Məhkəmə qərarları › İş №2(103)-3754/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3754/2022

06.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3754/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi tələbinə dair” və iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(004)-171/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı2 Əlisəfa oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh1 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə İddiaçı1 məxsus 347 kv.m (B tikilisi) sahəsinin Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılması və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Cavabdeh1 və X2 cavabdehlər İddiaçı1 və Cavabdeh2 iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair Bakı şəhəri 12 saylı notariat kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli AV-1N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin aldatma və hakimiyyətdən sui-istifadə yolu ilə bağlandığından etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3vanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə Cavabdeh1 məxsus 347 kv.m (B tikilisi) sahəni xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında sonuncudan 520000 manata almış, bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasan, cavabdeh xx.xx.2021-ci il tarixinədək fərdi yaşayış evini boşaldıb onun faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin 2 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən fərdi yaşayış evinin ona təhvil verilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən sahənin ona təhvil verilməməsi mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Onun tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlanmış, həmin xəbərdarlıq məktubuna cavabdeh tərəfindən münasibət bildirilməmişdir. İddiaçılar Cavabdeh1 və X2 iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı2 Əlisəfa oğlu Cavabdeh2 iş təklifi alaraq 2009-cu ildən 2015-ci ilə qədər olan müddətdə Bakı və Abşeron rayonu ərazilərində ******* manatlıq tikinti işləri həyata keçirmiş, lakin, Cavabdeh2 onun faktiki başa çatdırdığı həmin tikinti-avadanlıq işlərinə görə xərclədiyi pullardan, yalnız ******* manatını ödəmiş, qalan 2 milyon manat pulu ödəməmək məqsədi ilə o zaman Azərbaycan Respublikası Prezident Administrasiyasında tutduğu mühüm vəzifədən sui-istifadə edərək onu, həm kriminal aləmin nümayəndələrini cəlb etməklə qorxutmuş, həm də məhkəmələrə öz həyat yoldaşı Südabə Xəlilovanı iddiaçı qismində cəlb etməklə, ağlabatmayan dəlillərlə və hansısa qaranlıq yollarla ondan 500000 manat pul vəsaiti almaq barədə yekun qərar çıxarılmasına nail olmuşdur. Belə ki, Cavabdeh2 gördüyü işlərə görə 2 milyon manat külli miqdarda pulunu ödəmədiyinə görə, dəfələrlə bu pulları tələb etdiyini görərək, bunun qarşısını almaq məqsədi ilə, əvvəlcə iş ofisinə şübhəli bir nəfər kriminal şəxs göndərmiş, daha sonra isə 7 nəfərlə evinə basqın təşkil etdirmişdir. Basqınçılar onu Hikmətdən pul tələb ediyi hallarda cəzalandıracaqları ilə hədələmişlər. Həmin basqınçıları görən ailə üzvləri bərk qorxuya düşmüşlər. Bunun ardınca isə, o zamanlar hələ sağ olan məşhur kriminal aləm rəhbəri Lotu Qulinin adından bir nəfərin rəhbərliyi ilə quldur dəstəsi yaşadığı evin qabağına gələrək, ona zəng etmiş və yanına çağırmışdır. O, həmin adamı onu Cavabdeh2 pul istəyəcəyi halda, oğlunu öldürməklə hədələmiş və özünün Lotu Quli adından gəldiyini bildirmişdir. Özü də, sarsılmış, anlaqsız halda Cavabdeh2 axtararaq tapmış və onun boğazından yapışaraq, olmuş hadisələri ona xatırlatmış, pullarını-heç olmasa 500000 manatını təcili verməyi tələb etmişdir. Hikmət bu dəfə ona 500000 manat vermiş, o da dərhal həmin məbləği borclu olduqlarına çatdırmışdır. Bu hadisələrdən sonra, Cavabdeh2 quldur hücumlarını dayandıraraq, ona qarşı məhkəmə çəkişmələri ilə hücumlar etmişdir. Həyat yoldaşı Südabə Xəlilovanın adına rəsmiləşdirilən, lakin onunla hesablaşmaları özünün apardığı Abşeron rayonu, Qobu qəsəbəsində 5,97 ha. sahədə ona sifariş edərək tikdirdiyi Az DekoPanel adlanan zavodun tikintisi başa çatandan sonra onların həmin zavoda çəkdikləri xərcləri ödəməmək naminə, onlara qarşı Abşeron Rayon Məhkəməsində həyat yoldaşı adından iddia qaldırılaraq, zavodun qeyri-qanuni tikilməsi ilə bağlı mübahisələndirmə açmışdırlar. Əlində Südabə xanımın onun emailinə öz elektron poçtundan göndərdiyi sənəddə onların məlum zavodun tikintisindən işin ən əvvəlindən tam məlumatlı olmaları kimi təkzibolunmaz sübutlar, zavodun inşasında işləyən şahidlər, həmçinin, Cavabdeh2 özünün onun şikayəti əsasında 2016-cı ildə Nərimanov Rayon Polis İdarəsində verdiyi izahatında tikinti materialları zavodunun tikintisinə görə ona şəxsən tapşırıq verdiyi barədə aşkar qeydi olmasına baxmayaraq, mülki məhkəmə prosesi, hər iki tərəfin iddiaları ilə bütün məhkəmə instansiyalarından keçəndən sonra, kassasiya mərhələsində, guya onun onlar aldadaraq xəlvət olaraq həmin zavodu tikməyi ilə əlaqədar, Cavabdeh2 həyat yoldaşının xeyrinə olaraq ondan 500000 manat pul tutulması və zavodun qeyri-qanuni tikili kimi sökülməsi kimi onun əleyhinə yönəlmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli 2(105)-329/2019 saylı qətnaməsini təsdiq edən qərar qəbul olundu. Onun da Hikmətə görə əvvəldən tanıdığı, onun işçisi, həm də "xxxx" MMC-nin rəhbəri olan hazırkı halda cavabdeh İddiaçı1 onu, təxminən 18-20 aprel 2021-ci il tarixdə Bayraq meydanındakı ofisinə dəvət etmiş, o da o vaxtlar sürücüsü işləyən Həmid Abdullayevlə birlikdə həmin ünvana getmişdir. İddiaçı1 iş otağında söhbətdə Həmid Abdullayev də şahidlik etmişdir. Söhbət zamanı İddiaçı1 onu bildirmişdir ki, Cavabdeh2 onun pulunu ödəmək istəyir, amma bir şərti vardır. Şərt ondan ibarətdir ki, gərək o, əvvəlcə məhkəmə qərarının icrası üçün tələb olunan 500000 manatı ödəsin. Yalnız bundan sonra, bir həftə ərzində öz haqq-hesablarını təkrar hesablayacaqlar. Hikmətin ona nə qədər borcu qalıbsa, ordaca ödəyəcək". O, pul və əmlakı olmadığını İddiaçı1 bildirdikdə, o qızının adına olan evini İlhamın öz adına keçirməklə, bu məsələnin həll ola biləcəyini bildirmişdir. Onların söhbətlərı zamanı Cavabdeh2 İddiaçı1la daim zəng əlaqəsi saxlamış, İlham ona söhbətin gedişi barədə məlumat vermişdir. O, qızı Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 347 kv.m sahəsinin satışdan cəmi bir həftə sonra Cavabdeh2 2 milyon manatadək pulunu ala biləcəyi pozitiv şərti ilə satılmasının lazım olduğunu ona bildirdikdə, atası olduğu səbəbindən razılaşmışdır. Nəticədə, rəsmi qiymətləndirici cəlb etmişdirlər. Qiymətləndirici 1.450000 manat qiymət müəyyənləşdirərək, rəsmi sənəd vermişdir. Arada 500000 manatdan əlavə onlara çatası 950000 manat qaldığını İddiaçı1 bildirdikdə, o demişdir ki, "onsuz da, evin satışından bir həftə sonra Cavabdeh2la görüşürəcəklər, bu 950000 manat fərqi də həmin görüş zamanı hesablaşmalarında nəzərə alarlar". İddiaçı1, Cavabdeh2 adından, həmçinin bildirmişdir ki, 35000 manat icra şöbəsinin 7 faizlik rüsüm pulunu da Hikmətin hesabından özləri ödəyəcəklər. Beləliklə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 12 saylı notarial kontorunda Cavabdeh1 ilə İddiaçı1 arasında qiyməti, əslində ******* manat razılaşdırılmış məlum ünvanlı evin alqı-satqısı, pozitiv şərt altında 520000 manat məbləğ (notarial və vergi xərcləri ilə birlikdə) kimi həyata keçirilmişdir. Cavabdeh2 ssenarisi əsasında 500000 manat pulun Südabə Xəlilovaya, guya çatdırılması tamaşası təmin edilmişdir. Əslində İddiaçı1 ev almamışdı, həmin notariusda depozitə qoyulan 520000 manat da elə Cavabdeh2 öz pulu idi. Şərtlərinə uyğun olaraq, qızı Cavabdeh1, Cavabdeh2la alqısatqıdan bir həftə sonrakı görüşədək evdə yaşamağa davam etməli idi. Lakin, Cavabdeh2 görüşdən qaçdığından, təbii ki, Cavabdeh1 evdə yaşamağa davam edirdi. 06 iyul 2021-ci il tarixdə Cavabdeh1 adına İddiaçı1, evin boşaldılması ilə bağlı xəbərdarlıq məktubu daxil olduqdan sonra onlar aldadılma yolu ilə Cavabdeh1 əmlakının ələ keçirildiyini başa düşmüşdürlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5395/2021 nömrəli qərardadı ilə 2(004)-5395/2021 nömrəli mülki iş 2(004)-5088/2021 nömrəli mülki işə birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(004)- 171/2022 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə İddiaçı1 məxsus 347 kv.m (B tikilisi) sahəsinin Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılaraq İddiaçı1 təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı1 aid edilməsi, birləşdirilmiş mülki iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı2 Əlisəfa oğlunun cavabdehlər İddiaçı1 və Cavabdeh2 David oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı2 Əlisəfa oğluna aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı2 Əlisəfa oğlu tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, aralarında olan şifahi əqdin pozitiv şərti ondan ibarət olmuşdur ki, o, qızının evini o şərtlə məlum məhkəmə ödənişinə yönəltməyə razılıq vermişdir ki, alqı-satqı müqaviləsindən bir həftə sonra Cavabdeh2 ona olan 2 milyon manat borcunu ödəyəcəkdir. Cavabdeh2 da şərtə əməl etmədiyi üçün pozitiv şərt, yəni qızının evinin İddiaçı1 satılması ilə bağlı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli idi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar Cavabdeh1 və X2 məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmlak Qiymətləndirmə Mərkəzi MMC-nin xx.xx.2020-ci il tarixli rəyinin surətindən görünür ki, ünvan 3vanında yerləşən 1kv.m manat olmaqla ümumilikdə 347 kv. sahənin dəyəri ******* manat civarındadır. İş materiallarında olan 4Ə-1246 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, Bakı şəhəri 12 saylı Notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 3vanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 347 kv.m (B tikilisi) sahəni 520000 manata İddiaçı1 satmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı1 520000 manat vəsaiti notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Satıcı Cavabdeh1 müqavilənin şərtinə əsasən xx.xx.2021-ci tarixədək mənzili boşaldaraq alıcı İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı1 tərəfindən mənzilin müəyyən edilmiş 520000 manat dəyəri tam şəkildə satıcı Cavabdeh1 ödənilməsi üçün notariusun depozit hesabına ödənilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 ünvan 3vanında yerləşən B tikilisinə mülkiyyət hüququ **********44-10301 reyestr nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə Cavabdeh1 xəbərdarlıq məktubu ünvanlanaraq 3 iş günü ərzində ünvan 3vanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 347 kv.m (B tikilisi) sahənin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələb olunmuşdur. Göründüyü kimi İddiaçı1 müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin müəyyən edilmiş 520000 manat dəyərini tam şəkildə satıcı Cavabdeh1 ödənilməsi üçün notariusun depozit hesabına ödəmiş, lakin Cavabdeh1 öhdəliyini yerinə yetirməmiş mənzili hazırkı vaxta kimi boşaldaraq İddiaçı1 təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı1 isə qeyd olunanlara əsaslanaraq evin boşaldılaraq təhvil verilməsini tələb etmişdir. İddiaçı2 Əlisəfa oğlu Cavabdeh2 2 milyon manatadək pulunu alması pozitiv şərti ilə müqavilənin bağlanmasına razı olduğunu, əslində evin satış qiymətinin ******* manat razılaşdırıldığını və pozitiv şərt altında 520000 manata həyata keçirildiyini qeyd edilərək, müqavilənin aldatma və hakimiyyətdən sui-istifadə nəticəsində bağlandığını iddia edərək, etibarsız hesab edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən mübahisə pedimeti olan əmlak İddiaçı2 Əlisəfa oğlunun deyil, Cavabdeh1 mülkiyyətində olmuşdur. İddiaçı2 Əlisəfa oğlu müqavilə tərəfi deyil. Tərəflər arasında alqısatqı müqaviləsi yazılı formada tərtib edilmiş, Cavabdeh1 və İddiaçı1 müqaviləni imzalamış, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri (eləcə də satılan əmlakın qiyməti ilə bağlı şərt) qarşılıqlı razılıqları ilə müəyyənləşdirilmişdir. Tərəflər müqavilə üzrə hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etməmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Göründüyü kimi, mübahisəli mənzil birinci iddia üzrə iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Belə olan halda, Kollegiya qeyd edir ki, Cavabdeh1 hərəkətləri əmlakın mülkiyyətçisi olan İddiaçı1 mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır. Məhkəmə qeyd olunan hallara əsas götürərək, birinci iddianın təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinə aid hissədə də məhkəmənin qənaəti düzgün olmuşdur, belə ki, müqavilənin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilməmiş, iddiaçılar Cavabdeh1 və İddiaçı2 isə istinad etdikləri halları sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-171/2022 saylı iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar