Məhkəmə qərarları › İş №2(103)-3770/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3770/2022

16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3770/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Ərizəçi nümayəndəsi Vəkil və maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək stajı faktının müəyyən olunması” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-449/2022 saylı işi üzrə 01.03.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi 1978-ci ildən 1988-ci ilədək Ermənistan SSR Stepanavan rayonu, Kuybişev kəndində baytar həkimi işləməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunur ki: - X13, X7 və X14 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 19.06.2021-ci il tarixli ərizə ilə təsdiq etmişlər ki, Ərizəçi həqiqətən də, 1978-1988-ci illər ərzində Ermənistan SSR Stepanavan rayonu Kuybişev kəndində baytar həkimi işləmişdir;- Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ərizəçi ünvanlanmış 25.09.2021-ci il tarixli məktubda qeyd etmişdir ki, 16.02.1992-ci il tarixində tərtib edilmiş MT-İ N° ******* saylı əmək kitabçanıza və diplomunuzun surətinə əsasən sığorta stajınız 16 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 14 il 11 ay sığorta stajınıza əsasən 11367 56 manat 01.01 2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 860,57 manat olmaqla ümumilikdə 12228.14 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə 28.07.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "Kapital Bank"ın Nərimanov rayon filialına müraciət etməsi tövsiyə olunur; - X9 aid əmək kitabçasına əsasən, o, 11.04.1983-cü ildən müxtəlif vəzifələrdə olmaqla Ermənistan SSRİ Stepanavan rayonunda Kuybişev kəndində işləmişdir. - X8 aid əmək kitabçasına əsasən, o, 1970-ci ildən 1988-ci ilə qədər Ermənistan SSRİ Stepanavan rayonunda Kuybişev kəndində işləmişdir. -X3 aid əmək kitabçasına əsasən, o, 1978-ci ildən 1988-ci ilə qədər Ermənistan SSRİ Stepanavan rayonunda Kuybişev kəndində işləmişdir (iş.səh. 5, 10, 33-49) Birinci instansiya məhkəməsinin iclası zamanı: şahid X14 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisioğludur. Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində onunla birlikdə işləmişdir. 1983-cü ildən 1988-ci ilə qədər orada çalışmış, 1988-ci ildən qaçqın düşdüklərinə görə ərizəçi əmək kitabçasını itirmişdir. - X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun kəndçisidir. Həmin illərdə çoban işləmişdir, 1970-ci ildən 1988-ci ilə qədər onunla Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində eyni yerdə işləmişdir. -X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi ilə 1970-ci ildən 1988-ci ilə qədər Kuybişev kəndində baytar həkimi işləmişdir. Həmin illərdə ona da həmin yerdə işləyib (səh.58-60). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9114/2018 saylı işi üzrə 28.11.2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.11, 308, 311-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Ərizəçi özünün ona əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmiş, lakin ərizəçiyə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi haqlı olaraq 1978-ci ildən 1980-ci ilədək olan dövrdə Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Onun 1978-ci ildən 1980-ci ilədək olan dövrdə Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində işləməsi şahid ifadələri və həmin idarədə qeyd olunan dövrdə çalışan şəxslərin - X14, X12, X2 əmək kitabçaları ilə öz təsdiqini tapmışdır.Ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada əldə etməsi mümkün olmamış, çünki ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(005)-449/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilməlidir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır.Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz.Vətəndaş tərəfindən təsdiq etmək istədiyi dövrlər:a. 1978-1988-ci illərdə Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində baytar həkimi vəzifəsində işlədiyi dövrlərə) 1983-cü il tarixdən sonrakı dövrü təsdiq edən şahid:X14 1983-cü il tarixdən Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində müxtəlif vəzifələrdə işlədiyini, Ərizəçi da işlədiyi illərdə onunla birlikdə işləməsini qeyd edir. b)1970-ci il tarixdən 1988-ci ilədək olan dövrü təsdiqləyən şahid: X17 1970-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan SSRİ Stepanavan rayonu, Kuybişev kəndində çoban kimi işlədiyini, Ərizəçi da işlədiyi illərdə onunla birlikdə şləməsini qeyd edir. c)1970-ci il tarixdən 1988-ci il tarixədək olan dövrü təsdiqləyən şahid: X6 1970-ci ildən 1988-ci ilə qədər Ermənistan SSRİ Stepanavan rayonunda Kuybişev kəndində baytar həkimi vəzifəsində işlədiyini, Ərizəçi da işlədiyi illərdə onunla birlikdə işləməsini qeyd edir. Bununla da, ərizəçinin 1978-1988-ci il tarixədək Ermənistan SSRİ Stepanavan rayonunda Kuybişev kəndində baytar həkimi vəzifəsində işlədiyi dövr üçün lazım olan iki şahidi yoxdur. Məhkəmə azı iki şahidin olması tələbini nəzərə almadan 1978-1988-ci illər üçün (Ermənistan SSRİ Stepanavan rayonunda Kuybişev kəndində baytar həkimi;) ərizəni təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı və 17-ci bəndlərindəndə göründüyü kimi ərizəçi işlədiyini iddia etdiyi dövrlər onun iştirakını təmin etdiyi şahidlərlə eyni idarə, müəssisə və ya sovxoz ilə eyni olmaqla yanaşı, həmçinin eyni vəzifələri icra etmiş olmalıdırlar. Lakin şahid ifadələri zamanı bu hal yalnız bir şahid tərəfindən təsdiq edilmişdir. Həmçinin vətəndaşın təsdiq etmək istədiyi dövrlər konkret olmalı, il, ay, gün ilə qeyd edilməli olduğu halda ümumi olaraq illər nəzərə alınmışdır . Məhkəmə kollegiyasının iclasında iştiark edən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, ərizəçinin Ermənistan Respublikasında baytar həkim vəzəifəsində işlədiyi dövrün sosial əmək stajına daxil edilərək pensiya təyin olunması ilə müraciət etdiyini, birinci instansiya məhkəməsinin icraatı zamanı iştirak etmiş şahidlərdən birinin 1983-cü ildən müxtəlif vəzifələrdə işləməsinin müəyyən edildiyini, digər iki şahidin isə hansı vəzifələrdə işləməsinin müəyyən edilmədiyini, ərizəçinin hansı idarə və ya təşkilatda işləməsinin qeyd edilmədiyini, Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı əsasnaməsində, şəxsə pensiya təyinatı müəyyən edilərkən çatışmayan iş stajı dövrünü onunla birlikdə işləmiş 3 və ya daha çox şəxsin əmək kitabçası ilə təsdiq edilməsinin mümkünlüynünü qeyd edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştiark edən Ərizəçi nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, ərizəçinin baytar həkim olaraq işlədiyini, şahidlərdən birinin 1970-ci ildən həmin kənddə çoban kimi işlədiyini, ərizəçinin əmək kitabçasının olduğunu, lakin 1988-ci ildə baş verən hadisələrlə bağlı Bakı şəhərinə gələn zaman itirildiyini, birinci instasniya məhkəməsinin iclası zamanı iştirak etmiş şahidlərin onunla birlikdə işlədiklərini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması” Qaydalarının 2.5-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 307.1, 307.2.11, 308, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən formal mülahizə səciyyəli dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, ərizəçinin iş üzrə təqdim edilən lakin sübutlar sırasında yer almayan diplomundan ərizəçi 24 fevral 1976-cı ildən Qeyd edilən rayonda – texnikumda veterinar peşəsi əldə etmiş və araşdırılmış şahid ifadələrindən (onların sənədlərindən) fəaliyyətini Stepanavan rayonu Kuybışev kəndi (sovxozunda) davam etmişdir. Cavabdehin digər, müəyyən edilənləri şübhə altına alan dəlilləri, habelə müəyyən edilənlərin əksi sübuta yetirilmir. Məlum məsələdir ki, idarənin və ya təşkilatın, habelə tarixlərin dəqiq təqviminin müəyyən edilməsi şahidlərin ifadələri ilə təsdiq edilə bilməz. Əmək stajının pensiya stajına hesablanması səlahiyyəti isə maraqlı şəxsə aid olduğundan, faktın müəyyən edilməsi zamanı pensiya stajına müddətin şamil edilməsinə məhkəmələr tərəfindən qiymət verilməsi yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-449/2022 saylı işi üzrə 01.03.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar