Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3752/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Q Ə T N A M Ə – 3752 Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” 2(008)-4332/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 3641,70 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3671,70 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 01.03.2017-ci il tarixli 04/3938 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1502AZ**********59 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 291,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 97.20 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 30.05.2019cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.12.2019cu il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 13.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 127,90 manat, cəmi 2593,90 manat məbləğində “Azəriqaz” İB-yə ziyan dəymişdir. Bundan əlavə olaraq cavabdehin 2020-ci ilin may ayına kimi iddiaçıya ödənilməmiş 1041,60 manat qalıq borcuda mövcud olmuşdur. 2020-ci ilin aprel və may ayları üçün istifadə edilmiş 312 kub metr qaz sərfiyyatına görə 25 manat məbləğdə ödənişdə edilməmişdir. Cavabdeh tərəfindən hazırda iddiaçıya ödənilməli borc məbləği ümumi olaraq 3641,70 manat təşkil etməkdədir.. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş 840 manat məbləğində zərərin, 7,20 manat dövlət rüsumunun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Azəriqaz” İB-nın maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə “Azəriqaz” İB-nın hüquq və mənafeyi pozulmuşdur. İşə baxan birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddianın rədd olunmuş hissəsində qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər (iddianın rədd olunmuş hissəsinə münasibətdə) işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdırmaq istəyirlər ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Məhkəmə, cavabdeh barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış və yay aylarına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli, 2(008)-4332/2020 saylı qətnamədə iddia tələbləri qismən təmin olunmuş olsa belə, tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normaları (Mülki Məcəllənin 386; 448.2; 1096; 1097.1; Qaz təchizatı haqqında Qanunun 6.2; 20 və 22-ci; X1 6.5-ci maddələri) ümumiyyətlə tədbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. Məhkəmə qətnaməsindən göründüyü kimi, cavabdeh tərəfindən itkiyə yol verilmiş təbii qaza görə yaranmış borc məbləği müəyyən edilmiş, lakin iddia tələbi tam təmin edilməmiş və iş üzrə düzgün olan qanunların müddəaları da tədbiq edilməmişdir. İddiaçı qismində “Azəriqaz” İB-yi Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin nəticəsi ilə razılaşmır. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırkı mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı “Azəriqaz” İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlarla, hesabatlarla, müxtəlif rakursdan çəkilmiş fotoşəkillərlə, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan saldolarla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmiş, ümumiyyətlə məhkəmə iclaslarında belə iştirak etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Odur ki, tərəflərindən göstərilənləri nəzərə alacaq apellyasiya instansiya məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktı ilə razılaşmamalıdır. Çünki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, tərəflərindən toplanmış sübutlarla müəyyən edilir ki, iddia tələbləri əsaslıdır, lakin onun təmin olunmamış hissəsində aşağı instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi məhkəmə qətnaməsi səhvdir, işin həqiqi və faktiki hallarına uyğun gəlmir. Apellyasiya şikayətinin dəlilləri də formal mülahizə xarakteri daşımır, tərəflərindən məhkəməyə təqdim olunmuş dəlillər tam əsaslıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında 07.06.2016-cı il tarixli T/12584 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, 10 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edən qaz xəttinin üzərində 1502AZ**********59 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə görə tərtib edilmiş 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 291,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 97.20 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 30.05.2019cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.12.2019cu il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 13.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 127,90 manat, ümumilikdə qeyd edilən 18 akt əsasında 2593,90 manat zərər hesablanmışdır. Həmçinin, həmin abonentin saldosu hesabat sənədinə əsasən təbii qazdan istifadəyə görə 2020-ci ilin may ayına kimi ödənilməmiş 1041,60 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, iddiaçı tərəfindən buna dair hesablama düzgün aparılmamışdır. Qeyd edilən 18 aktın 8-i yay aylarına təsadüf etdiyindən o aylar üzrə 30 manat, 10-u qış ayına təsadüf etdiyindən o aylar üzrə 60 manatın tutulmasını ədalətli hesab edərək tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinə görə 840 manat məbləğində zərər tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qaz sayğacı vasitəsi ilə istifadə edilmiş və ödənilməmiş təbii qazın dəyəri kimi tələb edilən 1041,60 manat borcun tutulması hissəsində təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş olsa da, cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı tərtib edilmiş aktlar üzrə tələb olunan 2593,90 manat vəsaitin 840 manat hissəsində iddianı qismən təmin etməklə yalnış qənaətə gəlmişdir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlarla cavabdehə məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı təsdiq olunduğundan iddiaçı bununla bağlı tərtib edilmiş aktlar üzrə itirlimiş qazın dəyərini tələb etməkdə haqlı olmuşdur. Lakin 30.11.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın dəyərinin hesablanmasına dair hesabat müddətinin 30 gündən artıq müəyyən edilməsi ağlabatan deyil və real hesab edilə bilməz. İddiaçı tərəfindən hesabat dövrünün həmin müddətə hesablanması da əsaslandırılmamışdır. Qeyd edilən aktlarda 30 gündən artıq hesablanmış müddətin aktın tərtib edildiyi tarixdən əvvəlki 30 gün üçün nəzərə alınması qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdi edilmiş “X2”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı hesabat dövrünün 30 gündən çox götürülməsi hər hansı normativ akta əsaslanmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 30.11.2018-ci il tarixli, ******* saylı akt üzrə 972 m3 (1,2x6x30=216m3; 1,4x18x30=756m3) həcmində itirilmiş qazın dəyəri olan 97,20 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 972 m3 həcmində itirilmiş qazın dəyəri olan 97,20 manat; 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 1422 m3 həcmində itirlimiş qazın dəyəri olan 142,20 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 1422 m3 həcmində itirilmiş qazın dəyəri olan 142,20 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 1422 m3 həcmində itirilmiş qazın dəyəri olan 142,20 manat; 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 1422 m3 həcmində itirilmiş qazın dəyəri olan 142,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qazın dəyəri olan 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qazın dəyəri olan 32,40 manat; 31.07.2019-cu il tarixli, ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qazın dəyəri olan 32,40 manat; 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qazın dəyəri olan 32,40 manat; 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qazın dəyəri olan 32,40 manat; 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 324 m3 həcmində itirilmiş qazın dəyəri olan 32,40 manat; 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 1332 m3 həcmində itirilmiş qazın dəyəri olan 133,20 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 2952 m3 həcmində itirlmiş qazın dəyəri olan 295,20 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 2520 m3 həcmində itirilmiş qazın dəyəri olan 252 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 2952 m3 həcmində itirilmiş qazın dəyəri olan 295,20 manat; 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 2952 m3 həcmində itirilmiş qazın dəyəri olan 295,20 manat və 13.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 1279 m3 həcmində itirilmiş qazın dəyəri olan 127,90 manat, ümumilikdə qeyd edilən 18 akt əsasında 23563 m3 həcmində itirilmiş qazın dəyəri olan cəmi 2356,30 (iki min üç yüz əlli altı manat otuz qəpik) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası cavabdehdən qaz sayğacı vasitəsi ilə istifadə edilmiş və ödənilməmiş əvvəlki illərdən qalan təbii qaza görə 1041,60 manat borcun tutulmasına dair apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Belə ki, iddiaçı həmin borcun yaranması əsaslarını təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tərtib edilmiş 30.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı və 13.04.2020-ci il tarixli, ******* saylı aktlar üzrə itirilmiş qazın dəyərinin tutulmasına dair iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2356,30 (iki min üç yüz əlli altı manat otuz qəpik) manat itirilmiş qazın dəyəri tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(008)-4332/2020 saylı qətnaməsi - cavabdehdən iddiaçının xeyrinə təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinin tutulmasına dair iddianın qismən təmin edilən və rədd olunan hissələrində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tərtib edilmiş 30.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı və 13.04.2020-ci il tarixli, ******* saylı aktlar üzrə 2356,30 (iki min üç yüz əlli altı manat otuz qəpik) manat itirilmiş qazın dəyəri və ödənilmiş dövlət rüsumuna görə 19,41 (on doqquz manat qırx bir qəpik) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan həmin hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3752/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3752/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver