirmişdir. xx.xx.2023-cü il tarixində Mustafa Demirhan bəyin Ankara şəhərində yerləşən ofisinə məktub ünvanlamışdır və bu ərizəni məhkəməyə ünvanladığı tarixədək cavab ala bilməmişdir. xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin surətinin iddiaçıya çatdırılmasına dair şirkətin ünvanına ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində ərizəsinə əsasən 6 vərəqdən ibarət əmək müqaviləsinin surətinin göndərilməsinə dair cavab məktubunu almış və cavab məktubunu ünvanına çatdırılmasını Vüqar Abbasov yerinə yetirmişdi. xx.xx.2024-cü il tarixində iş stolunda qalmış əşyaları və iş kompyuterinin yaddaşında qalmış foto və brend menecer fəaliyyəti ilə bağlı informasiyaları götürmək məqsədi ilə şirkətin ünvanına ərizə ilə müraciət etmişdir. 8-ci gün İT üzrə menecer Ruslan Bağırov şirkətin işçisi vasitəsi ilə şirkətə gəlməyini və yaddaş daşıyıcısı gətirməyi barədə xəbər göndərmişdi. Bildirir ki, həmin gün şirkətə getmiş, lakin şirkətə buraxılmamışdır. Girişdə əşyaların ona təhvil verildiyi və təhvil verdiyinə dair xx.xx.2024 tarixli Akt tərtib etdi. Ruslan Bağırov tərtib etdiyi aktda "xxxx" MMC-də Brend menecer vəzifəsində çalışmış olduğunu öz imzası ilə təsdiqləmişdir, lakin xx.xx.2023 tarixli aktda satış agenti vəzifəsində çalışdığını da öz imzası ilə təsdiqləmişdir. Xarici vətəndaşın sahib olduğu "xxxx" MMC-nin icraçı direktoru X8, baş mühasib X12, maliyyə müdiri Əsgər Əsgərzadə, İT üzrə menecer Ruslan ismayıl oğlu Bağırov yuxarıda göstərilənlərə əsasən Azərbaycan Rüspublikası Əmək Məcəlləsinin 12,17, 46, 49, 70, 71, 72, 76, 83, 84, 85, 86, 87,116,140, 155, 172, 173, 174, 288, 291-ci maddələrinin müvafiq bəndlərinin tələblərinə əməl etməmişlər, Qanunla qorunan mənafeyinə maddi və mənəvi ziyan vurmuşlar, ailə başçısı olaraq işsiz qalmağı üçün hər cür pisliklərini etmişlər, işgüzarlıq nüfuzunu ləkələmişlər, şərəf və ləyaqətimi aşağılamışlar, yazılı qaydada böhtan atmışlar, xidmət etdiyi müştərilər arasında şəxsiyyətini təhqir edən hərəkətlər törətmişlər, Əmək müfəttişliyi xidmətinə işinə bərpa olunmağına dair etdiyi müraciətlə bağlı kollektiv arasında gözdən salmaq məqsədi ilə həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymışlar, səhhəti, sağlamlığı, istirahəti üçün məzuniyyət günlərindən əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə istifadə edə bilməmiş, istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya məbləği almamış, xx.xx.2012-ci il tarixindən xx.xx.2023 tarixinədək olan dövrdə nağd və nağdsiz hesablaşma qaydasında aldığı 143 aylar üzrə 131.410 manat əmək haqqı ödənişinə görə hesablanmalı 154.538 manat əmək haqqı məbləğini deyil, şirkətin iqtisadi və sosial şəraiti yaxşı olduğu halda ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsi ilə 143 aylar üzrə hesablanmış 37.659 manatı sosial sistemə daxil etmişlər, 109 aylar üzrə əmək haqqından tutulmuş 15.678 manat gəlir vergisi dövlət büdcəsinə ödənişindən yayındırılmış, sosial müdafiəsi ilə bağlı əmək haqqından tutulma və hesablanma məbləği 24.353 manat dövlət məcburi sosial sığorta haqqı məbləği DSMF-dən yayındırılmış, məzuniyyət günlərindən istifadə etmədiyi 12 illər üzrə ala bilmədiyi 9.219,54 manat kompensasiya məbləği xaric kapitalın artımına yönəltmişlər. xx.xx.2023-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatına müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak etmiş və xx.xx.2024-cü il tarixində prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır.

6. Cavabdeh MMC-nin iddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin məzmununda qeyd edilən halların əksəriyyəti iddiaçının özünün uydurmalarıdır. Belə ki, iddiaçının məhz 1 dekabr 2023-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasının əsl səbəbkarı və təqsirkarı iddiaçının özüdür. Belə ki, iddiaçı Cavabdeh MMC-də Satış agenti vəzifəsində çalışan zaman, 2023-cü ilin 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr tarixlərində (cəmi 7 gün) Cəmiyyət üzrə işçilərin işə davamiyyətinə riayət etməyərək (onlayn qaydada barmaq izi ilə işə gəlməyini qeydiyyatdan keçirməyərək) üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməmiş, bununla da özünün əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bundan başqa hətta 2023-cü ilin 30 noyabr və 1 dekabr tarixlərində iddiaçı guya işə gəlməyini formal olaraq rəsmiləşdirmək məqsədilə, Cəmiyyətin yerləşdiyi ofisin giriş qapısına səhər tezdən iş vaxtının başlamasına xeyli vaxtdan öncə yaxınlaşaraq, onlayn qaydada barmaq izi ilə işə gəlməyini qeydiyyatdan keçirərək, daha sonra həmin ərazini rəhbərliyə məlumat vermədən özbaşına olaraq tərk etmişdir. Bütün bu faktlar Cəmiyyətin yerləşdiyi binada quraşdırılmış video çəkilişlə aparılmış görüntülərdə əks olunmuşdur. Həmin bu hallar cavabdeh tərəfindən rəsmi olaraq qeydə alınmışdır. Odur ki, iddiaçının yuxarıda göstərilən hərəkətləri Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» və «b» bəndlərinin, tərəflər arasında bağlanmış əmək kontraktının tələblərinin, habelə Cavabdeh MMC-nin “X4”nın müvafiq tələblərinin pozulması olaraq, AR ƏM-nin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Məhz yuxarıda göstərilən hallar iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə və iddiaçının xx.xx.2023-cü il tarixindən işdən çıxarılmasına əsas vermişdır. Göründüyü kimi, işəgötürən iddiaçı ilə bağlı qəbul etdiyi əmr Əmək Məcəlləsinin tələblərinə tam uyğun olaraq verilmişdir. Göstərilənlərə əsasən hazırda iddiaçının öz iddia ərizəsində gətirdiyi əsaslar və göstərdiyi faktlar həqiqəti əks etdirmir. Bunların hamısı iddiaçının öz ərizəsində qeyd etdiyi özünün əsassız uydurmalarıdı. Yuxarıda qeyd edildiyi kimi iddiaçı həmçinin 30 noyabr və 1 dekabr 2023-cü il tarixlərində də heç bir üzrlü səbəblər göstərmədən iş yerində olmamışdır. Əgər həqiqətən də iddiaçı 1 dekabr 2023-cü il tarixində bütün iş günü iş yerində olmuş olsaydı, ona elə həmin günü işəgötürənin işdən çıxarılma əmrinin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri təqdim edilərdi. Təəssüf ki, iddiaçı məhz bu səbəbdən sadalanan həmin sənədləri Cəmiyyətdən yalnız poçt vasitəsilə 6 dekabr 2023cü il tarixində qəbul etmişdir. Bu faktı iddiaçının özü də ərizəsində etiraf etmişdir. Hətta iddiaçının ərizəsinin 5-ci səhifəsində iddiaçının özünündə etirafedici izahatından görünür ki, o həqiqətən də 2023-cü ilin 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr tarixlərində (cəmi 7 gün) heç bir üzürlü səbəb olmadan işdə olmamışdır. Belə ki, iddiaçı öz iddia ərizəsinin həmin səhifəsində onunla bağlı tərtib edilmiş aktla razılaşmayaraq bildirir ki, onun həmin günlərdə işə çıxmamasına görə, onunla heç kim işlədiyi yerdən hər hansısa bir əlaqə vasitəsilə işə gəlməməsi səbəbi öyrənilməmiş və onunla heç kim əlaqə yaratmamışdır. Bu etirafedici faktın özü onu təsdiq edir ki, cavabdeh təşkilat haqlı olaraq iddiaçı barəsində müvafiq aktı tərtib etmiş və iddiaçının tamamilə qanuni olaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Ona görə də iddiaçının öz iddia ərizəsində 1 dekabr 2023-cü il tarixindən işinə bərpa edilməsi tələbi tamamilə əsassızdır və belə qanunsuz tələb məhkəmə tərəfindən təmin edilə bilməz. İddia ərizəsindən həmçinin görünür ki, iddiaçı Cavabdeh MMC-yə qarşı hazırki iddia tələblərini irəli sürdüyü halda, ərizəsinin xahiş etdi hissəsində həmin cəmiyyətin Direktoru, Baş mühasibi və İT üzrə menecerinin əməllərində ciddi qanun pozuntularının olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla onlarında məsuliyyətə cəlb edilməsini xahiş etdir. Ərizənin bu xahiş etdi hissəsinə münasibətdə qeyd edilir ki, iddiaçı hüquqi nəticə etibarı ilə Cavabdeh MMC-nin direktoru ilə yanaşı, iddia tələbi irəli sürülməyən həmin Cəmiyyətin Baş mühasibi və İT üzrə menecerinin barələrində xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin hesab edilir ki, bu məsələ ərizədə, tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan hesab olunur ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə gələcəkdə çıxarılacaq qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Məhkəmə araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas kimi gətirilən halları biz cavabdeh tərəf olaraq əsassız hesab edir və iddiaçının ərizəsində qeyd olunan halların hamısı mülki xarakterli mübahisələr olması səbəbindən belə bir xahiş məhkəmədə təmin edilməməlidir. Ümumiyyətlə cavabdeh tərəf olaraq hesab edir ki, iddiaçının vaxtilə işdən azad olunmasında nə Cəmiyyətin Direktorunun, nə Baş mühasibinin və İT üzrə menecerinin əməllərində heç bir qanun pozuntuları yoxdur. Bildirilir ki, iddiaçının işdən azad olunmasının əsl səbəbkarı və təqsirkarı iddiaçının özüdür. Bundan başqa iddiaçının Cavabdeh MMC-də geridə qalmış 11 il ərzində rəsmi çalışdığı müddətdə ona ödənilən bütün əmək haqqı məbləğləri hər zaman ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğlərinin tələblərinə uyğun və hətta artıq olmuş, Cəmiyyət tərəfindən də heç bir vaxt Azərbaycan Respublikasında tətbiq edilən minimum əmək haqqı məbləği üzrə dəyişikiliklər aparılan zaman qanun pozuntulara yol verilməmişdir. Bildirilir ki, iddiaçının öz ərizəsində qeyd etdiyi kimi, o Cavabdeh MMC-də uzun illərdir ki, rəsmi olaraq çalışmış və rəsmi əmək müqaviləsinə əsasən, iddiaçıya əmək haqqı ödənilmişdir. İddiaçının yerinə yetirdiyi işlərdə məhz onunla bağlanmış əmək müqaviləsi üzrə tutduğu vəzifəyə uğun olmuşdur. Burada məntiqlə sual yaranır əgər həqiqətən də Cəmiyyət iddiaçının geridə qalmış 11 il ərzində əmək hüquqlarını pozmuşdursa, ona verilən əmək haqqlarını düzgün hesablamamışdırsa, onun əmək haqqısından geridə qalmış 11 il ərzində vergiləri və məcburi dövlət yığımlarını düzgün olaraq tutulması həyata keçirilməmişdirsə, onda nədən bu vaxta kimi iddiaçı bir işçi olaraq öz arzusu ilə işdən ayrılmamış, bu halları qanunla müəyyən edilmiş qaydada və müddətdə səlahiyyətli dövlət orqanları qarşısında və ya məhkəmədə mübahisələndirməmişdir? Maraqlısı odur ki, bu gündə iddiaçı özünün iddia etdiyi kimi 11 ildir ki, əmək hüquqları pozulduğu iş yerinə yenidən bərpa olunmaq arzusundadır. Göründüyü kimi iddiaçının öz ərizəsində sadaladığı bütün bu halların hamısı ziddiyyətlidir. Cavabdeh tərəf, hesab edir ki, ümumiyyətlə iddiaçı hazırki iddia ərizəsində 2012-ci ildən başlayaraq 2023-cü ilədək olan dövr üzrə irəli sürdüyü pul və maddi tələbləri əsassızdır və bu hissədə iddiaçı ümumiyyətlə iddia müddətlərini ötürmüşdür. Ona görə də, həmin hissələr üzrə iddiaçının iddia tələblərinə iddia müddəti tətbiq edilməklə məhkəmə həmin tələbləri rədd etməlidir. İddiaçının hazırda ötürmədiyi iddia müddəti yalnız sonuncu 2023cü ili əhatə edir və həmin il üzrə də iddiaçı işdən azad olunan zaman son haqq-hesab sənədləri üzrə bütün pul təminatlarını rəsmi olaraq cavabdeh təşkilatdan almışdır və cavabdehin hazırda iddiaçıya heç bir pul və ya digər əmlak tələbləri üzrə borcu yoxdur. Həmçinin qeyd edilir ki, iddiaçıyla cavabdeh arasında vaxtilə bağlanmış əmək müqaviləsində iddiaçıya hər hansısa məbləğdə əmək haqqından başqa Cəmiyyətin dövriyyəsindən əlavə olaraq pul vəsaitinin verilməsi ilə bağlı rəsmi razılaşma olmamış, Cəmiyyətin daxilində iddiaçının ərizəsidə qeyd etdiyi kimi “qara” mühasibatlıq mövcud deyil. Bunların hamısı iddiaçı tərəfindən işdən çıxarıldıqdan sonra qəsdən cavabdeh Cəmiyyətə atılmış böhtandır. Əksinə məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının bir işçi olaraq Armada Cəmiyyətində çalışdığı müddətdə o, daimi olaraq Cəmiyyətin bir çox müştərilərinə problemlər yaradaraq, heç bir qanuni əsas olmadan və işlədiyi Cəmiyyətin rəhbərliyinin də xəbəri olmadan, müştərilərdən güya onlara xidmət göstərmək, mal və materiallarla təmin etmək adı altında dəfələrlə nağd şəkildə pullar alaraq həmin şəxsləri aldatmışdır. Hazırda həmin müştərilər iddiaçı barəsində telefonla (votsap səs yazısı vasitəsilə) onlara vurulmuş maddi ziyanlara görə Cəmiyyətə şikayət ünvanlamışlar. Əslində iddiaçının etdiyi bu özbaşınalıqlara görə məhz Cavabdeh MMC hüquq mühafizə orqanlarına şikayət verməklə bu məsələlərə hüquqi qiymət verilməsini tələb etmək hüququnu özündə saxlayır. Hazırda Cavabdeh MMC tərəfindən iddiaçı barəsində şikayətçi olan müştərilərin dairəsi tam müəyyən edilmiş və bu məhkəmə işi bitdikdən sonra iddiaçı barəsində edilmiş qanunsuz əməllərlə bağlı müvafiq hüquq-mühafizə orqanına rəsmi müraciətin ünvanlandırılması planlaşdırılır. Göstərilənlərə əsasən, hazırda cavabdeh tərəf hesab edir ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi ərizəsində Cəmiyyət barəsində yazdığı əsassız qeydlər, sadəcə iddiaçının öz qanunsuz əməllərinə öncədən qanuni don geyindirmək məqsədi daşıyır və heç bir məntiqə sığmır. Nəhayət iddiaçının öz ərizəsində, onun 1 dekabr 2023-cü il tarixindən əvvəlkini işinə bərpa olunmasını xahiş etməklə yanaşı, cavabdeh Cəmiyyətdən maddi və mənəvi ziyana görə 200.000 manat məbləğində təzminatın da tutulmasının tələb edilməsinə münasibətdə, cavabdeh tərəf hesab edir ki, iddianın bu hissəsi də əsassızdır. Belə ki, iddiaçının işdən çıxarılması tam qanuni əsaslarla baş verdiyindən, cavabdehdən hər hansısa məbləğdə maddi və mənəvi ziyana görə pul vəsaiti tutula bilməz. Bundan başqa iddiaçı ona cavabdeh tərəfindən 200.000 manat məbləğində maddi və mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1499/2024 saylı 15 may 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması; İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.

9. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması.

10. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, onunla işəgötürən arasında mövcud olan etimadı tam aradan qaldırmasa da, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir.

11. Normanın məzmunundan da görünür ki, həmin şərtlər Məcəllənin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununa dair tələblər qanunvericiliklə konkret müəyyən olunmasına baxmayaraq, müvafiq əmr işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş məzmuna uyğun tərtib edilməmiş, o cümlədən əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, əmrin məzmununda işəgötürən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetiməməsini, həmçinin əmək vəzifələrini kobud şəkildə pozulmasını qeyd etsə də, bunların ifadə olunduğu halları göstərməməklə və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamaqla, əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Cavabdeh qeyd olunan əmrin verilməsinə əsas kimi iddiaçının heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə izah etməyə çalışsa da, mübahisələndirilən əmrin məzmunundan görünür ki, həmin əmrdə qeyd edilənlər öz əksini tapmamaqla, qanunvericiliyin imperativ göstərişləri olmasına baxmayaraq əsaslandırılmamışdır.

13. Həmçinin o da qeyd olunmuşdur ki, işçinin işə davamiyyətində baş vermiş pozuntular barədə Aktda “20 noyabr tarixində işə gəlməməsi”, “22-24 noyabr və 27-29 noyabr 2023- cü il tarixlərində işə gəlməməsi” səbəblərindən məhz hansının işdən çıxarılma əsası olduğunu əsaslandırılmamışdır. Belə ki, cavabdeh cəmiyyətin nümayəndəsinin etirazının dəlillərində iddiaçının 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr 2023-cü il tarixləri olmaqla, 7 gün işə gəlmədiyinə istinad edilmiş, həmin məsələ ilə bağlı Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış “işçi İddiaçı işə davamiyyətində baş vermiş pozuntular barədə” 30 noyabr 2023-cü il tarixli akt tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş “whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmaların surətindən müəyyən olunmuşdur ki, cavabdeh şirkət tərəfindən müştərilərə ünvanlanan mesajlarda İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən Cavabdeh MMC-də çalışmadığı bildirilmişdir. Cavabdehin (işəgötürənin) bu hərəkəti ilə müəyyən olunur ki, cavabdeh cəmiyyət artıq qeyd olunan tarixdən iddiaçı ilə əmək münasibətlərinə xitam vermişdir (birtərəfli qaydada). Düzdür birbaşa olmasa da işin müəyyən edilmiş halları, tərəflərin məhkəmə iclaslarındakı izahatları, habelə işəgötürənlə işçinin arasındakı etimadın aradan qalxması onu deməyə əsas verir ki, cavabdeh cəmiyyət iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsini əsas gətirməklə, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq qanuni zəminin yaradılmasına çalışmışdır.

14. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin İddiaçı 22-24 noyabr, 27- 29 noyabr 2023-cü il tarixlərində işə gəlməməsinə istinad edərək işçini işdən azad etməsinin məntiqi aydın deyildir. Göründüyü kimi, cavabdeh tərəfindən işçinin qeyd olunan tarixlərdə işdə olmamasını təsdiq etmək üçün iş yerinin video görüntülərini əks etdirən disklər təqdim edilmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, həmin disklərdə 26,27,28,29 noyabr və xx.xx.2023-cü il tarixlərini, o cümlədən video görüntülərdən birində sonuncu tarixdə 08:00 – 09:00 saat aralığını (iddiaçının iş saatı 09:00-dan sonra başlayır, buna qədər işçi işdə olmaya bilər) əks etdirən görüntülər əks olunmuşdur. Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri xx.xx.2023-cü il tarixindən işçi ilə əmək münasibətlərinin xitam verilməsi barədə sosial şəbəkə üzərindən məlumat verirsə, həmin tarixdən sonra işçinin işdə olmamasına istinad etmələri məntiqsizdir. Digər tərəfdən cavabdeh cəmiyyət həmçinin də qeyd edir ki, iddiaçı 20 noyabr 2023-cü il tarixində də işə heç bir üzrlü səbəb olmadan gəlməmişdir. Lakin cavabdeh cəmiyyət həmin günə aid olan video görüntünü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilmiş video görüntülərdən müəyyən edilmişdir ki, həmin görüntülər 26,27,28,29 noyabr və xx.xx.2023cü il tarixlərinə aiddir.

15. Digər tərəfdən, müəyyən olunur ki, işəgötürən tərəfindən işçiyə qərəzli münasibət göstərilmişdir. Belə ki, iş materiallarından və işin müəyyən olunmuş hallarından görünür ki, işəgötürən işdən çıxma barədə işçiyə tələb irəli sürmüş (yəni işdən öz xahişi ilə çıxma barədə ərizə istəmiş), işçi bu tələbi qəbul etməmiş, bundan sonra onun “20 noyabr, 22-24 noyabr və 27-29 noyabr 2023-cü il tarixlərində işə gəlməməsinə görə”, eyni zamanda “whatsapp” sosial şəbəkəsi üzərindən şirkətin müştərilərinə müraciət ünvanlanmış, məhkəmə iclasında izahat verən işəgötürənin nümayəndəsi mediasiya sessiyasında işçinin işdən öz ərizəsi ilə çıxması üçün təklif etməsini təsdiq etmişdir. Mediasiya zamanı olan belə təklif heç şübhəsiz ki, işçiyə daha əvvəl də edilmişdir. Buna dair birbaşa sübutlar olmasa da işin gedişatı, tərəflərin izahatları (cavabdehin nümayəndəsi iddiaçının müştərilərə qarşı dələduzluq etdiyini, buna görə də şirkətin nüfuzuna xələl gətirdiyini bildirmişdir), işin faktiki halı onu deməyə əsas verir ki, işçiyə qarşı qərəzli münasibət olmaqla, onun öz vəzifə funksiyalarının normal yerinə yetirilməsi imkanı məhdudlaşdırılmışdır.

16. Bu baxımdan iddiaçının 2023-cü ilin 20,22-24, 27-29 noyabr ayında üzrsüz səbəbdən işə gəlməməsi barədə dəlillərinə münasibətdə cavabdeh tərəf mötəbər sübut təqdim etməmiş, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının müştəriləri aldatması, onlardan pul alaraq sifarişi təqdim etməməsi, bununla da şirkətin nüfuzuna xələl gətirməsi kimi əməllər törətməsini bildirsə də, bu halın işçinin əmək müqaviləsinə xitam verilməsi üçün yetərli əsas olduğu halda, bunu etməməsi, belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı bu hərəkəti etməmiş, bu, sadəcə olaraq işəgötürənin iddiaçıya qarşı qərəzli mövqedə olmasını göstərir.

17. Bu baxımdan məhkəmə əlavə olaraq, cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli Akta da tənqidi yanaşaraq, həmin aktı mötəbər sübut kimi qəbul etməyərək, özünün bu mövqeyini yuxarıda sadalanan xüsusatlarla (işəgötürənin qərəzi, “whatsapp” sosial şəbəkəsi üzərindən şirkətin müştərilərinə müraciət mətnindəki tarixlə bağlı məsələ, işçi ilə əmək münasibətlərinə birtərəfli qaydada xitam verdikdən sonrakı günlərin video görüntülərini təqdim etməsi və s. kimi hallarla) əsaslandırır.

18. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə və ona əlavə edilmiş sənədlərə əsasən işçinin heç bir üzrsüz səbəb göstərmədən bütün iş günü ərzində işdə olmaması halları müəyyən olunmamışdır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, işçinin qeyd edilən tarixlərdə işə gəlməməsi faktı hətta təsdiqlənsə də belə üzrsüz səbəb kimi qiymətləndirilə bilməz. Belə olan halda Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 nömrəli saylı əmri qanuni hesab edilə bilməz.

19. Məhkəmə eyni zamanda cavabdehin “iddiaçı tərəfindən işdən çıxarılma barədə əmrin ləğvi tələbi olmadan birbaşa işə bərpa tələbinin irəli sürülməsinin yanlış olduğunu, işə bərpa olunması barədə tələbinin təmin edilməsi üçün ilk olaraq onun kökündə dayanan sənədin mübahisələndirilməli olması” barədə etirazının dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbində cavabdeh şirkətin işdən azad edilmə barədə əmrinin ləğv olunması tələbi qeyd olunmasa da, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarında o cümlədən işə bərpa tələbinin özünün məğzində məhz həmin əmrin mübahisələndirilməsi dayanır. İddia tələbinin nəticə hissəsində belə bir tələbin irəli sürülməməsi iddiaçının hüquqlarının məhkəmə qaydasında bərpa olunmasından imtina edilməsinə əsas verə bilməz.

20. Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 022 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, cavabdeh tərəfindən məcburi işburaxmaya görə iddiaçıya əmək haqqı ödənilməlidir. Bununla belə məhkəmə iddiaçının “NORİTAKE brend menecer vəzifəsi üzrə” işə bərpa olunması barədə tələbini əsaslı hesab etməmişdir. Həmin hissədə tələbinə dair mötəbər sübutlar təqdim edə bilməmiş, bundan əlavə işin müəyyən edilmiş hallarına (sosial arayış, ərizə və s.) əsasən, iddiaçının satış agenti üzrə işə qəbul edildiyi öz təsdiqini tapmışdır.

21. Məhkəmə iddia tələbinin “əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizəni həmin hissələrdə tətbiq edilməsini qismən əsaslı hesab etmişdir.

22. Beləliklə, göründüyü kimi qanunvericilik tərəfindən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququna riayət etmədən, həmin müddəti ötürmüş, həmçinin iddia müddətinin bərpasına dair ərizə təqdim etməmiş və iddia müddətinin ötürülməsinin üzrlü səbəb olmasının heç cür əsaslandırmamışdır. Bununla belə məhkəmə qeyd etmişdir ki, cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiya təklifi göndərilmişdir. Deməli, iddiaçı həmin tarixdən iddia müddəti tətbiq olunmayan son bir illik müddət, yəni iddiaçının mediasiyaya müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki bir illik müddət istisna olmaqla, xx.xx.2023cü il tarixdən əvvəlki dövrə görə yuxarıda qeyd olunan pul tələbləri ilə bağlı iddia irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Həmin xx.xx.2023-cü il tarixdən isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-xx.xx.2023 tarixlərini əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, iddiaçı işdən azad edilən zaman onunla qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab aparılmış, qeyd olunan pul vəsaitləri MMC tərəfindən iddiaçıya son haqq-hesab zamanı ödənilmişdir.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçı real olaraq əmək haqqını almaqla, o cümlədən əmək haqqının bir qismini nağd bir qismini nağdsız almaqla hüququnun pozulduğunu bildiyi halda, mediasiyaya müraciət etdiyi xx.xx.2024-cü il tarixə qədər hazırki tələblərlə bağlı halları mübahisələndirməməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Bundan əlavə göründüyü kimi cavabdeh MMC tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı ödənilmişdir.

24. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlmişdir ki, iddia müddəti yuxarıda qeyd olunan müddət üçün ötürüldüyündən iddia tələbi “əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi” hissəsində təmin edilməməlidir. xx.xx.2023-cü il tarixdən isə qeyd olunan iddia tələbi öz təsdiqini tapmadığından, habelə sübuta yetmədiyindən təmin edilməməlidir.

25. Məhkəmə, “şərəf və ləyaqətinin aşağılanması ilə bağlı vurulmuş maddi və mənəvi ziyana görə şirkətdən 200000 manat təzminat məbləği tutulması” hissəsi ilə bağlı hesab etmişdir ki, bu hissədə iddia tələbi qeyri-müəyyəndir. Birincisi ona görə ki, iddiaçı həm maddi həm də mənəvi zərərin əvəzi olaraq 200.000 manat pul vəsaitini tələb edir. Lakin hansı məbləğdə maddi hansı məbləğdə mənəvi zərərə məruz qaldığını, ikincisi isə şərəf və ləyaqətinin alçaldılmasının konkret nədə ifadə olunmasını əsaslandırmır. Qanunvericiliyin tələblərinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Belə ki, hazırda iddiaçı cavabdehin hər hansı üsulla onun şərəf və ləyaqətini ləkələməsini, alçaltmasını, şəxsiyyətini təhqir etməsini, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymasını, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməlləri və hərəkətləri etməsini, həmin əməllərin konkret nədə ifadə olunmasını əsaslandırmaqla, belə bir iddia irəli sürməli olduğu halda bunu etməmiş, o cümlədən qeyd olunan hallara dair təkzib edilməz dəlillər təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin olunmamalıdır.

26. Məhkəmə, cavabdehin səlahiyyətli şəxslərinin əməllərində ciddi qanun pozuntuları olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi üçün xüsusi qərardadın çıxarılmasını xahiş edir. Qeyd olunmalıdır ki, məhkəmə bu məsələ də tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassızdır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35 və 71-ci maddələrinə; İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68.2.a), 70, 71.2, 71.3, 72, “a” bəndi, 76.1, 76.2, 83.1, 83.2, 135.2, 154.1, 156.1, 186.2, 187.2, 189.2, 296.2, 296.4, 296.3, 196.5, 288, 290.3, 290 və 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

28. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1499/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti haqqında sənəddə isə girdiyi gün, ay, il dəyişdirilmişdir. Cavabdeh MMC-yə xx.xx.2012-ci il tarixində işə girmişdir. İşə girdiyi vəzifənin adı “NSK brend menecer” olub. Cavabdeh MMC-nin vəzifəli şəxsləri işə girdiyi gün, ay, ili dəyişərək xx.xx.2012-ci il etmişlər. İşlədiyi vəzifəyə 2016-cı ildə “FKG brend meneceri” vəzifəsinin əmək funksiyasının icrası həvalə edilib. 2019-cu ildən “Noritake brend menecer” vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixinədək həmin vəzifənin əmək funksiyalarının icraçısı olmuşdur. Əmək kitabçasına faktiki işlədiyi peşələr daxil edilməyib. Əmək kitabçasına işə girdiyi gündən bəri saxtakarlıq edərək, heç bir müqavilə və heç bir əmr ilə sübutlanmayan “satış agenti” vəzifəsini daxil etmişlər. Bildirir ki, şirkətin vəzifəli şəxsləri bütün işçilərin, o cümlədən də onun Dövlətin müəyyənləşdirdiyi əmək haqqının minimum miqdarinda vəzifə maaşı ilə işə qəbul olunmanı birtərəfli qaydada “işçilərdən xəbərsiz” rəsmiləşdirmişlər. Buna səbəb Cavabdeh MMC-nin vəzifəli şəxslərinin iqtisadi və sosial vergilərdən yayınmaq məqsədi olmuşdur. Cavabdeh MMC-nin vəzifəli şəxsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özbaşnalıq hərəkətləri törətməklə 2023-cü ilin dekabrın 1-də hüquqi qüvvəyə minməmiş 022 №-li əmrin əsasında əmək kitabçasına “72-ci maddənin nəzərə alaraq işdən azad edilsin” qeydiyyatını apararaq “Noritake brend meneceri” vəzifəsi üzrə əmək funksiyasının icrasını dayandırmışlar. xx.xx.2012-ci ildə işə girdiyi NSK brend menecer vəzifəsini, daha sonra 2016-ci ildə FKC brend menecer vəzifəsinin həvalə edilməsini və 2019-cü ildən bəri “Noritake brend menecer” vəzifəsinə keçirilmə ilə bağlı heç bir qeydləri əmək kitabçasında aparmamışlar. Bunun qanun pozuntusu olduğunu nəzərə alaraq məhkəmədən buna hüquqi qiymət verilməsini xahiş edir. Qətnamənin məhkəmənin mövqeyi bölməsində 28-ci abzasında qeyd olunmuş Məhkəmə iddia tələbinin “əmək haqqı ilə bağlı sosial sistemdə düzəlişlərin edilməsi, faktiki əmək haqqı məbləği həcmində məlumatların sosial sistemə daxil edilməsi, məzuniyyət pulu, sosial sığorta haqqının DSMF-yə, gəlir vergisinin dövlət büdcəsinə köçürülməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizəni həmin hissələrdə tətbiq edilməsini qismən əsaslı hesab etmişdir. Məhkəməninn qətnamədə göstərdiyi və istinad etdiyi bu əsası düzgün hesab etmir. Sığortaedən Cavabdeh MMC ilə onun, yəni siğorta olunan arasında yaranmış mübahisənin pul ilə miqdarı 29.263,5 manat olmuşdur. Göstərdiyi “Sosial sığorta haqqında” Qanunun maddələrinə əsasən bu mübahisəyə məhkəmə baxmaq mütləq vəzifəsidir. Məhkəmə DƏMX-dən əməkdaş çağırılmalı idi. Mübahisəyə baxılmalı idi və məhkəmə qərar qəbul etməli idi. Lakin qanunun tələbləri yerinə yetirilməmişdir. Buna sübut olaraq Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1499/2024-037 nomrəli məktubunu göstərir. Akta imza edənlər: maliyyə-təsərrüfat əməliyyatlarını mühasibat uçotunda əks etdirən vəzifəli şəxs baş mühasib Vüqar Abbasov; informasiya texnologiyaları üzrə şirkətin elektron avadanlıqlarına və video müşahidə aparatlarına xidmət göstərən icraçı şəxs, menecer Ruslan Bağırov; Resepşın adlanan kargüzar Aysel Əhmədova. Akta 2023-cü ilin noyabr ayının 20, 22, 23, 24, 27, 28, 29 günləri daxil edilmişdi. Bu günlər üçün cavabdehin nümayəndəsi məhkəməyə 4 ədəd CD diskdə video görüntülər təqdim etmişdir. Və poct vasitəsilə onun ünvanına də göndərilmişdir. Bu görüntülərdən 1-cisi 26, 27, 28, 29 noyabr tarixlərində səhər saat 8:55-dən saat 9:05-ə qədər olan görüntülərdir. 26 noyabr günü bazar günü olduğu üçün Akta daxil edilməyib ancaq o günün video görüntüsünü təqdim edirlər. Övladlarını hər səhər saat 8.00-da yaxınlıqdakı “Landau” özəl məktəbinə qoyur və işə hər səhər saat 8:20 radələrində çatır. Bunu bilən vəzifəli şəxslər niyə sadəcə saat 8:55dən saat 9:05-ə qədər olan bir müddətin görüntülərini hədəf götürüblər? Hesab edir ki, bu video görüntülər cavabdehin səlahiyyətli nümayəndəsinin göstərişi ilə hazırlanıb. 2-cisi bu disklərdən iki ədədi yalnız xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixinə aid girişdə olan 2 kameranın tam bir günün video görüntüləridir. Bu tarix də aktda daxil edilmədiyi halda sübüt kimi məhkəməyə hansı əsasla təqdim olunur. 3-cüsü digər CD-də isə xx.xx.2023-cü il tarixində menecerlerin boş stollarının video görüntüləridir. Göstərdiyi bu əsasların da xx.xx.2023-cü il tarixli akta hec bir aidiyyəti yoxdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasinda təqdim olunmuş bu video görüntülərə baxildi və Vəkil bu zaman gülünc vəziyyətə düşdü. Mötəbər dəlillər adlandırdığı CD-disklər mənasız baş aldatmaq üçün gətirilmişdi və bu görüntülər vəkilin dediklərini təsdiqləmədi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində yenidən göstərir ki, xx.xx.2023-cü il tarixli aktda göstərilən günləri təsdiq edən CD video görüntülər var. Cavabdehin nümayəndəsi yalan məlumat daxil etməklə həqiqətin aşkarlanmasına maneələr yaratmaqdadır. 3). Hüquq yardımçısının köməyi ilə Akta əmək müqaviləsinin ləğv edilməsi sözü yazılmışdır. Lakin hansı tarixli əmək müqaviləsinin ləğv edilməsi göstərilməmişdir. 4). Akta imza etmiş baş mühasib Vüqar Abbasov noyabr ayının 20, 22, 23, 24, 27, 28, 29 günləri üçün əmək haqqı hesablayıb, (maaş kartının bank kartının çıxarışı bunu təsdiqləyir) onun həmin günlər işdə olduğunu təsdiqləmişdir. 5). Akta imza etmiş İT üzrə menecer Ruslan Bağırov xx.xx.2024-cü il tarixli Aktı imzası ilə təsdiqləyərək xx.xx.2023-cü il tarixli Aktın qanunsuz olduğunu sübutlamışdır. 6). Bu qanunsuz Akt əl ilə imzalanmış hüquqi qüvvəyə minməmiş və hüquqi qüvvəsi olmayan 022 nomrəli əmrə əsas olmuşdur. AR ƏM-in müvafiq hüquqi-normativ aktlarına uyğun olmayan qaydada tərtib olunmuş xx.xx.2023-cü il tarixli akt məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, akta imza edən şəxsl0ərdən biri maliyyə-təsərüffat əməliyyatlarını mühasibat uçotlarında əks etdirən şəxs, digəri elektron qurgulara xidmət göstərən texniki işçi, üçüncüsü isə resepşin qeyqdyyat işləri ilə məşğul olan işçidir. Bu işçilərin hüquq norması haqda bilgiləri ola bilməz. Aktın yazılmasına hüquq normasını daxil etdirmiş cavabdehin nümayəndəsi Vəkil olmuşdur. Vəkil özü də bu faktı məhkəmə iclasında çıxışı ilə etiraf etmişdir. Onu da qeyd edir ki, hüquqi yardım göstərmək səlahiyyəti ona daha sonra xx.xx.2024-cü il tarixindən verilib. Hesab edir ki, xx.xx.2023-cü il tarixindən sonra Vəkil Armada MMC-nin sifarişi ilə şirkətə dəvət olunub və İddiaçı işdən uzaqlaşdırılmasının “qanuni yolları” ona həvalə olunub. Şəxsi mənafelərini Vəkillik etikasından üstün tutan Vəkil səlahiyyət olmadan bu işlərə baş qoşub. Hal-hazırda da Cavabdeh MMC-nin icraçi direktoru Yaqub Zülfüqarov ondan tələb edir ki, qurduğu bu oyunları, düzüb-qoşduğu bu sənədləri məhkəmədə mütləq şəkildə sübut etsin. Məhkəmə yuxarıda göstərdiyi qanun pozuntusunu araşdırmadı. Həmin Aktı imzalamış şəxsləri dəvət edib dindirmədi. Cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə proseslərində onların dəvət olunmamasını israrlı şəkildə təkid edirdi. Bu hissədə o bir daha tələb edirə ki, o şəxslər məhkəməyə çağırılsın və dindirilsin. Qətnamədə məhkəmənin mövqeyi bölməsində 3-cü abzasda: Bu baxımdan məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkımübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh MMCxx.xx.2023-cü il tarixli 022 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Cümləsi yazılmışdır. AR-nın ƏM-nin bu maddəsinin tələbinə uygun olaraq Cavabdeh MMC-nin icraçı direktoru Yaqub Zülfüqarovla onun arasında xx.xx.2012-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində işə girdiyi vəzifəsinin adı NSK üzrə Menecer adlanıb. Əmək haqqı üzrə aylıq ödəniləcək vəzifə maaşı 800 manat olmuşdur. Cavabdeh MMC-nin vəzifəli şəxsləri xx.xx.2023-cü il tarixli 022№-li əmr hazırlamışlar. Hesab edir ki, əmrin hazırlanmasında hüquq yardımçısı Vəkil iştirak etmişdir. xx.xx.2023-cü il tarixli aktdakı məlumatlar əmrin məzmununa olduğu kimi daxil edilmişdir. xx.xx.2023-cü il tarixində günün sonunadək işdə olduğu üçün bildirir ki, icraçı direktor Yaqub Zülfüqarov həmin gün işdə olmamışdır. Bu səbəbdən Cavabdeh MMC-nin vəzifəli şəxsləri xx.xx.2023-cü il tarixli 022 №li əmrin məzmununu elektron informsiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edə bilməmişlər. Çünki, gücləndirilmiş elektron imza vasitəsi icraçı direktor Yaqub Zülfüqarovun kabinetində olub. Əmrin məzmunu gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil edilmədiyinə görə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə elektron qaydada qeydə alınmamışdır. Elektron informasiya sistemi Cavabdeh MMC-nin vəzifəli şəxslərinə elektron qaydada məlumat göndərmişdir ki, gücləndirilmiş elektron imza vasitəsi ilə imzalanmayıb. Bu yazdıqlarını təsdiqləyən elektron sənədi Cavabdeh MMC-nin baş mühasibi Vüqar Abbasov 2023-cü ilin dekabr ayının 6-da poçt vasitəsilə ünvanına göndərmişdir. Həmin elektron sənəd, yəni 2023-cü ilin dekabr ayının 1-də çap edilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” məhkəmənin iş mteriallarına əlavə olunmuşdur. Yaqub Zülfüqarov tərəfindən xx.xx.2023-cü il tarixli 022№-li əmr xx.xx.2023cü il tarixində əl ilə imzalanmış və əmrin məzmunu gücləndirilmiş imza vasitəsi ilə elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmış və bu barədə xx.xx.2023-cü il tarixində Cavabdeh MMC-yə məlumat göndərmiş və hüquqi qüvvəyə minmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli elektron sənəd haqqında məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə bu tələbini icrasız saxlamışdır. Bu sənədin alınmasında tələblidir və sənədi cavabdeh təqdim etmirsə məhkəmə öz səlahiyyətindən istifadə edib AR ƏƏSMN-nin müvafiq struktur bölməsindən tələb edə bilər. Cavabdeh MMC-nin vəzifəli şəxsləri həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özbaşnalıq hərəkətləri törətməklə 2023-cü ilin dekabrın 1-də hüquqi qüvvəyə minməmiş 022№-li əmrin əsasında əmək kitabçasına “72-ci maddənin nəzərə alaraq işdən azad edilsin” qeydiyyatını apararaq “Noritake brend meneceri” vəzifəsi üzrə əmək funksiyasının icrasını dayandırmışlar. Məhkəmə göstərdiyi Məcəllənin bu maddələrinə əsaslanıb əmrin qanuniliyini yoxlamalı idi. Məhkəmə əmrin qanuniliyini “Mubahisələndirmə” yaradacaq əsaslarla izah edir. Halbuki sübut olunmuş xx.xx.2023-cü il tarixində çap olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi göstərdiyi bu əsasların hamısını daha dəqiq sübut etmişdir. Digər bir hal isə Əmək məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinin pozulmasıdır ki, əmək müqaviləsinə xitam verildiyi zaman tərtib olunan əmrin məzmununda işçinin vəzifəsi onun əmək müqaviləsi üzrə göstərilməməsidir. Cavabdeh tərəfin təqdim etdiyi müqavilədə Cavabdeh MMC-nin NSK satışı vəzifəsidir. Lakin əmrdə “satış agenti” vəzifəsi qeyd olunub. İşə girdiyi gün Cavabdeh MMC-nin vəzifəli şəxsləri öz vəzifələrindən sui-istifadə edərək işçidən əmək kitabçasını, şəxsiyyət vəsiqəsini, Dövlət sosial sığorta kartını tələb edərək alıblar. xx.xx.2012-ci il tarixində onunla əmək müqaviləsi bağladılar. Təqdim etdiyi sənədlərdən yalnız şəxsiyyət vəsiqəsini geri qaytardılar. Əmək kitabçasını və sosial sığorta kartını 143 aydan sonra xx.xx.2023-cü il tarixində ona poçt vasitəsilə ünvanına göndərmişlər. Dövlət sosial sığorta kartını saxlamaqda məqsədləri sistemə daxil etdikləri əmək haqqı və məcburi sosial sığorta haqqı ilə bağlı məlumatları öyrənməkdən onu məhrum etmək idi. Cavabdeh MMC-nin vəzifəli şəxsləri vəzifədən sui-isifadə edərək, vəzifə saxtakarlığı törədərək, özbaşnalıq hərəkətləri edərək, vəzifə səlahiyyətlərini aşaraq, bağlanmış əmək müqaviləsini kənara qoyaraq birtərəfli qaydada dövlətin müəyyənləşdirdiyi əmək haqqının minimum miqdarında vəzifə maaşları təyin etmişlər və bu təyin etdikləri vəzifə maaşlarını işçidən xəbərsiz sosial sistemə daxil etmişlər. İşçinin faktiki aldığı əmək haqqının miqdarını aşağı göstərməklə xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayındırmışlar. Cavabdeh MMC-nin vəzifəli şəxsləri həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özbaşnalıq hərəkətləri törətməklə 2023-cü ilin dekabrın 1-də hüquqi qüvvəyə minməmiş 022 №-li əmrin əsasında əmək kitabçasına “72ci maddənin nəzərə alaraq işdən azad edilsin” qeydiyyatını apararaq “Noritake brend meneceri” vəzifəsi üzrə əmək funksiyasının icrasını dayandırmışlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: bölməsində məhkəmə - Cavabdeh MMC tərəfindən İddiaçı barədə tərtib edilmiş məzuniyyət üzrə hesablaşmadan görünür ki, 1 iyun 2020-ci ildən 1 iyul 2021-ci il tarixədək 4.512 manat əmək haqqı hesablanmışdır. Cavabdeh MMC tərəfindən İddiaçı barədə tərtib edilmiş məzuniyyət üzrə hesablaşmadan görünür ki, iyun 2021-ci ildən iyul 2022-ci il tarixədək 7.224 manat əmək haqqı hesablanmışdır. Cavabdeh MMC tərəfindən İddiaçı barədə tərtib edilmiş məzuniyyət üzrə hesablaşmadan görünür ki, iyun 2022-ci ildən iyul 2023-cü il tarixədək 7.844 manat əmək haqqı hesablanmışdır. Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı hesablanmasında oğlu barədə son haqq-hesab məzuniyyət üzrə hesablaşmadan görünür ki, 1 iyun 2023-cü ildən 1 dekabr 2023-cü il tarixədək 5.082 manat əmək haqqı hesablanmışdır. Məhkəmənin bu arasdırmasını düzgün hesab etmir. Cavabdeh tərəfindən məhkəməyə məzuniyyət haqqında icraçı direktor Yaqub Zülfüqarov tərəfindən imzalanmış əmrə dair 3 ədəd sənəd təqdim olunmuşdur. Həmin sənədlərdə əmrin verilmə məkanı və zamanı göstərilməmişdir. Əmrə əsas kimi əmr göstərilməmişdir. Halbuki qanunvericiliyə görə bu əmrə əsas onun ərizəsi olmalıdır. Belə bir ərizə də mövcud deyil. Əmrdə onun adı ilə yanaşı bir neçə adanın adı sadalanır. Əmrlərin ikisi eyni nomrələnmiş, birində isə fərqli nomrə göstərilmişdir. AR ƏM-nin 138-ci maddəsinə uyğun olmadan təbtib olunan bu əmrlər məhkəmə tərəfindən araşdırılmamışdır. Bu əmrlər məzuniyyət və əmək haqqı miqdarının təsbit olunmasında əsas kimi götürülərək qətnaməyə daxil edilmişdir. Bu sənədlər yenidən baxılmalı və hüquqi qiymət verilməlidir. Qətnamənin “Məhkəmədə müəyyən edilmiş işin faktiki hallarına əsasən” İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixli xxxxxxx000105 №-li əmək müqaviləsi bağlanmış, direktor Mustafa Demirhanın xx.xx.2012-ci il tarixli 1/15 №-li Əmr ilə əsasən iddiaçı Cavabdeh MMC-nin NSK satışı vəzifəsinə işə qəbul olunmuşdur. Məhkəmə bu halı düzgün olaraq müəyyənləşdirməmişdir. Ona görə ki, məhkəmənin qeyd etdiyi xxxxxxx000105 nömrəli sənəd elektron sənəddir. Və bu sənəd birtərəfli qaydada şirkətin vəzifəli şəxsləri tərəfindən sistemə daxil edilmişdir. Sübut edir ki, xx.xx.2012-ci il tarixli 1/15 №-li əmrdə məhkəmənin göstərdiyi vəzifə yazılmayıb. Həmin sənəddə onun “NSK Brend menecer” vəzifəsinə təyin edilsin sözləri yazılmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş butun sənədlərin heç birində “satış agenti” vəzifəsi göstərilməmişdir. “Satış agenti vəzifəni təsdiqləyən heç bir əmək müqaviləsi olmamışdır. Onun “Noritake brend menecer” vəzifəsində işlədiyini bütün halları və xüsusatı ilə sübut etmişlər. Lakin məhkəmə bu dəlilləri (şəkillər, video yazilar, və hətta qarşı tərəfin sosial şəbəkədə yaydığı yazılar, ərizələr, cavabdehin təqdim etdiyi xx.xx.2012-ci il tarixli 1/15№-li əmr, məhkəməyə təqdim edilmiş CD-lərdəki menecerlər stolunun görüntüləri, Cavabdeh MMC-nin saytından götürülmüş şəkillərı, Xaricdə alınmış sertifikatları, bütün menecerlerin məhkəməyə iclasına çağırılıb dindirilməsi üçün xx.xx.2024-cü il tarıxlı vəsatəti) qiymətləndirməmiş və onu əvvəlki “satış agenti” vəzifəsinə bərpa edilməsini göstərmişdir. Qətnamənin xx.xx.2014-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 126 manat aylıq əmək haqqı ilə “satış agenti” vəzifəsində çalışmışdır - cümləsi yazılmışdır. Hakim qətnamədə bu sənədə istinad edir, lakin bu sənəd Cavabdeh MMC-nin vəzifəli şəxsləri tərəfindən birtərəfli qaydada sistemə daxil edilmiş elektron sənəddir. Məhkəmənin bu sənədə əsaslanmasını düzgün hesab etmir. Bu əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə sistemə salınmış bildirişlərdən onun hec bir məlumatı olmayıb və onun tərəfindən bu dəyişikliklərlə bağlı heç bir sənəd imzalanmayıb. “İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş” bölməsində 11-ci abzasında xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “İşəgötürən” Cavabdeh MMC ilə “İşçi” İddiaçı arasında bağlanan xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmənin qətnamədə göstərdiyi bu sənəd cavabdeh tərəfindən birtərəfli qaydada sistemə daxil edilmiş elektron sənəddir. Məhkəmənin bu sənədə əsaslanmasını düzgün hesab etmir. Bir daha qeyd edirik ki, bu əmək müqaviləsinə dəyişikliklər barədə oun hec bir məlumatı olmayıb və bu dəyişikliklərlə bağlı heç bir sənəd imzalanmayıb. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsaslanaraq 9.216 manat kompensasiyanın ödənişinə aid qoyulmuş tələb məhkəmə tərəfindən cavabdehin etirazında göstərilmiş əmək məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndini əsas tutmuş və onun bu tələb üçün zamanın keçdiyini qərar vermişdir. O, saxtalaşdırılmış əmək müqaviləsini xx.xx.2023-cü il tarixində görmüşdür və əmək kitabçasını da həmin vaxt ona təqdim ediblər. Məhkəmə bu xüsusiyyatı lazımınca araşdırmamış cavabdeh tərəfin dəlilini əsas götürmüşdür. Ona görə də xahiş edir ki, bu tələbi də təmin olunsun. Əmək məzuniyyətinin verilməməsi yolverilməzdir. Saglamlığa vurulan bir zərbədir. O, mediasiya proseslərində iştirak etmişdir və qanunun tələblərini yerinə yetirmişdir. Bu haqda Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi elektron məhkəmə sisteminə daxil olunmuşdur. Lakin müraciəti rəsmi cavablandırılmamışdır.

30. Həmçinin həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1499/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsindən müəyyən edilir ki, iddiaçı özünün həmin ərizələrində məhkəmədən rəsmi olaraq digər tələbləri ilə yanaşı yalnız xx.xx.2023-cü il tarixindən NORİTAKE brend menecer vəzifəsi üzrə işinə bərpa edilməsini xahiş etmişdir. Bu zaman iddiaçı öz iddia ərizəsində heç bir vaxt rəsmi olaraq özünün işdən çıxarılması barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 nömrəli əmrinin ləğv edilməsini və əvvəlki vəzifəsinə bərpa olunmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqısının ödənilməsini məhkəmədən tələb etməmişdir. Yəni məhkəmənin icraatında iddiaçının yazılı (rəsmi) şəkildə belə bir tələbləri olmadığı halda, işə baxan məhkəmə tamamilə mülki prosessual qanunvericiliyin tələbini kobud pozaraq iddia tələblərindən kənara çıxmışdır. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, 13 may 2024-cü il tarixində keçirilən məhkəmə baxış iclasında məhkəmə baxışının tədqiqi yekunlaşdıqdan sonra, tərəflərin məhkəmə çıxışları və replikadan istifadə etmək hüquqları həyata keçirilmiş və iddiaçı tərəf öz nümayəndəsi ilə birgə yalnız şifahi çıxışı zamanı həmçinin yazılı iddia tələbindən kənara çıxaraq özünün işdən çıxarılması barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 nömrəli əmrinin ləğv edilməsini də məhkəmədən şifahi olaraq xahiş etmişdir. Bu faktları məhkəmə iclasında aparılımış audiovideo yazılara baxmaqla və dinləməklə müəyyən etmək münkündür. Bundan sonra, məhkəmə tərəflərə iş üzrə qətnamə qət edilməsi üçün müşavirəyə getməsini elan edərək iş üzrə qətnamənin 15 may 2024-cü il tarixində saat 17:00-a elan ediləcəyini bildirmiş, səhərsi günü isə, yəni 14 may 2024-cü il tarixində (məhkəmənin artıq müşavirədə olduğu zaman) iddiaçı tərəf yazılı şəkildə elektron məhkəmə kabinetinə çıxışını yerləşdirərək həmin çıxışda iddia ərizəsində rəsmi olaraq irəli sürmədiyi yeni iddia tələblərini həmin çıxışının xahiş etdi hissəsinə əlavə etmişdir. Həmin çıxışın mətni ilə iddia ərizəsinin mətnini və xahiş etdi hissələrini müqayisə etdikdə bu faktlar tam aydın şəkildə görünür. Odur ki, göstərilənlərə əsasən, iddiaçının bu qaydada, yəni mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olmayan qaydada irəli sürdüyü iddia tələblərinin qismən təmin edilməsi yolverilməzdir və məhkəmə bu iş üzrə qət etdiyi qətnamədə iddia tələblərindən tamamilə qanunsuz olaraq kənara çıxmışdır. Beləliklə yuxarıda istinad etdiyi MPM-nin tələblərindən də göründüyü kimi, iddiaçı öz iddia ərizəsindəki tələbini iş məhkəmə baxışına verilənədək artıra bilərdi. Belə ki, iddiaçının işdən çıxarılma əmri haqqında rəsmi məlumatı hazırki iddia ərizəsi məhkəməyə təqdim edilərkən artıq iddiaçının özündə vardır. Bundan başqa məhkəmənin qət etdiyi qətnamənin özündən də görünür ki, iddiaçı cəmisi bircə dəfə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə təqdim etmiş, həmin ərizəsində də, yenə də iddiaçı Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 nömrəli əmrinin ləğv edilməsini və həmin əmrin verilməsinə əsas olmuş Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış “işçi İddiaçı işə davamiyyətində baş vermiş pozuntular barədə” 30 noyabr 2023-cü il tarixli aktın nə ləğv edilməsini, nədəki etibarsızlığını mübahisələndirməmişdir. Ona görə də, işə baxan rayon məhkəməsinin belə bir kobud prosessual pozuntusuna hesab edirik ki, apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməli və iddia tələbindən qanunsuz olaraq kənara çıxılmaqla qismən təmin edilmiş həmin iddia ərizəsi hissəsinə görə, rayon məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1499/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiasını qismən təmin edərkən yol verdiyi digər qanun pozuntusu ondan ibarətdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş rəsmi sübutlara heç bir qanuni əsas olmadan məhkəmə tərəfindən tənqidi yanaşması hallarıdır ki, cavabdeh tərəf məhkəmənin bu addımı ilə ümumiyyətlə razılaşmır. Belə ki, məhkəmə öz qətnaməsində qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 022 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Bu məqsədlə məhkəmə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 30 noyabr 2023-cü il tarixli aktı, həmin aktda göstərilən məlumatları, o cümlədən həmin aktda qeyd edilən məlumatları təsdiq edən cavabdeh tərəfindən təqdim edilmiş müvafiq CD diskdəki video görüntüləri tədqiq edərək, həmin sübutları mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki, həmin rəsmi sübutlar məhkəmə tərəfindən mübahisəsiz qaydada mötəbər sübutlar kimi qəbul edilməlidir. Belə ki, işin rəsmi və faktiki hallarından görünür ki, iddiaçının məhz cavabdeh təşkilatda tutduğu vəzifədən azad olunmasına dair verilmiş xx.xx.2023-cü il tarixli 022 saylı əmrin əsası kimi, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 30 noyabr 2023-cü il tarixli Akt çıxış edir. Həmin 30 noyabr 2023-cü il tarixli Aktın məzmunundan görünür ki, Cavabdeh MMC-nin Satış agenti vəzifəsində çalışan İddiaçı 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr 2023-cü il tarixlərində (cəmi 7 gün) Cəmiyyət üzrə işçilərin işə davamiyyətinə riayət etməyərək (onlayn qaydada barmaq izi ilə işə gəlməsini qeydiyyatdan keçirməyərək) üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməmişdir, bununla da özünün əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı yuxarıda göstərilən hərəkətləri AR ƏM-nin 10-cu maddəsinin, «a» və «b» bəndlərinin, bağladığı əmək kontraktının tələblərinin, habelə Cavabdeh MMC-nin “X4”nın müvafiq tələblərinin pozulması olaraq, AR ƏM-nin 72-ci maddəsinin «a» bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmiş, yuxarıda göstərilən halların işçi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə və onun işdən çıxarılmasına əsas verdiyi qeyd olunmuşdur. Apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, məhz həmin Aktda qeyd edilən məlumatlar cavabdeh tərəfindən təqdim edilmiş müvafiq CD diskdəki video görüntülərlə də öz təsdiqini tapmışdır. Bu video görüntülər məhkəmə baxış iclasında da tədqiq edilmiş və tam sübut olunmuşdur ki, iddiaçı həqiqətən də aktda qeyd edilən tarixlərdə ümumiyyətlə işə çıxmamışdır. Yəni iddiaçının yuxarıda qeyd edilən aktda göstərilən tarixlərdə heç bir üz rlü hallar olmadığı halda, işə çıxmaması faktlar məhkəmədə tam sübuta yetirilmişdir. Hətta iddiaçının özünün də məhkəməyə təqdim etdiyi iddia ərizəsində (ərizənin 5-ci səhifəsində) etirafedici ifadəsindən görünür ki, iddiaçı qeyd edilən tarixlərdə işə çıxmamışdır və iddiaçı, öz ərizəsində bildirmişdir ki, işəgötürən tərəfindən həmin tarixlərdə ona zəng vurularaq işə çıxmamasının səbəbləri soruşulmamış və onunla heç kim həmin günlərdə maraqlanmamışdır. Bütün bu faktlar cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş 30 noyabr 2023-cü il tarixli aktın qanuni və əsaslı olmasını təsdiq etdiyi halda, məhkəmənin bu sübuta tənqidi yanaşması ümumiyyətlə yolverilməzdir. Ən maraqlısı da odur ki, iddiaçı ümumiyyətlə iddia ərizəsinin xahiş etdi hissəsində həmin aktı da mübahisələndirməmişdir. Həmin aktın ləğv edilməsinə və ya etibarsız hesab edilməsinə dair məhkəmədə tələb irəli sürülmədiyi və həmin tələb təmin edilmədiyi halda, iddiaçının məhz cavabdeh təşkilatda tutduğu vəzifədən azad olunmasına dair verilmiş xx.xx.2023-cü il tarixli 022 saylı əmrin ləğv edilməsinə dair qətnamənin qət edilməsinin özü də tamamilə yolverilməzdir. Yuxarıda istinad etdiyi qanuni əsaslara görə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi hazırki iş üzrə cavabdeh tərəfin verdiyi apellyasiya şikayətinə baxarkən, vaxtilə rayon məhkəməsinə cavabdeh tərəfindən təqdim edilmiş həmin sübutlara (30 noyabr 2023-cü il tarixli akt, həmin aktda göstərilən məlumatlar, o cümlədən həmin aktda qeyd edilən məlumatları təsdiq edən cavabdeh tərəfindən təqdim edilmiş müvafiq CD diskdəki video görüntülər və sair hallar) mötəbər sübut kimi qiymət verilməli və qəbul edilməlidir. Məhz həmin sübutlar cavabdeh tərəfindən qanuni əsaslarla əldə edildiyindən (yəni iddiaçının işdə olmadığı günlər mövcud iş yerində ümumi qaydada çəkilmiş video görüntülərlə də öz təsdiqini tapdığından) iddiaçının iddiasının qismən təmin edilmiş hissəsidə apellyasiya məhkəməsi tərəfindən rədd edilməli və rayon məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasında iştiak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini; cavabdeh tərəfindən verilmiş apellyasiya şikasyətini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir.

34. Məhkəmə iclasında iştiak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini; iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

35. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi; cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

40.Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

41.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 42.3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 43.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 44.68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 45.68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 46.70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 47.71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 48.72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 49.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 50.83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 51.191.1-ci maddəsin görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 52.191.2-ci maddəsinə görə, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 53.194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 54.194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 55.195-ci maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda. 56.196-cı maddəsinin 5-ci bəndinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 57.197-ci maddəsinə əsasən, işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək məqsədi ilə tərəflər qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. 58.290-cı maddəsinin 3-cü bəndinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 59.290-cı maddəsinin qeyd hissəsinə əsasən, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 60.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 61.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 62.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 63.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 64.296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 65.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

66. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

67. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

68. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından cavabdehin şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir.

70. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi qətnamə ilə təmin olunmayan tələblər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

71. Belə ki, məhkəmə tərəfindən haqlı olaraq verilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın, DSMF-yə ödənilməli olan sosial sığorta haqqının və s. ödənilməsi barədə olan iddia tələblərinin iddia müddətinə bağlı olduğu müəyyən edilmiş, cavabdehin təqdim etdiyi ərizəyə əsasən mübahisəyə uyğun gələn iddia müddəti tətbiq edilmiş, iddiaçının xx.xx.2024-cü il tarixində mediasiya təklifi ilə qarşı tərəfə müraciət etməsi nəzərə alınaraq həmin tarixdən geriyə - xx.xx.2023-cü il tarixinədək olan bir illik müddət üzrə araşdırma aparılmışdır.

72. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iyun 2022-ci il tarixindən iyul 2023-cü il tarixinədək və iyun 2023-cü il tarixindən dekabr 2023-cü il tarixinədək olan dövrləri əhatə edən hesabdan çıxarış məlumatları əsasında isə müəyyən olunmuşdur ki, iddiaçı ilə işdən azad edildiyi zaman müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab aparılmış, gəlir vergisi və məcburi dövlət sosial sığorta üzrə tutulmalar təqdim olunmuş sənədlərə əsasən düzgün hesablanmışdır.

73. Bununla belə məhkəmə kollegiyası mübahisələndirilən qətnamə ilə təmin olunmuş iddia tələbləri (xx.xx.2023-cü il tarixindən “NORİTAKE” brend menecer vəzifəsi üzrə işinə bərpa edilməsi və s.) üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmır.

74. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər.

75. İş materiallarından görünüdüyü kimi İddiaçı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də satış agenti vəzifəsi üzrə işə qəbul olunmuşdur. MMC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən isə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin birinci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmr Cavabdeh MMC-nin əməkdaşları tərəfindən həmin tarixdə tərtib edilmiş “İşçi İddiaçı işə davamiyyətində baş vermiş pozuntular barədə” akt ilə əsaslandırılmışdır.

76. Sözügedən bu aktdan müəyyən edilir ki, iddiaçı 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr 2023-cü il tarixlərində (cəmi 7 gün) üzrlü səbəb olmadan, heç bir məlumat vermədən, davamiyyət qaydalarına riayət etməyərək (onlayn qaydada barmaq izi ilə işə gəlməsini qeydiyyatdan keçirməyərək) işə gəlməmişdir. Bu hallarla bağlı İddiaçı hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» və «b» bəndlərinin, tərəfi olduğu əmək müqaviləsinin, habelə Cavabdeh MMC-nin “X4”nın müvafiq tələblərinin Məcəllənin 72-ci maddəsinin «a» bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilmiş, bunun da İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsinə və onun işdən çıxarılmasına əsas verdiyi qeyd olunmuşdur.

77. Hazırda iddiaçı tələbinin faktiki əsası kimi ona münasibətdə görülmüş “əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə intizam tənbehinin ona atılmış böhtanın, qərəzli münasibətin nəticəsi olduğuna, işdən xaric edilməsinin əsassız olmasına istinad edir.

78. İş materiallarından göründüyü kimi, mübahisələndirilən əmrin əsası kimi istinad olunmuş 30 noyabr 2023-cü il tarixli aktda qeyd edilən halların təsdiqi məqsədilə cavabdeh tərəfindən məhkəməyə CD disk və işçilərin davamiyyətini əks etdirən elektron çıxarış təqdim edilmişdir. Təqdim edilmiş bu sübutlara əsasən İddiaçı 20 noyabr, 22-24 noyabr və 27-29 noyabr 2023-cü il tarixlərində (cəmi 7 gün) işə gəlmədiyi müəyyən olunmuşdur. İddiaçı işə gəlməməsinin üzrlü səbəblərinin olması barədə hər hansı sübut təqdim etməmiş, məhkəməyə müraciət etdiyi iddia ərizəsində də “işəgötürən tərəfindən həmin tarixlərdə ona zəng vurularaq işə çıxmamasının səbəbləri soruşulmadığı və onunla heç kimin həmin günlərdə maraqlanmadığını” qeyd etmişdir.

79. İş materiallarına əlavə olunmuş “whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmaların surətindən də müəyyən olunur ki, cavabdeh-şirkət tərəfindən müştərilərə ünvanlanan mesajlarda İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən Cavabdeh MMC-də çalışmadığı bildirilmişdir. Bu mesaj müştərilərə xx.xx.2023-cü il tarixində göndərilmişdir. Halbuki bu tarixədək iddiaçı tərəfindən işə davamiyyət artıq pozulmuşdur. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixindən işdən kənarlaşdırılmış olması barədə müştərilərə məlumat verilməsinin qabaqcadan düşünülmüş, iddiaçının əleyhinə yönəlmiş addım kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

80. Birinci instansiya məhkəməsi işəgötürənin nümayəndəsinin mediasiya sessiyasında işçinin işdən öz ərizəsi ilə çıxmasına dair təklif verməsini iddianın əsaslı olmasına dəlalət edən hallardan biri kimi qiymətləndirmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, işçi ilə işəgötürən arasında yaranan mübahisələrin barışıq yolu ilə həll edilməsinə yönəlmiş bu cür təkliflər əmək mübahisələri üzrə geniş tətbiq olunan praktikadır. Bu da işəgötürən ilə işçi arasında yaranan münasibətlərin mahiyyətindən, münasibətlərdə daha zəif tərəf hesab olunan işçinin müdafiəyə, qanuni maraq və mənafelərinin qorunmasına ehtiyacından irəli gəlir. Bu səbəbdən sözügedən təklifin (bu təklif işə apellyasiya icraatı qaydasında baxılan zaman da keçərli olmuşdur) işəgötürənin iddiaçıya qarşı qərəzli mövqedə olmasını təsdiq edən hal olaraq qəbul edilməsi yolverilən deyil.

81. Beləliklə də iş materialları ilə təsdiq edilir ki, iddiaçı heç bir üzrlü səbəb olmadan yeddi iş günü ərzində işə gəlməməklə iş yeri üzrə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bunun nəticəsində işəgötürənin onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməyə kifayət qədər hüquqi əsaslar yaranmışdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir.

82. İş materiallarından göründüyü kimi iddiaçının işdən çıxarılmasına əsas Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallardan biri təşkil etmişdir. Həmin maddədə sadalanan hallardan hər hansı biri baş verdikdə, yol verilmiş intizam xətasının müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozub-pozmamasının və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyibdəyməməsinin zəruri şərt olaraq ayrıca araşdırılmasına ehtiyac qalmır.

83. İşçinin üzrlü səbəb olmadan işə gəlməməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin birinci hissəsinin “ç” bəndinə uyğun olaraq əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu halda əmək münasibətlərində ahəngin pozulması və ya zərərin dəyməsi ayrıca sübut predmeti təşkil etmir.

84. Məhkəmə eyni zamanda qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmış olmasından başqa məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilib-verilməməsi aydınlaşdırılmalıdır.

85. İş materiallarından göründüyü kimi, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınması üçün tədbirlər görülmüş, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.

86. İddiaçının tərəf olduğu əmək münasibətlərinə xitam verilməsinin cavabdeh-şirkətin rəhbərliyi və əməkdaşları tərəfindən ona qarşı ayrı-seçkilik və qərəzli münasibətin nəticəsi olması barədə irəli sürdüyü dəlillər ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakteri daşıyır.

87. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

88. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

89. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

90. Kollegiya həmçinin maddi və mənəvi zərərin ödənilməsinə dair tələblər ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, məhkəmə baxışı zamanı araşdırılmış hallardan mövcud vəziyyətdə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyinin qoyulması üçün hər hansı əsas aşkar edilməmişdir.

91. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh MMC-nin apellyasiya şikayəti isə təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1499/2024 saylı 15 may 2024-cü il tarixli qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı (X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “xx.xx.2023-cü il tarixli 022 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi”nə dair iddia tələbləri rədd edilməlidir.

92. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1499/2024 saylı 15 may 2024cü il tarixli qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 cəlb edilməklə) “xx.xx.2023-cü il tarixli 022 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi”nə dair iddia tələbləri rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar