Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3762/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Emin Mehdiyevdən ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilməyib, yəni apellyasiya şikayətinin göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməyib. Mülki-Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə görə belə halda apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Ona görə də apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh2 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3762/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3762/2022
19.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver