Məhkəmə qərarları › İş №2(103)-3752/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3752/2020

10.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3752/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2342/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi, əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə “xxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, isə bərpa edilməyi və ötən müddət üçün almadığı əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “xxxxxxxx” ASC-nin X11 Təchizatı və Satışı İdarəsində usta vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə ünvanına “xxxxxxxx” ASC-nin X11 Təchizatı və Satışı İdarəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq daxil olmuşdur. Xəbərdarlıqda göstərilir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə əmək müqavilənisinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. İlk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin Mərkəzləşdirilmiş X1 əmək müqaviləsinin xx.xx.2015-ci il tarixdə bağlandığı, müddətinin xx.xx.2019-cu il tarixdə bitəcəyi göstərilmişdir. Belə olan halda X11 Təchizatı və Satışı İdarəsi hansı əsaslarla müqavilə müddətinin bitməsi ilə əlaqədar onu işdən azad etməsi anlaşılan deyil və bu səbəbdən əmri qanunsuz hesab edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2342/2019 saylı qətnaməsi ilə iddia tələbinin rədd olunmasıqət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2342/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, ekspert rəyinin məhkəməyə göndərilməsi, bununla bağlı işin icraatının təzələnməsi, işə xx.xx.2019-cu il tarixdə baxılması barədə məhkəmə tərəfindən ona hər hansı sənəd göndərilməmiş, bildirişlər təqdim edilməmiş, iclas barədə məlumatım olmamışdır. Eyni zamanda ekspert rəyi də ona təqdim edilməmiş, onunla bağlı dəlillərini irəli sürsün. “xxxxxxxx” ASC-nin X11 Təchizatı və Satışı İdarəsində usta vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə ünvanına “xxxxxxxx” ASC-nin X11 Təchizatı və Satışı İdarəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq daxil olmuşdur. Xəbərdarlıqda göstərilir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2019 -cu il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin Mərkəzləşdirilmiş X1 əmək müqaviləsinin xx.xx.2015-ci il tarixdə bağlandığı, müddətinin xx.xx.2019-cu il tarixdə bitəcəyi göstərilmişdir. Qətnamədən müəyyən edilir ki, vəsatətinə əsasən təyin edilmiş xətşünaslıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24261 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 102-103-cü vərəqəsində olan xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsi”nin 2-ci vərəqəsinin “İşçi” hissəsində “(İmza, tarix)” qrafasmdakı imza və həmin müqavilənin 2-ci vərəqəsinin aşağı sol tərəfindən “Qeyd: əməkdaşların işgüzar etika məcəlləsi və vəzifə təlimatı ilə tanış oldum” hissəsində “(İmza)” qrafasmdakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 102-103-cü vərəqəsində olan xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsi”nin 2-ci vərəqəsinin “İşçi": hissəsində “(İmza, tarix)” qrafasında olan “xx.xx.2015” rəqəmləri və həmin müqavilənin 2-ci vərəqəsinin aşağı tərəfində “Qeyd: əməkdaşların işgüzar etika məcəlləsi və vəzifə təlimatı ilə tanış oldum” hissəsində “(tarix)” qrafasmda olan “xx.xx.2015” rəqəmləri İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur”. Əvvəla adi gözlə də müəyyən edilir ki, əmək müqaviləsindəki imzalar başqa şəxs tərəfindən imzalanmışdır. Ekspertin belə bir rəy verməsi təəccüb doğurur. Digər tərəfdən ən azından müqavilənin tarixinin cavabdehin əməkdaşları tərəfindən saxtalaşdırılması onu mötəbərliyini sual altına qoyur. Belə olan halda X13 Təchizatı və Satışı İdarəsi hansı əsaslarla müqavilə müddətinin bitməsi ilə əlaqədar məni işdən azad etməsi anlaşılan deyil və bu səbəbdən əmri qanunsuz hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2342/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə iddiaçının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə iddiaçının birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan İddiaçı ilə “xxxxxxxx” ASC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “xxxxxxxx” ASC-nin X11 Təchizatı və X8 Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə usta vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla 03 ay müddətinə bağlanmış, işin birinci 2 ayı sınaq müddəti hesab edilmişdir. İş materiallarından xx.xx.2015-ci ildə sistemə daxil edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2015-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən “xxxxxxxx” ASC-nin X11 Təchizatı və X8 Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə usta vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2015-ci ildə bitir. Aylıq əmək haqqı 410 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxx” ASC-nin Sədri vəzifəsini icra edən V.Əhmədovun “xxxxxxxx” ASC üzrə k/19-00245 saylı, xx xxxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, X11 Təchizatı və X8 Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə ustasının İddiaçı əmək müqviləsinə xx xxxxxx 2019-cu il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Əsas: müddətli əmək müqaviləsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin“b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əməkmüqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əməkmüqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə işdə olan sübutlarla müəyyən olunur ki, İddiaçı “xxxxxxxx” ASC ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli əmək müqaviləsinə əsasən “xxxxxxxx” ASC-nin X11 Təchizatı və X8 Elektrik Şəbəkəsinin YG yarımstansiyalar üzrə usta vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla 03 ay müddətinə bağlanmış, işin birinci iki ayı sınaq müddəti hesab edilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş “Məhkəmə xətşünasliq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24261 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “ekspertizaya təqdim edilmiş, mülki işin 102-103-cü vərəqəsində olan xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsi”nin 2-ci vərəqəsinin “İşçi”: hissəsində “(İmza, tarix)” qrafasındakı imza və həmin müqavilənin 2-ci vərəqəsinin aşağı sol tərəfindən “Qeyd: əməkdaşların işgüzar etika məcəlləsi və vəzifə təlimatı ilə tanış oldum” hissəsində “(İmza)” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 102- 103-cü vərəqəsində olan xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsi”nin 2-ci vərəqəsinin “İşçi”: hissəsində “(İmza, tarix)” qrafasında olan “xx.xx.2015” rəqəmləri və həmin müqavilənin 2-ci vərəqəsinin aşağı tərəfində “Qeyd: əməkdaşların işgüzar etika məcəlləsi və vəzifə təlimatı ilə tanış oldum” hissəsində “(tarix)” qrafasında olan “xx.xx.2015” rəqəmləri İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli əmr əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə əmək müqaviləsinin müddətinin qurtarması ilə verildiyindən həmin əmrin ləğv hesab edilməsi və onun işə bərpa edilməsi üçün əsas yoxdur. Kollegiya hesab edir ki, iddia tələbi əmək müqaviləsinin ləğv edilməsi, işə bərpa edilməsi ilə bağlı hissədə təmin edilmədiyindən, ötən müddət üçün əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, keçirilmiş məhkəmə-xətşünaslıq tədqiqatının dəyəri olan 124 manat iddiaçıdan alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 2342/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat İddiaçı alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar