Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3779/2025 01.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinə qarşı (Bakı şəhəri 27 saylı notariat ofisi, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsi, X6 və X16 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: etibarnamənin qüvvədən düşmüş hesab edilməsi X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə qarşı (Bakı şəhəri 27 saylı notariat ofisi, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsi, X6 və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “etibarnamənin qüvvədən düşmüş hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 110/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 24/36 saylı qərarına əsasən Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətinə verilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə X8 həmin torpaq sahəsini (1 ha) özəlləşdirməyi, 0,12 ha torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirmək üçün bütun dövlət orqanlarında onun nümayənədəsi olmağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyəti üzrə dövlət idarələrinə verməyi, reyestrdən çıxarışları almağı, alqı-satqı üçun lazım olan sənədləri topladıqdan sonra həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bununla əlaqədar adından ərizə verməyi, həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsini bir addan başqa ada keçirilməsi üçün bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi xx.xx.2028-ci il tarixədək etibar etmişdir. Bundan sonra xx.xx.2008-ci il tarixdə eyni notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə X2 Elgün Akif oğlunun əvəzinə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətləri, o cümlədən qeyd edilən 1 ha torpaq sahəsini özəlləşdirməyi, habelə 0,12 ha deyil, 900 kv.m torpaq sahəsinə münasibətdə eyni hərəkətləri etməyi Cavabdeh1 ötürmüşdür. İddiaçı xx.xx.2008-ci il tarixli etibarnamənin hüquqi qüvvəsinə xx.xx.2008-ci il tarixdə xitam vermişdir. Bundan sonra Cavabdeh1 cəzaçəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş etibarnamə ilə xx.xx.2008-ci il tarixli etibarnamə ilə ona etibar edilmiş səlahiyyətləri, o cümlədən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsində tikinti işləri aparmağı və s. hərəkətləri etməyi arvadı Cavabdeh2 ötürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə qarşı (Bakı şəhəri 27 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamənin xx.xx.2008-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına istinad edərək onunla əsaslandırmışdır ki, son dövrlər ona məlum olmuşdur ki, ona ayrılmış torpaq sahəsi ilə əlaqədar onun adından hansısa şəxslər tərəfindən qeyri-qanuni əməliyyatlar aparılmasına cəhdlər göstərilir. Maraqlandıqda məlum olmuşdur ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırki iş üzrə Cavabdeh1 xx.xx.2008-ci il tarixdən hüquqi qüvvəsini itirmiş xx.xx.2008-ci il tarixli etibarnamədən qeyri-qanuni istifadə edərək həyat yoldaşı, iş üzrə Cavabdeh2 adına, cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin rəhbərinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli etibarnamə vermiş və həmin etibarnamədə onun adına verilmiş Xocəsən bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsi ilə əlaqədar xx.xx.2008-ci il tarixli etibarnamədə sadalanan səlahiyyətləri arvadı Cavabdeh2 ötürmüşdür. Bu fakt ona məlum olduqdan dərhal sonra o, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi cənab Ceyhun Həsənova yazılı müraciət etmiş və ondan xx.xx.2022-ci il tarixli etibarnamənin ləğv edilməsi ilə bağlı 9 saylı CÇM-nin müdiriyyətinə göstəriş verilməsini xahiş etmişdir. Həmin müraciətlərə 9 saylı CÇM tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş cavab məktubu ilə bildirilmişdir ki, məhkum Cavabdeh1 verilmiş etibarnamə xx.xx.2008-ci il tarixli etibarnamə ilə deyil, hazırda qüvvədə olan xx.xx.2008-ci il tarixli etibarnamə əsasında verilmişdir. Bundan sonra Cavabdeh2 9 sayl CÇM-də cəza çəkən əri Cavabdeh1 tərəfindən ona verilən xx.xx.2022-ci il tarixli qanunsuz etibarnamə əsasında Bakı şəhəri 18 saylı notariat ofisində guya istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsi ərazisində yerləşən 1 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş 35 kv.m-dən ibarət olan tikiliyə sərəncam verməyi, özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı və digər hərəkətlər etməyi barədə X5 31 may 2022-ci il tarixdə 20 il müddətinə etibarnamə vermiş və ondan nəğd şəkildə 10.000 manat pul almışdır. Eyni zamanda cəza çəkən Cavabdeh1 arvadı Cavabdeh2 tərəfindən vətəndaşların aldadılması ilə bağlı şikayətlər üzrə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
4. Cavabdeh1 iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, o, 2008-ci ildə İddiaçı ilə Nəriman Hüseynov vasitəsi ilə tanış olmuşdur. Həmin ərəfədə Nəriman Hüseynov ona bildirmişdir ki, İddiaçı Xocasən ərazisində 1 ha torpaq sahəsi var. Xocasən Bələdiyyəsinin qərarı ilə alınıb, onu satmaq istəyir. O isə əvvəl həmin sahədən 9 sot almaq istədiyini deyib, bununla bağlı İddiaçı ona etibarnamə vermişdir. Lakin sonra Nəriman Hüseynov ona bildirmişdir ki, İddiaçı həmin ərazini ona nisyə də sata bilər, tam götürsün, pulunu sonra versin. xx.xx.2008-ci ildə 27 saylı notariusda o, İddiaçıla görüşərək, 9.700 kv.m torpaq sahəsini 97.080 manata almaqla bağlı öhdəlik müqaviləsi imzalamışlar. Belə ki, ilkin olaraq o, Elgün Məmmmədova 7.685,50 manat vəsaiti ödəmiş və yerdə qalan 89.394 manat vəsaiti isə aralarında olan razılaşma müddətində ona verməli idi. İddiaçı həmin torpağın sənədlərini tam hazır edə bilmədiyi üçün onun adına keçirə bilməmişdir. Lakin gələcəkdə həmin torpaqla bağlı yarana biləcək hər hansı mübahisənin məsuliyyətini öz üzərinə götürmüşdür. İddiaçı onun adına olan sənədlərin notarial qaydada tikilib təsdiq olunmuş surətlərini vermiş və bildirmişdir ki, sənədlərin əslini itirmişdir. Sonradan 2009-cu ilin aprel ayında o, Nəriman Hüseynov və İddiaçıla Abşeron rayonu ərazisində görüşərək, qalan borcu bağlamışdır. Lakin inandığı üçün sənəd sadəcə aralarında yazılmış və imzalanmış, bununla da onun borcu bağlanmışdır. Sonradan bəzi səbəblərdən bir neçə yaşayış ünvanı dəyişdiyi üçün torpaqla bağlı sənədləri itirmişdir. 2016-cı ildən hazırkı vaxtadək 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Onun həbsdə olduğu müddətdə arvadı Cavabdeh2 həmin sənədlərin qaraj sahəsindən tapmış, o da arvadına Xocasən Bələdiyyəsinə getməsini və torpaq sahəsini aldığını deməsini bildirmişdir. X12 yaxınlaşmış və ona bildirmişlər ki, həmin ərazi hələ də boş sahə olaraq qalır və onun külli miqdarında vergi borcu var. Lakin o, Cavabdeh2 etibarnamə verməlidir ki, bu işlərlə məşğul olsun. Həmin ərazi ondan çox uzaq məsafədə olduğu üçün arvadı səhhəti ilə əlaqədar ora gedib gələ bilməyəcəyini və bu işlərlə məşğul ola bilməyəcəyini bildirmişdir. Həmin vaxt təsisçisi olduğu cəmiyyətə direktor qoyduğu X4 bu işlə məşğul olmasını məsləhət görmüşdür. Aralarında notarial qaydada bağlanmış öhdəlik müqaviləsinə əasən cəza çəkdiyi müəssisədən 2022-ci ildə arvadına etibarnamə vermiş və ona demişlər ki, Qulamhüseyn Məmmədova etibarnamə versin və hətta torpağı alqı-satqı ərizəsinə əsasən formal olaraq onuna adına keçirsin ki, bu işlərin arxasınca getsin. Qulamhüseyn Məmmədovla danışaraq razılaşmışlar. Hətta ona bu məsələsini həll etməsini, vergini ödədikdən sonra ona həmin torpaqdan pay verəcəyini demişdir. Bununla da arvadı onun verdiyi etibarnamə əsasına Qulamhüseyn Məmmədova etibarnamə verib və torpağı onun adına formal olaraq keçirmişdir. Bundan sonra X13 Bələdiyyəsinə yaxınlaşaraq bütün sənədləri təqdim etmiş, onun adına vergi ödəyicisi kodu verilmiş və həmin sahənin Xocasən Bələdiyyəsi tərəfindən təsdiq edilmiş geolakasiya təqdim edilmişdir. 2021-ci ildə Şakir adlı şəxs Qulamhüseyn Məmmədova zəng edərək bildirmişdir ki, həmin torpaq sahəsi ilə bağlı 2015-ci ildə Elgün ona etibarnamə vermiş, yəni ona satmışdır. Qulamhüseyn Məmmədov ona bu barədə deyəndə o, bildirmiş ki, onun əlində alqı-satqı sənədi var, notariusda o pul saymış İddiaçı vermişdir. İddiaçıla arasında olan alqı-satqı ləğv edilmədən necə başqasına sata bilər. Qulamhüseyn Məmmədov 27 saylı notariusa gedərək 2022-ci ildə həmin öhdəlik müqaviləsinin qüvvədə olması ilə bağlı sənədi təsdiq etdirir. Bundan sonra Şakir adlı şəxslə müəyyən mübahisələr yaranmış və buna görə də, Qulamhüseyn Məmmədov İddiaçı çalışdığı Şəki rayon prokurluğuna, Təhlüksizlik Xidmətinə və polis idarəsinə müraciət etmişdir ki, vaxti ilə onunla öhdəlik müqaviləsi əsasında torpaq satdığı halda İddiaçı başqa şəxsə etibarnamə vermişdir. 2023-cü ildə arvadı Qulamhüseyn Məmmədovun o torpaq sahəsini satdığını bildiyi üçün ona verdiyi etibarnaməni və ərizəsini ləğv etmişdir. 2024-cü ilin mart ayında Qulamhüseyn Məmmədov notariusa ərizə verərək bildirmişdir ki, arvadının ləğv etdiyi ərizədən və etibarnamədən xəbərdardır və onun razılığı əsasında həmin torpaq sahəsindən imtina edir və gələcəkdə onun arvadına və sözügedən torpaq sahəsinə qarşı heç bir iddiası yoxdur. Bundan sonra X12 həmin ərizə və sənədlərlə müraciət edərək, artıq Qulamhüseyn Məmmədovun o torpaq sahəsnə heç bir aidiyyətinin olmadığını bildirir və vaxtı ilə Qulamhüseyn Məmmədovun adına verilmiş sənədlərin onun adına keçirilməsini xahiş edir ki, torpaq vergisini ödəyə bilsin. Xocasən Bələdiyyəsi arvadı ilə vergi ilə öhdəlik ərizəsini imzaladaraq onun adına yeni, “VVÖK” açıq və geolakasiyanı arvadının adına təsdiq etmişdir. İddiaçı 2005-ci ildə Xocasən Bələdiyyəsinin qərarına əsasən torpağı aldığı vaxtdan 1 manat belə vergi borcu ödəməmişdir. Bu gündə onun nümayəndəsi olduğu üçün arvadının üzərində 15.000 manat vergi öhdəliyi yaranmışdır.
5. Bundan sonra X6, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb edilmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-110/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamənin xx.xx.2008-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X19).
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, mübahisələndirilən etibarnamə xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7E/8611 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında, xx.xx.2008-ci il tarixli etibarnamə isə xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7e-12/4450 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə əsasında verilmişdir. Belə ki, həmin etibarnamələrin verilməsinə əsas olmuş Cavabdeh1 və Cavabdeh2 Xəqani qızına müvafiq səlahiyyətlər verilən xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda 7e-12/4450 reyester nömrəsi ilə rəsmiləşdirilmiş etibarnamə iddiaçı tərəfindən ləğv edilmiş və həmin etibarnamə xx.xx.2008-ci il tarixdən qüvvədən düşmüşdür. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 9 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədə xx.xx.2008-ci il tarixdə qüvvədən düşmüşdür. İddia əsaslıdır və təmin edilməlidir.
8. Məhkəmə xüsusi qərardadın çıxarılması məsələsinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmadığından cavabdehlər barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyil.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 362-ci, 364- 366-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 41-ci, 79-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Cavabdeh1 2008-ci ildə İddiaçı ilə Nəriman Hüseynov vasitəsi ilə tanış olmuşdur. X23 Məmmədovun Xocasən ərazisində 1 ha torpaq sahəsi olduğunu və torpaq sahəsinin satmaq istədiyini bildirmişdir. Azad əvvəl həmin sahədən 9 sot almaq istədiyini bildirmiş, bununla bağlı İddiaçı Nəriman Hüseynova etibarnamə vermişdir. Lakin sonra Nəriman Hüseynov ona İddiaçı həmin ərazini nisyə də sata biləcəyini, tam götürməsini, pulunu sonra verməsini bildirmişdir. xx.xx.2008-ci ildə 27 saylı notariusda həyat yoldaşı İddiaçıla görüşərək, 9.700 kv.m torpaq sahəsini 97.080 manata almaqla bağlı öhdəlik müqaviləsi imzalamışlar. Belə ki, ilkin olaraq həyat yoldaşı, Elgün Məmmmədova 7.685,50 manat vəsaiti ödəmiş və yerdə qalan 89.394 manat vəsaiti isə aralarında olan razılaşma müddətində ona verməli idi. İddiaçı həmin torpağın sənədlərini tam hazır edə bilmədiyi üçün yoldaşının adına keçirə bilməmişdir. Lakin gələcəkdə həmin torpaqla bağlı yarana biləcək hər hansı mübahisənin məsuliyyətini öz üzərinə götürmüşdür. İddiaçı sənədlərin notarial qaydada tikilib təsdiq olunmuş surətlərini verib bildirmişdir ki, sənədlərin əslini itirib. Sonradan 2009-cu ilin aprel ayında həyat yoldaşı Nəriman Hüseynov və İddiaçıla Abşeron rayonu ərazisində görüşərək, qalan borcu bağlamışdır. Lakin inandığı üçün sənəd sadəcə aralarında yazılıb və imzalanmışdır, bununla da onun borcu bağlanmışdır. Sonradan bəzi səbəblərdən bir neçə yaşayış ünvanı dəyişdiyi üçün torpaqla bağlı sənədləri itirmişdir. X18 həmin ərazisinin hələ də boş sahə olaraq qaldığını və onun külli miqdarında vergi borcunun olduğunu bildirdilər. Bundan sonra Bələdiyyəyə olan vergi borclarından ödəməyə başladı. İddiaçı həmin torpaq sahəsini satdığı üçün Bələdiyyə olan borcları ödəməmişdir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən əgər satılmasa idi, onda bələdiyyə olan borclardan xəbəri olardı. Göründüyü kimi İddiaçı və onunla birləşən digər şəxslər həmin torpaq sahəsini əvvəl satıb, pulu ələ keçirib sonra isə qanunsuz hərəklər etmişlər. Bu da onların qanunsuz hərəkətlərindən xəbər verir. Əgər etibarnamə əsassız verilmiş olsaydı və qanunsuz olsaydı həmin etibarnamənin ləğv barədə əvvəlcədən İddiaçı məlumat verərdi. Hazırda həyat yoldaşının cəza cəkmə müəssisəsində olmasından istifadə edərək İddiaçı qanunsuz hərəkətlərini davam etdirir. İddiaçının vəkili Vəkil1 qətnamədə verdiyi izahata əsasən iddiaçının yox X4 vəkili kimi aparmasını göstərir. Bu haldan da göründüyü kimi İddiaçı və Qulamhüsey Məmmədov birləşərək İddiaçı tərəfindən satılmış torpaq sahəsini almaq istəyirlər. Bu hal isə heç məhkəmə tərəfindən araşdırılmamış və İddiaçı ilə həyat yoldaşı arasında bağlanmış öhdəlik müqaviləsinə münasibət bildirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X16 məhkəmə iclasına gəlməmişlər, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 27 saylı notariat ofisi, habelə Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 362.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur; 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər; 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir; Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur; 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir; 365.1.3-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir; 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur; 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir; 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın: 41-ci bəndnə əsasən əqd nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir. Nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə barədə məlumat “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edildiyi halda (etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldüyü hal istisna olmaqla), həmin etibarnamənin nümayəndə tərəfindən təqdim edilməsi tələb olunmur; 79-ci bəndnə əsasən etibar edilmişi başqasına etibaretmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibaretmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamədə əsas etibarnamənin təsdiq olunduğu vaxt və yer, əsas etibarnamənin verildiyi şəxsin və onun öz səlahiyyətini etibar etdiyi şəxsin soyadı, adı, atasının adı və yaşadığı yer, lazımi hallarda isə onların vəzifəsi göstərilməlidir. Etibarnamədə, onun dublikatının etibar edilən şəxs tərəfindən əldə etmək səlahiyyətinin olub-olmaması barədə qeyd yazılmalıdır. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxsə ötürüldükdə həmin etibarnamənin əsli, səlahiyyətlərin bir hissəsi ötürüldükdə isə bu Təlimatın 31-ci hissəsinin ikinci abzasına uyğun olaraq onun surəti notariat işinə əlavə edilir. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Bir və ya bir neçə şəxsin adından bir və ya bir neçə şəxsə verilmiş etibarnamə onların hər hansı birinin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən seçdiyi şəxsə qarşı etibarnamə hissəvi xitam olunur. Əgər etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, etibarnaməyə xitam verilməsi barədə ərizəni qəbul edən notarius “Elektron notariat” informasiya sistemində etibarnaməyə xitam verilməsi barədə qeyd yazmaqla, etibarnaməyə xitam verir və ərizəni dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərir. Həmin notarius isə dərhal notariat reyestrində etibarnaməyə xitam verilməsi barədə müvafiq qeyd aparır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırda qətnamə Cavabdeh2 tərəfindən mübahisələndirilsə də, hüquqi nəticə etibarı ilə tələb bölüməz olduğundan qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 24/36 saylı qərarına əsasən Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqısatqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə həmin torpaq sahəsini (1 ha) özəlləşdirməyi, 0,12 ha torpaq sahəsində tikinti işləri aparmağı, həmin tikintini özəlləşdirməyi, həmin torpaq sahəsindən 0,12 ha torpaq sahəsi və orada tikilmiş tikinti üzərində sərəncam verməyi, satmağı və digər aidiyyəti hərəkətləri etməyi xx.xx.2028-ci il tarixədək X8 etibar etmişdir. Sonuncu isə xx.xx.2008-ci il tarixdə eyni notariat kontorunda rəsmiləşdirilmiş etibarnamə ilə iddiaçının əvəzinə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətləri, o cümlədən qeyd edilən 1 ha torpaq sahəsini özəlləşdirməyi, habelə 900 kv.m torpaq sahəsinə münasibətdə eyni hərəkətləri etməyi Cavabdeh1 ötürmüşdür. İddiaçı xx.xx.2008-ci il tarixli etibarnaməni xx.xx.2008-ci il tarixdə ləğv etdirmişdir. Bundan sonra Cavabdeh1 cəzaçəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş etibarnamə ilə xx.xx.2008-ci il tarixli etibarnamə ilə ona etibar edilmiş səlahiyyətləri, o cümlədən 1 ha torpaq sahəsini özəlləşdirməyi, 900 kv.m torpaq sahəsində tikinti işləri aparmağı və s. hərəkətləri etməyi arvadı Cavabdeh2 ötürmüşdür.
25. Hazırda iddiaçı həmin hallara, habelə onun tərəfindən mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq hərəkətlərin icra edilməsi səlahiyyətinin verilməsi barədə etibarnamənin xx.xx.2008-ci il tarixdə ləğv edilməsinə istinad edərək, Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş etibarnamənin də məhz həmin tarixdən qüvvədən düşmüş hesab edilməsini tələb edir. Cavabdeh2 (həmçinin onun əri olan digər Cavabdeh1) iddianı qəbul etmir, iddiaçı tərəfindən etibarnamənin ləğv edilməsindən məlumatsız olduqlarını, etibarnamədə göstərilən 1 ha torpaq sahəsi ilə bağlı 2008-ci ildə öhdəlik müqaviləsinin bağlandığını və həmin torpaq sahəsinin əri Cavabdeh1 satıldığını, sonuncu tərəfindən torpağın dəyərinin tam ödənildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi də mübahisə üzrə Azərbaycan Respublikası MM-nin 364-366-cı maddələrini tətbiq etməklə iddianı təmin etmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, hazırki mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası MM-nin əqdin etibarsızlığı ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.
27. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı cavabdeh X8 verilmiş xx.xx.2008-ci il tarixli etibarnaməni xx.xx.2008-ci il tarixdə ləğv etdirən zaman, bu etibarnamə ilə yanaşı iddiaçının adından X14 tərəfindən Cavabdeh1 verilmiş etibarnamə də mövcud olmuşdur. Qanunvericiliyin tələbi baxımından X3 Azad Samid oğluna etibarnamə verən zaman bu barədə iddiaçıya, iddiaçı isə X8 verilmiş etibarnaməni ləğv etdirən zaman bu barədə Cavabdeh1 məlumat verməli idi, bir istisna halla ki, Cavabdeh1 etibarnamənin verilməsi ona məlum olsun. İddiaçı da etibarnamənin ləğv etdirilməsi barədə X8 məlumat verdiyini bildirir, bunun əksini sübut edən hər hansı hal da müəyyən edilmir. Lakin həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında iddiaçı onun adından Cavabdeh1 etibarnamənin verilməsi barədə məlumatsız olduğunu qeyd edir. İş üzrə üçüncü şəxs X9 şikayəti üzrə Bakı şəhəri Binəqədi rayon Polis idarəsində aparılmış araşdırma zamanı da iddiaçı eyni mövqedən çıxış edir (İİ cild, i.v. 78).
28. Nəzərə alınmalıdır ki, qeyd edilən məsələlərə aydınlıq gətirilməsi üçün iddiaçı hazırda mübahisələndirilən etibarnaməni təsdiq edən 9 saylı Cəzaçəkmə müəssisəsinə etdiyi müraciətinə də məhz X8 verilmiş xx.xx.2008-ci il tarixli etibarnaməni və onun ləğv etdirilməsi barədə məlumatı əlavə etmişdir. Müəssisənin iddiaçıya ünvanladığı xx.xx.2023cü il tarixli məktubda mübahisəli etibarnamənin onun istinad etdiyi xx.xx.2008-ci il tarixli deyil, məhz xx.xx.2008-ci il tarixli etibarnamə əsasında verildiyi göstərilmişdir.
29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçının adından X14 tərəfindən Cavabdeh1 etibarnamənin verildiyi xx.xx.2008-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 27 saylı notariat kontorunda öhdəlik müqaviləsi bağlanmışdır. Lakin bu hal da bir mənalı şəkildə iddiaçının bu etibarnamə barədə məlumatlı olduğunu təsdiq etmir. Belə ki, hər iki etibarnamə eyni, yəni Bakı şəhəri 27 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. Bu baxımdan qeyd edilən tarixdə bu kontorda olan və öhdəlik müqaviləsi bağlayan iddiaçı eyni zamanda Cavabdeh1 etibarnaməni şəxsən özü də verə bilərdi. Digər tərəfdən məlumatlı olduğu halda xx.xx.2008-ci il tarixdə X8 verilmiş etibarnaməni ləğv etdirən zaman, Cavabdeh1 verilmiş etibarnaməni də ləğv etdirə bilərdi. Bu halda iddiaçı nəticə etibarı ilə etibarnamənin ləğv etdirilməsi barədə Bakı şəhəri 27 saylı Notariat kontoruna verdiyi ərizədə, hətta eyni cümlə daxilində xx.xx.2008-ci il tarixli etibarnamənin də ləğv etdirilməsini xahiş etmiş olacaqdır. Hər bir halda, bunun üçün hər hansı maneə də olmamışdır.
30. Belə ki, tərəflərin bu müqaviləni necə adlandırılmasından asılı olmayaraq, xx.xx.2008-ci il tarixdə onların arasında hüquqi nəticə etibarı ilə ilkin müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 24/36 saylı qərarına əsasən ona verilmiş 1 ha torpaq sahəsindən 9700 kv.m torpaq sahəsini Cavabdeh1 adına sənədləşdirilməsi, yəni onun mülkiyyətinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Buna baxmayaraq, nəinki 1 il, ümumiyyətlə bütün ötən dövr ərzində belə bir rəsmiləşdirilmə aparılmamışdır. Halbuki, mülki qanunvericiliyin tələbləri baxımından əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
31. İddiaçının xx.xx.2008-ci il tarixdə cavabdeh X8 verilmiş xx.xx.2008-ci il tarixli etibarnaməni ləğv etdirməsi, habelə işin digər halları nəticə etibarı ilə onun belə bir rəsmiləşdirmə aparmaq niyyətində olmadığını bilavasitə təsdiq edir. Belə ki, həmin torpaq sahəsi həm sənədlərə əsasən, həm də faktiki olaraq bu gün də iddiaçının istifadə və sahibliyindədir. “X25” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin həmin torpaq sahəsi ilə bağlı iddiası üzrə (tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyyətə gətirilməsi) cavabdeh qismində də məhz iddiaçı çıxış etmiş və iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən ləğv edilmişdir.
32. Mübahisələndirilən etibarnamədə göstərilən torpaq sahənin hər hansı tarix aralığında Cavabdeh1 faktiki sahiblik və istifadəsində olması, habelə onun öhdəlik müqaviləsi bağladığı tarixdən azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi 2016-cı il tarixədək torpaq sahəsinə münasibətdə hər hansı hərəkət etməsi isə ümumiyyətlə müəyyən edilmir. Cavabdeh1 torpaq sahəsinə dair sənədləri itirdiyini bildirir, lakin ötən dövr ərzində torpaq sahəsinin istifadə və sahibliyindən irəli gələn hər hansı məsələnin həlli, o cümlədən sənədlərin təqdim edilməsi üçün iddiaçıya müraciət etməmişdir. Onun arvadı Cavabdeh2 isə bu torpaq sahəsindən ümumiyyətlə məlumatı olmamışdır. Belə ki, həmin şəxs 2022-ci ilin mart ayında təsadüfən müəyyən yığılmış əşyalara nəzər yetirən zaman qarşısına Xocəsən Bələdiyyəsi ərazisində həyat yoldaşı Cavabdeh1 adına 1 ha ərazinin qeyd edildiyi sənəd tapdığını bildirmişdir (xx.xx.2025-ci il tarixli ittiham aktı və digər sənədlər). Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən etibarnamədə göstərilən torpaq sahəsi heç vaxt Cavabdeh1 təhvil verilməmiş, onun istifadə və sahibliyində olmamışdır. Bu baxımdan, xx.xx.2008-ci il tarixli etibarnamə iddiaçının iradəsinə uyğun olaraq Cavabdeh1 verildiyi təqdirdə belə, yuxarıda göstərilənlərin, o cümlədən ona etibarnamə vermiş X8 məlumat verməklə onun özünə verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin iddiaçı tərəfindən ləğv edilməsinin nəticəsi olaraq, Cavabdeh1 etibarnamənin ləğv edilməsi barədə məlumatsız ola bilməzdi. Mövcud vəziyyətdə Cavabdeh2 yuxarıda göstərilən məsələlərlə bağlı mövqeyi, o cümlədən torpaq vergsini ödəməsi iddianın rədd edilməsi üçün deyil, istinad etdiyi halları sübut etməklə zərərin tələb edilməsi üçün əsas yaradır.
33. Bununla belə, iddiaçının cavabdeh X8 xx.xx.2008-ci il tarixdə verilmiş etibarnaməni xx.xx.2008-ci il tarixdə ləğv etdirməsi, qüvvədə olan mülki qanunvericiliyin tələbləri baxımından onun adından X14 tərəfindən xx.xx.2008-ci il tarixdə Cavabdeh1 verilmiş etibarnamənin də qüvvədən düşməsinə səbəb olmuşdur. Belə ki, mülki məcəllənin bu sahəni tənzimləyən normalarının tələbləri baxımından Cavabdeh1 verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş xx.xx.2008ci il tarixli etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz. İddiaçının iradəsinə (ünvan ünvanlanmış) uyğun olaraq xx.xx.2008-ci il tarixli etibarnaməyə xitam verildiyindən həmin vaxt mövcud olduğundan xx.xx.2008-ci il tarixli etibarnamə də qüvvədən düşmüşdür.
34. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən torpaq sahəsi ilə bağlı aidiyyəti hərəkətlərin Cavabdeh2 etibar edilməsi barədə etibarnamə həmin hadisədən (xx.xx.2008ci il tarix) 14 il sonra verilmişdir. Halbuki, etibarnamə ləğv edildiyindən Cavabdeh1 belə bir səlahiyyəti olmamışdır (qalmamışdır). Bu baxımdan xx.xx.2022-ci il tarixli etibarnamə buna səlahiyyəti olmayan Cavabdeh1 tərəfindən verilmişdir. Bu da öz növbəsində onun qüvvədən düşmüş hesab edilməsi üçün deyil, əhəmiyyətsiz sənəd olaraq etibarsız hesab edilməsi üçün əsas yaradır.
35. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamə ilə 14 il əvvəl ləğv edilmiş və həmin tarixdə qüvvədən düşmüş etibarnamə üzrə verilmiş səlahiyyətlər ötürüldüyündən xx.xx.2022-ci il tarixli etibarnamə verildiyi tarixdən etibarsız hesab edilməlidir.
36. Məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin nəticə olaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamə etibarsız hesab edilməli, iddia qalan hissədə təmin edilməməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-110/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş və müəssisənin 660 saylı qeydiyyat kitabında 42 sayla qeydə alınmış etibarnamə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.