Məhkəmə qərarları › İş №2(103)-376/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-376/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-376/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-182/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindənverilmişapellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh2 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı X4 xeyrinə 17R000007607 saylı kredit razılaşması üzrə 12661.05 ABŞ Dolları məbləğində kredit borcu, 7031.97 ABŞ Dolları məbləğində faiz borcu və 11066.53 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 30759 ABŞ Dolları 55 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan A tikili 2 otaqa (y/s-42.4 kv.m, k/s-21.1 kv.m) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 30759 ABŞ Dolları 55 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının hərracda əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Musabəyov küçəsi 18 saylı fərdi yaşayış evinin Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan A tikili 2 otağa tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vaxtilə mərhum Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli, 17L000000706 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən ona veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə mərhum Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17R000007607 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 17R000007607S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 öz sağlığında kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4338.95 ABŞ Dolları ödəmiş, onun 12661.05 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 880 gün üçün hesablanmış faiz borcu 7031.97 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 880 gün üçün hesablanmış cərimə 11066.53 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 17M000000271 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Musabəyov küçəsində istifadədə olan 0.05673 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.4 kv.m yaşayış, 40.3 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Qurban- zadə İlham Arif oğluna məxsus olan 2 otaq (y/s-42.4 kv.m, k/s-21.1 kv.m) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X9 tərəfindən 91 №-li reyestr kitabının 8318 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı fərdi yaşayış evi (A tik.2 otaq) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2017-ci il tarixdə bildiriş onun həyat yoldaşı tərəfindən qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2017-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X7 təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. Bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 vəfat etməsi səbəbindən onun qanuni vərəsələri (prosessual hüquqi varisləri) qismində Cavabdeh2 (həyat yoldaşı) və Cavabdeh5 (oğlu) tanınaraq, cəlb olunmuşlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)- 182/2019 saylı qətnaməsi ilə (hakim Ramil Həsənov) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı X4 xeyrinə 17R000007607 saylı kredit razılaşması üzrə 12661.05 ABŞ Dolları məbləğində əsas kredit borcunun və 100 ABŞ dolları məbləğində cərimə borcunun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi, cavabdehlər Cavabdeh2 və Cavabdeh5 əlavə olaraq müştərək qaydada 7031.97 ABŞ dolları məbləğində faiz borcunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun əvəzi və 20 manat xidmət haqqının əvəzinin tutulması, ABŞ dolları məbləğində tutulan pullar hazırki məhkəmə qətnaməsi icra olunan günə (zamana) dolların manata olan məzənnəsinə uyğun olaraq həyata keçirilməsi, həmin pul tələblərinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə mərhum Cavabdeh1 məxsus olan və hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh5 faktiki miras əmlak kimi qəbul edilərək sahibliklərində olan A tikili 2 otaqa (y/s-42.4 kv.m, k/s-21.1 kv.m) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin İddiaçı X2 borcun bağlanmasına hesablanması (ödənilməsi), ipoteka predmetinin ilkin satış qiymətinin 36000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Musabəyov küçəsi 18 saylı fərdi yaşayış evinin Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan A tikili 2 otağına tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra həmin əmlakın cavabdehlər Cavabdeh2 və Cavabdeh5 tərəfindən boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, ipoteka predmetinin satışından Banka olan borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh2 və Cavabdeh5 verilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni əsas borca hesablanmış faiz borcu hissəsində və ipoteka qoyulmuş mənzilinin dəyərinin müəyyən olunması hissəsində ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sağlığında mərhum əri İlham Yurban-zadə tərəfindən kredit öhdəliklərinə riayət olunması, lakin sonradan ölkədə devalivasiyanın baş verməsi, ödənişlərin lazımınca yerinə yetirilməməsi, sonradan həyat yoldaşının vəfat etməsi, faizlərin yüksək hesablanması, şişirdilməsi, faiz borcunun və dəbbənin silinməli olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,o,kredit borcunu ödəməkdən imtina etmir,sadəcə ona yeni ödəniş cədvəli tərtib olunmasını,borcun hissə-hissə ödənilməsinə imkan yaradılmasını istəyir,lakin bank tərəfindən ona lazımi şərait yaradılmır.Bir müddət əvvəl kredit ödənişləri üzrə bankla müvafiq razılıq əldə etsə də,karonavirus pandemiyası ilə əlaqədar işləyə bilməməsi üzündən əldə edilmiş razılıq üzrə kredit ödənişlərini həyata keçirmək imkanından məhrum olmuşdur.Bu səbəbdən də,bir müddət əvvəl məhkəmə kollegiyasına ünvanlanmış barışıq sazişini hazırki vaxtda təsdiq edə bilmir,bu səbəbdən də məhkəmə kollegiyasından işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq,təmin olunmamasını,qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki,iddia ərizəsi qismən təmin olunmuş,lakin iddiaçı və digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər.Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh2 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək,hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalıdır. İşdə olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 17L000000706 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli 17R000007607 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla 17000 (on yeddi min) ABŞ Dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2011-ci il tarixli və xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh4 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zaminlər onunla birgə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2015-ci il tarixli, 17R000007607S saylı sazişlə Razılaşmaya və Ödəniş planına müvafiq dəyişiklik edilmiş, kreditin qaytarılmasının son müddəti xx xxxxxxxx 2018-ci il tarixi müəyyən olunmuşdur. Beləliklə, işdə olan sübutlara əsasən - iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli 17L000000706 saylı kredit xətti müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən 120 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xəttinin açılması, həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddətin ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmalı olması, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 17R000007607 saylı kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 ABŞ Dolları məbləğində kredit verilməsi, xx.xx.2015-ci il tarixli 17R000007607S saylı Sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi, kredit öhdəliyinin icrasının təmini kimi bankla Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixli, Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixli, Cavabdeh4 arasında isə xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinin bağlanması (birgə məsuliyyət), həmçinin xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Musabəyov küçəsində istifadədə olan 0,05673 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 83,4 kv.m. yaşayış, 40,3 kv.m. köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s 42,4kv.m. k/s- 21,1kv.m. hissəsinin bank qarşısında ipoteka ilə yüklü edilməsi, ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığ ilə 17626,56 manat məbləğində qiymətləndirilməsi, kredit öhdəliklərinin lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdən görünür ki, əsas borclu Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş, bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 (həyat yoldaşı) və Cavabdeh5 (oğlu) onun prosessual hüquq varisləri kimi işə cəlb olunmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd edilən halları mübahisələndirməmiş, qətnaməni qismən, yəni faizlərin və dəbbə pulunun tutulması hissəsində mübahisələndirmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə - 12661,05 ABŞ dolları məbləğində əsas kredit borcu, 7031,97 ABŞ dolları məbləğində faiz üzrə borc, 11066,53 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 30759,55 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad edərək iddianı əsas və faiz borcu hissəsində təmin etmiş, lakin borcun xx.xx.2018ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) mövcudluğunu tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, apellyasiya icraatı zamanı kredit borcunun məbləğinin obyektiv müəyyən olunması, həmçinin cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin yoxlanılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəməyə daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 32240 saylı ekspertiza rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli, 17R000000706 saylı kredit xətti müqaviləsinin, xx.xx.2014-cü il tarixli 17R000007607 saylı kredit razılaşmasının və xx.xx.2015-ci il tarixli, 17R000007607S saylı Sazişlə şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx xxxx 2018-ci il tarixə banka olan borcu - əsas borc üzrə 12664,64 ABŞ dolları, faiz borcu üzrə 6352,29 ABŞ dolları təşkil etmişdir. Ekspertiza rəyindən də göründüyü kimi, faiz borcu tələb həddindən az məbləğdə, yəni 6352,29 ABŞ dolları müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin hissədə şikayətin dəlilləri ilə qismən razılaşaraq, qətnamənin qismən ləğv olunaraq, iddianın faizlərin tutulması hissəsində 6352,29 ABŞ dolları məbləğində təmin olunması nəticəsinə gəlir. Cavabdeh apellyasiya şikayətində faizlərin silinməli olmasını göstərsə də, həmin hissədə etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Çünki, kredit məbləği faizlərin ödənilməsi ilə şərtləndirilmişdir və cavabdeh faizlərinin tamamilə silinməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti dəbbə pulu hissədə də təmin olunmamalıdır. Çünki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunmuş yüksək dəbbə pulunun məbləğini azaldaraq 100 ABŞ dolları həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir (cavabdeh apellyasiya şikayətində qətnaməni qalan hissələrdə mübahisələndirməmişdir). MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 120 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də Cavabdeh2 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)-182/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(010)- 182/2019 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində qismən ləğv edilsin, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 6352,29 ABŞ dolları (altı min üç yüz əlli iki ABŞ dolları 29 sent) müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh2aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar