Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3755/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(008)-4913/2020 saylı qətnaməsindən iddiaçı ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yı̇ tərəfindən verilmiş apellyasiya şikayətinə əssasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “Azəriqaz” İB-yə vurulmuş 2400,70 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2430,70 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB ilə abonent Cavabdeh arasında 10.01.2019-cu il tarixli AKX-0057256/01-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alğı-satqısı barədə Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində “İtron G-4” markalı 1802AZ**********45 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2- ci yarımbəndinin (bu Müqavilənin və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. 31.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 1004 manat, 10.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 885,60 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 18.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 177,10 manat, Cəmi 2361,90 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəydiyi müəyyən edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən əlavə olaraq 2020-ci ilin aprel və may ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 27,70 manat və 13,50 manat məbləğdə debitor borcuda yaranmışdır. Debitor borc üzrə isə 2,40 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən hazırda iddiaçıya ödənilməli borc məbləği ümumi olaraq 2400,70 manat təşkil etməkdədir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(008)-4913/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş 281,20 manat məbləğində zərər, 3,60 manat dövlət rüsumunun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(008)-4913/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunmuş hissəsində (mübahisələndirilən hisssəsində) təmin edilməsi, apellyasiya şikayətinin verilməsi üçün “Azəriqaz” İB-nin ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi və bu məəqsədlə 15 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı “Azəriqaz” İB-nə ödənilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alğı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Məhkəmə isə müvafiq mülki iş üzrə qətnaməni ağlabatan şəkildə çıxarmaqla, MPM-in 217.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki məhkəmə, cavabdeh barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qışaylarına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmə tərəfindən həmin qaydada hesablama əməliyyatının aparılması isə qanuni və əsaslı deyildir. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı “Azəriqaz” İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdehiddianı qəbul etməmiş olsa da etirazlarının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi və Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qismən təmin edilən-yəni, 4 akt üzrə zərərin məbləğinin müəyyən edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında 10.01.2019-cu il tarixli AKX-0057256/01-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, X7 (Ə.Qarayev) küçəsi, 543 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edən qaz xəttinin üzərində “İtron G-4” markalı 1802AZ**********45 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda Cavabdeh tərəfndən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə aşağıdakı aktlar tərtib edilmiş və itirilmiş sərfiyyata görə zərər hesablanmışdır: 31.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 1004 manat, 10.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 885,60 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 18.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 177,10 manat. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 425.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 1.2, 3.1-ci bəndlərinə istinad edərək, qeyd etmişdir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, məhkəmə hesab edir ki, iddiaçı olan “Azəriqaz” İB də buna görə məsuliyyət daşıyır. Lakin iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, dörd aktın hamısı qış aylarına təsadüf etdiyindən o aylar üzrə 60 manatın tutulması ədalətli olardı (4 ay x 60 manata = 240). Bundan başqa, cavabdeh tərəfindən 2020-ci ilin aprel və may ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 27,70 manat və 13,50 manat məbləğdə debitor borcu qalmışdır. Həmin məbləğlər də tutulmalıdır. Göründüyü kimi, məhkəmə dörd akt üzrə qazdan qanunsuz istifadə halını müəyyən etmiş, cavabdeh qətnamənin həmin hissəsindən şikayət verməmiş, qanunsuz qoşulma ilə razılaşmışdır. Kollegiya qeyd edir ki, 31.01.2018 və 10.12.2019-cu il tarixli aktlar əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, cavabdehə məxsus mənzilə hər ay baxış keçirilməli olduğu halda, itirilmiş qazın bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur. Bu isə məntiqli deyil. Buna görə də, həmin hesabat dövrü aktlar üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər. “X2nın Təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş 31.01.2018 və 10.12.2019-cu il tarixli aktlar üzrə hesabat dövrü kimi 92 və 90 gün götürülmüşdür. Lakin göründüyü kimi qəbul edilmiş qərarda hesabat dövrünün 92 və 90 gün kimi götürülməsi hər hansı normativ akta əsaslanmır. Kollegiya iddiaçı təşkilatın istinad etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14.03.2011-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarla bağlı qeyd etmişdir ki, Qaydalar normativ akt hesab olunmadığından, iddiaçı tərəfindən qərar qəbul edilərkən həmin Qaydaların əsas tutulması qanuni hesab edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X5 Reyestrinə (bundan sonra – X5 Reyestri) daxil edilməlidir. Belə olan halda 31.01.2018 və 10.12.2019-cu il tarixli aktlara əsasən itirilmiş qazın həcmi 30 gün hesabat dövrü nəzərə alınmaqla qəbul edilməlidir. Buna görə də, kollegiya 31.01.2018 və 10.12.2019-cu il tarixli aktlar üzrə iddiaçı tərəfindən hesablanmış ziyan məbləğini ağlabatan hesab etmir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi dörd akt üzrə zərərin məbləğini müəyyən edərkən, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qış aylarının olmasını nəzərə alaraq, hər ay üçün 60 manat olmaqla, cəmi 4 akt üzrə 240 manat məbləğində zərərin tutulmasını ədalətli hesab etmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 21 iyun 2021-ci il tarixli, 9/2757 saylı rəyinə əsasən Bakı şəhəri, Nardaran kəndi, X7 Dön 5, ev 8 ünvanında yaşayan (abonent kodu- **********00000) Cavabdeh mövcud olan qaz avadanlıqlar (qaz cihazları) nəzərə alınmaqla qeyd olunan aktlar əsasında, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1004 manat, 10.12.2019-cu il tarixli ******* saylı akt əsasında 885 manat olmaqla, cəmi 1889,90 manat “Azəriqaz” İB-nə zərər vurmuşdur. Cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş 2020-ci il üzrə sayğac göstəricisinə əsasən 41,20 manat borcu qalmışdır. Qeyd olunan aktlar əsasında və abonentin saldosu cədvəlinə olan məlumatlara əsasən iddiaçı Cavabdeh tərəfindən ödənilməli olan məbləğ 1930,80 manat təşkil edir. Həmin məbləğ “Azəriqaz” İB-nin təbii X2nın pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, ekspert 31.01.2018-ci il tarixli ******* saylı, 10.12.2019-cu il tarixli ******* saylı aktlar əsasında 92 və 90 günlər üçün aparılmış hesabata qiymət vermişdir. Kollegiya hesab edir ki, 31.01.2018-ci il tarixli ******* saylı akt üzrə 92 gün üçün 1004 manat zərər hesablandığı halda, 30 gün üçün həmin zərər 327,3 manat, 10.12.2019-cu il tarixli ******* saylı akt üzrə 90 gün üçün 885,6 manat zərər hesablandığı halda, 30 gün üçün 295,2 manat qəbul olunmalıdır. Beləliklə kollegiya hesab edir ki, qətnamə 4 akt üzrə 240 manat zərərin məbləğinin müəyyən edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia həmin hissədə qismən təmin edilməli, 31.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 327,3 manat, 10.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 295,2 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 18.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 177,10 manat, cəmi 1094,8 manat zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qətnamənin mübahisələndirilməyən hissəsinə görə 27,7 manat və 13,5 manat tutulması nəzərə alınmaqla, cavabdehdən cəmi 1136 manat maddi zərər (1094,8 +27,7+13,5=1136 manat) iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, qətnamə dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən 14,1 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun 7 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 47 manatı cavabdehdən, 53 manatı iddiaçıdan alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4cümaddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(008)- 4913/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv olunsun, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunsun. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh X1 “Azəriqaz İB-nin xeyrinə tutulan zərərin cəmi məbləği 1136 manat (1094,8 manat 4 akt üzrə zərər+qətnamə ilə mübahisələndirilməyən hissədə tutulmuş 27,7 manat + 13,5 manat=1136 manat) tutulsun. İddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamə dövlət rüsumunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin, dövlət rüsumu 14,1 (on dörd manat on qəpik) müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun 7 (yeddi) manatı X1 “Azəriqaz İB-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 47 (qırx yeddi) manatı cavabdeh X1, 53 (əlli üç) manatı iddiaçı “Azəriqaz” İstehsalat Birliyindən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3755/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3755/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver