Məhkəmə qərarları › İş №2(103)-3762/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3762/2023

22.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3762/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə1, vəkili X2, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı MTK cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 Murtuz oğluna və Cavabdeh3 qarşı kompensasiya (əlavə yaşayış sahəsi) verilməklə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Fikrət Mirzəyev) ilə iddia təmin edilmiş, İddiaçı MTK tərəfindən Cavabdeh4 mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 48.0 kv.m sahəsi olan 3 saylı mənzilin əvəzinə iddiaçının Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişınəsindəki 2532 saylı məhəllədə yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil, Cavabdeh2 mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 62.5 kv.m sahəsi olan 4 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil, Cavabdeh1 Murtuz oğlunun mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 60.0 kv.m sahəsi olan 11 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvünda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil, Cavabdeh3 mülkiyyəlindəki, Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 48.0 kv.m sahəsi olan 12 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 400 manat kirayə haqqı ödənilməklə cavabdehlərin həmin mənzillərdən çıxarılması qərara alınmışdır.

3. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir.

4. Cavabdeh1 məhkəməyə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə aralarında razılıq əldə olunmuşdur, bu səbəbdən apellyasiya şikayətindən imtina edir.

5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, Cavabdeh3 nümayəndəsi M.Süleymanov, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh1 apellyasiya şikayətindən imtinası ilə bağlı məsələni kollegiyanın mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə1, vəkili A.Şahverdi ayrılıqda Cavabdeh1lə razılıq əldə olunduğunu, bu səbəbdən bu səbəbdən Cavabdeh1 münasibətdə apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətindən imtinaya dair ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, onun Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər.

8. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.

10. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina qəbul edilməli və onun şikayətinə münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

11. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

12. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

13. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun şikayətinə münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar