Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3753/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)-4125/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evindən məcburi çıxarılması və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli qətnaməsinə əsasən X7 ilə «xxxx» ASC arasında bağlanmış 22.11.2012-ci il tarixli 01L000003163 saylı kredit xətt müqaviləsinə, 23.11.2012-ci il tarixli 01R000008233 saylı, 08.07.2013-cü il tarixli 01R000010511 saylı, 21.07.2014-cü il tarixli 01R000014058 saylı, 13.01.2015-ci il tarixli 0C1R********** saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər X8, Cavabdeh, X9 və X1 müştərək qaydada 01R000008233 saylı, 23.11.2012-ci il tarixli kredit razılaşması üzrə 45737,29 ABŞ dolları əsas borc, 14407,24 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, cəmi 62144,53 ABŞ dolları, 01R000010511 saylı kredit razılaşması üzrə 40087,18 ABŞ dolları əsas borc, 13278,15 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, cəmi 55365,33 ABŞ dolları, 21.07.2014-cü il tarixli 01R000014058 saylı kredit razılaşması üzrə 57178,96 ABŞ dolları əsas borc, 19081,77 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları cərimə, cəmi 79260,73 ABŞ dolları, 13.01.2015-ci il tarixli 0C1R********** saylı kredit razılaşması üzrə 84899,76 ABŞ dolları əsas borc, 28500,36 ABŞ dolları faiz borcu, 4000 ABŞ dolları cərimə, cəmi 117400,12 ABŞ dolları, ümumilikdə dörd kredit razılaşması üzrə 314170,71 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq «xxxx» ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 380000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait hesabına cəmi 314170,71 ABŞ dolları ödənişin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq «xxxx» ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının X8, Cavabdeh, X9 və X1 müştərək qaydada tutularaq «xxxx» ASC -yə ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evi «xxxx» ASC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09.12.2019-cu il tarixli **********48-10301 reyestr nömrəli çıxarış alınmışdır. Bundan sonra mülki qanunvericiliyin tələblərinə uyğun olaraq həmin fərdi yaşayış evinin 7 gün ərzində könüllü olaraq boşaltması və Banka təhvil verilməsi barədə 04.05.2020-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq fərdi yaşayış evini könüllü olaraq boşaldaraq Banka təhvil verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)- 4125/2020 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia təmin olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, başqa yaşayış yerinin olmaması və si kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari: Məhkəmə baxışında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin, o naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan sübutlara əsasən - mübahisəli yaşayış sahəsi iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş, öhdəliklər lazımınca yerinə yetirilmədiyindən məhkəmə qərarı ilə kredit borcunun bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə (hazırki iş üzrə mübahisəli yaşayış sahəsinə) yönəldilməsi qət edilmiş, hərrac zamanı ev iddiaçı tərəfindən əldə edilmiş və mülkiyyət hüquqları 09 dekabr 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Cavabdeh mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olsa da, həmin yaşayış sahəsi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı kredit borcunun ödənilməsi istiqamətində açıq hərraca çıxarılmış, nəticədə iddiaçı onu əldə etmiş, sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İpoteka qoyulmuş əmlak qətnaməsinin icrası sahəsində iddiaçının mülkiyyətinə keçmiş, lakin cavabdeh «İpoteka haqqında» Qanunun 59-cu maddəsinin tələblərinə zidd olaraq ən geci bir ay ərzində mənzili tərk etməmişdir (cavabdeh yaşayış sahəsini məhz kreditin qaytarılması üçün ipoteka qoymuş, bununla da qeyd edilən normaya əsasən müvafiq halda yaşayış sahəsini tərk etmək vəzifəsini daşımışdır). Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanunihüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində yaşayış sahəsinin ucuz qiymətə tələbkar (iddiaçı) tərəfindən əldə olunmasını göstərsə də, qeyd edilən hal hazırki iddia çərçivəsində araşdırılara bilməz. Həmçinin, ipoteka qoyulmuş əmlakın ilkin satış qiyməti qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuşdur. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində başqa yaşayış yerinin olmamasını göstərmişdir ki, bu hal da özü-özlüyündə mülkiyyətçi olan iddiaçının hazırki iddia tələbini aradan qaldırmır (bununla yanaşı, cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı sübut da təqdim etməmişdir). Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin izahatı (bildirdikləri) da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)-4125/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(008)-4125/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3753/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3753/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver