Məhkəmə qərarları › İş №2(103)-3771/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3771/2022

03.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3771/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 və maraqlarına toxunan şəxs X2 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7158/2021 saylı, 28.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh və maraqlarına toxunan şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının və azyaşlı övladı X4 "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahəsi olan 2 otaqdan ibarət 47 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra vərəqinə əsasən İddiaçı və Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş, "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilə olan payın ½ hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Hal-hazırda iddiaçı kirayədə qalmağa məcburdur. Dəfələrlə cavabdehə evə dair müraciət etsə də, cavabdeh tərəfindən hər hansı bir təklif irəli sürülməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7158/2021 saylı, 28.10.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı övladı olan 15.09.2009-cu il təvəllüdlü X5 birlikdə "xxxx" MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilə köçürülməsi, 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (sədrlik edən: Günel Abbasova). Qətnamədən Cavabdeh və maraqlarına toxunan şəxs X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7158/2021 saylı, 28.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnış olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil iddiaçı və cavabdehin paylı mülkiyyətindədir, yəni mübahisəli mənzil 1/2 hissə pay ilə onlara məxsusdur. Cavabdeh isə Azərbaycan Respublikası Konstitusiyasının qadağanedici normanı (43-cü maddəsini) pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Ona görədə iddia əsaslıdır. Məhkəmə bu qənaətə məhkəmə iclasında cavabdehin iştirakını təmin etmədən, ona müdafiə üçün şərait yaratmadan və zəruri sübutları təqdim etməsinə imkan vermədən, nəticə etibarilə gəldiyi nəticə üçün mühüm vermədən, nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadan gəlmişdir. Halbuki, hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən qətnamədə də istinad edilən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra vərəqinə əsasən mübahisəli mənzilə olan payın ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi nəzərdə tutulmaqla yanaşı, həmçinin İddiaçı Cavabdeh xeyrinə 40 609 (qırx min altı yüz doqquz) manat pul da tutulmalı idi. İcra işi üzrə icraat zamanı İddiaçı həmin pulu Cavabdeh könüllü ödəməsi barədə təklif edilsə də, o, buna əməl etmədiyindən məcburi icra hərəkətlərinə keçilmişdir. Həmin pulun ödənilməsinin təmin edilməsi məqsədilə mübahisəli mənzilin borclu İddiaçı məxsus ½ hissəsinin üzərinə həbs qoyulmuş, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin 08.08.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən həmin mənzil cəmi 90.000 (doxsan min) manat dəyərində qiymətləndirilmişdir. Binəqədi icra şöbəsinin 20.09.2018-ci il tarixli təklif məktubuna əsasən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən mübahisəli mənzilin borclu İddiaçı aid ½ hissəsini 45.000 (qırx beş min) manat dəyərində borc əvəzində, əmlakın 4391 (dörd min üç yüz doxsan bir) manat məbləğində fərqini icra şöbəsinin depozit hesabına keçirilməklə qəbul etməsi Cavabdeh təklif olunmuş, sonuncu bu təklifi qəbul etmişdir. Bundan sonra Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov “əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” 05 noyabr 2018-ci il tarixli qərar qəbul etmişdir; qərara alınmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87.98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 90.000 (doxsan min) manat dəyərində qiymətləndirilmiş 47 nömrəli mənzilin borclu İddiaçı aid l/2 hissəsi 40609 (qırx min altı yüz doqquz) manat borc tələbi əvəzi Cavabdeh verilsin. Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87.98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 90.000 (doxsan min) manat dəyərində qiymətləndirilmiş 47 nömrəli mənzilin borclu İddiaçı aid ½ hissəsi Cavabdeh əmlakı kimi adına rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə "xxxx" MTK-ya göndərilsin. İcra şöbəsinin eyni tarixli məktubu ilə həmin qərar icra olunması üçün "xxxx" MTK-nın sədri A.Əhmədova göndərilmiş, "xxxx" MTK tərəfindən isə sözügedən mənzil tam şəkildə Cavabdeh adına rəsmiləşdirilmişdir. Sonradan Cavabdeh adından 30.08.2017-ci il tarixli etibarnamə əsasında çıxış edən X11 "xxxx" MTK-nın sədri S.A.Əhmədova ərizə ilə müraciət edərək mənzili X1, sonuncunun 44 000 manat pul ödədiyini, qalan 46 000 borcu isə 1 ay ərzində ödəməyi öhdəsinə götürdüyünü bildirməklə təmsil etdiyi Cavabdeh payçılıqdan azad edilməsini xahiş etmişdir. Həmin ərizə yeni payçı X9 tərəfindən də imzalanmaqla təsdiq edilmişdir. Nəticə etibarilə bütün bunlar məhkəmənin iş üzrə gəldiyi nəticənin açıqca səhv olduğunu göstərir. Əksinə müəyyən olunur ki, mənzilin iddiaçıya məxsus ½ hissəsi borc əvəzi cavabdehə təklif edilərək sonuncu tərəfindən qəbul edilmiş, mənzil cavabdehin adına rəsmiləşdirildikdən sonra isə, üçüncü şəxsə satılmışdır. Maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı Cavabdeh qarşı “Mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müaciət edərək, iddiaçının və azyaşlı övladı X4 "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahəsi olan 2 otaqdan ibarət 47 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan qətnamə ilə S.Həşimovanın qanun ilə qorunan mülkiyyət hüquqları pozulduğundan həmin qətnamədən şikayətçidir. Belə ki, iddiaçının köçürülməli olduğu qətnamədə "xxxx" MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87,98 kv.m ümumi sahəsi olan 2 otaqdan ibarət 47 nömrəli mənzil kimi qeyd olunan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********30-05301- 093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.06.2021-ci il tarixli çıxarışa əsaən tam mülkiyyət hüququ əsasında S.Həşimovaya məxsusdur, habelə qeyd olunan reyestrdən çıxarışa əsasən həmin mənzilə ünvan 1 ünvanı verilmişdir. Qeyd olunan mənzili 09.06.2021-ci il tarixdə, ünvan 2 ofisində bağlanmış AN-İ№ ******* serya və nömrəli “Daşınmaz əmlakın alqı-satqısına dair Müqavilə” əsasında satıcı X7 110000 manat ödəməklə almış və nəticə etibarı ilə həmin mənzilə münasibətdə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq bu barədə S.Həşimovaya **********30-05301-093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.06.2021-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsi iddia tələbini təmin təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə işin həqiqi və əhmiyyətli hallarını düzgün araşdırmamış, qeyd olunan münasibətləri tənzimləyən lazımi hüquq normalarını tətbiq etməmiş və nəticə etibarı ilə qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Buna görə də, qeyd olunan qətnamədən şikayətçidir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)- 7158/2021 saylı, 28.10.2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və nəticə etibarı ilə iş üzrə İddiaçı Cavabdeh qarşı “Mənzilə köçürülmə tələbi”nə dair iddia ərizəsi rədd edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyidirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən maraqlarına toxunan şəxsin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh və maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra vərəqinə əsasən, birgə nikah dövründə əldə edilmiş, "xxxx" MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87.98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinə olan payın ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə isə Cavabdeh paylarının müəyyən edilməsi, İddiaçı 40.609 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında qərara əsasən, 25.11.2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnaməyə əsasən, 15.09.2009-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 2/23-14 saylı, 03 aprel 2014-cü il tarixli Rusiya Federasiyası Moskva şəhəri Timiryəzevsk rayon 403 saylı məhkəmə qətnaməsinə əsasən, Moskva VVADQ idarəsinin Dmitrovskiy VVADQ şöbəsi tərəfindən 24 oktyabr 2008-ci ildə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın (akt qeydi 2455) ləğv olunması qərara alınmışdır. Hüquqi dəyərləndirmə: İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflərin birgə nikah dövründə əldə edilmiş, "xxxx" MTK tərəfindən inşa edilən, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3203-cü məhəllədə yerləşən yaşayış binasının 87.98 kv.m ümumi sahədən ibarət 2 otaqlı 47 nömrəli mənzilinə olan payın ½ hissəsinə İddiaçı, digər ½ hissəsinə isə Cavabdeh paylarının olması və İddiaçı 40.609 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi məhkəmənin qərarı ilə müəyyən edilmiş və həmin qərar icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsi yalnız iş materiallarında olan icra vərəqəsinə əsasən iddiaçının mübahisəli mənzildə 2/1 hissə payının olması halına istinad edərək, həmin icra vərəqəsi üzrə icra hərəkətlərinin hansı vəziyyətdə olmasını araşdırmadan, həmçinin həmin icra vərəqəsi üzrə İddiaçı Cavabdeh 40609 manat məbləğində pul ödəməli olmasını nəzərə almadan iddia tələbini təmin etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından apellyasiya instansiyası məhkəməsində icraat zamanı 2(103)-2244/2016 saylı, 11 aprel 2016-cı il tarixli icra vərəqinin icra vəziyyətinin öyrənilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən icra işi materiallarının surəti götürülmüşdür. Həmin icra işi materiallarında olan İddiaçı izahatından görünür ki, onun 40.609 manat məbləğində pulu cavabdehə ödəməyə imkanı yoxdur. İcra işi üzrə icraat zamanı İddiaçı həmin pulu Cavabdeh könüllü ödəməsi barədə təklif edilsə də, o, buna əməl etmədiyindən məcburi icra hərəkətlərinə keçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 1914/2017 saylı, 18.05.2018-ci il tarixli qərardadı ilə icra sənədinin icrası ilə əlaqədar mübahisəli mənzilin iddiaçıya məxsus 2/1 hissədə payının üzərinə həbs qoyulması qərara alınmışdır. Binəqədi Rayon İcra Şöbəsinin 27.06.2018-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, 40609 manat borcun Cavabdeh ödənilməsinin təmin edilmədiyi təqdirdə tələbin üzərinə həbs qoyulmuş mənzildəki 2/1 hissədə paya yönəldilməklə icra sənədinin icrasının təmin ediləcəyi bildirilmişdir. Daha sonra icra məmuru tərəfindən 20.09.2018-ci il tarixində “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən 90000 manat dəyərində qiymətləndirilmiş mübahisəli mənzilin borcluya (İddiaçı) məxsus 2/1 hissəsinin 45000 manat dəyərində borc əvəzində, əmlakın 4391 manat məbləğində fərqinin Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına keçirilməklə qəbul edilməsi təklif edilmiş və bu barədə borcluya da məlumat üçün məktub göndərilmişdir. Tələbkar Cavabdeh ərizə ilə icra məmurunun qeyd edilən təklifini qəbul etmişdir. Bu səbəbdən də, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin 05.11.2018-ci il tarixli qərarı ilə 90.000 (doxsan min) manat dəyərində qiymətləndirilmiş mübahisəli mənzilin borclu İddiaçı aid 1/2 hissəsinin 40609 (qırx min altı yüz doqquz) manat borc tələbi əvəzinin Cavabdeh verilməsi, Bakı şəhəri, mənzilin borclu İddiaçı aid ½ hissəsinin Cavabdeh əmlakı kimi adına rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə "xxxx" MTK-ya göndərilmişdir. Beləliklə, apellyasiya İnstansiyası məhkəməsində icraat zamanı araşdırma prosesində həm qeyd edilən icra işi materialları, həm apellyasiya şikayətlərinin dəlilləri, həm də tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, icra işi üzrə icraat zamanı İddiaçı həmin pulu Cavabdeh könüllü ödəməsi barədə təklif edilsə də, o bunu etmədiyindən məcburi icra hərəkətlərinə keçilmişdir. Həmin pulun ödənilməsinin təmin edilməsi məqsədilə mübahisəli mənzilin borclu İddiaçı məxsus ½ hissəsinin üzərinə həbs qoyulmuş, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin 08.08.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən həmin mənzil 90.000 (doxsan min) manat dəyərində qiymətləndirilmişdir. Binəqədi icra şöbəsinin 20.09.2018-ci il tarixli təklif məktubuna əsasən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən mübahisəli mənzilin borclu İddiaçı aid ½ hissəsini 45.000 (qırx beş min) manat dəyərində borc əvəzində, əmlakın 4391 (dörd min üç yüz doxsan bir) manat məbləğində fərqini icra şöbəsinin depozit hesabına keçirilməklə qəbul etməsi Cavabdeh təklif olunmuş, sonuncu bu təklifi qəbul etmişdir. Bundan sonra Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov “əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” 05 noyabr 2018-ci il tarixli qərar qəbul etmişdir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, İddiaçı icra məmurunun qeyd edilən hərəkətlərindən məhkəməyə müraciət edə bilərdi və belə bir hüququ vardır. İddiaçının 40609 manat məbləğində borcunun onun mübahisəli mənzildə olan 2/1 hissədə payına yönəldilməsi icra məmurunun ləğv edilməmiş qərarı ilə öz təsdiqini tapdığından iddiaçı hazırda ona hüququ olmayan həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı deyildir. Çünki, iddiaçının cavabdehə olan 40609 manat mələğində borcu 90000 manat məbləğində qiymətləndirilən mənzilin 2/1 hissəsinə (45000 manat) olan payından 4391 manat məbləğində fərqini icra şöbəsinin depozit hesabına keçirilməklə çıxılmışdır. Kollegiya vurğulayır ki, həmin mənzilin üçüncü şəxslərin adına özgəninkiləşdirilməsi etibarsız sayıldığı təqdirdə iddiaçı mənzilə köçürülməsini tələb etməkdə haqlı ola bilərdi. Lakin, işin hallarından müəyyən olunur ki, iddiaçı hazırki vaxtadək sözügedən mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə dair əqdləri məhkəmə qaydasında mübahisələndirməmişdir. Hazırda S.Həşimova sözügedən mənzilin mülkiyyətçisi olması və onun mülkiyyət hüququnun yaranmasına əsas vermiş əqdlərin məhkəmə qaydasında mübahisələndirilməməsi iddiaçının həmin mənzilə köçürülməsini hüquqi cəhətdən mümkünsüz edir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi sözügedən mənzilə başqa bir şəxsin mülkiyyət sənədləri olduğu halda, iddiaçının həmin mənzilə köçürülməsinə dair qərar qəbul etməklə sadalanan maddi hüquq normasının tələblərini pozmuşdur. Kollegiya həmçinin maraqlarına toxunan şəxs X2 apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, o sözügedən mənzili X7 110000 manat ödəməklə almış və nəticə etibarı ilə həmin mənzilə münasibətdə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq bu barədə S.Həşimovaya **********30-05301-093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.06.2021-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən icra işi materialları tələb edilib araşdırılmadan, iddiaçının sözügedən mənzilə 2/1 pay hüququnun olması ilə yanaşı, cavabdehə 40609 manat məbləğində borcunun da olması, iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbindən mübahisəli mənzilin xüsusi mülkiyyət hüququ əsasında Həşimova Səadətə məxsus olması nəzərə alınmadan iddiaçının həmin mənzilə köçürülməsinə dair iddia tələbi təmin edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: İddiaçının cavabdehə olan 40609 manat məbləğində borcunun iddiaçının 2/1 pay hüququnun olduğu mübahisəli mənzilin ona məxsus hissəsinin dəyərindən (4391 manat məbləğində fərqini icra şöbəsinin depozit hesabına keçirilməklə) çıxıldığından, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında X3 məxsus olduğundan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, mənzilə köçürülməyə dair iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh və maraqlarına toxunan şəxs X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7158/2021 saylı, 28.10.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar