Məhkəmə qərarları › İş №2(103)-3781/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3781/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3781/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “mənzildən çıxarılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı işi üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı mənzildən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048/49, ev 10, mənzil 3 saylı evdən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı işi üzrə xx xxxxx 2019cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048/49, ev 10, mənzil 3 ünvanından cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qətnamədə Azərbaycan SSR Orcenikidze rayon Məhkəməsinin xx xxxxxx 1988-ci il tarixli qətnaməsinə istinad edilərək göstərilib ki, iddiaçı X7 mübahisəli mənzilə istifadə hüququ əldə edib. Suraxanı Rayon Məhkəməsi xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə onun, yəni Cavabdeh1 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair verdiyi iddianı təmin etmiş, cavabdeh İddiaçı mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir. Nəhayət İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə onun kassasiya şikayəti də təmin edilməmişdir. Sonra İddiaçı onların yaşadığı ünvana yəni, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048-49 ev 10 mənzilə qeydiyyata düşməklə əlaqədar Suraxanı rayon X9 və şəxsiyyət Vəsiqəsi şöbəsini Məhkəməyə verərək yaşayış yeri üzrə pasport qeydiyyatına alınmasını cavabdehin üzərinə qoyulması tələbi ilə müracət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə onun iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası xx xxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəməsə iştirak etmiş və bildirmişdir ki, mübahisəli məznil İcra Hakimiyyətinin balansındadır. Qətnamədə isə iddiaçı gah mülkiyyətçi, gah da əmlak sahibi hesab edir. Lakin Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsində Suraxanı İcra Hakimiyyətinin nümayəndəsinin iştirak etməsi, onun fikri qətnamədə əksini tapmamışdır. xx xxxxxx 2015-ci il tarixli Bakı Apellyasiya məhkəməsinin qərardadı ilə Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048/49Ş ev 10, mənzil 3-ə istifadə hüquq itrilmiş hesab edilmişdir. xx xxxxxx 2018-ci il tarixli 2(010) -7672 saylı Suraxanı Rayon Məhkməsinin qərardadı ilə iddiaçı X3 onlara qarşı mənzildən və pasport qeydiyyatdan çıxarmaya dair iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən qəbuı edilməsindən imtina edilmişdir. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx xxxxx 2016ı-cı il tarixli qərarı ilə, o yəni Cavabdeh2 Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048/49 ev 10 mənzil 3-ə qeyiyyata götrülmüşdür. Həmin qərar hal-hazırda qanuni qüvvəsindədir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9865/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etməklə yanaşı izahatında bildirmişdir ki, mübahisəli ev icra hakimiyyətinin balansındadır və o ailə üzvləri il birlikdə 2006-cı il tarixdə mübahisəli evdə kirəyədə yaşayırlar. Hazırki mübahisə yaranana kimi kirayə haqqını onun yoldaşı iddiaçıya ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə Ali Məhkəmənin qərarında şərh olunanları müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki,“...mülki iş materialları öyrənilərkən orada cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ olması və pasport qeydiyyatına alınmaları barədə qüvvədə olan hər hansı məhkəmə qətnaməsi, yaxud qərarı müəyyən edilmədi. Cavabdeh1 Suraxanı rayon icra hakimiyyətinə və qeyrilərinə qarşı mübahisəli mənzildən istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması tələbinə dair iddiası Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə təmin olunsa da, sonradan həmin qətnamə maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ləğv olunmuş və Cavabdeh1 iddiası rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qüvvəyə minmişdir. Göründüyü kimi, hazırda cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun tanınması ilə bağlı qüvvədə olan hər hansı məhkəmə qətnaməsi yoxdur. Cavabdehlərdən Ümüd Əfəndiyevin xx.xx.2001-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığı və bu səbəbdən də hazırkı iş üzrə cavabdeh ola bilməməsi ilə bağlı dəlilə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Ümüd Əfəndiyevin doğum tarixini (il, ay, gün) təsdiq edən hər hansı sənəd (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) olmadığından bu dəlilin nə dərəcədə əsaslı olması barədə fikir yürütmək mümkün deyil. Ona görə də, işə apellyasiya qaydasında yenidən baxılarkən Ü.Əfəndiyevin şəxsiyyətini təsdiq edən sənəd nəzərdən keçilrilməli və onun hazırkı iş üzrə cavabdeh ola bilməsinin mümkünlüyünə MPM-nin 49cu maddəsinin (mülki prosessual fəaliyyət qabiliyyəti) tələbləri baxımından qiymət verilməlidir....” Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olması Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin xx xxxxxx 1988-ci il tarixli, 2-79 saylı qətnaməsi ilə tanınmışdır. İş materiallarından göründüyü kimi, 2 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2- 1(082)155/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə üçüncü şəxs Cavabdeh1 arasında bağlanmış kirayə müqaviləsi üzrə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli sərəncam ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(103)-6040/2015 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu mərhələdə yerləşən 10 nömrəli evinn 3 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilindən istifadə hüquq itirilmiş hesab olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərardadı və apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan cavabdeh İddiaçı şikayət vermiş və onun şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu mərhələdə yerləşən 10 nömrəli evinn 3 nömrəli mənzilə köçürülməsi qət edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qeyd edilən qətnamədən verilmiş kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1212/2016 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə qarşı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmağın cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçüxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49-cu məhəllədə yerləşən 10 saylı evin 3 saylı mənzilinə pasport qeydiyyatına alınmağı vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxx 2018-ci il tarixli 2-1(102)-632/2018 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və üçüncü şəxs Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, məhəllə 4048/49, ev 10, mənzil 3 ünvana pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(82)-2094/2017 saylı qərarı ilə iddianın təmin edilməməsi qərar alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)2128/2017 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazıqalan iddiaçı kassasiya şikayəti vermiş və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli, 2-(010)-7672/2018 saylı Suraxanı Rayon Məhkəməsinin qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən və pasport qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli, 2-79 saylı qətnaməsi ilə 63 saylı MİS-in İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə köçürülməsi qət edilmiş, qətnamələrdən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzilə istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya iddiaçı Badamxanım Babyevanın mübahisəli mənzilə dair istifadə hüququ olduğunu, həmçinin Cavabdeh1 Suraxanı rayon icra hakimiyyətinə və qeyrilərinə qarşı mübahisəli mənzildən istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması tələbinə dair iddiası Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə təmin olunsa da, sonradan həmin qətnamə maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ləğv olunduğunu və Cavabdeh1 iddiası rədd edildiyi və həmin qətnamədən kassasiya şikayəti verilmədiyi üçün qüvvəyə mindiyini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehlərin mübahisəli mənzilə dair hər hansı bir hüquqları yoxdur. Kollegiya cavabdehlərdən X4 yetkinlik yaşına çatmayan şəxs olduğu barədə irəli sürülənlərə dair qeyd edir ki, iş materiallarında görünür ki, Ü.Əfəndiyev xx.xx.2001-ci ilda anadan olmuşdur və hazırda yetkinlik yaşına çatmışdır. Buna görə də kollegiya hesab edir ki, hazırki halda onun qanuni nümayəndəsinin işə cəlb edilməsinə ehtiyac yoxdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı işi üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar