Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3783/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3783/2023 (Açar sözlər: əmrin ləğvi, iddiaçının kimya müəllimi vəzifəsinə işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının İddiaçı, cavabdehin nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı “əmrin ləğvi, iddiaçının kimya müəllimi vəzifəsinə işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli e-2(003)-1108/2023 saylı qətnaməsindən iddiaçın tərəfindən verilmiş apelyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbidə müəllim vəzifəsinə təyin edilmişdir.
2. E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2022-ci il tarixli 126-k saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən çıxarılması barədə xx.xx.2022-ci il tarixli 126-k nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı cavabdeh müəssisədə “kimya müəllimi” vəzifəsinə bərpa olunması və işə bərpa olunan tarixədək olan məcburi iş buraxma dövrü üçün olan aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbini belə əsaslandırmışdır ki, 2003-cü il tarixdə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirərək kimya müəllimliyi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra əvvəlcə başqa orta məktəbdə çalışmış, daha sonra xx.xx.2004-cü il tarixindən etibarən “E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi”-ndə “kimya müəllimi” olaraq fəaliyyətə başlamışdır. 2017-ci il tarixdə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından uğurla keçmiş və fəaliyyəti dövründə işinə böyük məsuliyyətlə yanaşmışdır. 2017-ci ildən etibarən işəgötürən müəssisəyə yeni direktor- Cavabdeh təyin edilmişdir. Direktorla arasında müəyyən dövrlərdə anlaşılmazlıqlar yaranmış və həmin vaxtdan başlayaraq, direktor daima ona qərəzli münasibət sərgiləmiş, ən xırda məqamlarda belə problemi böyüdərək müxtəlif intizam tənbehləri tətbiq etmişdir. Bu qərəzli münasibət iddiaçının işdən çıxarılma tarixinə qədər davam etmişdir. Belə ki, iddiaçının xəbəri olmadan cavabdeh tərəfindən müxtəlif siniflərin şagirdlərinə, hətta həmkarları tərəfindən onun əleyhinə şikayət yazdırılmasına nail olunmuşdur. xx.xx.2022-ci il tarixində məktəbdə iclas təşkil olunmuş və iddiaçının əleyhinə “çoxsaylı şikayətlərin” olması bildirilmiş və direktor Cavabdeh çıxış edərək iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılacağını bildirmişdir. Bundan sonra onun əleyhinə səs toplayaraq işdən çıxarılma əmrinin verildiyini elan etmişdir. İclasdan sonra həmin gün məktəbin riyaziyyat müəllimi Cavadova Ramiləyə tərbiyə işləri üzrə müavin tərəfindən dəfələrlə zəng elətdirib öz istəyi ilə işdən çıxma ərizəsi yazmasını tələb etmişlər. Xəstə olduğunu deməsinə baxmayaraq səhəri gün tərbiyə işləri üzrə müavin özü də neçə dəfə zəng edərək onu işə çağırmışdır. Yeganə müəllim ona demişdir ki, direktor “insanlıq” edir, ona öz istəyi ilə işdən çıxma ərizəsi yazmağa imkan verir, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad edəcək. O da məcbur olub, başqa çıxış yolu qalmadığından məktəbə gedərək öz azad iradəsinin ziddinə olaraq ərizə ilə işəgötürənə müraciət edərək xx.xx.2022-ci il tarixdən etibarən öz xahişi ilə işdən azad olunması barədə ərizə təqdim etmişdir. Bundan sonra iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 126-k nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək işdən çıxma ərizəsinin geri götürülməsi məqsədi ilə bu işə ehtiyacı olduğunu və yenidən öz işinə bərpa olunmaq istəyini bildirsə də, cavabdeh tərəfindən şifahi olaraq rədd cavabı almışdır. Eyni zamanda iddiaçıya işdən çıxarılma əmri, əmək kitabçası və digər haqq-hesab sənədləri xx.xx.2023cü il tarixində təqdim edilmişdir. Dekabr ayının 10 günlük maaşını isə dekabr ayının 26-sı almışdır. Hal-hazırda 2 kredit borcu vardır və atası onkoloji xəstədir. Həmçinin 5 yanvarda işə geri qayıtmaq barədə istəyi ilə bağlı ərizə ilə direktora müraciət etmiş, lakin heç bir əsas gətirmədən rədd cavabı almışdır. İşəgötürənin təzyiqləri və təhdidi altında yazılmış işdənçıxarılma ərizəsinin əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmr qanunsuz olduğu üçün ləğv olunsı, əvvəlki vəzifəsinə bərpa olunması və işə bərpa olunan tarixədək olan məcburi iş buraxma dövrü üçün olan aylıq əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
5. Cavabdeh E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərərək İddiaçı iddia tələbinin əsassız olduğundan rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixində həmin məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İddiaçı öncəki tədris illərində 9 saat dərs yükü ilə təmin olunsa da, onun rəhbərliyi müddətində dərs yükü 2018-2019-cu tədris ilində 10 saat kimya, 4 saat həyat bilgisi; 2019-2020-ci tədris ili 10 saat kimya, 4 saat həyat bilgisi; 2020-2021-ci tədris ili 10 saat kimya, 8 saat biologiya; 2021-2022-ci il tədris ili 10 saat kimya, 6 saat həyat bilgisi; 2022-2023-cü tədris ilində 10 saat kimya, 6 saat həyat bilgisi şəklində olmuşdur. Bu müddət ərzində iddiaçı normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmiş, müəssisə daxili intizam qaydalarını pozduğuna görə dəfələrlə izahatları alınaraq aktlar və protokollarla sənədləşmiş və inzibati tənbeh metodlarından istifadə edilmişdir. İddiaçı rəhbərlik etdiyi müddət ərzində 9 şifahi xəbərdarlıq, 2 yazılı xəbərdarlıq edilmiş, 5 dəfə isə Əmək Məcəlləsinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə (töhmət və şiddətli töhmət) cəlb edilmişdir. Şagirdlərin, valideynlərin çoxsaylı şifahi və yazılı şikayətlərinə, Nizamnamədə nəzərdə tutulan vəzifələrindəki nöqsanlara və pedaqoq kimi səriştəsizliyinə baxmayaraq inzibati tənbeh metodlarından istifadə edilməklə yanaşı güzəşt edilərək rəhbər kimi fərdi söhbətlər aparılmış, məsləhətlər verilmiş, nöqsanları aradan qaldırmaq şərti ilə hər zaman mənəvi dəstək olaraq əmək fəaliyyətinin davam etdirilməsinə mane olunmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixində Vİ b sinifinin həyat bilgisi dərsi zamanı şagirdlərdən X1 vurmuş və X9 isə itələyərək onlara qarşı kobud rəftar etmişdir. İtələməsi nəticəsində şagirdin başı divara dəymiş, özünü pis hiss etmişdir. Hadisə ilə bağlı sinif rəhbəri Məmmədtağıyeva Kəklik rəhbərliyə ərizə ilə müraciət etmişdir. Müəllim və şagirdlərin izahatları alınmış, akt tərtib edilmişdir. Həmin gün valideynlər də müəssisəyə yaxınlaşaraq şikayət ərizəsi ilə müraciət etmişlər. Tədris işləri üzrə direktor müavininə müvafiq dərkənarla baş vermiş hadisənin araşdırılması tapşırılmış, şagirdlərdən və İddiaçı izahat alınmış, akt tərtib edilmişdir. Həmkarlar İttifaqına təqdimat verilmiş, xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqının iclası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə müəssisə rəhbəri tərəfindən məktəbin ilk HİK-nə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə məktəbin ilk HİK-nin iclasında məsələyə baxılmış və 58 nömrəli protokol tərtib edilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, müəssisə rəhbəri tərəfindən məcbur edilmiş, təzyiq göstərilmiş, öz azad iradəsinin ziddinə olaraq işəgötürənə ərizə ilə işdən azad olunmasını xahiş etmişdir. Lakin, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir, çünki belə bir hal baş verməmişdir. xx.xx.2022-ci il tarixində 61 nəfər üzvü ilə Həmkarlar İttifaqının iclasında İddiaçı şagirdlərə göstərdiyi şiddət hadisəsi hər hansı tələb irəli sürmədən, şəxsiyyətinə qarşı hər hansı zidd hərəkət edilmədən müzakirə olunmuşdur. Qeyd olunanlar 58 saylı protokolda öz əksini tapmışdır. Bundan sonra onun iddiaçı ilə heç bir şəkildə kontakt və görüşü olmamışdır. İddiaçı ilə xx.xx.2004-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (öz təşəbbüsünə əsasən) uyğun olaraq, öz təşəbbüsünə əsasən xitam verilmişdir. xx.xx.2022- ci il tarixdə xitam əmri, əmək kitabçası müəssisə tərəfindən poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Lakin qeydiyyatda olduğu ünvanda yaşamadığından geri qayıtmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində işə bərpa ərizəsi ilə müəssisəyə müraciət etmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsi işçiyə verilən hüquqdur və işçi öz hüququnu realizə etmək hüququna malikdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində dəqiq təqvim tarixi göstərmiş, ailə vəziyyəti səbəb göstərilərək öz arzusu ilə işdən azad olunmağını xahiş etmişdir. Buna görə də Əmək Məcəlləsinin 69.4-cü maddəsində göstərildiyi kimi işçi əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi əsası yoxdur. xx.xx.2023-cü il tarixində iddiaçıya poçt vasitəsilə cavab məktubu göndərilmişdir. Qeydiyyatda olduğu ünvanda yaşamadığından məktub geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə əmək kitabçası və xitam əmri şəxsən özünə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixində mediator X4 cavab məktubu poçt vasitəsilə göndərilmişdir
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1108/2023 saylı iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia ərizəsi təmin edilməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 9cu maddəsinin b bəndi, 68.2-ci maddəsinin a bəndi, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçının apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsinin, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinə etirazı birinci instansiya məhkəməsində iddia ərizəsinə verdiyi etirazın dəlillərinə uyğun əsaslandırmışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etirazın dəlillərinə uyğun izhata verərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
14. Maddə 9. “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək münasibətləri sahəsində işçinin əsas hüquqlarındandır.
15. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
25. Belə ki, iş materiallarında olan E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru X2 ilə İddiaçı arasında əmək müqaviləsinin surətindən görünür ki, müqavilə 14 sentyabr 2013-cü il tarixdə bağlanmışdır.
26. Cavabdeh tərəfindən iddia ərizəsinə etirazla birlikdə təqdim edilmiş sənədlərin surətindən aydın olur ki, əmək funksiyalarını pozduğuna görə məktəbin “kimya” müəllimi İddiaçı barəsində ayrı-ayrı vaxtlarda, müxtəlif intizam tənbeh tədbirləri, şifahi və yazılı xəbərdarlıq tətbiq edilmişdir.
27. İddiaçı tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixindən ailə vəziyyəti ilə bağlı problemlər olduğu üçün işdən azad edilməsini xahiş etmişdir.
28. xx.xx.2022-ci il tarixli 126-k nömrəli əmrdən çıxarışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən işdən azad edilmişdir.
29. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinin xitamı bildirişi xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən imzalanaraq sistemə daxil edilmişdir.
30. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin tərbiyə işləri üzrə direktor müavini X10 izahatında bildirmişdir ki, həmin məktəbdə 13 ildir, direktor müavini olaraq isə 5 ildir ki, işləyir. Vəzifəsi sinif rəhbərləri, müəllimlər və şagirdlər arasında tərbiyə şinin təşkili ilə bağlıdır. İddiaçı qarşı heç bir təzyiq olunmamış, yalnız zəng edərək ona iş yoldaşı kimi məsləhət vermiş və işdən çıxması ilə bağlı ərizə yazmağının daha münasib olacağını ona bildirmişdir. Fidan da ona ”onsuz da ərizəmi yazacam” demişdir. İddiaçı xasiyyətcə sərt olduğundan, sonuncuya kimsə tərəfindən təsir edilməsi mümkün deyildir.
31. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində sinif rəhbəri - “Azərbaycan dili və ədəbiyyat” müəllimi X5 izahatında bildirmişdir ki, İddiaçı onun sinif rəhbəri olduğu sinifdə kimya fənnindən dərs deyirdi. Sonuncuya işdən azad olunma barədə ərizə yazmasına təzyiq göstərilməsi barədə eşitməmişdir. Əvvəllər şagirdlərlə İddiaçı arasında yaranan münaqişələrlə bağlı dəfələrlə iclaslarda iştirak etmiş və bu məsələni müzakirə etmişdir.
32. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsinin katibi, “Azərbaycan dili və ədəbiyyat” müəllimi işləyən X11 izahatında bildirmişdir ki, o da Həmkarlar İttifaqı Komitəsinin İddiaçıla bağlı keçirdiyi iclasda iştirak etmiş və onun işdən azad olunması barədə təqdimatın lehinə səs vermişdir. Həmin iclasda İddiaçı uşaqlara şiddət göstərməsi düzgün hesab edilməmişdir. Lakin, iclasda işdən çıxarılma ilə bağlı hər hansı təzyiq göstərilməmişdir. Daha sonra onun öz ərizəsi ilə işdən azad olunduğunu eşitmişdir.
33. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıyeva Vəfa Bakıxan qızı izahatında bildirmişdir ki, məktəbdə nitq qüsurlu şagirdlər təhsil alır. Onlar mütəmadi İddiaçı şikayət edir, onun dərslərindən yayınırdılar. “Məktəblinin dostu” layihəsindən gələnlər də şagirdlərin Fidan müəllimin dərslərindən yayındıqlarının şahidi olmuşlar. Həmkarlar İttifaqı Komitəsinin iclasında uşaqlara göstərilən şiddət müzakirə edilmişdir. İclasda Fidan xanıma hər hansı bir təsir və ya təzyiq olmamışdır.
34. İş materiallarından göründüyü kimi İddiaçı ilə E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi arasında bağlanmış əmək müqaviləsinə İddiaçı təşəbbüsü əsasında xitam verilmişdir.
35. Kollegiya hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərəkən işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən olunmur.
36. Kollegiya İddiaçı işəgötürənin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddətini gözləməməsi barədə dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Belə ki, Əmək Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının göstərilən hala istinad etməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin tələbindən aydın olur ki, işçi tərəfindən ərizəsində işdən çıxmaq istədiyi günü göstərmədikdə xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə məhdudiyyət qoyulmuşdur. İşin mübahisəsiz hallarından da göründüyü kimi İddiaçı işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxma gününü dəqiqliklə göstərmiş, cavabdeh tərəf isə sonuncunun ərizəsi ilə razılaşdığından müvafiq işdən çıxma barədə əmri imzalamışdır. 39.Məhkəmə kollegiyası iddiaçının ona təzyiq olunması məsələsinə münasibətdə qeyd edir ki, iddiaçı əsas gətirdiyi bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə bu fakt işdə olan kifayət qədər sübutlarla təkzib olunur. Belə ki, şahidlərin ifadələrindən görünür ki, ona işdən öz ərizəsi ilə çıxması barədə hər hansı təzyiq edilməmişdir. Hətta məktəbin tərbiyə işləri üzrə direktor müavini X10 ona zəng etdikdə o, “onsuz da ərizəmi yazacam” deyərək iradə ifadəsini göstərmişdir. Bundan başqa iddiaçı tərəfindən müxtəlif orqanlara ünvanlanmış müraciətlərin və cavab məktublarının tarixlərindən görünür ki, iddiaçı işdən çıxma barədə ərizə yazılmasından dərhal və ya qısa müddət sonra deyil, təxminən 01 aya yaxın müddət sonra şikayət etmişdir.
40. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1108/2023 saylı iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova